3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə35/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   31   32   33   34   35   36   37   38   ...   109

Gerçək Təbiət Tarixi -II-
107
Bu fosil saxtakarlığının göstərdiyi iki mühüm həqiqət var: birincisi, təkamül 
nəzəriyyəsinə dəlil tapma axtarışında asanlıqla saxtakarlığa əl ata bilən insanlar 
var.  İkincisi,  təkamül  nəzəriyyəsini  cəmiyyətə  təlqinlə  qəbul  etdirmək  kimi 
missiya  üzərinə  götürmüş  bəzi  “elmi  jurnallar”  təkamül  nəzəriyyəsi  lehinə 
istifadə  etmək  istədikləri  tapıntıları  səhv  olma  və  ya  başqa  cür  şərh  edilmə 
ehtimallarını  tamamilə  nəzərdən  qaçırıb  təbliğat  materialına  çevirirlər.  Yəni 
elmi deyil, doqmatik davranır, inancla bağlı olduqları təkamül nəzəriyyəsini 
müdafiə etmək üçün elmdən istifadə edirlər.
Mövzunun  digər  mühüm  cəhəti  isə  quşların  dinozavrlardan  təkamüllə 
törədiyi  tezisinə  heç  bir  dəlil  tapılmamasıdır.  Dəlil  tapılmadığı  üçün  saxtası 
düzəldilir və ya mövcud dəlillər təhrif edilərək şərh edilir. Əslində isə quşların 
başqa canlı sinfindən təkamüllə törədiyinə dair heç bir sübut yoxdur. Əksinə, 
dəlillər quşların yer üzündə özünəməxsus bədən quruluşları ilə ortaya çıxdığını 
göstərir.
Həşəratların mənşəyi
Quşların mənşəyindən bəhs edərkən təkamülçü bioloqların bu mövzuda 
ortaya  atdıqları  “kursorial  nəzəriyyə”dən  danışmışdıq.  Keçən  dəfə  də 
bildirdiyimiz  kimi,  kursorial  nəzəriyyə  sürünənlərin  necə  “qanadlandıqları” 
sualına “qabaq ayaqları ilə milçək ovlamağa çalışan sürünənlər hekayəsi” ilə 
cavab verirlər. Bu fərziyyəvi nəzəriyyəyə əsasən, sözügedən sürünənlər milçək 
ovlamağa çalışarkən qabaq ayaqlarını zamanla qanadlara çevirmişlər.
Bu nəzəriyyənin heç bir elmi tapıntıya əsaslanmadığını da qeyd etmişdik. 
Ancaq bu nəzəriyyə ilə əlaqədar olan və toxunmadığımız mühüm bir cəhət də 
var. Bəs milçəklər görəsən, necə qanadlanıblar? Ümumiyyətlə, milçəklər sinfinin 
də aid olduğu həşəratların mənşəyi nədir?
Həşəratları canlıların təsnifatında artropodlar (buğumayaqlılar) şöbəsinin 
insecta yarım-şöbəsinə aid edirlər. Ən qədim həşərat fosilləri Devon dövrünə 
(410-360 milyon il əvvəl) aiddir. Daha sonrakı Pensilvaniya dövründə (325-286 
milyon il əvvəl) isə çox sayda müxtəlif həşərat növü bir anda üzə çıxır. Məsələn, 
hamam böcəkləri ani surətdə və bu günkü quruluşları ilə üzə çıxmışdır. Amerika 
Təbiət Tarixi Muzeyindən Betti Feyber “350 milyon il əvvələ aid hamam böcəyi 
fosillərinin dövrümüzdəkilərlə eyni olduğunu” bildirir.
143
Hörümçək,  gənə  və  qırxayaq  kimi  canlılar  əslində  həşərat  deyil,  amma 
əsasən,  həşərat  kimi  tərif  edilir.  Elmin  İnkişafı  üzrə  Amerika  Assosiasiyasının 
(American association for the advancement of science) 1983-cü ildəki illik toplantısında 
bu canlılarla bağlı çox mühüm fosil tapıntıları təqdim edilmişdir. Hörümçək, 
gənə və qırxayaqlara aid olan 380 milyon illik bu fosillərin maraqlı xüsusiyyəti 
isə  yaşayan  nümunələrindən  fərqi  olmamasıdır.  Tapıntıları  təhlil  edən  elm 
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
108
adamlarından biri fosillər haqqında: “sanki dünən ölüblər”, - demişdir.
144
Uçan həşəratlar, yəni milçəklər də fosil qeydlərində bir anda və özünəməxsus 
quruluşları ilə üzə çıxır. Məsələn, Pensilvaniya dövrünə aid çox sayda cırcırama 
fosili tapılmışdır və bu cırcıramalar dövrümüzdəkilərlə tamamilə eyni quruluşa 
malikdirlər.
Burada maraqlı olan bir cəhət cırcıramalar kimi milçəklərin qanadsız həşərat 
növləri ilə eyni anda ortaya çıxmalarıdır. Bu da qanadsız həşəratların zamanla 
qanadlanaraq milçəklərə təkamül yolu ilə çevrilməsi fərziyyəsini əsassız edir. 
Robin Vutton və Çarlz P.Ellinqton “Təkamüldə biomexanika” (Biomechanics in 
ABŞ-ın Kansas ştatında tapılan bu Acantherpestes 
major növünə aid qırxayaq təxminən 300 milyon 
il yaşındadır və günümüzdəki qırxayaqlardan 
fərqlənmir.
145 milyon illik milçək, fosili. 
Çinin Lioaning bölgəsində 
tapılan bu fosil ilə eyni 
növə aid yaşayan milçəklər 
arasında heç bir fərq yoxdur.
Qanadlı həşəralar, fosil qeydlərində bir anda ortaya çıxırlar və ilk peyda olduqları 
andan  etibarən  bu  günkü  qüsursuz  quruluşlarına  sahibdirlər.  Yuxarıda  320 
milyon illik cırcırama fosili bilinən ən qədim cırcıramadır, günümüzdəkilərdən 
fərqlənmir. Hüç bir təkamül prosesi keçirməmişdir.
downloaded from KitabYurdu.org


Gerçək Təbiət Tarixi -II-
109
evolution) adlı kitabdakı bir məqalələrində bu mövzu ilə bağlı belə yazırlar:
Həşəratlar Orta və Üst karbonifer dövrlərində ilk dəfə ortaya çıxırlar, bir-
birlərindən çox fərqlənirlər və böyük hissəsi də qanadlıdır. Bir neçə qanadsız və 
daha ibtidai həşərat var, amma heç bir ara keçid forma yoxdur.
145
Fosil qeydlərində bir anda ortaya çıxan milçəklərin mühüm bir xüsusiyyəti 
də  uçuş  texnikalarıdır.  İnsan  saniyədə  10  dəfə  qolunu  açıb-bağlaya  bilmir, 
amma  bir  milçək  saniyədə  təqribən  500  dəfə  qanad  çalma  qabiliyyətinə 
malikdir.  Həm  də  hər  iki  qanadını  eyni  anda 
çırpır. Əgər qanadların titrəməsi arasında ən kiçik 
uyğunsuzluq  olsa,  milçək  müvazinətini  itirər, 
ancaq əsla bu cür uyğunsuzluq olmur. 
R.Vutton  “Milçək  qanadlarının  mexaniki 
dizaynı” adlı məqaləsində belə yazır: 
Milçək  qanadlarının  funksiyasını  öyrəndikcə 
malik olduqları dizaynın nə qədər həssas və 
qüsursuz  olduğunu  daha  yaxşı  anlayırıq... 
Olduqca elastik xüsusiyyətlərə malik hissələr 
havadan ən yaxşı şəkildə istifadə edilməsi üçün 
lazımi qüvvətlər qarşısında lazımi elastikliyə 
malik  şəkildə  həssaslıqla  birləşdirilmişlər. 
Milçək  qanadlarına  çatan  texnoloji  cihaz 
yoxdur.
146
Bu cür qüsursuz yaradılışa malik olan canlıların 
yer üzündə bir anda üzə çıxmalarının təkamüllə 
açıqlanması,  əlbəttə,  qeyri-mümkündür.  Bu 
səbəbdən, Pol Pier Qrasse: “həşəratların mənşəyi 
məsələsi bizə tamamilə qaranlıq qalıb”, - deyir.
147
 
Həşəratların mənşəyi açıq şəkildə bütün canlıları 
Allahın yaratdığını təsdiqləyir.
Məməlilərin mənşəyi
Təkamül nəzəriyyəsi daha əvvəl də bildirdiyimiz kimi, dənizdən təkamül 
keçirərək  çıxan  bir  cür  xəyali  canlıların  sürünənlərə  çevrildiyini,  quşların  da 
sürünənlərin təkamül keçirməsiylə əmələ gəldiyini iddia edir. Eyni ssenariyə 
əsasən, sürünənlər təkcə quşların deyil, həm də məməlilərin əcdadıdır. Ancaq 
bu iki canlı sinfi arasında çox böyük fərqlər var. Məməlilər istiqanlı heyvanlardır 
(bədən temperaturlarını özləri verirlər və sabit saxlayırlar), balalarını doğurlar, 
əmizdirirlər  və  bədənləri  tüklərlə  örtülüdür.  Sürünənlər  isə  soyuqqanlıdır 
(bədən temperaturlarını özləri verə bilmirlər və bədən temperaturları çöldəki 
320 milyon illik bu hamam 
böcəyi ( tarakan ) fosili 
ilə günümüzdə yaşayan 
nümunələri arasında heç bir 
fərq yoxdur.
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə