3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə48/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   44   45   46   47   48   49   50   51   ...   109

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
148
A.AFARENSİS və ŞİMPANZE
Yuxarıda Australopithecus afarensis AL 444-2 
fosilinin kəllə sümüyü, altda isə günümüzdəki 
adi şimpanzenin kllə sümüyünü görürsünüz. 
Aradakı aşkar bənzərlik A. afarensisin heç bir 
insana xas xüsusiyyəti olmayan adi bir meymun 
növü olduğunun göstəricisidir. 
downloaded from KitabYurdu.org


İNSANIN MƏNŞƏYİ
149
olaraq hominid nəsil ağacını yıxır. Beləliklə, bu nəsil ağacında yer alan insan 
və  əcdadları  hesab  edilən  primat  cinsli  iri  meymunlar  aradan  çıxarılır... 
Australopithecuslar və Homo növləri (insanlar) eyni budaqda yerləşmirlər, 
Homo  növlərinin  (insanların)  əcdadlarının  hələ  də  üzə  çıxarılması 
gözlənilir.
189
Homo habilis
Avstralopitekin  skelet  və  kəllə  sümüyü  quruluşunun  şimpanzelərdən  o 
qədər də fərqlənməməsi və bu canlıların dik yeriməsi iddiasının əsaslı dəlillərlə 
çürüdülməsi  təkamülçü  paleoantropoloqları  çətin  vəziyyətdə  qoymuşdur. 
Çünki  xəyali  təkamül  sxemlərində  Avstralopitekdən  sonra Homo erectus 
gəlir. Homo erectus adının əvvəlindəki “homo” (yəni “insan”) terminindən də 
bilindiyi kimi, bu, insan qrupudur və skeleti də dikdir. Kəllə sümüyünün həcmi 
Avstralopitekdən  iki  dəfə  böyükdür.  Şimpanzeyə  bənzəyən  meymun  növü 
olan  Avstralopitekdən  bugünkü  insandan  fərqlənməyən  skeletə  malik  Homo 
erectusa keçid isə təkamül nəzəriyyəsinə görə də mümkün deyil. Bu səbəbdən, 
“əlaqə”lər, yəni “ara keçid forma”lar lazımdır. Homo habilis anlayışı da məhz 
bu zərurətdən doğmuşdur.
Homo habilis 1960-cı illərdə ailəliklə “fosil ovçusu” olan Likeylər tərəfindən 
ortaya atıldı. Likeylərə görə, Homo habilis kimi tərif etdikləri bu yeni canlı növü 
dik yerişə, nisbətən böyük beyinə, daş və taxtadan alət hazırlayıb istifadə etmək 
qabiliyyətinə sahib idi. Bu səbəbdən, insanın əcdadı ola bilərdi.
Halbuki  eyni  növə  aid  1980-ci  illərin  sonunda  tapılan  qalıqlar  bu  fikri 
tamamilə dəyişdirdi. Yeni tapılan qalıqlara əsaslanan Bernard Vud və Lorinq 
Breys kimi tədqiqatçılar onların “alətdən istifadə edən insan” mənasını verən 
Homo habilis əvəzinə “alət istifadə edən Cənubi Afrika meymunu” mənasını 
verən Australopithecus habilis adlandırılmasını irəli sürdülər. Çünki Homo habilis 
Australopithecus adlandırılan meymunlarla bir çox ortaq xüsusiyyətə malik idi. 
Avstralopitek kimi uzun qollu, qısa ayaqlı və meymunabənzər skelet quruluşu 
var idi. Əl və ayaq barmaqları dırmaşmağa uyğun idi. Çənə quruluşu eynilə 
dövrümüzdəki  meymunlarınkına  bənzəyirdi.  630  sm
3
-lik  beyin  həcmi  də 
onların meymun olduğunu göstərirdi. Bir sözlə, bəzi təkamülçülər tərəfindən 
ara keçid forma adlandırılan Homo habilis əslində bütün digər avstralopiteklər 
kimi nəsli kəsilmiş meymun idi.
Sonrakı  illərdə  aparılan  tədqiqatlar  Homo habilisin  həqiqətən  də 
Avstralopitekdən  fərqli  canlı  olmadığını  aşkar  etdi.  1984-cü  ildə  Tim  Uayt 
tərəfindən tapılan və OH62 adlandırılan skelet və kəllə sümüyü qalığı bu növün 
dövrümüzdəki  meymunlarınkı    kimi  kiçik  beyinə,  budaqlara  dırmaşmağa 
yarayan uzun qollara və qısa ayaqlara malik olduğunu göstərdi. 
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
150
Amerikalı antropoloq Holi Smitin 1994-cü ildə apardığı dəqiq təhlillər də 
Homo habilisin əslində “homo”, yəni insan deyil, meymun olduğunu göstərdi. 
Smith  Australopithecus,  Homo  habilis,  Homo  erectus  və  Homo  neandertalensis 
növlərinin dişləri üzərində apardığı təhlillər haqqında belə deyirdi:
Dişlərin  inkişafı  və  quruluş  meyarına  əsaslanaraq  etdiyimiz  təhlillər 
Australopithecus  və  Homo  habilis  növlərinin  Afrika  meymunları  ilə  eyni 
kateqoriyaya aid olduğunu, lakin Homo erectus və Neandertal növlərinin 
dövrümüzdəki insanlarla eyni quruluşa malik olduğunu göstərir.
190
Eyni ildə Fred Spur, Bernard Vud və Frans Zonveld adlı üç anatomiyaçı 
tamamilə fərqli üsulla tədqiqat apararaq eyni nəticəyə gəldilər. Bu üsul insan 
və  meymunların  daxili  qulaqlarında  olan  və  müvazinətin  təmin  olunmasına 
xidmət  edən  yarımdairəvi  kanalların  müqayisəli  təhlili  idi.  Spur,  Vud  və 
Zonveld gəldikləri  nəticəni belə yekunlaşdırdılar: 
“Daşlaşmış hominid qalıqlar arasında dövrümüzdəki insan 
morfologiyasını göstərən ilk növ Homo erectusdur. Əksinə, 
cənubi Afrikadan gələn və Australopithecus və Paranthropus 
adlandırılan  kəllə  sümüyündəki  yarımdairəvi  kanal 
ölçüləri  dövrümüzə  qədər  yaşayan  iri  meymunlarınkına 
bənzəyir”.
191
 
Stw 53  adlı  Homo habilis  nümunəsi  üzərində 
tədqiqat  aparan  Spur,  Vud  və  Zonveld  “Stw 53-ün 
Australopithecinelərdən daha az “ikiayaqlı kimi davrandığını” 
müəyyən etdilər. Bu, H. habilisin Australopithecusdan daha 
çox  meymuna  bənzədiyini  göstərir.  Bu  səbəbdən,  həmin 
elm  adamları  Stw 53-ün  Australopithecine  və  H.  erectus 
arasında  morfoloji  ara  keçid  formasının  olmadığı” 
nəticəsinə gəldilər.
192
 Bu kəşf ilə iki əsas nəticəyə gəlirik:
1. Homo habilis adlandırılan fosillər əslində “homo”- 
KNM-ER  1472  omba  sümüyü.  Bu  omba  sümüyü  insanların-
kından fərqlənmir. Bu sümüyün Homo habilis qalıqları ilə 
eyni təbəqədə, ancaq bir neçə kilometr kənarda tapılması 
Homo habilisin iki ayaqlı bir canlı olduğu kimi səhv bir nəti-
cəyə gətirib çıxarmışdı. 1987-ci ildə tapılan OH 62 qalığı Ho-
mo habilisin zənn edildiyi kimi iki ayaqlı bir canlı olmadığı-
nı göstərdi. Bu gün bir cox elm adamı Homo habilisin, Aus-
tralopithecusa cox bənzər bir meymun növü olduğunu qəbul 
edir.
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə