Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
226
kimi qiymətləndirilir. Belə ki, kodeksi istədiyi yerə apar-
maq, onun vərəqələrini lazım olan səmtə bükmək, tutuş-
durmaq və s.
mümkün olduğu halda,
papirus kitabda
bunu etmək imkan xaricində idi. Çünki o, kiçik ehtiyatsız-
lıq və ya müqavimət nəticəsində tez sınıb-tökülə bilirdi və s.
Perqamentdən uzun zaman, hətta XIX əsrin I yarısında da
istifadə olunmuşdur.
Perqamentdən istifadə edənlər onu özünə uyğun va-
sitə ilə yazmışlar. Belə vasitə quş lələyi olmuşdur. Perqa-
mentdə yazmaq üçün əsasən qaz lələyindən istifadə edil-
mişdir. İndiyə kimi tədqiqatçılar lələyin ucunun hansı
formalarda yonulduğunu tam müəyyənləşdirməmişlər.
Şübhəsiz ki, bu haqda dəqiq fikir olacaqdır.
Qaz lələyi birdən-birə qamış qələmi əvəz etməmişdir.
Tarixçilərin fikrincə, bu iki vasitə uzun zaman müvazi işlədil-
mişdir. Qamış qələmdən Azərbaycanda XX əsrin 20-30-cu illə-
rində də istifadə olunmuşdur. Qaz lələyi yazı üçün qamışa
nisbətən bir çox üstünlüyə malik idi. Lələk yazıda barma-
ğın azacıq təzyiqi ilə istənilən
şəkildə yazmağa xidmət
edirdi.
Lələk müasir yazıda işlənən polad qələm ucunun ya-
ranmasında bünövrə təşkil edərək başlıca rol oynamışdır.
Avropada polad qələmucu XIX əsrin ortalarında meydana
gəlmiş və indi onun bütün ölkələrdə müxtəlif növü forma-
laşmışdır. Qeyd etməliyik ki, müasir yazıda istifadə olunan
avtoqələmlər (diyircəkli avtoqələm və başqası) yazının for-
masında, estetikasında müəyyən fərqlər yaratmışdır. Bu
qələmlər kalliqrafik tələb əsasında
hərflərin hissələrinin
qalın və nazik yazılmasına imkan vermir.
Beləliklə, deməliyik ki, yumşaq materialdan və onla-
ra müvafiq qamış qələm və lələkdən istifadənin yazının
inkişafında mühüm rolu olmuşdur. Bu materiallar birin-
ci mərhələdə istifadə edilənlərdən fərqli olaraq, yazının
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
227
zahiri cəhətinin formalaşmasında xüsusi əhəmiyyət kəsb
etmişdir.
Lakin bu vasitə də özlüyündə yazı üçün tam yararlı
deyildi. Bunlar çoxlu və böyük kitablar yaratmağa imkan
vermirdi. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, hə-
min materialları asanlıqla və ucuz qiymətə istənilən miq-
darda əldə etmək mümkün olmurdu; xüsusən papirusun
istehsalı üçün istifadə edilən bitki dünyanın
az bir yerində
bitirdi. Həmçinin perqament hazırlamaq üçün böyük miq-
darda heyvan məhv etmək lazım gəlirdi. Bütün bunlar isə
yazının sürətlə tərəqqisinə mane olurdu.
Dostları ilə paylaş: