1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə11/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

Əbədiyyət yolçuları 
 
  
42 
 
 
 
 
 
 
BAKİR MƏMMƏDOV 
(1971-1994) 
 
 
Məmmədov Bakir İxtiyar oğlu– 
1971-ci ildə Lerik rayonunun
 
Cən-
gəmiran kəndində doğulub. 1978-
ci ildə Cəngəmiran kənd tam orta 
məktəbinin  birinci  sinfinə  daxil 
olub, 1988-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. 
 
Orta  məktəbibi  tirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq 
keçmiş  Sovet  ordu  sıralarına  yola  salınıb.  Hərbi  xidmətini 
başa vurduqdan sonra vətənə qayıdır. 
 
 
Qarabağ savaşı başlyanda Bakir də digər yurddaşları 
kimi könüllü olaraq milli ordu sıralarına qoşulur.  
 
Bakirin  döyüş  yolu  Ağdam
 
rayonundan  başlayır. 
Vətənin  bu  qəhrəman  oğlu  Ağdamın
 
bir  çox  kəndlərinin 
azad edilməsində iştirak edərək igidliklər göstərir.  
 
Bakir Məmmədov 1994-cü ilin yanvar ayında Ağdam 
rayonunun Güllücə kəndi uğrunda gedən qızğın döyuşlərdə 
canını  vətənə  qurban  verərək  şəhidlik  zirvəsinə  ucalır. 
Şəhidin  cənazəsi  Lerik  rayonunun  Cəngəmiran  kəndinə 
gətirilərək  “Xəlifə  Zəkəriyyə”  qəbiristanlığının  Şəhidlər 
kompleksində dəfn edilib.  
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
43 
 
 
 
 
 
 
TƏHSİN CƏFƏROV 
(1973-1992) 
 
 
Cəfərov Təhsin Almas oğlu–  
17  noyabr  1973-cü  ildə  Lerik 
rayonunun
 
Soru kəndində anadan 
olub.  Təhsin  Cəfərov  1978-ci  ildə 
Soru  kənd  tam  orta  məktəbinin 
hazırlıq sinfinə daxil olub, 1990-cı ildə həmin məktəbin onuncu 
sinfini bitirib.   
 
 
 
 
 
 
Orta  məktəbi bitirdikdən sonraLerik  rayon  Hərbi  ko-
missarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılan  Təhsin 
Cəfərov cəbhə bölgəsinə yola salınıb.  
 
 
Təhsin  Cəfərovun  döyüş  yolu  Ağdam
 
şəhərində  yer-
ləşən  batalyondan  başlayır.  Vətənin  bu  igid  oğlu  Ağdamın
 
Quzanlı,  Mərizli
 
və  digər  kəndlərin  müdafiəsində  igidliklər 
göstərərək  düşmən  qüvvələrinə  sarsıdıcı  zərbələr  endirir. 
Döyüş  meydanını  xain  düşmənlərə  məzara  çevirən  Təhsin 
qorxmazlığı  və  döyüş  bacarığı  ilə  seçilərək  hər  kəsin  hör-
mətini  qazanır,  döyüşün  ən  qaynar  nöqtələrinə  irəlilə-
yərək  düşməni  ağır  itkilərlə  geri  çəkilməyə  məcbur  edir.
 
Təhsin  Cəfərov  22  oktyabr  1992-ci  ildə  Ağdam 
rayonunun Mərizli kəndi uğrunda gedən qızğın döyuşlərdə 
canını vətənə qurban verərək şəhidlik zirvəsinə ucalır. 
 
Soru  kənd  tam  orta  məktəbi  şəhid  Təhsin  Cəfərovun 
adını daşıyır. Məktəbin həyətində şəhidin büstü ucaldılıb. 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
44 
 
 
 
 
 
 
RAKİF BABAYEV 
(1973-1993) 
 
 
Babayev Rakif Cəlal oğlu- 
1973-cü  ildə  Lerik  rayonunun 
Vov  kəndində  anadan  olub.  On 
üç  uşaqlı  ailənin  on  birinci 
övladı  idi  vətənin  bu  qəhrəman 
oğlu.  Rakif  Babayev  1980-ci  ildə  Vov  kənd  orta  məktəbinin 
birinci  sinfinə  qəbul  olunub,  1990-cı  ildə  həmin  məktəbin 
onuncu sinfini bitirib. 
 
 
 
 
1991-ci  ildə  Lerik  rayon  Hərbi  komissarlığı  tərə-
findən  həqiqi  hərbi  xidmətə  çağrılaraq  Qarabağ  cəbhəsinə 
göndərilir.  O,  yenicə  formalaşmağa  başlayan  Milli  ordu 
sıralarında şərəflə xidmətə başlayır. 
 
 
 
Rakifin  döyüş  yolu  əsasən  Ağdam  cəbhəsindən 
keçir.  Rakif  Babayev  cəbhə  bölgəsindəki  bir  sıra  uğurlu 
əməliyyatlarda  iştirak  edərək  qəhrəmanlıqlar  göstərib.  O, 
döyüş  yoldaşları  ilə  bərabər  Ağdamın  Yeni  Əfirəli  kən-
dindəki döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi 
texnikasını sıradan çıxararaq məhv edir.   
 
Rakif Babayev 1993-cü il avqust ayının 9-da Ağdam 
rayonu  uğrunda  gedən  döyüşlərdə  qəhrəmancasına  şəhid 
olub. Şəhidin cənazəsi doğulduğu kəndə gətirilərək torpağa 
tapşırılıb. 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
45 
 
 
 
 
 
 
ƏHƏD RZAYEV 
(1973-1994) 
 
 
Rzayev Əhəd Əsgər oğlu–  
1973-cü  ildə  Lerik  rayonunun
 
Orand
 
kəndində  anadan  olub. 
1980-cı ildə Orand kənd orta mək-
təbinin  birinci  sinfinə  daxil  olub, 
1990-cı ildə həmin məktəbin onuncu sinfini bitirib.  
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılan Əhəd 
Milli  ordu  sıralarına  yola  salınıb.  O  vaxtlar  hələ  ordumuz 
yenicə  formalaşmağa  başlayırdı.  Əhəd  kimi  vətənpərvər 
oğulların orduda yer alması orduya yeni güc qatırdı. Çünki 
bu  elə  bir  vaxt  idi  ki,  əli  silah  tutan  hər  bir  Vətən  oğluna 
ehtiyac duyulurdu. Vətən darda idi, haray istəyirdi. 
 
Əhədin döyüş yolu  Ağdərə
 
rayonundan başlayır.  Ağ-
dərə
 
rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə mər-
dliklə vuruşaraq igidliklər göstərir.  
 
 
 
Sonradan Əhədi Fizuli rayonuna göndərirlər. O,Fizuli 
rayonunun müdafiəsində və Horadiz uğrunda gedən döyüş-
lərdə iştirak edir.    
 
 
 
 
 
Əhəd Rzayev 13 aprel 1994-cü ildə Horadiz uğrunda 
gedən  döyüşlərdə  qəhrəmancasına  şəhid  olur.  Şəhidin  cə-
nazəsi Lerik rayona gətirilərək doğulduğu Orand kəndində 
torpağa tapşırılır.  
 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə