1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə16/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

Əbədiyyət yolçuları 
 
  
62 
 
 
 
 
 
 
ƏBÜLFƏZ MƏMMƏDOV 
(1968 – 1993) 
 
 
Məmmədov  Əbülfəz  Sərdar  oğlu 
 23 fevral 1968-ci ildə Lerik ra-
yonunun Mastayıl  kəndində ana-
dan  olub.  1975-ci  ildə  Mastayıl 
kənd orta məktəbinin birinci sin-
finə qəbul olunub, 1985-ci ildə hənin məktəbin onuncu sinfini 
bitirib.  
 
 
 
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  hərbi  xidmətə  çağrıla-
raq Sovet ordu sıralarına yola salınıb. Ordudan tərxis olunduq-
dan sonra Ali təhsil almaqdan ötrü sənədlərini Azərbaycan 
Dövlət  Universitetinə  verərək  ora  qəbul  olunub.  Univer-
sitetdə oxuduğu zaman Qarabağda baş verən hadisələr onu 
rahat  buraxmırdı.  Əbülfəzin  narahatçılığını  müəllimləri  də 
hiss  edirdi.  Hətta  bir  dəfə  oxuduğu  fakültənin  dosenti 
Əmrah  Dadaşov  səbəbini  soruşduqda:  “Heç,  elə-belə, 
müəllim, hər şey qaydasındadı”, - demişdi.  
 
 
Nəhayət,  ürəyi  dözməyib  1992-ci  ildə  universitetin 
dördüncü kursunda təhsil alarkən təhsilini yarımçıq qoyub 
könüllü olaraq milli ordu sıralarına qoşulub.  
 
 
O,  Qarabağ  cəbhəsinin  müxtəlif  istiqamətlərində 
gedən döyüşlərdə iştirak etmiş və qəhrəmanlıqlar göstərib.
 
Əbülfəz  Məmmədov  1994-cü  il  yanvar ayının  19-da 
Ağdərə rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına 
şəhid olub.  
 
 


Əbədiyyət yolçuları 
 
  
63 
 
 
 
 
 
 
MEHMAN AĞAYEV 
(1971-1994) 
 
 
Ağayev Mehman Nəriman oğlu 
–  05  oktyabr  1971-ci  ildə  Lerik 
rayonunun Almu kəndində ana-
dan olub. 1978-ci ildə Sumqayıt 
şəhərində 24 saylı məktəbin bi-
rinci sinfini daxil olub, 1982-ci ildə Lerik rayonuna gələrək 
Almu  kənd  səkkizillik  məktəbində  təhsilini  davam  et-
dirmişdir.  1988-ci  ildə  Vizəzəmin  kənd  orta  məktəbinin 
onuncu sinfinin bitirib.  
 
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq 
keçmiş  Sovet  ordu  sıralarına  yola  salınıb.  Hərbi  xidmətini 
Almaniya  Respublikasında  başa  vurub.  Xidmətdə  olduğu 
zaman  zabitlik  kursunu  oxuyaraq  leytenant  rütbəsinə 
yiyələnib.  
 
 
 
 
 
 
Hərbi  xidmətdən  qayıtdıqdan  sonra  1992-ci  ildə 
könüllü  olaraq  milli  ordu  sıralarına  qoşulmuşdur.  Ağdam 
rayonu  uğrunda  gedən  döyüşlərdə  iştirak  edərək  böyük 
hünər və rəşadət göstərmiş, döyüşlərin birində yaralanaraq 
Lerikə  qayıtmış,  sağaldıqdan  sonra  yenidən  cəbhə  bölgə-
sinə yollanıb.   
 
 
 
 
 
Qəhrəman döyüşçü Mehman Ağayev 11 aprel 1994-
cü ildə düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid 
olub.  Şəhidin  cənazəsi  Sumqayıt  şəhərinə  gətirilərək  tor-
pağa tapşırılıb. 
 


Əbədiyyət yolçuları 
 
  
64 
 
 
 
 
 
 
ELŞƏN ŞAHPƏLƏNGOV 
(1973 – 1992) 
 
 
Elşən Mirzəhüseyn oğlu –  
1973-cü  il  fevralın  15-də  Lerik 
rayonunun  Murya  kəndində  ana-
dan olub. 1980-ci ildə Murya kənd 
orta  məktəbinin  birinci  sinifinə 
qəbul  olunub,  1990-ci  ildə  hənin  məktəbin  onuncu  sinfini 
bitirib.   
 
 
 
 
 
 
 
Orta  məktəbini  bitirdikdən  sonra  ali  təhsil  almaqdan 
ötrü sənədlərini Bakı Dövlət Universitetinə təqdim edib.  
1992-ci  ilin  aprel  ayında  könüllü  olaraq  Milli  ordu 
sıralarına qoşulub, üç ay Bakı şəhərində təlim keçdikdən sonra 
Qarabağa, Ağdərə rayonuna yola salınıb. 
Elşən  Sərsəng  su  anbarının  geri  alınması  uğrunda 
döyüşlərdə iştirak edir. İştirak etdiyi döyüşlərdə səxsi igidliklər 
göstərib, döyüş bacarığı ilə seçilib.    
 
 
Elşən  Şahpələngov  22  iyul  1992-ci  il  tarixində  Ağdərə 
rayonunda yerləşən Sərsəng su anbarı ətrafında gedən döyüş-
lər zamanı düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid 
olub.  Şəhidin  cənazəsi  doğulduğu  kəndə  gətirilərək  torpağa 
tapşırılıb. 
Ölümündən sonra Murya  kənd  orta  məktəbinə  Şahpə-
ləngov Elşən Mirzəhüseyn oğlunun adı verilib. 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
65 
 
 
 
 
 
 
ŞƏMSİ QƏRİBOV 
(1975 – 1997) 
 
Qəribov Şəmsi Alixan oğlu – 
1975-ci  ildəLerik  rayonun  Murya 
kəndində  anadan  olub.  1982-ci 
ildə  Murya  kənd  orta  məktəbinin 
birinci sinfinə qəbul olunub, 1992-
ci  ildə  həmin  məktəbini  onuncu 
sinfini  bitirib.  1993-cü  ildə  Lerik 
rayon  Hərbi  komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə 
çağrılaraq  cəbhə  bölgəsinə  yola  salınır.  Yaxşı  və  nümunəvi 
xidmətinə  görə  tez  bir  zamanda  komandirləri  tərəfindən  ona 
çavuş hərbi rütbəsi verilir.    
 
 
 
Şəmsi Ağdərə, Tərtər, Çayıllı, Meşəli, Marquşavan, Talış 
və  s.  kəndlərdə  gedən  döyüşlərdə  şəxsi  igidlik  göstərir.  Yaxşı 
xidmətinə  görə  hərbi  məktəbdə  oxumağa  göndərilir  və  hərbi 
məktəbi  bitirdikdən  sonra  gizir  rütbəsi  ilə  Goranboy  rayo-
nunda  yerlşən  130  saylı  hərbi  hissəyə  qayıdır.  Qayıdan  kimi 
mühəndis  istehkam  bölüyünün  tağım  komandiri  vəzifəsinə 
başlayır.  Nümunəvi  xidmətinə  görə  dəfələrlə  komandirlərin 
fəxri fərmanı ilə təltif olunub.  
 
 
 
 
14  oktyabr  1997-ci  ildə  döyüş  tapşırıqlarını  yerinə  
yetirərkən mina partlayışı nəticəsində şəhid olub. 
 
Livərdiqə  kənd  mədəniyyət  evi  Qəribov  Şəmsi  Alixan 
oğlunun adını daşıyır.  
 
 
 
 
 
Nur Aydın Manaflının  Şəmsi haqqında fikirləri:  
Şəmsi  hərbi  xidmətini  başa  vurduqdan  sonra  öz  istəyi  ilə 
orduda qalıb vətənə xidmət etməyi seçdi. Kənddə bizimlə qonşu idi. 
Hamıya əl tutan, işinə yarıyan bir insan idi. Yerini bilən, ağsaqqala 
hörmət  edən,  özündən  kiçiklərə  yol  göstərən  idi  Şəmsi.  İndi  hamı 
Vətənin bu şəhid oğlu ilə fəxr edir. Ruhu şad olsun! 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə