Gerçək Təbiət Tarixi -II-
123
reseptorlarla eşidirlər. Bu iki forma arasında mərhələli təkamül mümkün deyil.
Mükəmməl bir eşitmə sistemindən tamamilə fərqli quruluşa malik başqa bir
sistemə mərhələli təkamüllə keçmək qeyri-mümkündür. Çünki ara mərhələlər
faydasız olacaqdır. Yavaş-yavaş qulaqları ilə eşitmə qabiliyyətini itirən, çənəsi
ilə eşitmə qabiliyyəti isə hələ təkmilləşməmiş canlı təkmil deyil.
Sözügedən “təkmilləşmənin” necə baş verəcəyinə gəlincə, elə bu, təkamül
nəzəriyyəsini çıxılmaz vəziyyətə salır. Təkamülçülərin irəli sürdükləri mexanizm
mutasiyalardır və canlılara genetik məlumat əlavə etdikləri heç vaxt müşahidə
edilməmiş mutasiyalar nəticəsində dəniz məməlilərinin son dərəcə kompleks
duyğu sistemlərinə malik olduqlarını irəli sürmək ağlasığmazdır.
Belə ki, fosillər ortada heç bir təkamül olmadığını göstərir.
Pakicetus
və
ambulocetusun qulaq sistemi quruda yaşayan məməlilərinki ilə eynidir.
“Təkamül sxemində” bu iki quru məməlisinin ardınca gələn
basilosaurus isə
tipik balina qulağına malikdir. Yəni xarici qulaq seyvanı ilə deyil, çənəsinə
gələn titrəmələrlə ətrafındakı səsləri eşidən canlıdır.
Pakicetus və
ambulocetusun
qulaq quruluşu ilə
basilosaurusun qulaq quruluşu arasında heç bir “ara keçid
forması” yoxdur.
Buna bənzər vəziyyət “sürüşkən burun” hekayəsi üçün də keçərlidir.
Təkamülçü mənbələr
pakicetus,
rodhocetus və dövrümüzün göy balinasına
aid üç kəllə sümüyü skeletini alt-alta düzür və bunların “təkamül prosesi”ni
təşkil etdiklərini irəli sürürlər. Halbuki bu üç fosilin, xüsusilə də
rodhocetus və
dövrümüzdəki balinanın burun quruluşları eyni ardıcıllığın ara keçid formaları
kimi qəbul edilməyəcək qədər fərqlidir.
Habelə nəfəs dəliklərinin burundan ənsəyə qədər davam etməsi sözügedən
canlıların anatomiyasında çox ciddi “yenidən dizayn” tələb edir ki, bunun
təsadüfi mutasiyalar yolu ilə əmələ gəldiyinə inanmaq xəyal qurmaqdan başqa
bir şey deyil.
“National geographic”in lamarkçı nağılları
Əslində təkamülçü zümrənin böyük hissəsinin canlıların mənşəyi
haqqında əsas batil inancı var və problem də elə bundan qaynaqlanır. Bu batil
inanc canlılara ehtiyacları olan orqanları, biokimyəvi formaları və ya anatomik
xüsusiyyətləri qazandıran sanki sehirli bir “təbii güc” düşüncəsidir.
Bunu görmək üçün “National geographic”in 2001-ci il, noyabr sayında
“Balinaların təkamülü” başlıqlı məqaləsindəki bəzi maraqlı abzaslara nəzər
salaq:
... Bu ərazidə tapılan balinaların bəzi əcdadlarını gözümün önündə
canlandırmağa çalışdım... Hər nəsildə getdikcə qısalan və çəlimsizləşən
arxa ayaqlarından istifadə edərək şappıltı ilə hərəkət etməyə çalışırdılar...
downloaded from KitabYurdu.org