3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə30/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   26   27   28   29   30   31   32   33   ...   109

92
Nəfəs alarkən:
 Quşun nəfəs borusundan 
içəri daxil olan təmiz hava həm 
ağciyərə, həm də ağciyərin arxasında 
yerləşən arxa hava kisəçiklərinə dolur. 
Ağciyərdə olan kirli  hava  isə ön hava 
kisəciklərinə ötürülür.
Nəfəs verərkən
: Quş nəfəs verərkən arxa 
hava kisəciklərində toplanan təmiz hava 
ağciyərə daxil olur. Bu sistem sayəsində 
ciyərə təmiz hava ötülməsi fasiləsiz 
davam edir.
Bu sxemlərdə xeyli sadələşdirilmiş 
halda göstərilən ağciyər sisteminin  cox 
mürəkkəb tərəfləri var.  
Məsələn, ciyərlərlə kisəciklərin 
birləşmə  yerlərində, havanın doğru 
istiqamətdən ötürülməsini təmin edən 
xüsusi tıxaclar və qapaqcıqlar  yerləşir. 
Bütün bunlar cox qüsursuz bir yaradılış 
olduğunu göstərir. Bu xüsusi sistemlər
həm təkamül iddiasına qarşı öldürücü 
zərbədir, həm də yaradılış  həqiqətinin 
saysız-hesabsız sübutlarından biridir.
Quşların
 tənəffüs sistemi
ön hava        
kisəciyi
arxa hava 
kisəciyi
nəfəs borusu
ağciyər
downloaded from KitabYurdu.org


Gerçək Təbiət Tarixi -II-
93
səviyyəyə çatanadək və bununla birlikdə sistemli şəkildə funksiyasını həyata 
keçirənədək bir tənəffüs orqanı kimi vəzifəsini yerinə yetirə bilməz.
113
Qısası,  quruda  yaşayan  canlıya  məxsus  ağciyərdən  hava  tipli  ağciyərə 
keçid  mümkün  deyil,  çünki  ara  keçid  mərhələsində  olan  bir  ağciyər  qeyri-
funksionaldır.
Bu məsələ ilə bağlı qeyd edilməli ikinci cəhət də sürünənlərin diafraqmlı, 
quşların isə diafraqmsız tənəffüs sisteminə malik olmalarıdır. Bu fərqli quruluş 
da  yenə  iki  ağciyər  tipi  arasında  baş  verəcək  təkamülü  qeyri-mümkün  edir. 
Tənəffüs  fiziologiyası  sahəsində  qabaqcıl  mütəxəssislərdən  hesab  edilən  Con 
Ruben bununla bağlı belə şərh verir:
Teropod  dinozavrın  quşlara  təkamül  yolu  ilə  çevrilməsi  diafraqmında 
ciddi çatışmazlığa səbəb olacaqdır, amma bu vəziyyət canlının nəfəs alma 
qabiliyyətini çox kritik səviyyədə məhdudlaşdıracaqdır... Buna səbəb olan 
mutasiyanın seçərək lazım olanı təmin etməsi qeyri-mümkün görünür.
114
Quş  ağciyərinin  təkamülə  meydan  oxuyan  digər  xüsusiyyəti  heç  vaxt 
havasız qalmayan və havasız qaldıqda “çökmə” təhlükəsilə qarşılaşan maraqlı 
quruluşudur. Maykl Denton bu mövzunu belə açıqlayır:
Bu  cür  fərqli  tənəffüs  sisteminin  standart  onurğalı  dizaynından  təkamül 
yolu ilə necə əmələ gəlməsini düşünmək demək olar ki, qeyri-mümkündür. 
Xüsusilə  tənəffüs  sisteminin  funksionallığının  qorunmasının  bir  canlının 
həyatı üçün nə qədər labüd olduğunu nəzərə aldıqda. Habelə quş ağciyərinin 
özünəməxsus forma və funksiyası hələ bir çox xüsusiləşmiş adaptasiya tələb 
edəcəkdir... Çünki əvvəla, quş ağciyəri bədən divarlarına bərk birləşmişdir 
və həcm cəhətdən genişlənməsi mümkün deyil. Digər tərəfdən, ağciyərdəki 
hava borularının çox dar radiusları və onların içindəki hər hansı bir mayenin 
yuxarı səth gərginliyi səbəbi ilə quş ağciyəri digər onurğalıların əksinə, öz 
içinə  çökdükdən  sonra  yenidən  hava  ilə  doldurula  bilməz...  (Buna  görə) 
quşlarda ağciyərin içindəki hava kisəcikləri digər onurğalıların əksinə, heç 
vaxt boşaldılmır. Əksinə, ciyərlər ilk dəfə inkişaf etməyə başladıqları andan 
etibarən  daima  ya  maye  ilə  (rüşeym  mərhələsində),  ya  da  hava  ilə  dolu 
olurlar.
115
Yəni quşların ağciyər kanalları o qədər dardır ki, bu ağciyərin içindəki hava 
kisəcikləri digər quruda yaşayan canlıların ciyərləri kimi hava ilə dolub-boşala 
bilməz. Əgər quş ağciyəri bir dəfə tamamilə boşalsa, quş bir daha ciyərlərinə 
hava çəkə bilməyəcək və ya bunu etmək üçün çox böyük çətinlik çəkəcəkdir. 
Ona görə ağciyərin ətrafına yerləşdirilmiş hava kisəcikləri daimi hava axınını 
təmin edir və ciyərləri havasız qalıb funksiyasını itirməkdən qoruyur.
Əlbəttə, sürünənlərin və digər onurğalıların ağciyərlərindən tamamilə fərqli 
olan və qeyri-adi dərəcədə həssas tarazlıqlara əsaslanan bu sistem təkamülün 
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
94
iddia etdiyi kimi, şüursuz mutasiyalarla mərhələ-mərhələ inkişaf edə bilməz. 
Denton quş ağciyərinin bu quruluşunun darvinizmi təkzib etdiyini belə ifadə 
edir:
Quş ağciyəri Darvinin “əgər bir-birini təqib edən çox sayda kiçik dəyişikliklə 
kompleks  orqanın  əmələ  gəlməsinin  qeyri-mümkün  olduğu  sübut  edilsə, 
nəzəriyyəm tamamilə məhv olacaqdır” şəklindəki sözlərinə cavab verir.
116
Quş tükləri və sürünən pulcuqları
Quşlarla sürünənlər arasında keçilməz uçurum yaradan digər xüsusiyyət 
isə  tamamilə  quşlara  xas  forma  olan  tüklərdir.  Sürünənlərin  bədənləri 
pulcuqlarla, quşların bədənləri isə tüklərlə örtülüdür. Quş tüklərinin sürünən 
pulcuqlarından  təkamüllə  əmələ  gəlməsi  fərziyyəsi  tamamilə  əsassızdır  və 
fosillərlə təkzib edilir. Təkamülçü paleontoloq Barbara Stahl belə etiraf edir:
Tüklərin sürünən pulcuqlarından təkamül yolu ilə əmələ gəlməsi fərziyyəsi 
təhlillərlə  təsdiqlənmir...  Tüklərin  kompleks  quruluşu  göstərir  ki,  bu  cür 
formanın sürünən pulcuqlarından təkamül yolu ilə əmələ gəlməsi qeyri-adi 
dərəcədə uzun zaman və çox sayda ara keçid forması tələb edəcəkdir. Bu 
vaxta qədər fosillər bu cür fərziyyəni dəstəkləməmişdir.
1
17
Konnektikat  Universitetində  fiziologiya  və  neyrobiologiya  professoru 
olan A.H.Braş isə: “Tüklər və pulcuqlar... genetik quruluşlarından inkişaflarına, 
Quşun ağciyərində olan və havanın bir istiqamətli  hərəkətini təmin edən kiçik 
“parabronx” boruları. Bu boruların hər biri 0,5 mm olçüdədir.
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə