3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə47/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   43   44   45   46   47   48   49   50   ...   109

İNSANIN MƏNŞƏYİ
145
 Australopithecines (Australopithecus cinsinə aid növlər)
-  Homo habilis
-  Homo erectus
- Homo sapiens
Təkamülçülər  insanların  “ibtidai  meymunabənzər  əcdad”ını  “cənub 
meymunu”  mənasını  verən  Australopithecus  adlandırırlar.  Bu  canlılar  əslində 
nəsli  kəsilmiş  qədim  meymun  növüdür.  Australopithecus  cinsinin  müxtəlif 
növləri mövcuddur. Bunların bəziləri iri, bəziləri isə daha kiçik və incə quruluşa 
malik meymunlardır.
İnsanın  təkamülünün  daha  sonrakı  mərhələsini  isə  Homo,  yəni  insan 
adı  altında  təsnif  edirlər.  İddiaya  əsasən,  Homo  seriyasındakı  canlılar 
Australopithecusdan  daha 
təkmil  canlılardır.  Bu  növün  təkamülünün  ən  son 
mərhələsində isə Homo sapiens, yəni bugünkü insanın meydana gəldiyi irəli 
sürülür.
Təkamülçü KİV-lərdə və dərs kitablarında nəşr olunan, mediada tez-tez adı 
çəkilən Pitekantrop (Yava adamı), Sinantrop (Pekin adamı), “Lusi” kimi fosillər 
yuxarıda sadaladığımız dörd növdən birinə aid edilirlər. Bu növlər də həmçinin 
öz daxilində yarımnövlərə bölünür.
Bir vaxtlar çox iddialı olan Ramapithecus kimi ara keçid növ namizədlərinin 
adi meymun olduğu aşkar edilməsiylə birlikdə insanın xəyali nəsil ağacından 
səssiz-səmirsiz çıxarılıblar.
185
Təkamülçülər  “Australopithecus > Homo habilis > Homo erectus > Homo 
sapiens” ardıcıllığını tərtib edərkən bu növlərin hər birinin özündən sonrakının 
əcdadı  olduğu  kimi  təsəvvür  verirlər.  Halbuki  paleoantropoloqların  son 
kəşfləri Australopithecus, Homo habilis və Homo erectusun dünyanın müxtəlif 
yerlərində  eyni  dövrlərdə  yaşadıqlarını  göstərir.  Hətta  Homo erectusa  aid 
insanların bir qismi çox yaxın tarixə qədər yaşayıblar.
“Yava (adası)nın sonuncu Homo erektusu: Cənub-şərqi Asiyadakı Homo sapienslər 
ilə potensial çağdaşlığı” (Latest Homo erectus of Java; Potential contemporaneity 
with Homo sapiens en Southeast Asia) başlıqlı məqalədə Yavada tapılan Homo 
erectus fosillərinin ortaq yaşının 27±2-dən 53,3±4 min il əvvəl” olduğu və onun 
“H. erectusun Cənub-şərqi Asiyanın dövrümüzdəki insanlar (H. sapiens) ilə  
anatomik cəhətdən eyni dövrdə yaşadığı ehtimalını artırdığı”nı ifadə edir.
186
 
Bundan əlavə, Homo sapiens neandertalensis və Homo sapiens sapiens (müasir 
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
146
insan)  eyni  yerdə  yan-yana  tapılmışdır.  Bu  isə  həmin  canlıların  bir-birinin 
əcdadı olduğunun əsassızlığını üzə çıxarır.
Qısaca  desək,  bütün  elmi  kəşflər  təkamülçülərin  irəli  sürdüyü  fosillərin 
təkamül prosesini sübut etmədiyini göstərir. İnsanın əcdadları kimi ortaya atılan 
fosillərin  bir  qismi  meymun  növlərinə,  bir  qismi  də  müxtəlif  insan  irqlərinə 
aiddir.
Yaxşı, bəs əlimizdəki fosillərin hansı insan, hansı meymundur? Bunların 
hər hansı birinin həqiqi “ara keçid növ” hesab edilməsi nə üçün mümkün deyil? 
Bu sualların cavabını görmək üçün həmin “kateqoriyalara” ardıcıllıqla nəzər 
yetirək.
Avstralopitek (Australopithecus)
Australopithecus  həm  kəllə  sümüyü,  həm  də  skeletinin  quruluşuna  görə 
dövrümüzdəki meymunlara bənzəyir. 
Australopithecus “cənub meymunu” mənasını verir. Bu canlıların 4 milyon 
il bundan əvvəl Afrikada ortaya çıxdığı və 1 milyon il əvvələ qədər yaşadıqları 
güman olunur. Australopithecus növləri arasında bəzi fərqlər var. Təkamülçülər 
ən qədim Australopithecus növünün A.afarensis olduğunu hesab edirlər. Bundan 
ardınca daha incə skeletə malik olan A. africanus ilə ondan daha böyük sümükləri 
olan A.robustus gəlir. A.boisei  isə bəzi tədqiqatçılar tərəfindən ayrı növ, bəziləri 
tərəfindən də  A.robustusun yarımnövü qəbul edilir.
  Australopithecus növlərinin hamısı dövrümüzdəki meymunlara bənzəyən 
nəsli kəsilmiş meymunlardır və hamısının beyni bugünkü şimpanzelərin beyni 
ilə  eyni  həcmdədir  və  ya  daha  kiçikdir.  Əllərində  və  ayaqlarında  bugünkü 
meymunlarda  olduğu  kimi  ağaclara  dırmaşmaq  üçün  çıxıntılar  mövcuddur 
və ayaqları budaqlara yapışmaq üçün mükəmməl quruluşa malikdir. Boyları 
qısadır  (ən  çox  130  sm)  və  eynilə  gördüyümüz  meymunlardakı  kimi  erkək 
Australopithecus  dişidən  daha  iridir.  Kəllə  sümüklərindəki  yüzlərlə  detal  bir-
birinə  yaxın  gözlər,  iti  azı  dişləri,  çənə  quruluşu,  uzun  qollar,  qısa  ayaqlar 
kimi bir sıra xüsusiyyətlər bu canlıların dövrümüzdəki meymunlardan fərqli 
olmadığını göstərən dəlillərdir.
Təkamülçülər  Australopithecusların  adi  meymun  anatomiyasına  malik 
olmasına  baxmayaraq,  bütün  digər  meymunların  əksinə,  insanlar  kimi  dik 
yeridiklərini iddia edirlər.
Sözügedən  “dik  yerimə”  iddiası  Riçard  Likey,  Donald  Cohanson  kimi 
təkamülçü paleoantropoloqların 10 illərdir müdafiə etdiyi fikirdir. Amma bir 
çox elm adamı Avstralopitekin skeleti üzərində çoxlu tədqiqat aparmış və bu 
iddianın  əsassızlığını  üzə  çıxarmışdır.  İngiltərə  və ABŞ-dan  olan  iki  məşhur 
downloaded from KitabYurdu.org


İNSANIN MƏNŞƏYİ
147
anatomiyaçı  Lord  Soli  Zakerman  və  prof.  Çarlz  Okxnardın  Avstralopitek 
nümunələri  üzərində  apardıqları  geniş  miqyaslı  tədqiqatlar  bu  canlıların  iki 
ayaqlı olmadıqlarını, dövrümüzdəki meymunlar kimi eyni hərəkət formasına 
malik  olduğunu  göstərmişdir.  İngiltərənin  dəstəyi  ilə  təşkil  olunmuş  beş 
mütəxəssisdən ibarət tədqiqat qrupunda bu canlıların sümüklərini 15 il boyu 
araşdıran  Lord  Zakerman,  özü  də  təkamül  nəzəriyyəsini  mənimsəməsinə 
baxmayaraq,  Avstralopiteklərin  sadəcə  adi  meymun  növü  olduğunu  və 
qətiyyən dik yerimədiklərini müəyyən etmişdir.
187
 Bu mövzudakı araşdırmaları 
ilə məşhur olan digər təkamülçü anatomiyaçı Çarlz E.Oksnard da Avstralopitek 
skeletini dövrümüzdəki oranqutanlara bənzədir.
188
Avstralopitekin insanın əcdadı olmadığı son dövrdə təkamülçü mənbələr 
tərəfindən də qəbul edilir. Məşhur fransız elm jurnalı “Science et vie” 1999-cu il 
may sayında bu mövzunu ilk səhifəsində dərc etmişdi. Jurnal Australopithecus 
afarensis  növünün  ən  əsas  fosil  nümunəsi  hesab  edilən  Lusini  “Adieu  Lucy” 
(Əlvida  Lyusi)  başlığı  altında  Australopithecus  növünə  məxsus  meymunların 
insanın nəsil ağacından çıxarılmalı olduğunu vurğulamışdır. St W573 seriyalı 
yeni Australopithecus fosilinə əsaslanaraq yazılan məqalədə belə deyilir:
Yeni nəzəriyyə Australopithecus cinsinin insanın mənşəyi olmadığını deyir... 
St W573-ü araşdırmaq səlahiyyətinə malik olan yeganə qadın tədqiqatçının 
nail olduğu nəticələr insanın əcdadı ilə bağlı aktual nəzəriyyələrdən fərqli 
Australopithecus 
növləri kəllə 
sümüyü ilə birgə
skeletin quruluşuna 
görə də bu günkü 
meymunlara 
bənzəyir.Şəkildəki 
bədənin sol tərəfi 
şimpanze, sağ tərəfi 
isə A. afarensis 
skeletini göstərir. 
Şəkili çəkən 
antropoloq professor  
Adrienne L. Zilman, 
bu  iki canlının 
skeletlrinin  olduqca 
oxşar olduğunu 
vurğulayır.  
Australopithecus  robustus  növünə 
aid  kəllə  sümüyü.  Bu  günkü  adi 
meymunlardakı kimi.
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə