1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə32/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   29   30   31   32   33   34   35   36   37

Əbədiyyət yolçuları 
 
  
128 
 
 
 
 
 
 
RUSLAN AĞAYEV 
(1991-2015) 
 
 
Ağayev Ruslan Qalib oğlu – 
1991-ci  ildə  Lerik  rayonunun
 
Pi-
rasora  kəndində  anadan  olub. 
1998-ci  ildə  Şəhid  Azər  Təhmə-
zov  adına  Pirasora  kənd  orta 
məktəbinin  birinci  sinfinə  daxil  olub,  2008-ci  ildə  həmin 
məktəbin onuncu sinfini bitirib.  
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  2009-cu  ildə  Lerik 
rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağ-
rılaraq Milli ordu sıralarına yola salınmışdır. Hələ orta məktəb-
də  oxuyarkən  ürəyi  vətən  sevgisiylə  çırpınan  bu  gənc  qəhrə-
man  zabit  olmaq  arzusunda  idi.  Elə  “Azərbaycan  qəhrəman-
ları” mövzusunda yazdığı inşasında; “Mən Azərbaycanın qəh-
rəman  oğulları  kimi  canımı  vətənə  qurban  verməyə 
hazıram”kimi  ifadələr  işlədərək  vətənə  olan  sevgisini  dilə 
gətirmişdir.  Qazax  rayonunda  hərbi  xidmətə  başlayan  Ruslan 
xidmət  müddəti  bitdikdən  sonra  zabitlik  kursu  keçərək  gizir 
kimi Milli  orduda xidmətini  davam etdirir.  O, sərhədlərimizin 
qorunmasında ayıq-sayıq dayanaraq dəfələrlə düşmən həmlə-
sinin qarşısını alaraq öz döyüş bacarığı ilə seçilir.  
 
2015-ci ilin sentyabr ayında Qazax cəbhəsində düşmə-
nin növbəti hiyləsinin qarşısını alarkən qəhrəmancasına şəhid 
olur.    
 
 
 
 
 
 
 
Gizir Ruslan Qalib oğlu Ağayev ölümündən sonra“Hərbi 
xidmətdə  fərqlənməyə  görə”  3-cü  dərəcəli  medala  layiq 
görülmüşdür. 


Əbədiyyət yolçuları 
 
  
129 
 
 
 
 
 
 
GÜLOĞLAN ŞAHMURADOV 
(1987 - 2007) 
 
 
Güloğlan Şıxməmməd oğlu – 
28  noyabr  1987-ci  ildə  Lerik 
rayonunun  Loda  kəndində  ana-
dan  olub.  1995-ci  ildə  Lənka-
ran  rayonunun  Biləsər  kənd 
orta  məktəbinin birinci  sinifinə qəbul olunub, 2005-ci  ildə 
həmin məktəbin onuncu sinfini bitirib.    
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Hərbi  komissarlıq 
tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq Milli ordu sıralarına 
yola salınıb.    
 
 
 
 
 
Xidmət yolu Gədəbəy rayonunda yerləşən hərbi his-
sədən  keçib.  Xidməti  müddətində  özünü  nizam-intizamlı 
aparmış,  dəfələrlə  komandirləri  tərəfindən  təşəkkürnamə-
lərə layiq görülmüşdür.  
 
 
 
 
Güloğlan  Şahmuradov  08fevral  2007-ci  ildə  Gədə-
bəy  rayonunda  yerləşən  sərhəd  məntəqəsində  xidməti 
borcunu  yerinə  yetirərkən  düşmən  gülləsinə  tuş  gələrək 
şəhid  olub.  Şəhidin  cənazəsi  doğulduğu  kəndə  gətirilərək 
şərəflə torpağa tapşırılıb. 
 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
130 
 
 
 
 
 
 
NAMAZ MURADOV 
(1984 – 2003) 
 
 
Muradov  Namaz  Fərman  oğlu 
–  14  oktyabr  1984-cü  ildə  Lerik 
rayonunun  Günəşli  (Azərbaycan) 
kəndində  dünyaya  göz  açıb. 
1991-ci  ildə  Günəşli  kənd  orta 
məktəbinin  birinci  sinfinə  daxil  olub,  2002-ci  ildə  həmin 
məktəbin  onuncu  sinfini  bitirib.  Həmin  ilin  oktyabr  ayının 
20-də  Lerik  rayon  Hərbi  komissarlığı  tərəfindən  həqiqi 
hərbi xidmətə çağırılaraq Milli ordu sıralarına yola salınıb. 
Hərbi xidmətə Ağdam rayonunun Mərizli kəndində N-saylı 
hərbi hissədə başlayıb. 
 
 
 
 
Namaz  xidmət  etdiyi  hərbi  hissədə  həm  koman-
dirlərinin,  həm  də  əsgər  yoldaşlarının  rəğbətini  qazanır. 
Göstərdiyi xidmətlərə görə bir neçə dəfə Fəxri fərmanlarla 
təltif edilir.    
 
 
 
 
 
Namaz Muradaov 18 avqust 2003-cü ildə xidməti və-
zifəsini yernə yetirərkən düşmən snayperindən açılan atəş 
nəticəsində  baş  nahiyəsindən  ağır  yaralanır,  onu  Ağcəbədi 
rayonunun  Sarıclar  kəndindəki  Hospitala  gətirsələr  də 
həyatını  xilas  etmək  mümkün  olmur.  Həmin  ilin  avqust 
ayının  23-də  o,  əbədiyyətə  qovuşur.  Şəhidin  cənazəsi 
doğulduğu kəndə gətirilərək torpağa tapşırılır. 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
131 
 
 
 
 
 
 
NATİQ TAHİRLİ 
(1997-2016) 
 
 
Tahirli Natiq Namiq oğlu – 
1997-ci  ildə  Lerik  rayonunun 
Almu  kəndində  anadan  olub. 
2004-cü  ildə  orta  məktəbin 
birinci  sinfinə  daxil  olub,  2015-
ci ildə orta məktəbi bitirib.   
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Bakının  Nizami 
rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə 
çağrılaraq Milli ordu sıralarına yola salınıb. 
 
Natiq  Goranboyun  Tapqaraqoyunlu  kəndində  xid-
mət edib. O, aprel döyüşlərində də qəhrəmanlıq göstərib və 
buna görə tərifnamə də alıb. 
 
 
 
Tahirli Natiq Namiq oğlu 2016-cı il may ayının 17-də 
qoşunların  təmas  xəttində  qarşı  tərəflə  atışmada  qəhrə-
mancasına şəhid olub. 19-yaşlı Tahirli Natiq Namik oğlunun 
cənazəsi  doğulduğu  Lerik  rayonunun  Almu  kəndinə 
gətirilib.  Kənd  öz  şəhid  övladını  adına  layiq  hörmətlə, 
ehtiramla qarşılayıb. Şəhid yaylım atəşləri ilə torpağa tapşı-
rıldıqdan sonra tabutuna bükülən üçrəngli bayraq ailə üzv-
lərinə təqdim edilib.  
 
 
 
 
 
Şəhidin dəfn mərasimində bildirilib ki, Natiq həmişə 
hərbçi  olmaq  arzusu  ilə  yaşayıb,  hətta  hərbi  xidməti  başa 
vurduqdan  sonra  da  xidmətini  orduda  davam  etdirmək 
fikrində olub. 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə