1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə22/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

Əbədiyyət yolçuları 
 
  
86 
 
 
 
 
 
 
ARİF NURİYEV 
(19?? - 1994) 
 
 
Nuriyev Arif Ələsgər oğlu- 
Lerik  rayonunda  anadan  olub. 
Orta  məktəbi  bitirdikdən  sonra 
Qorki  Ali  Hərbi  İnşaat  Mühən-
disləri məktəbinə daxil olur. Qara-
bağ  savaşı  başlandığından  təhsilini  yarımçıq  qoyaraq  vətənə 
qayıdır, burada Ali Umumqoşun Komandirləri məktəbinin 4-cü 
kursuna qəbul edilir və buranı bitirərək leytenant hərbi rütbəsi 
alır.    
 
 
 
 
 
 
 
Arif  məktəbi  bitirdikdən  sonra  Milli  ordu  sıralarında 
xidmətə başlayır və komendant tağımına rəhbərlik edir. 1993-
cü ilin mart ayında Geranboy ətrafında gedən döyüşlərdə şəxsi 
igidliklər göstərərək peşəkar zabit kimi özünü göstərir.  
 
Sonralar Arifin rəhbərlik etdiyi tağım Ağdamın Güllücə 
və İlxıçılar kəndi uğrunda gedən döyüşlərdə düşmənə ağır zər-
bələr endirir.    
 
 
 
 
 
 
1994-cü  ilin  yanvar  ayının  8-də  İlxıçılar  kəndi  uğ-
runda gedən göyüşlərdə Baş leytenant Arif Nuriyev düşmən 
gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olur. 
 
Polkovnik  E.  Qəniyevin  imzaladığı  məlumatda  deyi-
lir:“Arif  Nuriyev  özünü  yüksək  qabiliyyətli,  bacarıqlı, 
əsgərlərin  hörmətini  qazanan  zabit  kimi  göstərirdi.  O,  tor-
paqlarımız  uğrunda  döyüşlərdə  20-ə  yaxın  düşməni  məhv 
etmiş və hərbi texnika ələ keçirmişdir.” 
 
 
 
 Arifin son sözü “ancaq irəli” olmuşdur.  
 


Əbədiyyət yolçuları 
 
  
87 
 
 
 
 
 
 
ƏLİYEV NADİR 
 
 
Əliyev Nadir Möhkəm oğlu – 
Lerik  rayonununda  anadan  olub. 
1986-cı ildə  C.  Naxçıvanski adına 
Ali  Hərbi  Litseyi  bitirib.  Litseyi 
bitirdikdən  sonra  Blaqoveşşensk 
Umumqoşun  Ali  Hərbi  Koman-
dirləri Məktəbinə daxil olub, Daşkənddə təhsilini davam etdirir. 
 
1992-ci  ilin  may  ayında  Bakı  Umumqoşun  Ali  Hərbi 
Komandirləri Məktəbinə gəlir, üçüncü kursu bitirdikdən sonra 
ona  vaxtından  əvvəl  leytenant  hərbi  rütbəsi  verilir  və 
məktəbdə tağım komandiri vəzifəsində saxlanılır. 
 
Cəbhədə  vəziyyət  ağırlaşanda  Nadir  Əliyev  bölük 
komandiri kimi Ağdamın Yusifcanlı, Mərizli, Novruzlu və digər 
məntəqələrinə gedərək döyüşlərdə iştirak edir.  
 
Daha sonra Müdafiə Nazirliyinin əmrinə əsasən Naxçı-
vanda yerləşən hərbi briqadanın sərəncamına göndərilir, yaxşı 
xidmətlərinə  görə  baş  leytenant  rütbəsi  alaraq  bölük  koman-
diri təyin edilir.  
 
 
 
 
 
Nadir  yüksək  intizamı  və  hərbi  qabliyyəti  ilə  fərq-
ləndiyinə görə xidmət etdiyi taborun qərərgah rəisi vəzifəsinə 
təyin  edilir.  Nadir  Əliyevin  rəhbərlik  etdiyi  tabor  Ordubad 
rayonunda  yerləşən  Soyuqdağ  yüksəkliyini  düşməndən  qoru-
yurdu.  
 
 
 
 
 
 
Qorxmazlığı və döyüş bacarığı ilə seçilən Nadir burada 
xidməti  vəzifəsini  yerinə  yetirərkən  qəhrəmancasına  şəhid 
olmuşdur. 
 
 


Əbədiyyət yolçuları 
 
  
88 
 
 
 
 
 
 
XALİQ QƏMBƏROV 
(1975-1993) 
 
 
Qəmbərov  Xaliq  Şəxsin  oğlu– 
04  yanvar  1975-ci  ildə  Lerik  ra-
yonunun
 
Barzavu
 
kəndində  ana-
dan  olub.  1982-ci  ildə  Barzavu 
kənd  orta  məktəbinin  birinci 
sinfinə daxil olub, 1992-ci ildə həmin məktəbin onuncu sinfini 
bitirib.  
 
 
 
 
 
 
Xaliq  hələ  orta  məktəbdə  oxuyarkən  müəllimlərinin 
hörmətini  qazanmış,  əlaçı  şagird  kimi  ad  çıxarmışdır.  Onun 
arzusu  ali  məktəbə  qəbul  olmaq,  riyaziyyat  elminin  sirlərini 
öyrənmək  və öyrətmək  idi. Lakin  Qarabağda  başlanan  müha-
ribə buna imkan vermədi.    
 
 
 
Xaliq orta məktəbi bitirdikdən sonra Lerik rayon Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq 
Milli ordu sıralarına yola salınır.  
 
 
 
Xaliqin döyüş yolu Qarabağ cəbhəsinin müxtəlif isti-
qamətlərindən keçir. Son döyüş yeri Ağdərə cəbhəsi olur. O, 
Ağdərə  rayonu  uğrunda  gedən  döyüşlərdə  iştirak  edərək 
qəhrəmanlıqlar göstərir.    
 
 
 
Xaliq  Qəmbərov  20  dekabr  1993-cü  ildə  Ağdərə 
döyüşlərində  mina  partlayışı  nəticəsində  qəhrəmancasına 
şəhid olur.    
 
 
 
 
 
 
Hal-hazırda  Barzavu  kənd  orta  məktəbi  Qəmbərov 
Xaliq Şəxsin oğlunun adını daşıyır. 
 
 


Əbədiyyət yolçuları 
 
  
89 
 
 
 
 
 
 
QORXMAZ RƏHİMOV 
 (1977-1998) 
 
 
Qorxmaz Gülhəsən oğlu – 
1977-ci  il  sentyabr  ayının  13-də 
Lerik  rayonunun
 
Cəngəmiran
 
kəndində 
anadan 
olmuşdur. 
1984-cü  ildə  Cəngəmiran  kənd 
orta məktəbinin birinci sinfinə daxil olub, 1994-cü ildə həmin 
məktəbin onuncu sinfini bitirib. 
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  1995-ci  ilin  oktyabr 
ayında  Lerik  rayon  Hərbi  komissarlığı  tərəfindən  həqiqi 
hərbi  xidmətə  çağrılaraq  milli  ordu  sıralarına  yola  salınır. 
 
Qorxmaz hərbi xidmətə 888 N-li hərbi hissədə başla-
mış,  nümunəvi  davranışları  ilə  komandirlərinin  hörmətini 
qazanmışdır.   
 
 
 
 
 
1997-ci ildə Gədəbəy rayonunda yerləşən hərbi his-
səyə göndərilmişdir.  
 
 
 
Sərhədlərimizin  keşiyində  ayıq-sayıq  dayanan  bu 
gənc qəhrəman 1998-ci il mart ayının 19-da Gədəbəy rayo-
nunda xidməti borcunu yerinə yetirərkən düşmən gülləsinə 
tuş gəlir və şəhidlik zirvəsinə ucalır.  
 
 
Şəhidin cənazəsi Lerik rayonunun Cəngəmiran kəndinə 
gətirilərək Xəlifə Zəkəriyyə qəbiristanlığının Şəhidlər komplek-
sində dəfn edilir.  
 
 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə