3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə33/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   29   30   31   32   33   34   35   36   ...   109

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
102
biridir. Amerikalı bioloq Conatan Uels də 2000-ci ildə nəşr edilən “Təkamülün 
ikonları” (İcons of evolution) adlı kitabında arxeopteriksin təkamül adına sanki 
“ikona”  (müqəddəs  simvol)  çevrildiyini,  əslində  isə  dəlillərin  bu  canlının 
“quşların ibtidai əcdadı” olmadığını açıq şəkildə göstərdiyini vurğulayır. Uelsin 
fikrincə,  bunun  göstəricilərindən  biri  arxeopteriksin  əcdadı  kimi  göstərilən 
teropod  dinozavrların  əslində  arxeopteriksdən  daha  gənc  olmalarıdır:  “Yerdə 
qaçan ikiayaqlı dinozavrlar arxeopteriksin nəzəri əcdadlarından gözlənilən 
bəzi  xüsusiyyətlərə  malikdirlər,  amma  (fosil  qeydlərində)  arxeopteriksdən 
daha sonra üzə çıxırlar”.
133
Bütün bunlar arxeopteriksin ara keçid 
forma  olmadığını,  sadəcə  “dişli  quşlar” 
adlandırılan başqa bir sinifə aid olduğunu 
göstərir. Bu canlını teropod dinozavrlarla 
əlaqələndirmək  isə  olduqca  əsassızdır. 
Amerikalı  bioloq  Riçard  L.Dim  də 
““Quşlar  dinozavrdır”  nəzəriyyəsinin 
sonu”  (Demise  of  the  “Birds  are 
dinosaurs” theory) adlı məqaləsində quş-
dinozavr təkamülü iddiası və arxeopteriks 
haqqında bunları yazır: 
Son  tədqiqatların  nəticələri  göstərir 
ki, teropod dinozavrların əlləri (qabaq 
qol sümüklərindəki) birinci, ikinci və 
üçüncü xanələrdən törəmişdir, amma 
quşların  qanadları  ikinci,  üçüncü  və 
dördüncü  xanələrdən  törəyirlər... 
“Quşlar  dinozavrdır”  nəzəriyyəsi 
ilə  əlaqədar  başqa  problemlər  də 
vardır.  Teropodların  qabaq  ayaqları 
arxeopterikslə müqayisədə bədənlərinə 
görə  çox  kiçikdir.  Bu  canlıların  ağır 
bədənlərini  də  düşündükdə  bir  cür 
“ön  qanad”  (proto-wing)  inkişafı  ehtimalı  qeyri-mümkündür.  Teropod 
dinozavrların  çoxunda  (quşlardakı)  semilunatik  bilək  sümüyü  yoxdur 
və  arxeopteriksdə  heç  bir  bənzəri  olmayan  bəzi  bilək  hissələri  var.  Bütün 
teropodlarda V1 sinirləri digər bəzi sinirlərlə birlikdə kəllə sümüyünün yan 
tərəfində qurtarır, quşlarda isə eyni sinirlər kəllə sümüyünü ön tərəfdəki 
xüsusi dəlikdən keçərək qurtarır. Başqa bir problem isə teropodların  çox 
böyük qisminin arxeopteriksdən daha sonra ortaya çıxmalarıdır.
134
Dövrümüzdə yaşayan 
Opisthocomushoazin quşunun 
qanadlarında da eynilə 
Arxeopteriks kimi pəncəyə oxşar 
dırnaqlar var.
downloaded from KitabYurdu.org


Gerçək Təbiət Tarixi -II-
103
Arxeopteriks və digər qədim quş fosilləri
Son dövrlərdə tapılan bəzi fosillər arxeopterikslə bağlı təkamülçü ssenarinin 
əsassızlığını başqa cəhətlərdən üzə çıxarmışdır.
1995-ci  ildə  Çində  Onurğalılar  Paleontologiyası  İnstitutunda  tədqiqatlar 
aparan  Lianhay  Hou  və  Zhonqhe  Zhou  adlı  iki  paleontoloq  confuciusornis 
adlandırdıqları  yeni  quş  fosili  tapdılar.  Arxeopteriks  ilə  eyni  yaşda  (təqribən 
140 milyon illik) bu quşun dişləri yox idi, dimdiyi və tükləri isə dövrümüzün 
quşları  ilə  eyni  xüsusiyyətləri  daşıyırdı.  Skelet  quruluşu  da  dövrümüzün 
quşları ilə eyni olan bu quşun qanadlarında arxeopteriksdə olduğu kimi pəncələr 
vardı. Quyruq tüklərinə dəstək olan pygostyle  (büzdüm sümüyü)  adlı forma 
bu quşda da vardı.
135 
Qısaca desək, təkamülçülər tərəfindən bütün quşların ən 
qədim  əcdadı  sayılan  və  yarı-sürünən  qəbul  edilən  arxeopterikslə  eyni  yaşda 
olan bu canlı dövrümüzün quşlarına çox bənzəyirdi. Bu həqiqət arxeopteriksin 
bütün  quşların  ibtidai  əcdadı  olması  ilə  bağlı  təkamülçü  tezislərlə  ziddiyyət 
təşkil edirdi. Çində 1996-cı ilin noyabrında tapılan başqa bir fosil aranı bir az da 
qarışdırdı. 130 milyon yaşındakı liaoningornis adlı bu quş L.Hou, L.D.Martin və 
Alan Feduççia tərəfindən “Elm” (Science) jurnalında dərc edilən bir məqalədə 
xəbər  verildi.  Liaoningornis  dövrümüzün  quşlarında  olan  uçuş  əzələlərinin 
birləşdiyi  döş  sümüyünə  malik  idi.  Digər  xüsusiyyətləri  ilə  də  bu  canlı 
dövrümüzün quşlarından fərqlənmirdi. Yeganə fərqi ağzında dişlərinin olması 
idi. Bu vəziyyət  
dişli quşların heç də təkamülçülərin iddia etdiyi kimi, ibtidai quruluşa malik 
olmadıqlarını  göstərirdi.
136 
Belə  ki, Alan  Feduççia  “Discover”  jurnalında  dərc 
edilən  şərhində  liaoningornisin  quşların  mənşəyinin  dinozavrlardan  gəldiyi 
iddiasını əsassız olduğunu bildirmişdi.
137
Arxeopterikslə  bağlı  təkamülçü  iddiaları  təkzib  edən  başqa  bir  fosil  isə 
eoalulavis  oldu.  Arxeopteriksdən  25-30  milyon  il  daha  gənc,  yəni  120  milyon 
yaşında olduğu söylənilən eoalulavisin qanad quruluşu eynilə dövrümüzdəki 
bəzi uçan quşlardakı kimidir. Bu da 120 milyon il əvvəl dövrümüzdəki quşlardan 
bir çox cəhətdən fərqi olmayan canlıların uçduqlarını sübut edirdi.
138
Beləliklə, arxeopteriks və digər arxaik quşların heç birinin ara keçid forması 
olmadığı  qəti  şəkildə  sübut  edilmiş  oldu.  Fosillər  fərqli  quş  növlərinin  bir-
birlərindən  təkamül  yolu  ilə  törədiklərini  göstərmirdi.  Əksinə,  dövrümüzün 
quşlarının  və  arxeopteriksə  bənzər  bəzi  xüsusi  quş  növlərinin  birlikdə 
yaşadıqlarını sübut edirdi. Bu quşların bəzilərinin, məsələn, confuciusornis və ya 
arxeopteriksin nəsli kəsilmiş, dövrümüzə ancaq az saydakı quş gəlib çatmışdır.
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə