3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə50/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   46   47   48   49   50   51   52   53   ...   109

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
154
həcminə görə deyil, beyindaxili mütəşəkkilliyə uyğun olaraq dəyişir.
198
Homo erectusu bütün dünyaya tanıdan fosillər Asiyada tapılmış Sinantrop 
(Pekin  adamı)  və  Yava  adamı  fosilləri  idi.  Ancaq  bir  müddət  sonra  hər  iki 
fosilin saxta olduğu məlum oldu. Sinantrop gipsdən düzəldilmiş və əsli itmiş 
modellərdən  ibarət  idi,  Yava  adamı  isə  bir  kəllə  sümüyü  parçası  ilə  ondan 
metrlərlə uzaqda tapılmış çanaq sümüyündən ibarət idi və bunların eyni canlıya 
aid olduğuna dair heç bir göstərici yox idi. Bu səbəbdən, Afrikada tapılan Homo 
erectus  fosilləri  getdikcə  daha  çox  əhəmiyyət  qazandı.  (Bu  məqamda  Homo 
erectus  adlandırılan  fosillərdən  bir  qisiminin  bəzi  təkamülçülər  tərəfindən 
Homo  ergaster  adlı  ikinci  sinfə  daxil  edildiyini  də  qeyd  etmək  lazımdır.  Bu 
barədə aralarında anlaşılmazlıq var. Biz isə sözügedən fosillərin hamısını Homo 
erectus sinfi daxilində araşdıracağıq). 
Homo erectus kəllə sümüklərində olan qaş 
çıxıntıları, geriyə doğru meyilli alın quru-
luşu kimi xüsusiyyətlər hal-hazırda yaşa-
yan bəzi irqlərdə də mövcuddur. Şəkildəki 
Malayziya yerlisində olduğu kimi
downloaded from KitabYurdu.org


İNSANIN MƏNŞƏYİ
155
10 min illik Homo erectuslar
10 Oktyabr 1967-ci ildə Avstraliya
Viktoriadakı Kou Svamp gölü 
yaxınında tapılan bu iki kəllə 
sümüyünə Kou Svamp I və Kou 
Svamp V adları verildi.  
Qalıqları tapan Alan Thorne və 
Filip Macumber, bunları adi homo 
sapiens kəlləsi kimi şərh etdilər. 
Halbuki bu kəllə sümükləri demək
olar tamamilə homo erectus xüsu-
siyyətlərini daşıyırdı. Homo sapi-
ens olaraq adlandırılmasının yega-
nə səbəbi isə, yaşının 10 min il olaraq 
hesablandığı idi. Təkamülçülər, bu 
günkü insandan 500 min əvvəl ya-
şamış primitiv növ olaraq təyin et-
dikləri Homo erectusların, bundan 
10 min il əvvəl yaşayan bir insan ir-
qi olduğu həqiqətini qəbul etmək 
istəmirdilər.
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
156
Afrikada  tapılan  Homo erectus  nümunələrinin  ən  məşhuru  Keniyadakı 
Turkana gölü yaxınlığında tapılan “Turkana uşağı” fosilidir. Bu fosilin 12 yaşında 
bir uşağa aid olduğu və böyüdükdə təxminən 1.83 sm boyu olacağı müəyyən 
olundu.  Fosilin  özünəməxsus  dik  skelet  quruluşu  dövrümüzdəki  insandan 
fərqlənmir.  Amerikalı  paleoantropoloq  Alan  Uolker:  “bu  skelet  ilə  bugünkü 
insan skeletini bir-birindən fərqləndirmək çox çətindir”, - deyir. Uolker kəllə 
sümüyünü gördükdə güldüyünü, çünki kəllə sümüyünün Neandertal kəlləsinə 
həddən artıq bənzədiyini yazır.
199
 
HOMO ERECTUS və ABORİGEN 
Şəkildəki Turkana uşağı skeleti, bu 
günə qədər tapılmış ən qüsursuz Homo 
erectus nümunəsidir. Maraqlı olan  1.6
milyon illik bu qalığın skeleti ilə gü-
nümüzdəki insan arasında heç bir nə-
zərə çarpan fərqin olmamasıdır. Xüsu-
silə yuxarıdakı Aborigen qalığı, Turka-
na  uşağına cox bənzəyir. Bu vəziyyət
Homo erectusun hər hansı bir “primitiv”
xüsusiyyəti olmayan xüsusi bir insan 
irqi olduğunu bir daha sübut edir.
downloaded from KitabYurdu.org


İNSANIN MƏNŞƏYİ
157
    Növbəti  səhifələrdə  təhlil  edəcəyimiz  neandertallar  bugünkü  insana 
bənzər irqlərdəndir. Bu səbəbdən, Homo erectus da bugünkü insanın bir irqidir.
Təkamülçü paleoantropoloq Riçard Likey də Homo erectus ilə dövrümüzdəki 
insan arasındakı fərqin irqi fərqdən başqa məna daşımadığını belə ifadə edir:
Hər  insan  bu  fərqləri  sezə  bilər:  kəllənin  forması,  üzün  mailliyi,  qaş 
çıxıntısının  kobudluğu  və  s.  Ancaq  bu  fərqlər  bu  gün  müxtəlif  coğrafi 
bölgələrdə yaşayan insan irqləri arasındakı fərqlərdən çox deyil. Belə bir 
variasiya  insan  icmaları  bir-birlərindən  uzun  zaman  ayrı  qaldıqda  üzə 
çıxır”.
200
Konnektikat  Universitetindən  prof.  Uilyam  Laflin  eskimoslar  və  Aleut 
adaları insanları üzərində uzun illər anatomik tədqiqatlar aparmış və bu insanlar 
ilə Homo erectusun  heyrətamiz  dərəcədə  bir-birinə  bənzədiyini  görmüşdür. 
Laflin  bütün  bu  irqlərin  əslində  Homo sapiens  növünə  (müasir  insana)  aid 
müxtəlif irqlər olduğu nəticəsinə gəlmişdir:
Hamısı Homo sapiens növünə aid olan eskimoslar və Avstraliya yerliləri kimi 
bir-birindən  uzaq  qruplar  arasındakı  böyük  fərqləri  nəzərə  alsaq,  Homo 
erectusun da öz daxilində müxtəlif fərqlər daşıyan bu növə (Homo sapiensə) 
aid olduğu nəticəsinə gəlmək çox məntiqlidir.
201
   Son illərdə Homo erectus kateqoriyasına aid edilən fosillərin əslində Homo 
sapiensdən ayrı növ sayılacaq qədər fərq daşımadığı elm dünyasında getdikcə 
daha çox dilə gətirilir. “American scientist” jurnalında bu mövzudakı mübahisələr 
və  2000-ci  ildə  bu  mövzu  ilə  bağlı  təşkil  edilən  bir  konfransın  nəticəsi  belə 
yekunlaşdırıldı:
“Senkenberq  konfransında  iştirak  edənlərin  əksəriyyəti  Miçiqan 
Universitetindən  Milford  Uolpoff,  Kanberra  Universitetindən  Alan  Torn 
və  həmkarları  tərəfindən  başlanan  Homo erectusun  taksonomik  statusuna 
dair  qızğın  müzakirələrə  qatıldılar.  Bunlar  (Uolpoff  və  Torn)  qətiyyətlə 
Homo erectusun bir növ olmadığını, tamamilə aradan qaldırılmalı olduğunu 
müdafiə  etdilər.  Onların  fikrincə,  Homo  cinsinin  bütün  üzvləri  2  milyon 
il  əvvəldən  dövrümüzə  qədər  müxtəlifləşərək  çox  açıq  və  geniş  sahələrə 
yayılmış yeganə növ, yəni Homo sapiens növü idi və bu növ daxilində təbii 
fərqlər  və  yarımsiniflər  tapılmırdı.  Konfransda  Homo erectusun  mövcud 
olmadığı müzakirə olunurdu.
202
 
Yuxarıdakı tezisi müdafiə edən elm adamlarının gəldiyi nəticə “Homo erectus 
Homo sapiensdən fərqli növ deyil, Homo sapiens daxilindəki irqdir” şəklində ifadə 
edilə bilər. Adi insan irqi olan Homo erectus ilə “insanın təkamülü” ssenarisində 
ondan əvvəl gələn meymunlar (AustralopithecusHomo habilis və Homo rudolfensis
arasında böyük uçurum var. Yəni fosil qeydlərində meydana çıxan ilk insanlar 
təkamül keçirmədən, eyni anda və birdən-birə meydana gəliblər.
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə