1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

Əbədiyyət yolçuları 
 
  
66 
 
 
 
 
 
 
ŞAHİN SADIXOV 
( 1974 – 1994 ) 
 
Sadıxov Şahin Xanhüseyn oğlu – 
1974-cü  ildə  Lerik  rayonunun 
Əvilə  kəndində  anadan  olub. 
1981-ci ildə Əvilə kənd səkkizillik 
məktəbinin  birinci  sinfinə  daxil 
olub, 1989-cu ildə həmin məktəbi 
bitirib.  Daha  sonra  təhsilini  Murya  kənd  orta  məktəbində 
davam  etdirmiş,  1991-ci  ildə  Murya  kənd  orta  məktəbinin 
onuncu sinfini bitirib.  
 
 
 
 
 
Ali  təhsil  almaqdan  ötrü  Bakı  şəhərinə  gedərək  Bakı 
Rabitə Texnikomuna qəbul olunub.    
 
 
Qarabağ savaşı başlandığından Şahin təhsilini yarımçıq 
saxlayıb  könüllü  olaraq  cəbhəyə  yollanıb.  Torpaqlarımızın 
müdafiəsində  şəxsi  igidliklər  göstərib,  dəfələrlə  komandir-
lərinin fəxri fərmanları ilə təltif olunub.  
 
 
Vətənin  igid  oğlu  19  may  1994-cü  ildə  Tərtər  rayonu 
uğrunda  gedən  döyüşlərdə  qəhrəmancasına  şəhid  olub.
 
Ölümündən  sonra  şəhidin  adı  əbədiləşdirilib,  Lerik 
rayon Xalq Deputatları Soveti Rəyasət Heyətinin 15 iyul 1994-
cü il 46 saylı qərarı ilə oxuduğu Əvilə kənd əsas orta məktəbinə 
şəhid Şahin Xanhüseyn oğlu Sadıxovun adı verilib.  
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
67 
 
 
 
 
 
 
XAQANİ RÜSTƏMOV 
(19?? – 1992) 
 
Rüstəmov Xaqani Xanıbəy oğlu 
–Bakı  şəhərində  anadan  olub. 
Atası  Xanıbəy  Lerik  rayonunun 
Brkandül  kəndindəndir.  Babası 
Xanəli  1937-ci  ilin  represiya 
qurbanlarındandır.  Xaqani  orta 
məktəbi  Bakı  şəhərindəki  məktəblərdən  birində  başa 
vurub.  C.  Naxçıvanski  adına  Ali  Hərbi  məktəbdə  təhsil  almış, 
məktəbi  bitirdikdən  sonra  Kazan  Ali  Hərbi  Tank  məktəbinə 
daxil  olub.  Bu  məktəbi  bitirdikdən  sonra  Svedlovskda  xidmət 
edib.  Daha  sonra  keçmiş  sovetlər  birliyinin  Əfqanıstandakı 
məhdud  qoşun  kontingentindəki  xüsusi  dəstənin  komandiri 
olub.    
 
 
 
 
 
 
Qarabağ  savaşı  başlayanda  Xaqani  də  digər  qeyrətli 
vətən  oğulları  kimi  könüllü  olaraq  milli  ordu  sıralarına  qoşu-
laraq  bir  zabit  kimi  ordumuzun  formalaşmasında  böyük  xid-
mətlər  göstərib.  Xaqaninin  döyüş  yolu  Qarabağ  cəbhəsinin 
müxtəlif  istiqamətlərindən  keçib.  O,  Qarabağ  uğrunda  gedən 
döyüşlərdə  iştirak  edərək  qəhrəmanlıqlar  göstərib,  döyüş 
taktikası  ilə  dəfələrlə  düşməni  ağır  məğlubiyyətə  uğradaraq 
onların  çoxlu  canlı  qüvvəsini  və  döyüş  texnikasını  sıradan 
çıxarıb.  Adını  eşidəndə  qorxuya  düşən  xain  düşmən  bu 
qəhrəman  vətən  oğlunun  başı  üçün  1000  dollar  pul  da 
ayırıbmışlar..   
 
 
 
 
 
 
Cəsur kapitan Xaqani Rüstəmov 1992-cü ilin may ayın-
da  torpaqlarımız  uğrunda  gedən  qanlı  döyüşlər  zamanı  düş-
mən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub.  


Əbədiyyət yolçuları 
 
  
68 
 
 
 
 
 
 
QİYAS ƏHƏDOV 
(1974 – 1993) 
 
 
Əhədov Qiyas İsaxan oğlu – 
1974-cü  il  aprel  ayının  12-də 
Lerik  rayonunun  Xanagah  kən-
dində  anadan  olub.  1981-ci  ildə 
Xanagah  kənd  orta  məktəbinin 
birinci  sinifinə  qəbul  olunub,  1991-ci  ildə  həmin  məktəbin 
onuncu sinfini bitirib.   
 
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq cəbhə 
bölgəsinə yola salınıb.  
 
 
 
 
Qiyasın  döyüş  yolu  Laçın  cəbhəsindən  başlyır.  Laçın 
uğrunda  gedən  döyüşlərdə  iştirak  edib  və  qəhrəmanlıqlar 
göstərib. 
 
 
 
 
 
 
1993-cü  ilin  sentyabr  ayında  Beyləqan  istiqamətində 
gedən  döyüşlərdə  iştirak  edib.  Bu  döyüşlərdə  Qiyas  xüsusi 
döyüş  məharəti  göstərərək  düşmənin  çoxlu  canlı  qüvvəsini 
məhv etmiş və bir döyüş tankını əl qumbarası ilə partladaraq 
sıradan çıxarıb. 
 
 
 
 
 
 
Qiyas Əhədov 1993-cü il dekabr ayının 26-da Xocavənd 
rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.  
Ölümündən sonra şəhidin adı əbədiləşdirilmiş, Xanagah 
kənd  tam  orta  məktəbinə  Əhədov  Qiyas  İsaxan  oğlunun  adı 
verilib.  
 
 
 


Əbədiyyət yolçuları 
 
  
69 
 
 
 
 
 
 
VAHAB ƏSƏDOV 
(1972 - 1994) 
 
 
Əsədov Vahab Ayaz oğlu – 
1972-ci  ildə  Lerik  rayonunun 
Kirəvud  kəndində  anadan  olub. 
1980-ci  ildə  Kirəvud  kənd 
səkkizillik  məktəbinin  birinci 
sinfinə  qəbul  olunub,  1988-ci  ildə  həmin  məktəbi,  1990-cı 
ildə isə qonşu Boykəndil kənd orta məktəbini bitirib. 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq keçmiş 
Sovet  ordu  sıralarına  yola  salınıb.  Lakin  Qarabağ  savaşı 
başlandığından  sovet  ordu  sıralarında  hərbi  xidmətini 
yarımçıq  saxlayaraq  vətənə  qayıtmış,  könüllü  olaraq  milli 
ordu sıralarına qoşulmuşdur. 
 
 
 
Vahab Qarabağ cəbhəsinin müxtəlif bölgələrində, xü-
susən də Ağdam, Ağdərə və Fizuli rayonları uğrunda gedən 
döyüşlərdə iştirak edərək xain düşmənə qarşı vuruşub. 
 
Vahab  Fizulinin  Kərimbəyli  kəndi  və  Ağdərənin 
Təzəkənd  kəndi  uğrunda  gedən  döyüşlərdə  xüsusi  fəallıq 
göstərərək fərqlənib. 
 
 
 
 
 
Döyüş  yolu  bir  ay  iki  gün  çəkən  Vahab  Əsədov  22 
may 1994-cü ildə Fizuli rayonu uğrunda gedən döyüşlərdə 
qəhrəmancasına şəhid olub. 
 
 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə