1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə12/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

Əbədiyyət yolçuları 
 
  
46 
 
 
 
 
 
 
ELMAS RUHULLAYEV 
(1973-1994) 
 
 
Ruhullayev Elmas İbrahim oğlu - 
1973-cü  ildə  Lerik  rayonunun
 
Cəngəmiran
 
kəndində  anadan 
olub.  1990-cı  ildə  Cəngəmiran 
kənd orta məktəbinin onuncu sin-
fini  bitirib.  Böyük  arzularla  yaşayan  Elmas  orta  məktəbdə 
oxumaqla  yanaşı  Lerik  rayon  musiqi  məktəbində  də  təhsil 
alırdı.    
 
 
 
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  hərbi  xidmətə  çağrılan  Elmas  keçmiş 
Sovet ordu sıralarına yola salınıb.   
 
 
Hərbi  xidmətdən  qayıtdıqdan  sonra  təhsilini  davam 
etdirib musiqiçi olmaq arzusundaydı Elmas. Lakin hər şey tam 
tərsinə  oldu.  Qarabağ  savaşı  başlandığına  görə  digər  həmvə-
tənləri kimi, Elmas da xidmətini yarımçıq qoyub vətənə qayıdır 
və könüllü olaraq milli ordu sıralarına qoşulur.  
 
 
Döyüş  yolu  Ağdam
 
rayonundan  başlayan  vətənin  bu 
igid  oğlu Ağdamın
 
bir çox  kəndlərinin  müdafiəsində igidliklər 
göstərərək düşmən qüvvələrinə sarsıdıcı zərbələr endirir. 
 
Elmas  Ruhullayev  6  yanvar  1994-cü ildə Ağdam rayo-
nunun Güllücə kəndi uğrunda gedən qızğın döyuşlərdə canını 
vətənə  qurban  verərək  şəhidlik  zirvəsinə  ucalır.  Şəhidin 
cənazəsi  Lerik  rayona  gətirilərək  doğulduğu  Cəngəmiran 
kəndində torpağa tapşırılır. 
 
 


Əbədiyyət yolçuları 
 
  
47 
 
 
 
 
 
 
QƏDİR NƏZƏROV 
(1974-1993) 
 
 
Nəzərov  Qədir  Xudabağış  oğlu 
–  1974-cü  il  yanvar  ayının  31-də 
Lerik  rayonun  Cəngəmiran
 
kən-
dində  anadan  olub.  1991-ci  ildə 
Cəngəmiran  kənd  orta  məktə-
binin  onuncu  sinfini  bitirib.  Hərbçi  olmaq  arzusuyla  yaşayan 
Qədir orta məktəbi bitirdikdən sonra sənədlərini Bakı Ali Hərbi 
məktəbinə  verir,  lakin  müsabiqədən  keçə  bilmədiyinə  görə 
kəndə qayıdır.  
 
 
 
 
 
 
1992-ci  ilin  iyun  ayında  Lerik  rayon  Hərbi  komis-
sarlığı  tərəfindən  hərbi  xidmətə  çağrılaraq  Milli  ordu  sıra-
larına yola salınır.    
 
 
 
 
Qədirin  döyüş  yolu  Ağdərə
 
rayonundan  başlayır.  Bu 
zaman  Ağdərə  uğrunda  qanlı  döyüşlər  gedirdi.  Vətənin  bu 
qəhrəman  oğlu  Ağdərənin  müdafiəsində  igidliklər  göstər-
miş, düşmənə ağır və sarsıdıcı zərbələr endirir.  
 
Ürəyi vətən sevgisiylə çağlayan Qədir Nəzərov 1993-
cü il fevral ayının 5-də Ağdərə rayonunun Mehmanə kəndi 
uğrunda  gedən  qızğın  döyuşlərdə  canını  vətənə  qurban 
verərək  şəhidlik  zirvəsinə  ucalır.  Şəhidin  cənazəsi  Lerik 
rayonunun  Cəngəmiran  kəndinə  gətirilərək  Xəlifə  Zəkəriyyə 
qəbiristanlığının Şəhidlər kompleksində dəfn edilıb.  
 
Lerik  rayonundakı  küçələrdən  biri  Qədir  Nəzərovun 
adını daşıyır. 
 
 


Əbədiyyət yolçuları 
 
  
48 
 
 
 
 
 
 
KAMAL CAHANGİROV 
(1968-1994) 
 
 
Cahangirov Kamal Şahverən oğlu 
-  1968-ci  ildə  Lerik  rayonunun
 
Cəngəmiran  kəndində  anadan 
olub. Cəngəmiran kənd orta mək-
təbinin onuncu sinfini bitirib. Orta 
məktəbdə oxuduğu  illərdə bilik  və bacarığı ilə  müəllimlərinin 
hörmətini  qazanmışdır.  Sakit  təbiətli  bir  insan  olmuş, 
haqsızlığa heç vaxt biganə qalmayıb.  
 
 
Məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi  komis-
sarlığı tərəfindən hərbi xidmətə çağrılan  Həmid keçmiş Sovet 
ordu  sıralarına  yola  salınmışdır.  Hərbi  xidmətini  Sovet  ordu 
sıralarında  keçmişdir.  Kamal  doğma  vətənə  qayıdanda  artıq 
mənfur  qonşularımız  Qarabağda  baş  qaldıraraq  qarışıqlıq 
yaratmışdılar.  Qarabağ  savaşı  başlayanda  digər  həmvətənləri 
kimi  Kamal  da  könüllü  olaraq  milli  ordu  sıralarına  qoşularaq 
cəbhəyə yollanıb.  
 
 
 
 
 
Döyüş  yolu  Fizuli
 
rayonundan  başlayan  vətənin  igid 
oğlu  Fizulinin
 
bir  çox  kəndlərinin  müdafiəsində  igidliklər  
göstərib. 
 
 
 
 
 
 
 
Kamal Cahangirov 19 yanvar 1994-cü ildə Fizuli rayo-
nunun  Aşağı  Seyid-Əhmədli  kəndi  uğrunda  gedən  qızğın  dö-
yüşlərdə  canını  vətənə  qurban  verərək  şəhidlik  zirvəsinə 
ucalıb. Şəhidin cənazəsi Lerik rayonunun Cəngəmiran kəndinə 
gətirilərək  Xəlifə  Zəkəriyyə  qəbiristanlığının  Şəhidlər 
kompleksində dəfn edilib.  
 


Əbədiyyət yolçuları 
 
  
49 
 
 
 
 
 
 
ELDAR ŞALİYEV 
(1974-1993) 
 
 
Şaliyev  Eldar  Ağabala  oğlu  – 
1974-cü  ildə  Lerik  rayonunun 
Ancəqəv  kəndində  anadan  olub. 
1981-ci  il  sentyabr  ayının  1-də 
Bobla kənd 8 illik məktəbinin 1-ci 
sinfinə daxil olub, 1989-cu ilin iyun ayında oranı bitirib. 1989 
cu ilin sentyabr ayının 1-də Lerik rayonun 20-ci km. kənd orta 
məktəbinin  9-cu  sinfinə  daxil  olub,  1991-ci  ildə  oranı  bitirib. 
Həmin ilin sentyabr ayında Lerik rayon Hərbi komissarlığının 
göndərişi  ilə  Lənkəran  şəhərində  yerləşən  sürücülük 
məktəbinə daxil olub, 1992-ci ilin mayında oranı bitirib.  
 
1992-ci ilin sentyabr ayında həqiqi hərbi xidmətə yola 
salınıb.  Hərbi  xidmətə  Perekeşküldə  yerləşən  hərbi  toplanış 
məntəqəsindən başlayıb. Burada təlim keçdikdən sonra Ağdərə 
rayonuna göndərilmiş, ordakı döyüşlərində iştirak edib. 
 
1993-cü  il  mart  ayında  Ağdərə  döyüşlərində  ağır 
yaralanaraq  Mərkəzləşdirilmiş  Hərbi  Hospitala  gətirilib,  lakin 
həyatını xilas etmək mümkün olmayıb.  
 
 
Beləliklə,  1993  cü  il  aprel  ayinin  5-də  Eldar  gözlərini 
əbədi yumaraq şəhidlik zirvəsinə ucalıb.    
 
Təhsil  aldığı  Bobla  kənd  natamam  orta  məktəbi  Eldar 
Şaliyevin adını daşıyır.  
 
 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə