3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə38/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   34   35   36   37   38   39   40   41   ...   109

Gerçək Təbiət Tarixi -II-
117
təkamül keçirməsi haqqında heç bir şey deyə bilmir, çünki bu, onsuz da 
qüsursuz  şəkildə  uçan  yarasadır.
159 
(*  -  Bundan  65  və  2,6  mln.  il  əvvəlki 
zaman  periodunu  əhatə  edən  yerin  geoloji  tarixinin  3-cü  mərhələsi  kimi 
bilinən dövr)
Təkamülçü elm adamı Cef Hekt də eyni problemi 1998-ci il tarixli “New 
scientist” jurnalındakı məqaləsində belə etiraf edir:
Yarasaların mənşəyi bir tapmacaya çevrilmişdir. Ən qədim yarasa fosilləri 
belə  50  milyon  il  əvvəl  bu  günkü  yarasaların  qanadlarına  bənzəyən 
qanadlara malikdirlər.
160
Qısaca  desək,  nə  yarasaların  kompleks  bədən  sistemlərinin  təkamüllə 
meydana  gəlməsi  mümkündür,  nə  də  fosil  qeydləri  belə  bir  təkamülün  baş 
verdiyini göstərir. Əksinə, yer üzündə ilk dəfə ortaya çıxan yarasalarla bu gün 
yaşayan nümunələri eynidir. Yarasalar heç vaxt dəyişməmişlər.
Dəniz məməlilərinin mənşəyi
Balinalar və delfinlər “dəniz məməliləri” kimi məlum olan canlı qrupunu 
təşkil  edirlər.  Bu  canlılar  məməlilər  sinfinə  daxildir,  çünki  eynilə  qurudakı 
məməlilər kimi bala doğur, əmizdirir, ağciyərlə nəfəs alır və bədənlərini isidirlər. 
Dəniz məməlilərinin mənşəyi isə təkamülçülər tərəfindən açıqlanması ən çətin 
olan məsələlərdən biridir. Bir çox təkamülçü mənbədə əcdadları quruda yaşayan 
dəniz məməlilərinin uzun təkamül prosesi nəticəsində dəniz mühitinə keçəcək 
şəkildə təkamül keçirdikləri irəli sürülür. Buna əsasən, sudan quruya keçidin 
əksinə hərəkət edən dəniz məməliləri ikinci təkamül prosesinin nəticəsi kimi, 
yenidən su mühitinə geri qayıdıblar. Lakin bu nəzəriyyə heç bir paleontoloji 
dəlilə əsaslanmır və məntiqi cəhətdən də ziddiyyətlidir. Belə ki, təkamülçülər 
də uzun illər boyu bu mövzuda susublar.
Bu səbəbdən, təkamülçülər bu mövzu ilə bağlı uzun müddətdən bəri bir 
ABŞ-ın  Vayominq 
ştatında  tapılmış 
ən  qədim  yarasa 
fosili. 50 milyon il-
lik bu fosili ilə bu 
gün yaşayan yara-
salar arasında heç
bir fərq yoxdur.
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
118
şey demirlər.
Ancaq 1990-cı ildə dəniz məməlilərinin mənşəyi haqqında yeni təkamülçü 
ssenarilər ortaya çıxdı. Bu ssenarilər 1980-ci ildə tapılan pakicetus və ambulocetus 
kimi bəzi yeni fosil tapıntıları üzərində quruldu. Dördayaqlı və quruda yaşayan 
canlı olduqları açıq şəkildə bəlli olan bu nəsli kəsilmiş məməlilərin balinaların 
əcdadı  olduğu  iddia  edildi  və  beləliklə,  bir  çox  təkamülçü  mənbə  onları 
“yeriyən balinalar” adlandırmaqda tərəddüd etmədi. (Əslində bu canlının tam 
adı “yeriyən və üzən balina” mənasını verən ambulocetus natansdır). “National 
geographic”  jurnalı  isə  2001-ci  il,  noyabr  sayında  “Balinaların  təkamülü” 
ssenarisini  gündəmə  gətirdi.  Ssenari  elmi  dəlillərin  deyil,  təkamülçü  ön 
mühakimələrin üzərində qurulmuşdu.
Yeriyən balina nağılı
Tam adı pakicetus inachus olan bu nəsli kəsilmiş məməliyə aid fosillər ilk 
dəfə  1983-cü  ildə  gündəmə  gəldi.  Fosili  tapan  P.D.Cinceriç  və  köməkçiləri 
canlının  sadəcə  kəllə  sümüyünü  tapmalarına  baxmayaraq,  heç  çəkinmədən 
onun “ibtidai balina” olduğunu iddia etdilər.
Halbuki  fosilin  “balina”  ilə  heç  bir  əlaqəsi  yox  idi.  Skeleti  bildiyimiz 
canavarlara  bənzəyən  dördyaqlı  formada  idi.  Fosilin  tapıldığı  yer  paslanmış 
dəmir filizinin də tapıldığı və ilbiz, tısbağa və ya timsah kimi quruda yaşayan 
canlıların  da  fosillərinin  olduğu  bir  ərazi  idi,  yəni  dəniz  yatağı  deyil,  quru 
hissəsi idi.
Bəs  dördayaqlı  quru  canlısı  olan  bu  fosil  nə  üçün  “ibtidai  balina”  elan 
edilmişdi?  Sadəcə  dişlərindəki  və  qulaq  sümüklərindəki  bəzi  xüsusiyyətlərə 
görə! Halbuki bu xüsusiyyətlər pakicetus ilə balinalar arasındakı əlaqəyə dəlil 
ola bilməz. Canlılar arasında anatomik bənzərliklərə əsaslanaraq qurulan bu cür 
nəzəri əlaqələrin çoxunun olduqca məntiqsiz olduğunu təkamülçülər də qəbul 
edirlər. Əgər Avstraliyada yaşayan dimdikli bir məməli olan ördəkburunlar və 
ördəklər  nəsli  kəsilmiş  canlılar  olsaydı,  təkamülçülər  eyni  məntiqlə  (dimdik 
bənzərliyinə əsasən) onları da bir-birlərinin qohumu elan edəcəkdilər. Lakin 
əslində  ördəkburun  məməlidir,  ördək  isə  quşdur  və  aralarında  təkamül 
nəzəriyyəsinə əsasən də qohumluq ola bilməz. 
Təkamülçülərin  “yeriyən  balina”  elan  etdiyi  pakicetus  da  fərqli  anatomik 
xüsusiyyətləri  özündə  ehtiva  edən  xüsusi  cinsdir.  Belə  ki,  onurğalılar 
paleontologiyası  mütəxəssislərindən  Karol  pakicetusun  da  daxil  edilməli 
olduğu  mesonixid  (Mesonychia)  ailəsinin  “qəribə  xüsusiyyətlərdən  ibarət 
kombinasiyaya malik olduğunu” bildirir.
161
 Bu cür “mozaik canlıların” təkamül 
xarakterli ara keçid forma hesab edilmədiyini Quld kimi qabaqcıl təkamülçülər 
də qəbul edirlər.
downloaded from KitabYurdu.org


Gerçək Təbiət Tarixi -II-
119
Yaradılış həqiqətini müdafiə edən yazıçı Eşbi L.Kemp “balina təkamülünün 
mübaliğəli  təbliğatı”  (The  overselling  of  whale  evolution)  adlı  məqaləsində 
pakicetus  kimi  quruda  yaşayan  məməlilərin  də  daxil  olduğu  mesonixidlər 
sinfinin archaeoceteaların, yəni nəsli kəsilmiş balinaların əcdadı olması iddiasının 
əsassızlığını belə açıqlayır:
Təkamülçülərin mesonixidlərin archaeocetealara çevrildiyi ilə bağlı əminliklə 
davranmalarının səbəbi həqiqi nəsil əlaqəsində yer alan bir növü tərif edə 
bilməmələrinə  baxmayaraq,  məlum  olan  mesonixidlər  və  archaeocetealar 
arasında bəzi bənzərliklər olmasıdır. Ancaq bu bənzərliklər, xüsusilə də (iki 
qrup arasındakı) böyük fərqlər işığında bir əcdad əlaqəsi olduğunu iddia 
etmək  üçün  kifayət  deyil.  Bu  cür  müqayisələrin  çox  subyektivliyi  indiyə 
Paleontoloqlar Pakicetusun dörd 
ayaqlı quru məməlisi olduğuna 
inanırdılar. “Nature” jurnalından 
(no 412  20.09.2011) dərc edilən sol-
dakı  skelet  quruluşu,  bunu  açıq 
şəkildə göstərir. Bu skelet quruluşu-
na əsaslanaraq Karl Buell tərəfin-
dən  düzəldilən  Pakicetusun  bərpa 
edilmiş  rəsmi  də  həqiqidir.(  solda 
aşağıda )
Amma “National Geographic” jur-
nalı canlını yeriyən balina olaraq 
göstərmək üçün və bu obrazı 
oxucu-lara qəbul etdirmək üçün, 
Pakicetusu üzən vəziyyətdə 
göstərən bir rəsmi seçmişdir.
(Altda) Rəsmdə Pakicetusu 
“balinalaşdırmaq” üçün kiçik
hiylə diqqət çəkir. Canlı üzən
vəziyyətdə təsvir edilib, arxa ayaq-
ları geriyə tərəf çəkilərək “üzgəc”
təsürratı yaratmaq istənilib, ön və 
arxa pəncələri də aralayaraq üzgəcə 
oxşadılıb.
National Geographic”-in 
Pakicetus resmi
“NATİONAL GEOGRAPHİC”-İN 
RƏSM TƏHRİFLƏRİ 
Həqiqi Pakicetus
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə