1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

Əbədiyyət yolçuları 
 
  
50 
 
 
 
 
 
 
TALIŞXAN SADIXOV 
(1978-1997) 
 
 
Sadıxov Talışxan Xudakərim oğlu 
-  1978-ci  ildə  Lerik  rayonunun 
Orand  kəndində  anadan  olub. 
1985-ci  ildə  Orand  kənd  orta 
məktəbinin  birinci  sinfinə  daxil 
olub, 1995-ci ildə həmin məktəbin onuncu sinfini bitirib.  
 
Orta məktəbi bitirdikdən sonra 1996-cı il iyun ayının 5-
də  Lerik  rayon  Hərbi  komissarlığı  tərəfindən  həqiqi  hərbi 
xidmətə  çağrılan  Talışxan  Şəmkir  rayonundakı  hərbi  korpusa 
yola  salınır.  Oradan  isə  Qazax  rayonunda  yerləşən  hərbi 
hissəyə göndərilir. 
 
 
 
 
 
1994-cü  ildən  atəşkəs  rejiminin  elan  olunmasına  bax-
mayaraq  mənfur  qonşularımız  xain  niyyətlərindən  əl  çəkmir, 
vaxtaşırı  Milli  ordumuzun  mövqelərinə  qəfil  hücumlar  təşkil 
edirlər.  
 
 
 
 
 
 
 
Torpaqlarımızın  müdafiəsində  ayıq-sayıq  keşik  çəkən 
Talışxan  dəfələrlə  bu  hücumların  qarşısının  alınmasında  igid-
liklər göstərir.   
 
 
 
 
 
Talışxan  Sadıxov  növbəti  döyüşlərin  birində  1997-ci  il 
sentiyabrın  15-də  Qazax  rayonunda  qəhrəmancasına  şəhid 
olub.  Şəhidin  cənazəsi  doğulduğu  kəndə  gətirilərək  torpağa 
tapşırılıb. 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
51 
 
 
 
 
 
 
VALEH RƏHİMOV 
(1976-1995) 
 
 
Rəhimov Valeh Yaqub oğlu –  
29  fevral  1976-cı ildə Lerik  rayo-
nu Veri-Əliabad kəndində anadan 
olub. 1983-cü ildə Veri-Əliabad 8-
illik kənd natamam orta məktəbi-
nin  birinci  sinfinə  daxil  olub,  1993-cü  ildə  Veri  kənd  orta 
məktəbinin onuncu sinfini bitirib.    
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  1994-cü  ildə  Lerik 
rayon  hərbi  komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə 
çağırılaraq cəbhə bölgəsinə yola salınıb.  
 
 
Valeh  Qarabağ  cəbhəsinin  müxtəlif  istiqamətlərində 
gedən  döyüşlərdə  iştirak  etmiş,  düşmənə  qarşı  mübarizədə 
fəallıq  göstərərək  öz  əsgəri  borcunu  yerinə  yetirməyə  çalışıb. 
 
Valeh  Rəhimov  11  fevral  1995-ci  ildə  Azərbaycan 
Respublikasının müstəqilliyi və suverenliyinin müdafiəsi zama-
nı  şəhid  olub.  Şəhidin  cənazəsi  doğulduğu  kəndə  gətirilərək 
Veri-Əliabad kənd qəbiristanlığında dəfn olunub.   
 
Ölümündən  sonra  oxuduğu  Veri-Əliabad  kənd  məktə-
binə onun adı verilib. 
 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
52 
 
 
 
 
 
 
BALAMİR MƏMMƏDOV 
(1974-1993) 
 
 
Balamir Şirməmməd oğlu – 
1974-cü  ildə  Lerik  rayonunun 
Küsəkəran  kəndində  anadan 
olub.  1989-cu  ildə  Küsəkəran 
kənd  natamam  orta  və  1991-ci 
ildə Veri kənd orta məktəblərini bitirib.  
 
 
1992-ci  ildə  Lerik  rayon  hərbi  komissarlığı  tərəfindən 
həqiqi  hərbi  xidmətə  çağırılaraq  cəbhə  bölgəsinə  göndərilib. 
 
Balamir  Məmmədov  Qarabağ  cəbhəsinin  müxtəlif  isti-
qamətlərində gedən bir sira uğurlu əməliyyatlarda iştirak edə-
rək torpaqlarımızın müdafiə olunmasında igidliklər göstərib. O, 
döyüş  meydanında  şücaətlər  göstərərək  xidmət  etdiyi  hərbi 
hissədə  qorxmaz  və  igid  bir  əsgər  kimi  tanınaraq  hamının 
hörmətini  qazanmışdı.  Yurdunu,  vətənini  göz  bəbəyi  kimi 
qorumağa çalışan Balamir döyüşə atılanda aslan kimi döyüşür, 
avtomatından düşmənə mərmi deyil, sanki nifrət püskürürdü. 
 
Yurdumuzun igid oğlu 1993-cü ilin mart ayında Ağdərə 
rayonunun  Çıldıran  bölgəsi  uğrunda  gedən  döyüşlər  zamanı 
qəhrəmancasına  şəhid  olub.  Ölümündən  sonra  təhsil  aldığı 
Küsəkəran kənd natamam orta məktəbinə onun adı verilib. 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
53 
 
 
 
 
 
 
ƏHLİMAN ƏLİYEV 
(1969-1994) 
 
 
Əliyev  Əhliman  Ağaxan  oğlu  – 
1969-cu  il  yanvar  ayının  9-da 
Lerik  rayonunun  Blaband  kən-
dində  anadan  olub.  1976-cı  ildə 
Blaband  kənd  orta  məktəbinin 
birinci sinfinə daxil olub, 1986-cı ildə həmin məktəbin onuncu 
sinfini bitirib.    
 
 
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yola salınıb. Hərbi 
xidmətini Sovet ordu sıralarında başa vurub. 
 
Əhliman  ordu  sıralarından  tərxis  olunduğu  vaxt  artıq 
mənfur  qonşularımız  torpaqlarımıza  göz  dikərək  Qarabağda 
qarışıqlıq yaratmağa başlamışdı. Düşmənin əliyalın xalqa qarşı 
törətdiyi vəhşiliyə Əhliman kimi oğullarımız biganə qalmayar-
aq  yenicə  yaranmağa  başlayan  ordu  sıralarına  qoşulurdular.
 
Azərbaycan  Respublikası  Prezidentinin  xalqa  müraciə-
tindən  sonra  digər  vətənpərvər  oğullarımız  kimi  Əhliman  da 
1993-cü  ildə  könüllü  olaraq  milli  ordu  sıralarına  qoşulub.  O, 
Fizuli  rayonu  uğrunda  gedən  döyüşlərdə  iştirak  etmiş,  qorx-
mazlığı və şücaəti ilə seçilib.   
 
 
 
Əhliman Əliyev 1994-cü ilin aprel ayında Fizuli rayonu 
uğrunda gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək qəh-
rəmancasına şəhid olub.  
 
 
 
 
Ölümündən  sonra  Blaband  kənd  klubuna  Əliyev  Əhli-
man  Ağaxan  oğlunun  adı  verilərək  şəhidin  xatirəsi  əbədi-
ləşdirilib.  


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə