2. ÜMumi DİLÇİLİk II indd


Şəkil 41. Əlifba sırası ilə samitlərin işarələri



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə139/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   135   136   137   138   139   140   141   142   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Şəkil 41. Əlifba sırası ilə samitlərin işarələri


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
251
Stenoqrafiyada saitlər üçün də xüsusi işarələr işlədilir 
(42-ci şəklə baxın).
Göründüyü kimi, damaq saitləri ikiölçülti (a, ə), birölçü-
lü (i, ı) və kiçikölçültı (o, ə), ikiölçülü (u, ü) üfüqi xətlə yazılır.
2) Xüsusi işarələr. Stenoqrafik yazı sistemində bir sıra 
işarələrdən də istifadə edilir ki, bunlar xüsusi stenoq-
rafik işarə hesab olunur. Bu cür işarələr ancaq söz kö-
kündə tez-tez təsadüf olunan hərf birləşmələrinə tət-
biq edilir
1
.
Şəkil 42. Saitlərin işarələri
1
Bax: R.Bağırova. “Stenoqrafiya”. Bakı, 1956, səh. 13-14.
2
Dildəki hər bir leksik vahidi stenoqrafik işarələrlə bütöv yazmaq olur.
3) İxtisarlar. İxtisar qaydalarından həm adi, həm də ste-
noqrafik yazıda istifadə olunur. Lakin ixtisar stenoq-
rafiyanın başlıca üsuludur
2
. Stenoqrafik yazıda hər 
bir lüğəvi və qrammatik ünsürləri ixtisar etmək olur. 
Stenoqrafiyada tam, bütöv yazılmayan ünsürlər xüsu-
si ixtisarlar adlanır. Həmin bu stenoqrafik ixtisarların 
müəyyən prinsipləri vardır.
a) Tək səslərin ixtisar prinsipləri. Hər şeydən əvvəl 
qeyd etməliyik ki, stenoqrafiyada, əsasən, ən çox təsadüf 
edilən sözlər ixtisar edilir.
Tək sözləri ixtisaretmənin prinsiplərindən biri sözdən 
səs ixtisar etməkdir; məsələn: kas(s)a, profes(s)or, kor(r)
ektor, id(e)al, p(o)ema və s.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
252
Suspenziya prinsipinə əsasən, sözlərin bir hissəsi sax-
lanılıb, digəri ixtisar edilir; məsələn: Azər(baycan), Lat(vi-
ya), fev(ral), ok(tyabr), dek(abr) və s.
İnisial prinsipinə görə, sözün ancaq ilk səsini bildirən 
hərf saxlanılır, qalan hərflər isə ixtisar olunur; Məsələn:
Göründüyü kimi, burada kənd sözündən “k”, qanun 
sözündən ”q”, pambıq sözündən “p”, bil sözündən “b” 
hərfi saxlanılmışdır. Burada, yeri gəlmişkən, bir məsələni 
də xatırlatmaq lazımdır ki, stenoqrafiyada hərflərin ölçü-
sünə riayət etməyin xüsusi rolu vardır. Belə ki, yuxarıdakı 
nümunədə olduğu kimi, oxşar işarələrin uzun və qısa ya-
zılması başqa-başqa hərfi bildirir.
b) İfadələrin ixtisar prinsipləri. İkidən artıq sözün ix-
tisar edilməsi ifadə ixtisarı adlanır. Stenoqrafiyada ifadə 
termini geniş mənada götürüldüyündən buraya sabit və 
sərbəst söz birləşmələri, mürəkkəb adlar və ümumiyyətlə, 
həmişə yanaşı işlənə bilən iki və ikidən çox söz kompleksi 
daxil edilir.
Stenoqrafiyada ifadələr bir neçə qaydada ixtisar olu-
nur; məsələn: a) ifadənin ancaq ilk sözünü yazmaq; b) ifa-
dədəki sözlərin ilk hərflərini saxlamaq; c) ifadənin əvvə-
lindəki və axırındakı sözü yazmamaq; ç) ifadədəki təkrar 
olunan sözü yazmamaq və sair.
Stenoqrafiyada ixtisarlar standart və fərdi ola bilir. 
Fərdi ixtisarlar praktik stenoqrafların səyi əsasında mey-


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
253
dana çıxır. İxtisarların standartlaşması və avtomatlaşması 
stenoqrafik yazını asanlaşdırır. Stenoqrafiyada hər cür ixti-
sar əhəmiyyətli sayılmır. Nəzəriyyəçi stenoqrafların qeyd 
etdikləri kimi, oxu zamanı mənasına görə asanlıqla bərpa 
olunan ixtisarlar ən yaxşı ixtisar hesab edilməlidir. Söz və 
ifadə elə ixtisar olunmalıdır ki, oxu zamanı onu görən kimi 
çətinlik çəkmədən hər hansı ünsür olduğu təsəvvürdə can-
lansın. Əks təqdirdə oxu işi son dərəcə çətinləşə bilər.
Stenoqrafiyanın əsas xüsusiyyətlərindən biri də on-
dan ibarətdir ki, burada fonoqrafik, sillaboqrafik ünsürlər-
lə bərabər ideoqramlardan da istifadə olunur. Həmin ideo-
qramların bir neçəsinə nəzər yetirək.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə