1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

Əbədiyyət yolçuları 
 
  
78 
 
 
 
 
 
 
SARVAN İBADOV 
(1973 – 1992) 
 
 
İbadov  Sarvan  Bayram  oğlu  – 
1973-cü  ildə  Lerik  rayonunun 
Tatonu kəndində anadan olmuş-
dur.  1979-cu  ildə  Qosmalian 
kənd  orta  məktəbinin  birinci 
sinfinə  daxil  olub,  1989-cu  ildə  həmin  məktəbin  onuncu 
sinfini  bitirib.  Orta  məktəbi  bitirdikdən  sonra  Lənkaran 
musiqi  məktəbinin  xalq  çalğı  alətləri  şöbəsinə  daxil  olur. 
 
Məktəbi bitirdikdən sonra Lerik rayon hərbi komis-
sarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Qarabağ 
cəbhəsinə  yola  salınır.  Döyüş  yolu  Laçın  cəbhəsindən 
başlayıb. 
 
 
 
 
 
 
Sarvan  Qarabağ  uğrunda  gedən  döyüşlər  zamanı 
misilsiz  igidliklər  göstərir,  bir  çox  döyüş  əməliyyatlarında 
iştirak  edib,  vətənə  olan  borcunu  sədaqətlə  yerinə  yetir-
məyə çalışmışdır. İştirak etdiyi döyüşlərdə düşmənin çoxlu 
canlı  qüvvəsini  və  döyüş  texnikasını  sıradan  çıxarmışdır.
 
Sarvanın  son  döyüş  yeri  Ağdam  cəbhəsi  olur.  O, 
1992-ci il iyul ayının 6-da Çuxurəhmədli kəndi uğrunda ge-
dən  döyüşlər  zamanı  düşmən  gülləsinə  tuş  gələrək  qəhrə-
mancasına  şəhid  olub.  Şəhidin  cənazəsi  doğulduğu  kəndə 
gətirilərək torpağa tapşırılır. 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
79 
 
 
 
 
 
 
ZAHİD HƏSƏNOV 
(1974-1994) 
 
 
Həsənov  Zahid  Şahverdi  oğlu– 
10  oktyabr  1974-cü  ildə  Lerik 
rayonunun  Brkandül  kəndində 
anadan  olub.  1981-ci  ildə  Bırkan-
dül  kənd  orta  məktəbinin  birinci 
sinfinə  daxil  olub,  1990-cı  ildə  həmin  məktəbin  doqquzuncu 
sinfini bitirib, təhsilinin yarım qalan hissəsini Vistən kənd orta 
məktəbində başa vurub.  
 
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağırılır,  07 
iyul 1993-cü ildə Astara rayonunda yerləşən hərbi hissəyə, 
sonra  isə  Lənkəranda,  Port-İliçdə  yerləşən  hərbi  hissəyə 
göndərilir. Zahid bu hərbi hissələrdə təlim keçdikdən sonra 
həmin ilin noyabr ayında Qarabağ cəbhəsinə göndərilir.  O, 
Şişqaya  uğrundakı  əməliyyatlarda  iştirak  edib  və  qəhrə-
manlıqlar göstərir.    
 
 
 
 
Zahid  1994-cü  il  yanvar  ayının  5-də  Ağcəbədiyə 
göndərilir  və  burda  gedən  döyüşlərdə  iştirak  edir.  Son 
döyüş yeri Xocavənd cəbhəsi olub.  
 
 
Zahid  Həsənov  12  aprel  1994-cü  ildə  Xocavənd 
rayonu  uğrunda  gedən  döyüşlərdə  qəhrəmancasına  şəhid 
olub.   
 
 
 
 
 
 
Brkandül  kənd  əsas  məktəbi  Həsənov  Zahid  Şah-
verdi oğlunun adını daşıyır
 
 


Əbədiyyət yolçuları 
 
  
80 
 
 
 
 
 
 
ELXAN FƏRƏCOV 
(1975 - 1994) 
 
Fərəcov  Elxan  Həsənağa  oğlu  – 
11 yanvar 1975-ci ildə Lerik rayo-
nunun  Qışlaq  kəndində  anadan 
olub.  1982-ci  ildə  Zəriküməco 
kənd  ümumi  orta  məktəbinin 
birinci  sinfinə  qəbul  olunub,  1991-ci  ildə  həmin  məktəbin 
doqquzuncu sinfini bitirib, daha sonra təhsilini Piran kənd orta 
məktəbində davam etdirərək başa vurmuşdur.  
 
 
Orta məktəbi bitirdikdən sonra1993-cü il yanvar ayının 
12-də  Lerik  rayon  Hərbi  komissarlığı  tərəfindən  həqiqi  hərbi 
xidmətə çağrılaraq cəbhə bölgəsinəyola salınır.  
 
Elxanın  döyüş  yolu  Kəlbəcər  rayonundan  başlayır. 
Sonra  Elxan  xidmətini  Xanlar  cəbhəsində  davam  etdirərək 
dəfələrlə  düşmənə  zərbələr  endirib  torpaqlarımızın  müdafiə-
sində igidliklər göstərir.  
 
 
 
 
 
Son döyüş yeri Murov cəbhəsi olub. 1994-cü ilin fevral 
ayında  Murovun  müdafiəsi  uğrunda  gedən  döyüşlər  zamanı 
düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub.  
 
Şəhidin  cənazəsi  həmin  ilin  mart  ayının  27-də  doğul-
duğu Qışlaq kəndinə gətirilərək torpağa tapşırılır. 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
81 
 
 
 
 
 
 
ZƏFƏR MUSAYEV 
(1974-1993) 
 
 
Musayev Zəfər Muxtar oğlu – 
1974-cü  ildə  Lerik  rayonunun
 
Davradibi
  kəndində  anadan  olub. 
Zəfər Musayev 1981-ci ildə Davra-
dibi kənd ümumi orta məktəbinin 
birinci sinfinə daxil olub, 1991-ci ildə həmin məktəbin onuncu 
sinfini bitirib   
 
 
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılan  Zəfər 
Musayev cəbhə bölgəsinə yola salınır.  
 
 
 
Döyüş yolu Qarabağ cəbhəsinin müxtəlif bölgələrindən 
keçib. Fizuli rayonu, Şişqaya və Ağburun ətrafında gedən qanlı 
döyüşlərdə iştirak edərək misilsiz igidliklər göstərib, vətənə 
olan  borcunu  sədaqətlə  yerinə  yetirməyə  çalışmışdır. 
Zəfərin son döyüş yeri Ağdam rayonu olub.   
 
Zəfər Musayev 20 aprel 1993-cü ildə Ağdam rayonu uğ-
runda gedən döyüşlər zamanı düşmən  gülləsinə  tuş  gələrək 
qəhrəmancasına  şəhid  olub.  Şəhidin  cənazəsi  doğulduğu 
rayona gətirilərək tor-pağa tapşırılıb. 
 
 
 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə