3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə34/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   30   31   32   33   34   35   36   37   ...   109

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
104
Archaeoraptor: 
Dino-quş saxtakarlığı
Təkamül  nəzəriyyəsinin  tərəfdarları  arxeopteriksdə  axtardıqlarını 
tapmadıqlarına görə 1990-cı ildə digər bəzi fosillərə ümid bağladlar və bir sıra 
ardıcıl “dino-quş fosili” iddiası bu illərdə dünya mediasında əks-səda doğurdu. 
Ancaq bu iddiaların hər birinin yanlış şərh və hətta saxtakarlıq nümunəsi olduğu 
qısa müddətdə başa düşüldü.
“Dino-quş”  iddialarının  ilk  nümunəsi  1996-cı  ildə  böyük  media  təbliğatı 
ilə  gündəmə  gətirilən  “Çində  tapılmış  tüklü  dinozavr  fosilləri”  hekayəsi  idi. 
Sinosauropteryx adlandırılan bir sürünən fosili tapılmışdı, ancaq fosili təhlil edən 
bəzi təkamülçü paleontoloqlar onun məlum olan sürünənlərin əksinə olaraq quş 
tüklərinə malik olduğunu irəli sürdülər. Lakin bir il sonra aparılan tədqiqatlarda 
fosilin əslində quş tükünə bənzər heç bir formaya malik olmadığını məlum oldu. 
“Elm” (Science) jurnalında dərc olunan “Tüklü dinozavrın tüklərini yolmaq” 
(Plucking  the  feathered  dinosaur)  adlı  məqalədə  təkamülçü  paleontoloqlar 
tərəfindən “tük” kimi qəbul edilən formaların əslində tüklərlə heç bir əlaqəsi 
olmadığı bildirilirdi:
Bir  il  əvvəl  paleontoloqlar  “tüklü  dinozavra”  aid  fotoşəkillərin  ortaya 
çıxması  ilə  həyəcan  yaşamışdılar.  Çinin  Yixian  bölgəsində  tapılan 
sinosauropteryx adlı fosil “New York Times”ın ilk səhifəsində dərc edilmiş 
və  quşların  mənşəyinin  dinozavrlardan  gəldiyinə  dair  təsirli  dəlil  kimi 
təqdim edilmişdi. Amma keçən ay Çikaqodakı onurğalılar paleontologiyası 
Arxeopterikslə 
eyni dövrdə yaşa-
mış Confudusor-
nis, dövrümüzdə 
yaşayan quşlarla 
cox oxşarlıqları 
var.
downloaded from KitabYurdu.org


Gerçək Təbiət Tarixi -II-
105
toplantısında verilən hökm daha fərqli oldu: Fosil nümunələrini təhlil edən 
altı qərbli paleontoloq bunların müasir quş tükləri olmadığını söylədilər... 
Kanzas Universitetindən paleontoloq Lari Martin onların çürümüş kollagen 
lifləri olduğunu və quşlarla heç bir əlaqəsi olmadığını bildirdi.
139
Daha  böyük  bir  dino-quş  qalmaqalı  isə  1998-ci  ildə  başladı.  “National 
geographic”  jurnalı  1998-ci  il,  iyul  sayında  quşların  dinozavrlardan  təkamül 
yolu ilə törədiyi iddiasının artıq tutarlı fosil dəlilinə əsaslandığını irəli sürdü. 
Çində  tapıldığı  bildirilən  fosilə  məqalədə  geniş  yer  ayrılaraq  fosilin  quş  və 
dinozavr  xüsusiyyətlərini  daşıdığı  müdafiə  edilirdi.  Məqaləni  qələmə  alan 
“National geographic” jurnalisti Kristofer P.Sloun fosil haqqında verdiyi şərhə o 
qədər inanmışdı ki: “insanların məməli olduğunu necə əminliklə deyə biliriksə, 
artıq quşların da teropod (dördayaqlı dinozavr) olduğunu eyni şəkildə söyləyə 
bilərik”, - deyirdi. 125 milyon il əvvəl yaşadığı deyilən bu növə dərhal elmi ad 
da verildi: archaeoraptor liaoningensis.
140
Lakin fosil beş fərqli fosilin bir-birinə ustalıqla birləşdirilməsiylə hazırlanmış 
saxta  fosil  idi!  Aralarında  üç  paleontoloqun  da  olduğu  bir  qrup  tədqiqatçı 
bir  il  sonra  kompüter  tomoqrafiyasının  köməyi  ilə  saxtakarlığı  sübut  etdilər. 
Dino-quş əslində çinli bir təkamülçünün əl işi idi... Çinli həvəskarlar yapışqan 
və  əhəngdən  istifadə  edərək  88  sümük  və  daşdan  dino-quş  düzəltmişdilər. 
Archaeoraptorun ön hissəsi bir quşa aid fosil idi, ancaq dinozavrın quyruğu ilə 
birlikdə bədən hissəsində dörd ayrı növə aid sümüklər var idi.
İşin maraqlı cəhəti bu idi ki, “National geographic” jurnalı bu cür səviyyəsiz 
saxtakarlığı 
heç 
şübhələnmədən 
dərc  etmiş  və  hətta  buna  əsaslanaraq 
“quşların  təkamülü”  ssenarilərinin 
sübut  edildiyini  irəli  sürmüşdü.  ABŞ-
dakı  məşhur  Smitson  İnstitutu  Təbiət 
Tarixi Muzeyindən dr. Storrs Olson bu 
fosilin saxta olduğuna dair daha əvvəl 
“National geographic”i xəbərdar etdiyini, 
ancaq  jurnalın  rəhbərliyinin  bunu 
tamamilə  qulaqardı  etdiyini  deyirdi. 
Olsonun  fikrincə,  “onsuz  da  “National 
geographic”  uzun  zamandan  bəri 
sensasiyalı,  əsassız  və  bayağı  xəbərlər 
yayaraq səviyyəsini aşağı 
salmışdı”.
141
Olson 
“National 
geographic” 
jurnalının  idarə  heyətindəki  Piter 
Reyven  adlı  elm  adamına  yazdığı 
“ National geographic” jurnalının 
quşların təkamülünə sübut olaraq 
təqdim etdiyi Archaeoraptor adlı “dino 
quş” un bir ildən sonra saxta fosil oldüğü 
bilindi.
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
106
aşağıdakı  məktubunda  jurnalın  “tüklü  dinozavrlar”  qalmaqalının  pərdə 
arxasını hərtərəfli şəkildə izah edirdi:
“National  geographic”in  1998-ci  il,  iyul  sayında  dərc  edilən  “Dinozavrlar 
qanadlanır” (Dinosaurs take wing) sərlövhəli məqalənin dərc edilməsindən 
qısa müddət əvvəl (məqaləni hazırlayan) Kristofer P.Slounun fotoqrafı Lou 
Mazzatenta məni “National geographic” cəmiyyətinə çağırdı, Çində tapılan 
fosillərin fotoşəkillərini göstərdi və bunlar haqqında dərc ediləcək hekayə 
ilə  əlaqədar  fikirlərimi  soruşdu.  Onda  “National  geographic”in  göstərmək 
istədiyi mənzərədən daha fərqli, alternativ düşüncələr olduğunu deyərək 
etiraz etdim, amma sonda açıq şəkildə gördüm ki, “National geographic” 
quşların dinozavrlardan təkamül yolu ilə törəməsi doqmasından başqa 
heç nəyə maraq göstərmirdi. 
Slounun  məqaləsi  (quş-dinozavr  əlaqəsi  haqqında)  ön  mühakiməni 
tamamilə  yeni  şəkilə  salan  və  böyük  ölçüdə  təsdiqlənməmiş  və  ya 
sənədləşdirilməmiş məlumatlara əsaslanaraq xəbər yaymaq əvəzinə onları 
“uydurur”. “İnsanların məməli olduqlarını nə qədər əminliklə deyə biliriksə, 
quşların də teropod (ikiayaqlı dinozavr) olduğunu o qədər əminliklə deyə 
bilərik”  şəklindəki  bəsit  cümləsi  bir  və  ya  bir  neçə  elm  adamının  fikri 
kimi  göstərilmir,  sadəcə  “KİV  təbliğatı”  kimi  qalırdı.  Bu  melodramatik 
iddia əslində embriologiya və müqayisəli anatomiya sahəsində aparılan 
yeni  tədqiqatlarla  təkzib  edilmişdir,  amma,  əlbəttə,  bunlar  (“National 
geographic” məqaləsində) heç bildirilmir. 
Ən əsası da budur ki, Slounun məqaləsində rəsmi çəkilən və quş tükləri 
olduğu  iddia  edilən  formaların  heç  birinin  quş  tükü  olduğu  sübut 
edilməmişdir.  Bunların  bu  cür  olduğunu  iddia  etmək  bir  həqiqəti  dilə 
gətirmək deyil, sadəcə arzularının ifadəsidir. 103-cü səhifədə yer alan “içi 
boş, saça bənzər formalar ibtidai quş tüklərini (protofeathers) xarakterizə 
edir”  şəklindəki  ifadə  cəfəngiyyatdır,  çünki  “ibtidai  quş  tükləri”  sadəcə 
nəzəri fərziyyədir və ona görə də bunlar sadəcə hipotezdir.
“National  geographic”  cəmiyyətində  (National  Geographic  Society)  hələ 
də göstərilən tüklü dinozavrlar sərgisi daha biabırçıdır və bir çox ətyeyən 
dinozavrın quş tüklərinə malik olduğu kimi, aldadıcı iddia irəli sürür. Heç 
şübhəsiz,  bir  dinozavr  olan  deinonychus  üçün  düzəldilən  maket  və  bala 
tiranozavr rəsmlərində bu canlılar tüklərlə örtülü şəkildə göstərilir. Bunların 
hamısı xəyalidir və elmi-fantastikadan başqa bir şey deyil...
Hörmətlə, 
Storrs L.Olson
Ornitologiya Şöbəsinin Rəhbəri
Smitson İnstitutu, Təbiət Tarixi Milli Muzeyi 142
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə