1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

Əbədiyyət yolçuları 
 
  
70 
 
 
 
 
 
 
SƏLİM CABBAROV 
(1974 - 1993) 
 
 
Cabbarov Səlim Qəyyum oğlu– 
1974-cü  ildə  Lerik  rayonunun 
Kirəvud  kəndində  anadan  olub. 
1982-ci  ildə  Kirəvud  kənd 
səkkizillik  məktəbinin  birinci 
sinfinə  qəbul  olunub,  1990-cı  ildə  həmin  məktəbi,  1992-ci 
ildə isə qonşu Boykəndil kənd orta məktəbini bitirib.  
 
1992-ci ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən 
həqiqi  hərbi  xidmətə  çağrılaraq  cəbhə  bölgəsinə  göndərilib. 
Cəbhə  yoldaşlarının  dediklərinə  görə  Cabbarov  Səlim 
Qarabağ  döyüşlərində  əfsanəvi  şücaətlər  göstərib.  Ağdərə 
və  Ağdam  rayonları  uğrunda  gedən  döyüşlərdə  düşmənə 
sarsıdıcı  zərbələr  endirərək  onların  xeyli  canlı  qüvvəsini 
məhv  edib.  O,  30  oktyabr  1992-ci  ildə  Xanabad  uğrunda 
gedən  döyüşlər  zamanı  şəxsi  igidlik  göstərərək  döyüş 
yoldaşlarını  mühasirədən  çıxarıb.  Şelli,  Xramord  və  Ağda-
mın  Çuxurməhəllə  kəndi  uğrundakı  döyüşlərdə  də  Səlim 
xüsusi fəallıq göstərib, düşmənin çox sayda canlı qüvvəsini 
məhv edib.    
 
 
 
 
 
Vətənin qəhrəman oğlu 03 iyul 1993-cü ildə Ağdam 
rayonu  uğrunda  gedən  döyüşlərdə  qəhrəmancasına  şəhid 
olub. Şəhidin cənazəsi işğal altındakı ərazlərdə olduğundan 
onu götürmək mümkün olmayıb.    
 
 
Hazırda  Kirəvud  kənd  ümumi  orta  məktəbi  Şəhid 
Cabbarov Səlim Qəyyum oğlunun adını daşıyır. 
 


Əbədiyyət yolçuları 
 
  
71 
 
 
 
 
 
 
SARXAN BƏŞİROV 
(1973 - 1992) 
 
 
Bəşirov  Sarxan  Balabəy  oğlu  – 
1973-cü  ildə  Lerik  rayonunun 
Sorusçay  kəndində  anadan  ol-
ub.  1980-cı  ildə  Nuravud  kənd 
orta  məktəbinin  birinci  sinfinə 
qəbul olunub,  1990-cı  ildə  həmin  məktəbin  onuncu sinfini 
bitirib.  
 
 
 
 
 
 
1991-ci ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən 
həqiqi  hərbi  xidmətə  çağrılaraq  cəbhə  bölgəsinə  göndə-
rilmişdir.  
 
 
 
 
 
 
Sərxanın  döyüş  yolu  Fizuli  cəbhəsindən  keçmişdir. 
O,  Fizuli  rayonu  uğrunda  gedən  döyüşlərdə  iştirak  edərək 
qəhrəmanlıqlar göstərmişdir.  
 
 
 
 
Döyüş  yoldaşı  Vahid  Şəfiyev  Sərxan  haqqında  belə 
deyir:  “Artilerya  qurğularının,  tankların,  PDM-lərin,  mina-
ların, pulemyotların səsi Sərxan üçün adiləşmişdi. O, canlara 
dəyən dost, qanına vətənpərvərlik hopmuş fədai idi. 
 
Gənc  kəşviyyatçı  Sarxan  Bəşirov  1992-ci  ildə  Fizuli 
rayonunun Diləğarda kəndi uğrunda gedən döyüşlərdə düş-
mən  tankından  atılan  mərminin  partlayışı  nəticəsində 
ölümcül yaralanaraq qəhrəmancasına şəhid olur. 
 
Nuravud  kənd  orta  məktəbi  Şəhid  Bəşirov  Sarxan 
Balabəy oğlunun adını daşıyır.  
 
 
 


Əbədiyyət yolçuları 
 
  
72 
 
 
 
 
 
 
SARVAN MƏRDİYEV 
(1973 - 1994) 
 
 
Mərdiyev  Sarvan  Güloğlan  oğlu 
– 1973-cü ildə Lerik rayonunun 
Nuravud kəndində anadan olub. 
1980-cı  ildə  Nuravud  kənd  orta 
məktəbinin birinci sinfinə qəbul 
olunub, 1990-cı ildə həmin məktəbin onuncu sinfini bitirib. 
 
1991-ci ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən 
həqiqi  hərbi  xidmətə  çağrılaraq  cəbhə  bölgəsinə  göndəril-
mişdir. Yenicə formalaşmağa başlayan Milli ordu sıralarına 
qoşulan Sarvan əlinə silah alanda şəhidlərin müqəddəs ru-
hu naminə son damla qanına qədər döyüşəcəyinə and içir.
 
Döyüş yolu Fizuli cəbhəsindən başlayır Sarvanın. O, 
Fizuli  rayonu  uğrunda  gedən  döyüşlərdə  iştirak  etdirərək 
qəhrəmanlıqlar  göstərir.  İştirak  etdiyi  bütün  döyüş 
əməliyyatlarında  xüsusi  fəallığı  ilə  seçilmiş,  döyüş  meyda-
nında şəxsi igidliyi ilə fərqlənmişdir. 
 
 
 
Vətənin  qəhrəman  oğlu  1994-cü  ilin  yanvar  ayında 
Fizuli rayonu uğrunda gedən döyüşlərdə yaralı əsgər yolda-
şını  döyüş  zonasından  uzaqlaşdırarkən  düşmən  gülləsinə 
tuş  gələrək  qəhrəmancasına  şəhid  olur.  Şəhidin  cənazəsi 
doğulduğu kəndə gətirilərək torpağa tapşırılır.  
 
 
Sarvan Mərdiyev Nuravud kəndinin ilk şəhididir. 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
73 
 
 
 
 
 
 
NEMƏT MAŞİYEV 
(1973 - 1992) 
 
 
Maşiyev  Nemət  Mütəllim  oğlu 
– 1973-cü ildə Lerik rayonunun 
Şinəband  kəndində  anadan  ol-
ub.  1980-cı  ildə  Nuravud  kənd 
orta  məktəbinin  birinci  sinifinə 
qəbul olunub,  1990-cı  ildə  həmin  məktəbin  onuncu sinfini 
bitirib.  
 
 
 
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq  sovet 
ordu sıralarına yola salınır. Lakin həmin vaxt artıq Qarabağda 
vəziyyət  gərginləşmiş,  erməni  qəsbkarları  havadarları  ilə 
torpaqlarımızda insanlara qarşı olmazın vəhşiliklər törətməyə 
başlamışdı.  Nemət  də  digər  həmvətənlərimiz  kimi  doğma 
vətənə qayıdıb könüllü olaraq milli ordu sıralarına qoşulur və 
Qarabağa yollanır. 
 
 
 
 
 
Nemət təcrübəli tağım komandiri kimi dəfələrlə cəbhə 
yoldaşlarını mühasirədən çıxararaq düşmənə sarsıdıcı zərbələr 
endirir.  Döyüş  taktikasını  yaxşı  mənimsədiyinə  görə  döyüş 
əməliyyatlarında xüsusi fəallıq göstərir. 
 
 
Vətən  yolunda  canından  keçməyə  hazır olan  Nemət 
1992-ci ildə qızğın döyüşlərin birində düşmən gülləsinə tuş 
gələrək  qəhrəmancasına  şəhid  olur.  Şəhidin  cənazəsi 
doğulduğu kəndə gətirilərək torpağa tapşırılır. 
 
 
Hal-hazırda  Şinəband  kənd  orta  məktəbi  Şəhid 
Maşiyev Nemət Mütəllim oğlunun adını daşıyır. 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə