Gerçək Təbiət Tarixi -I-
75
Sürünənlərin mənşəyi
Dinozavr, kərtənkələ, tısbağa və ya timsah... Bütün bu canlılar “sürünənlər”
adlanan ailəyə daxildir. Dinozavrlar kimi bəzi sürünənlərin nəsli kəsilmişdir,
amma bəziləri hələ də yaşayırlar. Sürünənlərin özünəməxsus xüsusiyyətləri var.
Hamısının bədəni “pulcuq” adlanan bərk qabıqlarla örtülüdür. Soyuqqanlıdırlar,
yəni öz bədən temperaturlarını özləri əmələ gətirmirlər. Buna görə də hər gün
günəşə çıxıb bədənlərini isitmə ehtiyacı hiss edirlər. Balalarını isə yumurtlayaraq
dünyaya gətirirlər.
Bu canlıların mənşəyini nəzərdən keçirdikdə təkamül nəzəriyyəsinin yenə
çıxılmaz vəziyyətdə olduğunu görmək olar. Darvinistlər sürünənlərin suda-
quruda yaşayanlardan təkamül yolu ilə törədiklərini iddia edirlər. Amma
bu iddianı dəstəkləyən heç bir konkret dəlil yoxdur. Əksinə, suda-quruda
yaşayanlar ilə sürünənlər arasında aparılan təhlil bu iki canlı qrupu arasında çox
böyük fizioloji fərqlər olduğunu və “yarısürünən-yarısuda-quruda yaşayan”
canlının yaşamasının qeyri-mümkün olduğunu göstərir.
Bunun bir nümunəsi iki fərqli canlı qrupunun
yumurta formalarıdır.
Amfibiyalar (suda-quruda yaşayanlar) suda yumurtlayırlar. Yumurtalar suyun
Böyrək baryeri:
Balıqlar bədənlərindəki zərərli
maddələri birbaşa suya atırlar.
Quruda yaşayan canlıların isə
böyrəyə ehtiyacları var. Bir sözlə,
“sudan quruya keçid” üçün
böyrəklərin də təsadüfən əmələ
gəlməsi lazımdır.
Ancaq böyrəklər son dərəcə
mürəkkəb quruluşa sahibdir.
Böyrəyin öz funksiyasını icra
etməsi üçün qüsursuz olması
lazımdır. Məsələn, böyrəyin 50 %-i
və ya 70%-i , hətta 90% -nin «əmələ
gəldiyini» düşünsək belə, bu halda
böyrəyin heç bir funksiyasının
olmayacağı aydın elmi həqiqətdir.
Təkamül nəzəriyyəsi «işləməyən
orqan atılmalıdır» fərziyyəsinə
əsaslandığına görə, 50%-i sağlam
olan böyrək elə təkamül prosesinin
başlağıcında ikən orqanizmdən
atılmalı idi
downloaded from KitabYurdu.org
HƏYATIN GERÇƏK MƏNŞƏYİ
76
Metamorfoz
Qurbağalar əvvəl suyun içində doğulurlar,
bir müddət suda yaşayıb sonra
“metamorfoz “ adlanan dəyişmə ilə quruya
çıxırlar. Bəzi insanlar isə metamorfozu
təkamülün sübutu və təkamülə
nümunə hesab edirlər. Ancaq həqiqətdə
metamorfozun təkamüllə heç bir əlaqəsi
yoxdur.
Təkamül nəzəriyəsinin ortaya atdığı
tək inkişaf mexanizmi mutasiyalardır.
Metamorfoz isə mutasiya kimi təsadüfi
təsirlərlə baş vermir. Əksinə, bu dəyişmə
qurbağaların genlərində başlanğıcdan
bəri mövcuddur. Yəni qurbağa doğulduğu
anda onun sonra dəyişib quruda yaşamağa
uyğun bədənə sahib olduğu məlumdur.
Son illərdə aparılan tədqiqatlar metamorfoz
mərhələsinin fərqli genlər tərəfindən idarə
olunan murəkkəb bir əməliyyat olduğunu
göstərir. Məsələn, bu dəyişmə zamanı
quyruğun yoxa çıxması “ Science news”
jurnalındakı ifadə ilə deyilsə, bir neçə gen
tərəfindən idarə olunur. ( Science news , 17
iyun, 1999, səh. 43 )
Təkamülçülərin “sudan quruya keçmə“
iddiası isə tamamilə suda yaşamaq üçün
yaradılmış genetik məlumata sahib olan
balıqların təsadüfi mutasiyalar nəticəsində
təsadüfən quruda yaşayan canlılara
çevrildiyi şəklindədir. Buna görə də
metamorfoz həqiqətdə təkamülü müdafiə
edən deyil, alt-üst edən bir sübutdur.
Çünki metamorfoz mərhələsində ən kiçik
xəta olsa, canlı ölər və ya şikəst qalar.
Metamorfozun qüsursuz olaraq qurtarması
şərtdir. Bu cür mürəkkəb və xətaya imkan
verməyən bir mərhələnin təkamülün
iddia etdiyi kimi, təsadüfi mutasiyalarla
meydana gəlməsi mümkün deyil.
downloaded from KitabYurdu.org