HƏYATIN GERÇƏK MƏNŞƏYİ
78
Eyni həqiqət Stefen Cey Quld tərəfindən də qəbul edilir və Quld:
“heç bir
suda-quruda yaşayan fosili əsla quruda yaşayan onurğalıların (sürünən, quş
və ya məməlilərin) əcdadına bənzəmir”, - deyir.
95
İndiyə qədər “sürünənlərin əcdadı” kimi göstərilməyə çalışılan ən mühüm
canlı isə
seymouria adlı suda-quruda yaşayan canlı növü olmuşdur. Lakin
əslində
seymourianın ara keçid forma olmadığı
seymourianın yer üzündə ilk
dəfə ortaya çıxmasından 30 milyon il əvvəl də sürünənlərin yaşadığının məlum
olması ilə aşkar olmuşdur. Ən qədim
seymouria fosilləri Erkən perm təbəqəsinə,
yəni bundan 280 milyon il əvvələ aiddir. Lakin məlum olan ən qədim sürünən
növləri olan
hylonomus və
paleouthyris Erkən pensilvan təbəqələrində tapılmışdır
ki, bu təbəqələr 330-315 milyon il əvvələ aiddir.
96
“Sürünənlərin əcdadı”nın
sürünənlərdən çox sonralar yaşaması, əlbəttə, qeyri-mümkündür.
Qısa desək, elmi tapıntılar sürünənlərin yer üzündə təkamül nəzəriyyəsinin
Suda-quruda yaşayan sürünənlərin təkamülü
fərziyyəsinin ziddiyyətlərindən biri də
yumurtaların quruluşudur. Suda inkişaf
edən amfibiya yumurtaları şirəli quruluşa və şəffaf pərdəyə sahibdir.
Ancaq sürünən yumurtaları sağdakı dinozavr yumurtasının rekonstruktiv
nümunəsində görüldüyü kimi, quru şəraitinə uyğun olaraq sərt və su
keçirməyən quruluşdadır. Amfibiyaların sürünənə çevrilməsi üçün
yumurtalarının təsadüfi şəkildə qüsursuz sürünən yumurtasına çevrilməsi
lazımdır. Ancaq belə bir çevrilmə prosesindəki ən kiçik xəta canlının nəslinin
kəsilməsinə səbəb olar.
Yumurtaların fərqi
downloaded from KitabYurdu.org
Gerçək Təbiət Tarixi -I-
79
irəli sürdüyü kimi mərhələli inkişafla deyil, heç bir əcdadı olmadan bir anda
üzə çıxdıqlarını göstərir.
İlanlar və tısbağalar
Digər tərəfdən ilan, timsah, dinozavr və ya kərtənkələ kimi çox fərqli
sürünən sinifləri arasında da keçilməz sərhədlər var. Bu fərqli siniflərin hər
biri fosil qeydlərində bir-birlərindən çox fərqli quruluşlarıyla birdən-birə üzə
çıxırlar. Təkamülçülər bu fərqli qruplar arasında quruluşlarına baxaraq təkamül
prosesinin baş verdiyini fərz edirlər. Amma bu fərziyyələr fosil qeydləri ilə
dəstəklənmir. Məsələn, çox yayılmış təkamülçü bir fərziyyəyə əsasən,
ilanlar kərtənkələlərin mərhələli şəkildə ayaqlarını itirərək təkamül yolu ilə
əmələ gəlmişdir. Ancaq ayaqlarını mutasiya nəticəsində itirməyə başlayan
bir kərtənkələnin daha “üstün quruluşa” necə malik olması və təbii seçmə
tərəfindən “seçilməsi” sualı cavabsızdır.
Seymuriya xətası:
Təkamülçülər bir vaxtlar
solda fosilinin şəkli
olan seymuriya
adlı canlının suda-
quruda yaşayan ilə
sürünənlər arasındakı
keçid forma olduğunu
iddia etmişdirlər.
Bu ssenariyə görə seymuriya
“sürünənlərin ibtidai atası” idi.
Ancaq sonralar tapılan fosil
tapıntıları seymuriyanın yerüzündə
ilk dəfə ortaya çıxmasından 30
milyon il əvvəl də sürünənlərin
yaşadığını göstərdi. Bu vəziyyət
qarşısında təkamülçülər
seymuriya haqqındakı şərhlərini
dayandırmağa məcbur oldular.
downloaded from KitabYurdu.org
HƏYATIN GERÇƏK MƏNŞƏYİ
80
Fosil qeydlərindəki ən qədim ilanlara gəlincə, onlar da heç bir “ara keçid
forma” xüsusiyyəti daşımayan və dövrümüzdəki ilanlardan fərqi olmayan
canlılardır. Məlum olan ən qədim ilan fosili Cənubi Amerikada Üst təbaşir
dövrünə aid qayalıqlarda tapılmış
dinilysiadır. Robert Karol bu canlının
“həddindən artıq təkmilləşmiş təkamül səviyyəsində olduğunu”, yəni ilanların
xarakterik xüsusiyyətlərinə malik olduğunu qəbul edir.
97
Digər sürünən sinfi olan
tısbağalar da fosil qeydlərində özünəməxsus
qabıqları ilə bir anda üzə çıxır. Bir təkamülçü mənbədə tısbağaların mənşəyi
haqqında bu ifadələr işlədilir:
Təəssüf ki, tısbağaların digər onurğalılara nisbətən daha çox və yaxşı
qorunmuş fosilləri qaldığına baxmayaraq, bu cinsin mənşəyi erkən dövr
fosillərinin çatışmazlığına görə məlum deyil. Trias dövrünün (təqribən
200 milyon il əvvəl) ortalarına doğru tısbağalar saysız-hesabsız olmuşdur
və əsas tısbağa xüsusiyyətlərinə malik idi… Tısbağalar ilə qurbağaların
təkamül yolu ilə törədikləri ibtidai sürünənlər olan kotilozavrlar arasındakı
keçid tamamilə boşdur.
98
Robert Karol da tısbağaların mənşəyini “hələ çox az məlum olan mühüm
keçidlər” arasına qatmağa məcbur olmuşdur.
99
Bütün bu sözügedən canlı sinifləri yer üzündə bir anda və ayrı-ayrı ortaya
çıxmışlar. Bu vəziyyət onların yaradıldıqlarının elmi sübutudur.
Uçan sürünənlər
Sürünənlər sinfi daxilindəki maraqlı bir canlı qrupu uçan sürünənlərdir.
Bunlar təqribən 200 milyon il əvvəl Üst trias dövründə ilk dəfə üzə çıxmış
Üst tərəfdə Almaniyada tapılan 45 milyon
ilik şirin su tısbağası fosili. Sağda isə elmə
məlum olan ən qədim dəniz tısbağası qalığı :
Braziliyada tapılan 110 milyon illik fosil bu
gün yaşayan nümunələrindən fərqlənmir.
downloaded from KitabYurdu.org