HƏYATIN GERÇƏK MƏNŞƏYİ
62
dövrü haqqında belə yazmışdı:
Beləliklə, əgər mənim nəzəriyyəm doğrudursa, ən qədim silur təbəqəsinin
əmələ gəlməsindən əvvəl çox uzun zaman kəsikləri keçməlidir, Silur
dövründən bu günə qədər keçmiş zaman qədər uzun zaman kəsikləri. Lakin
hələ də məlum olmayan bu zaman kəsikləri ərzində dünya canlı məxluqlarla
dolub-daşmış olmalıdır. Bu böyük zaman kəsiklərinə aid fosil qeydlərini nə
üçün tapa bilməməyimiz sualına isə verəcək qənaətbəxş cavabım yoxdur.
71
Darvin: “əgər nəzəriyyəm doğrudursa, dünya Silur (Kembri) dövründən
əvvəl yaşayan canlılarla dolub-daşmalıdır”, - demişdi. Bu canlıların nə üçün heç
bir fosili olmaması sualına isə bütün kitabı boyu təkrarladığı “fosillər çox azdır”
bəhanəsilə cavab tapmağa çalışmışdı. Amma bu gün fosil qeydlərinin kifayət
qədər olduğu və Kembri dövrü canlılarının əcdadları olmadığı üzə çıxmışdır.
Bu isə Darvinin: “əgər nəzəriyyəm doğrudursa”, - deyə başladığı cümləsini
əksinə çevirməyimizi tələb edir; Darvinin fərziyyələri əsasını tapmamışdır və
ona görə də nəzəriyyəsi doğru deyil.
Kembri dövrünə aid qeydlər həm trilobitlər kimi kompleks canlı orqani
zmlərlə, həm də çox fərqli canlı orqanizmlərinin eyni anda ortaya çıxması ilə
darvinizmi təkzib edir. Darvin kitabında:
“əgər eyni sinifə aid çox saydakı növ
həqiqətən həyata bir anda və birlikdə başlayıbsa, bu təbii seçmə ilə ortaq
əcdaddan təkamül keçirmə nəzəriyyəsinə öldürücü
zərbə olar”, - deyə yazmışdır.
72
Kembri dövründə isə
əvvəlcədən də bildirdiyimiz kimi, növlər kimi bənzər
kateqoriyalar bir tərəfə, 60-100 müxtəlif fərqli heyvan
tipi həyata bir anda və birlikdə başlamışdır. Bu tam
mənada Darvinin “öldürücü zərbə” kimi tərif etdiyi
mənzərəni sübut edir. Buna görə isveçli paleontoloq
Stefan Benqston Kembri dövründən bəhs edərkən:
“Darvini təəccübləndirən və utandıran bu hadisə
bizi də təəccübləndirir”, - deyir.
73
Trilobitlər haqqında digər məsələ də bu
canlılardakı 530 milyon illik pətək göz sisteminin bu
günə qədər heç dəyişmədən gəlib çatmasıdır. Arı və ya
cırcırama kimi dövrümüzdə yaşayan bəzi həşəratlar
da eyni göz quruluşuna malikdir.
74
Bu tapıntı təkamül
nəzəriyyəsinin canlıların ibtidaidən aliyə doğru inkişaf
etməsi iddiasına da “öldürücü zərbə” vurur.
Darvin: “əgər
nəzəriyyəm doğrudursa,
trilobitlərdən əvvəlki
dövrlər bu canlıların
əcdadları ilə dolub
daşmalı idi”. Amma
Darvinin xəyal etdiyi
bu canlılardan biri belə
tapılmamışdır.
downloaded from KitabYurdu.org
Gerçək Təbiət Tarixi -I-
63
Onurğalı canlıların təkamülü iddiası
Kembri dövründə ani surətdə üzə çıxan heyvan tiplərindən biri əvvəldə
bildirdiyimiz kimi, mərkəzi sinir sisteminə malik olan
chordata (xordalılar)
tipidir.
Chordata və ya dilimizdəki qarşılığı ilə xordalıların yarımtipi isə
onurğalılardır. Balıqlar, amfibiyalar (suda-quruda yaşayanlar), sürünənlər,
quşlar və məməlilər kimi əsas siniflərə ayrılan onurğalılar, şübhəsiz, heyvanlar
aləminin ən mühüm canlılarını təşkil edirlər.
Təkamülçü paleontoloqlar hər canlı şöbəsini başqa bir şöbənin təkamül
xarakterli davamı kimi görməyə çalışdıqları üçün xordalıların başqa bir
onurğasız şöbəsindən təkamül yolu ilə əmələ gəldiyini iddia edirlər. Ancaq
bütün şöbələr kimi,
chordata şöbəsinin üzvlərinin də Kembri dövründə üzə
çıxması bu iddianı elə başından əsassız hala salır.
Əvvəlki səhifələrdə bildirdiyimiz kimi, 1999-cu ildə 530 milyon illik Kembri
balıqları tapılmışdır və bu tapıntı təkamül nəzəriyyəsinin bu mövzudakı bütün
iddialarının yanlış olduğunu isbat etmək üçün kifayətdir.
Kembri dövründə müəyyən edilən ən qədim xordalı isə
pikaia adlandırılan,
uzun bədənə malik olan və ilk baxışda soxulcanları xatırladan dəniz canlısıdır.
75
Pikaia əcdadı kimi, irəli sürülən bütün digər şöbələrdəki növlərlə eyni anda və
heç bir ara forma olmadan ortaya çıxmışdır. Təkamülçü bioloq prof. Mustafa
Kuru “Onurğalı heyvanlar” adlı kitabında bu ara forma yoxluğunu belə ifadə
edir:
Xordalıların onurğasız heyvanlardan əmələ gəlməsinə şübhə yoxdur.
Ancaq onurğasızlarla xordalılar arasındakı keçidi işıqlandıran bir fosilin
tapılmaması bu mövzuda bir çox fərziyyənin irəli sürülməsinə səbəb
olmuşdur.
76
Əgər ortada bir ara keçid forma yoxdursa, necə olur ki: “bu təkamülün
baş verdiyinə şübhə yoxdur”, - deyilə bilir? Bir fərziyyəni onu dəstəkləyən
dəlil olmadığı halda, heç şübhə olmadan qəbul etmək elmi deyil, doqmatik
davranışdır. Belə ki, cənab prof. Kuru yuxarıdakı ifadəsindən sonra onurğalıların
mənşəyi haqqındakı təkamülçü fərziyyələrdən uzun-uzadı bəhs etdikdən sonra
ortada bir dəlil olmadığını bir daha qəbul etmək məcburiyyətində qalır:
Xordalıların mənşəyi və təkamülü məsələsində yuxarıda bildirilən
fikirlər hər hansı bir fosil qeydinə əsaslanmadığına görə, həmişə şübhə ilə
qarşılanmışdır.
77
Təkamülçü bioloqlar bəzən “xordalıların və digər onurğalıların mənşəyilə
bağlı fosil tapılmamasının səbəbi onurğasız canlıların yumşaqtoxumalı
olmaları və ona görə də fosil izi qoymamalarıdır” kimi açıqlama verirlər. Lakin
əslində bu açıqlama doğru deyil, çünki onurğasız canlılara aid də çox sayda
downloaded from KitabYurdu.org