1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

Əbədiyyət yolçuları 
 
  
90 
 
 
 
 
 
 
ƏNVƏR NƏCİYEV 
(1974-1994) 
 
 
Nəciyev Ənvər Xosaxan oğlu– 
1974-cü  ildə  Lerik  rayonunun 
Bırkandü
l
  kəndində anadan  olub. 
1980-ci  ildə  Bırkandül  kənd  orta 
məktəbinin  birinci  sinfinə  daxil 
olub, 1988-ci ildə həmin məktəbin doqquzuncu sinfini bitirib, 
təhsilinin  yarım  qalan  hissəsini  Vistən  kənd  orta  məktəbində 
başa vurmuşdur.  
 
 
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Altay  vilayətinə  gedib, 
orada İnşaat İnsitutuna daxil olur.    
 
 
Qarabağ savaşı başlandığından təhsilini yarımçıq qoya-
raq vətənə qayıdır və Milli ordu sıralarına qoşulur. 
 
Ənvər Ağdam uğrunda gedən döyüşlərdə iştirak edir 
və qəhrəmanlıqlar göstərir. Dəfələrlə düşmənə qarşı təşkil 
olunmuş  əməliyyatlarda  iştirak  edərək  döyüş  bacarığı  ilə 
fərqlənir.  
 
 
 
 
 
 
Ənvər Nəciyev 1994-cü ilin aprel ayının sonlarında Tər-
tər  rayonunun  Talış  kəndi  uğrunda  gedən  döyüşlər  zamanı 
düşmən tərəfindən vurulmuş komandirini döyüş meydanından 
çıxarmaq istərkən özü də düşmən gülləsinə tuş gələrək qəhrə-
mancasına  şəhid  olur.  Onun  cənazəsi  əvvəlcə  Ağdam 
rayonunun  Xındırıstan  kəndinə,  06  may  1994-cü  ildə  isə  do-
ğulduğu kəndə gətirilərək torpağa tapşırılır. 
 
Ölümündən  sonra  şəhidin  adı  əbədiləşdirilir, Vistən 
kənd  orta  məktəbinə  Nəciyev  Ənvər  Xosaxan  oğlunun  adı 
verilir. 


Əbədiyyət yolçuları 
 
  
91 
 
 
 
 
 
 
MÜBARİZ HƏSƏNOV 
(1969 – 1994) 
 
 
Həsənov Mübariz Ağakişi oğlu 
–  20  sentyabr  1969-cu  ildə 
Lerik rayonunun Tikəband kən-
dində  anadan  olub.  Orta 
məktəbi  Lənkaran  rayonunun 
Şilavar  kəndində  bitirib,  113  nömrəli  texniki-peşə  məktə-
bində oxuyub.  
 
 
 
 
 
 
Peşə məktəbini bitirdikdən sonra hərbi xidmətə çağ-
rılaraq  keçmiş  sovet  ordu  sıralarına  yola  salınır.  Hərbi 
xidmətini Almaniya Respublikasında başa vurduqdan sonra 
vətənə qayıdır.  
 
 
 
 
 
Mübariz  vətənə  qayıdanda  artıq  Qarabağda  mənfur 
qonşularımız  qarışıqlıq  yaratmağa  başlamışdı.  Mübariz  də 
digər qeyrətli vətən oğulları kimi könüllü olaraq milli ordu 
sıralarına qoşulur.    
 
 
 
 
Mübarizin  döyüş  yolu  Qarabağ  cəbhəsinin  müxtəlif 
istiqamətlərindən  keçir.  O,  Ağdam  rayonu  uğrunda  gedən 
döyüşlərdə  iştirak  edərək  şəxsi  igidlik  və  qəhrəmanlıqlar 
göstərir.  
 
 
 
 
 
 
Mübariz  Həsənov  08  yanvar  1994-cü  ildə  Ağdam 
rayonunun Güllücə kəndi uğrunda gedən qanlı döyüşlər za-
manı  düşmən  gülləsinə  tuş  gələrək  qəhrəmancasına  şəhid 
olur.  Şəhidin  cənazəsi  Lənkarana  gətirilərək  Böyük  Bazar 
qəbiristanlığında dəfn olunur.
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
92 
 
 
 
 
 
 
ƏFSƏR TALIBOV 
(1974 – 1994) 
 
 
Talıbov Əfsər Mədi oğlu – 
1974-cü  ildə  Lerik  rayonunun 
Şinəband kəndində anadan olub. 
1981-ci  ildə  birinci  sinfinə  daxil 
olub,  1991-ci  ildə  orta  məktəbi 
bitirib.  
 
 
 
 
 
 
1992-ci ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən 
həqiqi  hərbi  xidmətə  çağrılaraq  Milli  ordu  sıralarına  yola 
salınır.  
 
 
 
 
 
 
Əifsərin  döyüş  yolu  Qarabağ  cəbhəsinin  müxtəlif 
istiqamətlərindən  keçir.  Tərtər  rayonunun  Çaylı  kəndində 
düşmənə qarşı mübarizədə iştirak edərək döyüş bacarığı ilə 
fərqlənir.  
 
 
 
 
 
 
Sonra  25  nəfər  əsgər  heyyəti  ilə  Tərtərdən  Ağdərə 
rayonuna  göndərilir,  burada  da  bir  çox  döyüş  əməliy-
yatlarında iştirak edir.  
 
 
 
 
Əfsər  Talıbov  1994-cü  ilin  yanvar  ayında  Ağdərə 
rayonu  uğrunda  gedən  döyüşlərdə  qəhrəmancasına  şəhid 
olur.  Onun  cənazəsi  düşmənin  zəpt  etdiyi  ərzilərdə  qaldı-
ğından götürmək mümkün olmur.  
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
93 
 
 
 
 
 
 
YAŞAR ALXASOV 
(1974 - 1995) 
 
 
Alxasov Yaşar Abutalıb oğlu –  
25  mart  1974-cü  ildə  Bakı  şəhəri 
Suraxanı rayonunda anadan olub. 
1979-cu  ildə  ailəsi  ilə  birlikdə 
Lerik  rayonunun  Zəriküməco 
kəndinə  köçür.  1981-ci  ildə  Zəriküməco  kənd  ümumi  orta 
məktəbinin  birinci  sinfinə  qəbul  olunub,  1990-cı  ildə  həmin 
məktəbin  doqquzuncu  sinfini  bitirmiş,  daha  sonra  təhsilini 
Piran kənd orta məktəbində davam etdirərək başa vurmuşdur. 
 
Orta məktəbi bitirdikdən sonra 1992-ci ildə Lerik rayon 
Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq 
cəbhə bölgəsinə yola salınır.   
 
 
 
Yaşarın döyüş yolu Fizuli rayonunun Bəhmənli, Daşbu-
run, Balabəhmənli kəndlərindən keçir. Yaşar Fizuli cəbhəsində 
gedən  döyüşlərdə  iştirak  edərək  dəfələrlə  düşmənə  zərbələr 
endirir, torpaqlarımızın  müdafiəsində əsl qəhrəmanlıq  nüma-
yiş etdirir.  
 
 
 
 
 
 
 
Son döyüş yeri Fizuli rayonunun Horadiz qəsəbəsi olur. 
1995-ci  ilin  oktyabr  ayının  22-də  Horadiz  qəsəbəsinin  müda-
fiəsi  uğrunda  gedən  döyüşlər  zamanı  düşmən  gülləsinə  tuş 
gələrək qəhrəmancasına şəhid olur. Şəhidin cənazəsi yaşadığı 
kəndə gətirilərək torpağa tapşırılır. 
 
 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə