1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə19/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

Əbədiyyət yolçuları 
 
  
74 
 
 
 
 
 
 
ZAHİR BƏBİROV 
(1974 - 1994) 
 
 
Bəbirov Zahir Bayraməli oğlu– 
1974-cü  ildə  Lerik  rayonunun 
Nuravud kəndində anadan olub. 
1981-ci  ildə  Nuravud  kənd  orta 
məktəbinin birinci sinfinə qəbul 
olunub, 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. 
 
Orta  məktəbini  bitirdikdən  sonra1992-ci  ildə  Lerik 
rayon  Hərbi  komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə 
çağrılaraq cəbhə bölgəsinə göndərilir.  
 
 
Döyüş yolu Fizuli cəbhəsindən keçən. Zahir Bəbirov 
Fizuli  rayonu  uğrunda  gedən  döyüşlərdə  əsl  qəhrəmanlıq 
nümayiş  etdirərək  döyüş  yoldaşları  ilə  bərabər  quduzlaş-
mış düşmənə sarsıdıcı zərbələr endirir.    
 
Ürəyi vətən eşqiylə döyünürdü Zahirin. Nəyin baha-
sına olursa, olsun, xain düşmənin ayağını torpaqlarımızdan 
kəsməyə çalışırdı. Döyüş meydanına girəndə əsl qəhrəman 
kimi  döyüşürdü.  Açdığı  sərrast  atəşlərlə  düşmənin  olduğu 
yeri onun üçün cəhənnəmə çevirirdi. 
 
 
 
Vətənin  qəhrəman  oğlu  26  yanvar  1994-cü  ildə 
Şişqaya  yüksəkliyi  uğrunda  gedən  döyüşlərdə  düşmən 
gülləsinə  tuş  gələrək  qəhrəmancasına  şəhid  olur.  Şəhidin 
cənazəsi  doğulduğu  kəndə  gətirilərək  torpağa  tapşırılmışdır.
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
75 
 
 
 
 
 
 
MÜŞFİQ CƏFƏROV 
(1974 - 1994) 
 
 
Cəfərov Müşfiq İlyas oğlu –  
13 aprel 1974-cü ildə Lerik rayo-
nunun  Mondigah  kəndində  ana-
dan  olub.  1981-ci  ildə  Mondigah 
kənd  orta  məktəbinin  birinci  sin-
finə qəbul olunub, 1991-ci ildə həmin məktəbin onuncu sinfini 
bitirib.   
 
 
 
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq cəbhə 
bölgəsinə yola salınır.  
 
 
 
 
Müşfiqin döyüş yolu Laçın rayonundan başlanır. Sonra 
o,  Fizuli  və  Kəlbəcər  rayonları  uğrunda  gedən  döyüşlərdə 
iştirak  edir.  O,  bir  əsgər  kimi  dəfələrlə  düşmənə  zərbələr  en-
dirərək  torpaqlarımızın  müdafiəsində  öz  döyüş  məharətini 
göstərir.  
 
 
 
 
 
 
1994-cü  il  yanvar  ayının  26-da  Kəlbəcərin  müdafiəsi 
uğrunda  gedən  döyüşlər  zamanı  Müşfiq  əlindəki  qumbara  ilə 
özünü  yaxınlaşan  düşmən  BTR-in  altına  ataraq  həm  düşmən 
texnikasını  və  canlı  qüvvəsini  sıradan  çıxarır,  həm  də  özü 
qəhrəmancasına şəhid olur. Şəhidin cənazəsi doğulduğu kəndə 
gətirilərək torpağa tapşırılır.   
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
76 
 
 
 
 
 
 
VAQİF FƏRZULLAYEV 
(1967 – 1992) 
 
 
Fərzullayev  Vaqif  Ulduz  oğlu– 
Əslən  Lerik  rayonunun  Rəzəvul 
kəndindən olan Vaqif 1967-ci il-
də Sabirabad rayonunda anadan 
olub.  Orta  məktəbi  bitirdikdən 
sonra Sabirabad rayon Hərbi komissarlığı tərəfindən həqiqi 
hərbi xidmətə çağrılaraq keçmiş Sovet ordu sıralarına yola 
salınır.  
 
 
 
 
 
 
Vaqif hərbi xidmətini başa vurduqdan sonra vətənə 
qayıdır. Qarabağ savaşı başlananda Vaqif də  digər qeyrətli 
vətən  oğulları  kimi  könüllü  olaraq  döyüşə  yollanır.  Onun 
döyüş yolu Qarabağ cəbhəsinin müxtəlif istiqamətlərindən 
keçir.  Torpaqlarımızın  müdafiəsində  göstərdiyi  rəşadət  və 
hünər  komandirləri  tərəfindən  həmişə  qiymətləndirilib. 
Ordu qüvvələrinin qeyri-bərabər olduğu bir vaxtda döyüş-
lərə atılaraq düşmənə qarşı mübarizə aparan yüzlərlə vətən 
övladı  kimi  Vaqif  də  vətənə  olan  borcunu  şərəflə  yerinə 
yetirməyə  çalışıb,  ölümdən  çəkinmədən  düşmənlərlə  mü-
barizə aparıb.  
 
 
 
 
 
Vaqif Fərzullayev 1994-cü ilin aprel ayında düşmən 
gülləsinə  tuş  gələrək  qəhrəmancasına  şəhid  olub.  Şəhidin 
cənazəsi doğulduğu rayona gətirilərək hörmət və ehtiramla 
dəfn olunur.
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
77 
 
 
 
 
 
 
ZAKİR FƏRZULLAYEV 
(19?? – 1994) 
 
 
Fərzullayev  Zakir  Ulduz  oğlu– 
Əslən  Lerik  rayonunun  Rəzəvul 
kəndindən  olan  Zakir  Sabirabad 
rayonunda  anadan  olub.  Orta 
məktəbi  bitirdikdən  sonra  Sabi-
rabad  rayon  Hərbi  komissarlığı  tərəfindən  hərbi  xidmətə 
yola salınıb.    
 
 
 
 
 
Qarabağ  savaşı  başlananda  Vaqif  də  digər  qeyrətli 
vətən  oğulları  kimi  könüllü  olaraq  döyüşə  yollanır.  Onun 
döyüş yolu Qarabağ cəbhəsinin müxtəlif istiqamətlərindən 
keçib.  Zakir  torpaqlarımız  uğrunda  gedən  döyüşlərdə  işti-
rak edərək igidliklər göstərir.  
 
 
 
Zakir  Fərzullayev  Qarabağ  uğrunda  gedən  döyüşlər 
zamanı  misilsiz  igidliklər  göstərir,  bir  çox  döyüş  əməliy-
yatlarında  iştirak  edir,  vətənə  olan  borcunu  sədaqətlə 
yerinə yetirməyə çalışır. 
 
 
 
 
 
O, 1994-cü ildə düşmən gülləsinə tuş gələrək qəhrə-
mancasına  şəhid  olur.  Şəhidin  cənazəsi  doğulduğu  rayona 
gətirilərək torpağa tapşırılır. 
 
 
 
 
 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə