1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə35/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   29   30   31   32   33   34   35   36   37

Əbədiyyət yolçuları 
 
  
142 
 
 
 
 
 
 
 
NAMİQ ƏLİYEV 
(1974- ?) 
 
 
Əliyev Namiq Gülbaba oğlu –  
17  mart  1974-cü  ildə  Lerik  rayo-
nunun
 
Şivlə  kəndində  anadan 
olub.  Namiq  1981-ci  ildə  Biləvər 
kənd  orta  məktəbinin  birinci  sinfinə  daxil  olub,  1992-ci  ildə 
həmin məktəbin on birinci sinfini bitirib. Lənkaran şəhərindəki 
Texniki  Peşə  məktəbində  6  aylıq  kurs  keçərək  sürücülük 
peşəsinə yiyələnib.   
1992-ci  ilin  iyul  ayında  Lerik 
rayon  Hərbi  komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə 
çağrılan Namiq cəbhə bölgə-sinə yola salınır.  
 
 
 
 
 
Döyüş  yolu  Ağdərə  cəbhəsindən 
keçir.  Ağdərə  bölgə-sində  gedən  döyüşlərdə  xüsusi  fəallıq 
göstərir.  Son  döyüş  yeri  də  Ağdərə  rayonunun  Sırxavənd 
bölgəsi olur.    
Əliyev  Namiq  Gülbaba  oğlu  10  sentyabr 
1992-ci  ildə  Ağdərə  rayonunun  Sırxavənd  bölgəsi  uğrunda 
gedən döyüşlər zamanı itkin düşüb.    
 
 
 
 
2011-ci ildə Lerik məhkəməsi tərəfindən Əliyev 
Namiq Gülbaba oğluna şəhid statusu verilib. 
 
 
 
 
 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
143 
 
 
 
 
 
 
ƏMRAH MƏMMƏDOV 
(1975- ?) 
 
Məmmədov Əmrah Salman oğlu 
– 06 may 1975-ci ildə Lerik rayo-
nunun
 
Şivlə  kəndində  anadan 
olub.  1982-ci  ildə  Biləvər  kənd 
orta  məktəbinin  birinci  sinfinə 
daxil  olub,  1993-cü  ildə  həmin 
məktəbin  on  birinci  sinfini  bitirib.  Lənkaran  şəhərindəki 
Texniki  Peşə  məktəbində  6  aylıq  kurs  keçərək  sürücülük 
peşəsinə yiyələnib.    
 
 
 
 
1993-cü  il  oktyabr  ayının  21-də  Lerik  rayon  Hərbi 
komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq cəbhə 
bölgəsinə yola salınıb.  
 
 
 
 
Döyüş  yolu  Fizuli  cəbhəsindən  keçib.  Tank  briqa-
dasında xidmətə başlayan Əmrah Fizuli rayonu uğrunda gedən 
döyüşlərdə  xüsusi  fəallıq  göstərib,  düşmənin  bir  çox  canlı 
qüvvəsini və hərbi texnikasını sıradan çıxarıb. Son döyüş yeri 
Fizuli rayonunun Aşağı Əbdürrəhmannı kəndi olub. 1994-cü il 
yanvar  ayının  11-də  Fizuli  rayonunun  Aşağı  Əbdürrəhmannı 
kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.   
 
Əmrahın anasının dilindən bayatı: 
 
Əzizinəm dağ olsun, 
Dərd ürəkdə dağ olsun. 
Balam Allah əmanəti, 
Vətən, başın sağ olsun. 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
144 
 
 
 
 
 
 
NAİL DƏNZİYEV 
(1974 – ?) 
 
 
Dənziyev Nail Fail oğlu –  
29  may  1974-cü  ildə  Lerik  rayo-
nunun Mastayıl  kəndində anadan 
olub.  1981-ci  ildə  Mastayıl  kənd 
orta  məktəbinin  birinci  sinifinə 
qəbul  olunub,  1991-ci  ildə  həmin  məktəbin  onuncu  sinfini 
bitirib.   
 
 
 
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi  ko-
missarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılan Nail döyüş 
bölgəsinə göndərilib.   
 
 
 
 
Qarabağ  cəbhəsinin  müxtəlif  istiqamətlərində  gedən 
döyüşlərdə iştirak edib və qəhrəmanlıqlar göstərib. Son döyüş 
yeri Ağdərə rayonu olub.  
 
 
 
 
 
Nail Dənziyev 1992-ci ildə Ağdərə rayonunun Sırxava-
nd qəsəbəsi uğrunda gedən döyüşlərdə itkin düşüb.  
 
Lerik məhkəməsi tərəfindən Dənziyev Nail Fail oğluna 
şəhid statusu verilib. 
 
 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
145 
 
 
 
 
 
 
TOFİQ FEYZİYEV 
(1974- ?) 
 
 
Feyziyev Tofiq İzzət oğlu – 
 03 mart  1974-cü ildə Lerik  rayo-
nunun  Aran  kəndində  anadan 
olub.  1981-ci  ildə  Aran  kənd  orta 
məktəbinin  birinci  sinfinə  daxil 
olub, 1991-ci ildə orta məktəbin onuncu sinfini bitirib.  
 
1992-ci  ilin  avqust  ayında  Lerik  rayon  Hərbi  komis-
sarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılan  Tofiq  cəbhə 
bölgəsinə yola salınır.  
 
 
 
 
Döyüş yolu Qarabağ cəbhəsinin müxtəlif bölgələrindən 
keçir.  Laçın  rayonu  uğrunda  gedən  döyüşlərdə  şücaətlər 
göstərir. Bu döyüşlərdə yaralanaraq Gəncə Hospitalına gətirilir, 
sağaldıqdan  sonra  doğulduğu  Aran  kəndinə  gələrək  ailəsi  ilə 
sağollaşır və yenidən cəbhə bölgəsinə qayıdır. Son döyüş yeri 
Murov cəbhəsi olur.    
 
 
 
 
Tofiq Feyziyev 1994-cü ilin fevral ayında Murovda ge-
dən döyüşlər zamanı itkin düşüb.    
 
 
2013-cü  ildə  Lerik  Rayon  Məhkəməsi  tərəfindən  Fey-
ziyev Tofiq İzzət oğluna şəhid statusu verilib. 
 
 
 
 
 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə