1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə18/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   14   15   16   17   18   19   20   21   ...   54

38 
 
vəziyyətlərini  götür-qoy  edib  əsgərlərini  üç  komanda  altında  bölərək  üç  tərəfdən 
ermənilərin  qarĢısına  çıxırlar.  Bu  müharibədə  müsəlman  piyadaları  nəhayət 
fədakarlıqla  çalıĢıb  düĢmənin  geri  çəkilmək  yolunu  kəsməklə  erməniləri 
sıxıĢdırırdılar.  Ermənilər  ağır  bir  hala  düĢərək    böyük  bir  müharibədən    sonra 
Haxulu  kəndinə  çəkilməyə  məcbur  olurlarsa  da,  döyüĢ  meydanından  bir  verst 
kənarda  xüsusi  nizamla  dayanmıĢ  müsəlman  süvariləri  tərəfindən  Ģiddətlə  təqib 
edildi.  Müsəlmanlar  hər  tərəfdən  Haxulu  kəndini  atəĢə  tutub  erməniləri  həmən 
kənddən də qaçmağa  məcbur etdilər. Bu müharibədə ermənilərin tələfatı çox olsa 
da,  qaranlıq  düĢdüyündən  layiqincə  öyrənmək  mümkün  olmadı.  Müsəlmanlardan 
isə bir nəfər Cəbrayıl Cəfərqulu oğlu yaralanıb orduya çatınca millət naminə Ģəhid 
oldu. Müsəlmanlar həmən məhələ də mühafizə dəstəsi qoyub qayıtdılar. 
Ağbulaq  müharibəsi.  Çəmənlı  müharibəsinin  ertəsi  günü  yenə  sübh 
zamanı  ermənilərin  təzədən  Ağbulaq  adlı  erməni  kəndində  toplaĢıb,  Çəmənli 
kəndinə  dübarə  hücum  edəcək  xəbəri  kəĢfiyyat  tərəfindən  xəbər  verilir. 
Müsəlmanlar  bu  xəbəri  alınca  əsgəri  ehtiyaclarını  təkmil  edərək  xüsusi  nizam  ilə 
Çəmənli  müharibəsinə  atlanırlar.  Ġndiyə  qədər  millət  arasında  misli  görünməmiĢ 
dava  varsa  da,  o  da  yalnız  Ağbulaq  müharibəsidir  demək  olar.  Bu  müharibədə 
ermənilər  çox  yanıqlı  müharibə  etdiklərindən  müsəlmanlar  dəxi  ümumi  hücum 
baĢlayıb o gün axĢama qədər qanlı vuruĢ oldu. Sonra ermənilər son dərəcə pəriĢan 
halda  öz  qərargahlarına  -  Ağbulaq  kəndinə  dolub  imarətlər  arxasında  sipər 
düzəltməklə  müharibəyə  giriĢdilər.  Müsəlmanlar  isə  dörd  tərəfdən  kəndi  atəĢə 
tutub  axırda  ermənilərə  çoxlu  tələfat  verməklə  kəndi  boĢaltmağa  məcbur  etdilər. 
Müsəlmanlar kəndi dağıdıb qarət etdilər. Ermənilər, necə ki, baĢqa yerlərdə, yenə 
tələfatlarını  gizlədirdilər.  Ancaq  müsəlman  əsgərləri  öz  qabaqlarına  yıxılıb  can 
verən  erməniləri  ölmüĢ  hesab  edirdilər.  Sübhdən  axĢama  qədər  baĢ  verən 
müharibədə  müsəlmanlar  zərərsiz,  dillərində  "Ģükrani-Məhəmmədət"  ordularına 
qayıtdılar... 
Böyük  ArıĢ  müharibəsi.  Ağbulaq  müharibəsinin  ertəsi  ermənilər  iki  yüz 
əlli evdən ibarət Xırmancıq adlı erməni kəndinə yığılıb hər tərəfdən könüllü əsgər 
toplayıb  qüvvələrini  iki  min  beĢ  yüzə  qədər  artırmıĢdılar.  Ermənilər  əsgərlərin 
hərbi  ehtiyaclarını  düzəldərək  bu  dəfə  müsəlmanları  ağır  məğlubiyyətə  uğradıb 
yenə bir Ģöhrət qazanmaq arzusunda idilər. 
Xırmancıq  kəndi  dörd  tərəfdən  maneəli  və  keçilməz  dağlarla  əhatə 
olunduğundan  bu  kəndi  almaq  üçün,  heç  olmasa  10000  qoĢun  və  bir-iki  ay 
mühasirə tədarükü olmalı idi. 
Ermənilərin  bu  kəndə  yığılmaqdan  məqsədi  qonĢuluqda  olan  ArıĢ  adlı 
müsəlman kəndini dağıdıb, müsəlmanlar üstün gələrsə, Xırmancığa dolub özlərini 
qorumaq fikri idi. 
Bu kəndə  heç bir tərəfdən əsgər  yeritmək  mümkün deyildi. Zira  hər tərəfi 
dağlıq idi və yalnız bir tərəfdən tək atlı keçməyə imkan vardı. Çox yerləri var ki, 


39 
 
tək atlı keçməyə də imkan yoxdur. Müsəlmanların kəĢfiyyatçıları ermənilərin əhval 
və hərəkətindən layiqincə məlumat əldə edib baĢ komandana çatdırmaqda idilər. 
Bu səbəbdən müsəlmanlar əvvəlki qüvvələrini bərpa edib döyüĢ Ģəkli alaraq 
ermənilərdən  əvvəl  qüvvələrini  ġeyxməli  və  sair  ümumi  qərargahlardan  çağırıb 
ArıĢ  kəndində  bir  yerə  cəm  olmağa  baĢlayırlar  ki,  aĢağıdakı  üsul  ilə  müharibəyə 
baĢlasınlar. 
Müharibə  məktubları  yaxud  hərb  meydanından  xəbərlər.  Müsəlman 
əsgərinin  baĢ  komandanları  bu  Xırmancıq  müharibəsində  düĢmənin  qüvvəsindən 
lazımınca xəbərdar olduğundan əsgərlərinə səbat  və  mətinlik üçün bir çox nitqlər 
oxuyub hər cür təĢviqatda bulunurdular. Əsgərlərin isə bədənlərindəki qeyrət qanı 
cuĢa  gəlib  Ģöhrətli  qəhrəmanların  əsgər  övladları  olduqlarını  komandanlarına 
bildirirdilər.  Bu  vaxt  müsəlmanların  mühafizə  dəstələri  vasitəsi  ilə  ermənilərin 
sübhə bir saat qalmıĢ Xırmancıqdan hərəkət etmələri böyük komandana yetiĢir. Bu 
halda  müsəlman  baĢ  komandanı  firqə  komandanlarına  lazımi  göstəriĢlərini  verib 
kəndin  ətrafındakı  səngərlərdə  münasib  mövqe  tutmaq  üçün  göndərilirlər.  Onlara 
hər  dəqiqə  erməni  əsgərlərinin  hansı  mövqeyə  yetiĢməsi  xəbəri  də  verilirdi. 
Əsgərlər  ümumən  müharibəyə  hazırlaĢdıqları  vaxt  əsgərlərin  böyük  komandanı 
atına minərək onlara bu nitqi söyləmiĢdir: 
-  Övladlarım!  Mən,  hər  halda  erməni  ilə  müsəlmanların  iĢi  bu  məqama 
yetiĢdirməsinə  təəssüflər  edirəm.  Bununla  birlikdə  bu  əfsusların  bizə,  yaxud 
ermənilərə heç bir faydası yoxdur. Zira, indilik biz onlarla üz-üzə gəlib vuruĢmağa 
məcbur olmuĢuq. Bu saatda bizlərə heç bir iĢ fayda verməz. Yalnız xəncər-patron 
köməyə gələr. Bəli! Sülh vaxtı sülh etmək, müharibə vaxtı mərdanəlik göstərmək 
lazımdır. Ġndi görürsünüz ermənilər bizim nə qədər kəndlərimizi dağıdıb, nə qədər 
gəlin-qızlarımızı əsarətə alıb, olmazın təhqirlərə düçar və mübtəla etmiĢlər. Ancaq 
heç  vaxt  darıxmayın!  Bu  əsarət,  bu  təhqir  sizə  çox  acı  olsa  da,  darıxmayın! 
Hamınız eĢidəsiniz ki, Kərbəla meydanında Hüseyn ibn Əli Əleyhüssəlam bir ovuc 
yaxın  adamları  ilə  Yezidin  (lənətullah)  yüz  minlərcə  cani  dəstələrinə  qabaq-qarĢı 
durmuĢdu. 
Hürriyyətin, o qeyrət mücəssəməsinin Kərbəla meydanında olan fədakarlığı 
həqiqətin  gözünü  pərdələməyib  Yezid  vələd-əz-zinayə  beyət  əli  uzatmaqdan  ötrü 
deyil idi?! Bəli, itaət etməyib övlad və pak adamlarına əsarət rəva görən yalnız o 
həzrətdir.  Amma  biz  ilə  o  həzrətin  böyük  bir  təfavütü  vardır.  O  isə  budur:  O 
həzrətin bacıları, hərəmləri,  qızları  peyğəmbər  nəvəsi Əli ibn Əbu Talib gəlinləri 
olduqlarından  Yezid  qoĢununda  o  cürət  olmazdı  ki,  təhqirlə  onlara  əl  uzatsınlar. 
Amma bilərsiniz, qardaĢlar, hərəmlərimiz erməni əlinə düĢsə, nə olar?! 
(Bu  vaxt  əsgərlərdən  Ģiddətli  ağlamaq  səsləri  ucalır.)  Yenə  nitqə  davam 
edilir: 
-  Bizim  Ģəriətdə  müdafiə  məsələsi  vacibdir.  Ona  görə  də  qorxunu, 
ağciyərliyi  qəlbinizə  qoymayasınız.  Qorxu-ürkü  millət  və  vətən  fədakarlığı 
qarĢısında  qəbahətli  və  rəva  görülməyən  hərəkətlərdəndir.  Ona  görə  qorxu  və 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə