1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

Əbədiyyət yolçuları 
 
  
111 
 
 
 
 
 
 
HACIYEV NAMİQ 
 
 
Hacıyev Namiq Talıb oğlu – 
Lerik rayonunun Tikəband kən-
dində  anadan  olub.  Orta məktəbi 
bitirdikdən  sonra  Lerik  rayon 
Hərbi  komissarlığı  tərəfindən 
həqiqi  hərbi  xidmətə  çağrılaraq 
keçmiş  Sovet  ordu  sıralarına  yola  salınıb.  Hərbi  xidmətini 
Sverdlovskdə Daxili Qoşunların tərkibində başa vurub.  
 
Hərbi xidmət zamanı təcrübə qazanmış Namiq Qara-
bağ savaşı  başlananda  könüllü  olaraq  milli  ordu sıralarına 
qoşulur.  
 
 
 
 
 
 
Namiqin  döyüş  yolu  Qarabağ  cəbhəsinin  müxtəlif 
istiqamətlərindən keçib. O, Ağdərə, Tərtər, Ağdam və digər 
rayonlar  uğrunda  gedən  döyüşlərdə  iştirak  edərək  qəhrə-
manlıqlar göstərib.    
 
 
 
 
Namiq  qazandığı  döyüş  təcrübəsi  sayəsində  xain 
düşmənə  sarsıdıcı  zərbələr  endirərək  sərrast  atəşləri  ilə 
onların çox sayda canlı qüvvəsini məhv edir.  
 
Namiq  Hacıyev  Ağdərə  uğrunda  gedən  döyüşlərdə 
qəhrəmancasına  şəhid  olub.  Onun  cənazəsi  Tikəband 
kəndinə gətirilərək torpağa tapşırılır.  
 
 
 
Tikəband  kənd  orta  məktəbi  Hacıyev  Namiq  Talıb 
oğlunun adını daşıyır. 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
112 
 
 
 
 
 
 
İLDIRIM NURİYEV 
 
 
Nuriyev İldırım Xanəli oğlu
Lerik  rayonunun  Divağac  kən-
dində anadan olub. Orta məktəbi 
bitirdikdən  sonra  Lerik  rayon 
Hərbi  komissarlığı  tərəfindən 
həqiqi  hərbi  xidmətə  çağrılaraq 
Qarabağ cəbhəsinə yola salınıb.    
 
 
İldırımın döyüş yolu Qarabağ cəbhəsinin müxtəlif is-
tiqamətlərindən  keçib.  İldırım  Fizuli  rayonunda  gedən 
döyüşlərdə  iştirak  edərək  igidliklər  göstərib.  Torpaqla-
rımızın  müdafiəsində  göstərdiyi  rəşadət  və  hünər  koman-
dirləri tərəfindən həmişə qiymətləndirilib. 
 
 
Ordu  qüvvələrinin  qeyri-bərabər  olduğu  bir  vaxtda 
döyüşlərə atılaraq düşmənə qarşı mübarizə aparan yüzlərlə 
vətən övladı kimi İldırım də vətənə olan borcunu ödəməyə 
çalışmış, ölümdən çəkinmədən döyüşmüşdür.  
 
İldırım Nuriyev Fizuli rayonu uğrunda gedən döyüş-
lər  zamanı  misilsiz  igidliklər  göstərib,  mərmi  partlayışı 
nəticəsində bir neçə yerindən yaralanaraq Fizuli şəhər xəs-
təxanasına gətirilib. Lakin o, çoxlu qan itirdiyindən həyatını 
xilas etmək mümkün olmur.  
 
 
 
Beləliklə,  İldırım  Nuriyev  gözlərini  əbədi  yumaraq 
həyatla vidalaşır. Şəhidin cənazəsi doğulduğu kəndə gətiri-
lərək dəfn olunur.
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
113 
 
 
 
 
 
 
ETİBAR BƏŞİROV 
 
 
Bəşirov Etibar Qubad oğlu – 
Lerik  rayonunun  Hüseynabad 
kəndində  anadan  olub.  Orta 
məktəbi  bitirdikdən  sonra  Lerik 
rayon  Hərbi  komissarlığı  tərə-
findən  həqiqi  hərbi  xidmətə 
çağrılaraq Qarabağ cəbhəsinə yola salınır.  
 
Etibarın  döyüş  yolu  Qarabağ  cəbhəsinin  müxtəlif 
istiqamətlərindən  keçir.  Etibar  torpaqlarımız  uğrunda 
gedən döyüşlərdə iştirak edərək igidliklər göstərir. Torpaq-
larımızın  müdafiəsində  göstərdiyi  rəşadət  və  hünər 
komandirləri  tərəfindən  həmişə  qiymətləndirilir,  ölümdən 
çəkinmədən  düşmənə  qarşı  mərdliklə  mübarizə  aparır. 
 
Etibar Bəşirov Qarabağ uğrunda gedən döyüşlər za-
manı misilsiz şücaətlər göstərmiş, bir çox döyüş əməliyyat-
larında iştirak etmiş, vətənə olan borcunu sədaqətlə yerinə 
yetirməyə çalışmışdır. 
 
 
 
 
Etibar Bəşirov  döyüşlərin  birində  düşmən  gülləsinə 
tuş  gələrək  qəhrəmancasına  şəhid  olub.  Şəhidin  cənazəsi 
doğulduğu kəndə gətirilərək torpağa tapşırılır. 
 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
114 
 
 
 
 
 
 
ELŞƏN QASIMOV 
(1975-1994) 
 
 
Qasımov Elşən Natiq oğlu – 
15 iyun 1975-ci ildə Lerik qəsəbə-
sində  anadan  olub.  1981-ci  ildə 
Bakı  şəhərində  yerləşən  rusdilli 
məktəblərin birində birinci sinfinə 
daxil olub, 1991-cı ildə həmin məktəbin onuncu sinfini bitirib. 
Elşən məkdəbdə oxumaqla yanaşı, həm də karate idman növü 
ilə də məşğul olur, bir çox yarışlarda iştirak edərək fəxri fərman 
və diplomlarla təltif edilir 
 
 
 
 
 
Orta məktəbi bitirdikdən sonra 1993-cü ildə Hərbi ko-
missarlıq tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq milli ordu 
sıralarına yola salınır.  
 
 
 
 
Elşən Qasımovun döyüş yolu Ağdam cəbhəsindən keçib. 
O, Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak edərək 
böyük  hünər  və  rəşadət  göstərmiş,  döyüş  yoldaşları  ilə 
bərabər  dəfələrlə  düşmən  həmlələrinin  qarşısını  alaraq  səxsi 
igidliklər nümayiş etdirmişdir. 
 
 
 
 
Elşən Qasımov 31 iyun 1994-cü ildə Ağdam rayonu uğ-
runda gedən döyüşlər zamanı düşmən gülləsinə tuş gələrək 
qəhrəmancasına  şəhid  olub.  Şəhidin  cənazəsi  doğulduğu 
rayona gətirilərək torpağa tapşırılır.  
 
 
 
Lerik rayonundakı baxçalardan biri və rayonun keç-
miş Xaqani küçəsi Elşən Qasımovun adını daşıyır. 
 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə