3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə40/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   36   37   38   39   40   41   42   43   ...   109

Gerçək Təbiət Tarixi -II-
123
reseptorlarla eşidirlər. Bu iki forma arasında mərhələli təkamül mümkün deyil. 
Mükəmməl bir eşitmə sistemindən tamamilə fərqli quruluşa malik başqa bir 
sistemə mərhələli təkamüllə keçmək qeyri-mümkündür. Çünki ara mərhələlər 
faydasız olacaqdır. Yavaş-yavaş qulaqları ilə eşitmə qabiliyyətini itirən, çənəsi 
ilə eşitmə qabiliyyəti isə hələ təkmilləşməmiş canlı təkmil deyil.
Sözügedən “təkmilləşmənin” necə baş verəcəyinə gəlincə, elə bu, təkamül 
nəzəriyyəsini çıxılmaz vəziyyətə salır. Təkamülçülərin irəli sürdükləri mexanizm 
mutasiyalardır və canlılara genetik məlumat əlavə etdikləri heç vaxt müşahidə 
edilməmiş mutasiyalar nəticəsində dəniz məməlilərinin son dərəcə kompleks 
duyğu sistemlərinə malik olduqlarını irəli sürmək ağlasığmazdır.
Belə  ki,  fosillər  ortada  heç  bir  təkamül  olmadığını  göstərir.  Pakicetus 
və  ambulocetusun  qulaq  sistemi  quruda  yaşayan  məməlilərinki  ilə  eynidir. 
“Təkamül  sxemində”  bu  iki  quru  məməlisinin  ardınca  gələn  basilosaurus  isə 
tipik  balina  qulağına  malikdir.  Yəni  xarici  qulaq  seyvanı  ilə  deyil,  çənəsinə 
gələn titrəmələrlə ətrafındakı səsləri eşidən canlıdır. Pakicetus və ambulocetusun 
qulaq quruluşu ilə basilosaurusun qulaq quruluşu arasında heç bir “ara keçid 
forması” yoxdur.
Buna  bənzər  vəziyyət  “sürüşkən  burun”  hekayəsi  üçün  də  keçərlidir. 
Təkamülçü  mənbələr  pakicetus,  rodhocetus  və  dövrümüzün  göy  balinasına 
aid üç kəllə sümüyü skeletini alt-alta düzür və bunların “təkamül prosesi”ni 
təşkil etdiklərini irəli sürürlər. Halbuki bu üç fosilin, xüsusilə də rodhocetus və 
dövrümüzdəki balinanın burun quruluşları eyni ardıcıllığın ara keçid formaları 
kimi qəbul edilməyəcək qədər fərqlidir.
Habelə nəfəs dəliklərinin burundan ənsəyə qədər davam etməsi sözügedən 
canlıların  anatomiyasında  çox  ciddi  “yenidən  dizayn”  tələb  edir  ki,  bunun 
təsadüfi mutasiyalar yolu ilə əmələ gəldiyinə inanmaq xəyal qurmaqdan başqa 
bir şey deyil.
“National geographic”in lamarkçı nağılları
Əslində  təkamülçü  zümrənin  böyük  hissəsinin  canlıların  mənşəyi 
haqqında əsas batil inancı var və problem də elə bundan qaynaqlanır. Bu batil 
inanc canlılara ehtiyacları olan orqanları, biokimyəvi formaları və ya anatomik 
xüsusiyyətləri qazandıran sanki sehirli bir “təbii güc” düşüncəsidir.
Bunu  görmək  üçün  “National  geographic”in  2001-ci  il,  noyabr  sayında 
“Balinaların  təkamülü”  başlıqlı  məqaləsindəki  bəzi  maraqlı  abzaslara  nəzər 
salaq:
...  Bu  ərazidə  tapılan  balinaların  bəzi  əcdadlarını  gözümün  önündə 
canlandırmağa  çalışdım...  Hər  nəsildə  getdikcə  qısalan  və  çəlimsizləşən 
arxa ayaqlarından istifadə edərək şappıltı ilə hərəkət etməyə çalışırdılar... 
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
124
Bir  tərəfdən  arxa  ayaqları,  digər  tərəfdən  də  gövdələrini  saxlayan  bud 
sümükləri getdikcə kiçilirdi... Boynu qısaldı, beləliklə, gövdənin ön hissəsi 
suyu  ən  az  müqavimətlə  yarıb  keçməyi  təmin  edən  boru  şəklində  sualtı 
qayığın gövdəsinə bənzəyən formaya çevrilərkən qollar da üzgəc formasını 
almağa başladı. Xarici qulaqlara olan ehtiyacın azalması ilə bəzi balinalar 
sudakı səsləri birbaşa alt çənə sümükləri ilə qəbul edib xüsisi yağ kisələri 
vasitəsilə daxili qulağa ötürürdülər.
Diqqət edilsə, bütün bu hekayələrdə təkamülçü məntiq uydurması sadəcə 
canlıların dəyişən mühitə görə dəyişən ehtiyaclarınin olduğunu bildirir və bu 
ehtiyacı özbaşına “təkamül mexanizmi” kimi qavrayır: bu məntiqə əsasən, ən 
az ehtiyac hiss olunan orqanlar yox olur, ehtiyac olan yeni orqanlar öz-özünə 
meydana gəlirlər!
Lakin biologiya sahəsində ən əsas məlumatlara malik olan bir insan bilər 
ki, ehtiyaclarımız orqanlarımızı irsi şəkildə formalaşdıra bilməz. Bu, Lamarkın 
“qazanılmış  xüsusiyyətlərin  sonrakı  nəsillərə  ötürülməsi”  tezisinin  təkzib 
edilməsindən bəri, yəni təqribən 100 ildir ki, məlum olan qəti həqiqətdir. Amma 
təkamülçü KİV-lərə baxdıqda görürük ki, hələ də Lamarkın nəzəriyyəsinə görə 
düşünürlər.
Əgər onlara etiraz etsəniz: “Xeyr, biz lamarkçı deyilik, ətraf mühit şərtlərinin 
canlılara  təkamül  xarakterli  təzyiq  göstərdiyini,  bu  təzyiq  nəticəsində uyğun 
canlıların seçildiyi və beləliklə, növün təkamül keçirdiyini nəzərdə tuturuq”, 
- deyəcəklər. Amma elə məsələnin əsli də buradadır: təkamülçülərin “təkamül 
xarakterli  təzyiq”  dedikləri  şey  canlılara  ehtiyaclarına  uyğun  olaraq  yeni 
xüsusiyyətlər qazandıra bilməz. Çünki bu təzyiqə reaksiya verəcəyini nəzərdə 
tutduqları iki “təkamül mexanizmi”, yəni təbii seçmə və mutasiyanın canlılara 
yeni orqanlar qazandırma xüsusiyyəti yoxdur:

Təbii seçmə ancaq mövcud olan xüsusiyyətləri seçə bilər, yeni bir 
xüsusiyyət əmələ gətirə bilməz.

Mutasiyalar canlılara genetik məlumat əlavə edə bilməzlər, sadəcə 
mövcud  genetik  məlumatı  pozarlar.  Genetik  məlumat  əlavə  edən  (yeni 
bir orqan və ya biokimyəvi forma əmələ gətirən) bir mutasiyaya əsla rast 
gəlinməmişdir.
Bu  həqiqətlər  işığında  “National  geographic”in  yuxarıdakı  “şappıltı 
ilə  hərəkət  edən  balinalar”  nağılına  bir  daha  nəzər  salsaq,  əslində  həqiqətən 
də  olduqca  bəsit  lamarkçılıq  etdiklərini  görərik.  Diqqət  edilsə,  “National 
geographic”in  jurnalisti  Duqlas  H.Çedvik  “hər  nəsildə  getdikcə  qısalan  və 
çəlimsizləşən arxa ayaqlar”dan bəhs edir. Necə olur ki, “hər nəsildə” bir canlı 
növündə  morfoloji  dəyişiklik-  həm  də  müəyyən  bir  istiqamətdə  dəyişiklik 
olur? Bunun üçün, o növün hər nəsildəki təmsilçiləri ayaqlarının qısalmasına 
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə