3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə28/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   24   25   26   27   28   29   30   31   ...   109

Gerçək Təbiət Tarixi -II-
87
bir-birinə  uyğun  nisbətdə  olması,  qısaca  desək,  uçmaq  üçün  əlverişli  şəkildə 
mükəmməl  aerodinamik  quruluşda  olması  şərtdir.  Təkamül  məhz  bu  yerdə 
çıxılmaz vəziyyətə düşür. Qanadların bu qüsursuz quruluşunun ardıcıl təsadüfi 
mutasiyalar nəticəsində necə meydana gəlməsi sualı tamamilə cavabsızdır. Bir 
sürünənin  qabaq  ayaqlarının  genlərində  meydana  gələn  pozulma  (mutasiya) 
nəticəsində necə qüsursuz qanada çevrilməsi əsla açıqlana bilmir.
Yuxarıda bildirildiyi kimi, “yarım qanadla uçmaq olmaz”. Ona görə, əgər 
hər  hansı  bir  mutasiyanın  bir  sürünənin  qabaq  ayaqlarında  qeyri-müəyyən 
dəyişiklik etdiyini fərz etsək belə, bunun ardınca yeni mutasiyaların baş verib 
“təsadüfən” bir qanad əmələ gətirəcəyini irəli sürmək tamamilə ağıldankənardır. 
Çünki qabaq ayaqlarda meydana gələn bir mutasiya canlıya funksional qanad 
qazandırmadığı kimi, onu qabaq ayaqlarından da məhrum edər. Bu isə canlının 
digər həmnövlərinə görə geridə 
qalacağına, şikəst olacağına səbəb olar. Təkamül 
nəzəriyyəsinin qanunlarına görə də təbii seçmə bu şikəst canlını aradan çıxara.
Biofizikii  araşdırmalara  gəlincə,  mutasiyalar  çox  nadir  baş  verən 
dəyişikliklərdir.  Ona  görə  də  bu  şikəst  canlıların  milyon  illərlə  yarımçıq  və 
natamam  qanadlarının  kiçik  mutasiyalarla  tamamlanmasını  gözləmələri 
hər  cəhətdən  qeyri-mümkündür.  Həm  də  bu  mutasiyalar  əslində  hər  zaman 
zərərlidir...
Xəyali nəzəriyyələr, xəyali canlılar
Təkamülçülərin  uçuşun  mənşəyini  açıqlamaq 
üçün  ortaya atdıqları  ilk fikir sürünənlərin “ milçək 
ovlamağa  çalışarkən  qanadlandıqları“ (yuxarıda), 
ikinci fikir  isə “budaqdan budağa tulanarkən  quş 
olduqları”dır . Ancaq  nə  yavaş-yavaş  qanadlanan 
canlılara aid fosillər var, nə də  belə çevrilmənin 
mümkün olduğuna aid hər hansı bir tapıntı.
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
88
Quşlar və dinozavrlar
Təkamül nəzəriyyəsi quşların kiçik formalı və ətyeyən teropod (dördayaqlı) 
dinozavrlardan,  yəni  bir  sürünən  növündən  törədiyini  iddia  edir.  Lakin 
əslində  quşlarla  sürünənlər  arasında  müqayisə  aparılsa,  bu  canlı  siniflərinin 
bir-birlərindən  çox  fərqli  olduqlarını  və  aralarında  təkamül  baş  vermədiyini 
göstərir.
Quşlar və sürünənlər arasında forma baxımından bir çox fərq var. Bunlardan 
ən  mühümü  sümüklərinin  quruluşudur.  Təkamülçülər  tərəfindən  quşların 
əcdadı kimi qəbul edilən dinozavrların sümükləri böyük və nəhəng formaları 
səbəbi ilə qalındır və içi doludur. Bunun əksinə, yaşayan və nəsli kəsilmiş bütün 
quşların sümüklərinin içi boşdur və bu sayədə çox yüngüldür. Bu yüngül sümük 
quruluşu quşların uçması üçün böyük əhəmiyyət daşıyır.
Sürünənlər  və  quşlar  arasındakı  digər  fərq  də  metabolik  quruluşdur. 
Sürünənlər canlılar aləmində ən yavaş metobolik quruluşa malik ikən quşlar 
ən yuxarı metabolik quruluşa malikdirlər. (Dinozavrların istiqanlı olduğu və 
sürətli metabolizmləri olduğu iddiası fərziyyədir). Məsələn, bir sərçənin bədən 
temperaturu sürətli maddələr mübadiləsi (metabolizm) səbəbindən bəzən 48°C-
yə  çatır.  Digər  tərəfdən,  sürünənlər  öz  bədən  temperaturlarını  özləri  əmələ 
gətirmirlər, əvəzində bədənlərini günəşdən gələn istiliklə isidirlər. Sürünənlər 
təbiətdəki  ən  az  enerji  sərf  edən  canlılardır,  quşlar  isə  ən  çox  enerji  istifadə 
edirlər.
Şimali  Karolina  Universitetinin  professoru  Alan  Feduçia  təkamülçü 
olmasına baxmayaraq, elmi kəşflərə əsaslanaraq quşların dinozavrlarla qohum 
olması  nəzəriyyəsinə  qətiyyətlə  qarşı  çıxır.  Feduçia  sürünən-quş  ssenarisi 
haqqında fikirlərini belə ümumiləşdirir:
25  il  boyu  quşların  kəllə  sümüklərini  təhlil  etmişəm  və  dinozavrlarla 
aralarında heç bir bənzərlik görmürəm. Quşların dördayaqlılardan təkamül 
yolu ilə törəməsi nəzəriyyəsi paleontologiya sahəsində XX əsrin ən böyük 
rüsvayçılığı olacaqdır.
109
Kanzas  Universitetində  qədim  quşlar  sahəsində  mütəxəssis  olan  Lari 
Martin  də  quşların  dinozavrlarla  eyni  soydan  gəlməsi  nəzəriyyəsinə  qarşı 
çıxır.  Martin  təkamülün  bu  məsələdə  içinə  düşdüyü  çıxılmaz  vəziyyətdən 
bəhs edərkən: “Doğrusunu desəm, əgər dinozavrlarla quşların eyni mənşədən 
gəldiklərini müdafiə etsəydim, bunun haqqında hər dəfə utanaraq danışmaq 
məcburiyyətində olacaqdım” deyir.
110
Ancaq  bütün  elmi  tapıntılara  baxmayaraq,  heç  bir  konkret  dəlilə 
əsaslanmayan  “dinozavr-quş  təkamülü”  ssenarisi  təkidlə  müdafiə  edilir. 
Xüsusilə qeyri-akademik, populyar KİV-lər bu ssenarini təkidlə yayımlayırlar. 
Yeri gəlmişkən, bu ssenariyə dəlil olmayan bəzi anlayışlar da səthi üslubla xəyali 
downloaded from KitabYurdu.org


89
Dinozavrların sümükləri 
böyük və sağlam olduqları 
üçün qalındır və içi  
doludur. Amma yaşayan  
və nəsli kəsilmiş bütün 
quşların sümüklərinin içi  
boşdur və bunun sayəsində 
yüngüldür.
Quşların  skeletlərini təşkil edən  sümüklərin  içi  dinozavrların  və sürünənlərin  
sümüklərinin əksinə   boşdur. Bu boşluq  skeletə  sağlamlıq  və yüngüllük verir. 
Quşların skelet quruluşlarının eynisi günümüzdə  təyyarələrdə, körpülərdə və 
bəzi qurğularda istifadə edilir.
Quşların skelet sistemi
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə