Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
250
Göründüyü kimi, kiçikölçülü işarələr (n, r, s, t, d,
z, y) bir milli xəttin 1/2 ölçüsündə,
birölçülü stenoqrafik
işarələr (k, v, p, h, c, t, l, m) tam bir mil arası boyda, ikiöl-
çülü işarələr isə bir mildən əlavə ya xəttüstü (b, q, x, ç), ya
da xəttaltı (ş, g, ğ) olur. Bunlardan birölçülü və ikiölçülü
işarələr böyük işarələr adlanır. Stenoqrafik işarələrin əksə-
riyyəti, hərflərdən fərqli olaraq, maili-sağa əyilmiş forma-
da cızılır. Eyni zamanda, bəzi işarələr –
, , səslə-
rinin işarələri sağdan sola, , , səslərinin işarələri
isə soldan sağa yazılır.
2. Stenoqrafik yazı sisteminin hissələri. Stenoqrafik
yazı sistemi üç əsas hissədən ibarət olur: 1) hərfli əlifba;
2) hərf birləşmələri üçün xüsusi işarələr; 3) ixtisarlar.
1) Əlifba. Əlifba tərtibində ən münasib işarələrdən is-
tifadə olunur. Bu işarələr sadə cizgilərdən ibarətdir.
Stenoqrafik əlifbada hər hərfin ancaq bir forması
mövcuddur.
Dostları ilə paylaş: