3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə44/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   40   41   42   43   44   45   46   47   ...   109

135
S
IÇRAYIŞLI   TƏKAMÜL 
NƏZƏRİYYƏSİNİN    ƏSASSIZLIĞI
D
aha  əvvəlki  fəsildə  fosil  qeydlərinin  darvinist  nəzəriyyənin 
fərziyyələrini açıq şəkildə təkzib etdiyini birlikdə nəzərdən keçirdik. 
Gördüyümüz kimi, fərqli canlı qrupları fosil qeydlərində ani surətdə 
ortaya  çıxmış  və  milyon  illər  boyu  heç  bir  dəyişiklik  keçirmədən 
“sabit”  qalmışdırlar.  Paleontologiyanın  ortaya  qoyduğu  bu  böyük  kəşf  canlı 
növlərinin heç bir təkamül prosesi keçirmədən mövcud olduqlarını göstərir.
Bu  həqiqət  uzun  illər  boyu  paleontoloqlar  tərəfindən  gözardı  edilmiş 
və  xəyali  ara  keçid  formaların  bir  gün  tapılacağı  ümid  edilmişdir.  Keçən 
əsrin  70-ci  illərində  bəzi  paleontoloqlar  bunun  yersiz  ümid  olduğunu  və 
fosil qeydlərindəki boşluqların “reallıq” hesab edilməsini qəbul etdi. Ancaq 
sözügedən paleontoloqlar təkamül nəzəriyyəsindən əl çəkməyi qəbuledilməz 
düşüncə hesab etdikləri üçün bu həqiqətə təkamül nəzəriyyəsi çərçivəsində 
açıqlama axtarmağa çalışdılar.
Neodarvinizmdən bir az fərqli təkamül modeli olan “sıçrayışlı təkamül” 
anlayışı  belə  meydana  gəldi.  (Orijinal  adı  “punctuated  equilibrium”,  yəni 
“fasiləli  tarazlıq”  olan  bu  nəzəriyyəni  praktik  cəhətdən  aydın  olması  üçün 
“sıçrayışlı təkamül” şəklində ifadə edirik).
Bu model 1970-ci illərin əvvəlində Harvard Universitetinin paleontoloqları 
Stefen Cey Quld və Nayls Eldric tərəfindən coşğu ilə müdafiə edilməyə başladı. 
Hər ikisi də fosil qeydlərinin üzə çıxardığı nəticəni iki əsas anlayışla xülasə 
edirdi:
1.Stasis (ətalət)
2.Ani surətdə üzə çıxma 
173
Quld  və  Eldric  bu  iki  faktı  təkamül  nəzəriyyəsi  çərçivəsində  açıqlaya 
bilmək  üçün  canlı  növlərinin  Darvinin  irəli  sürdüyü  kimi,  mərhələli  kiçik 
dəyişikliklərlə deyil, ani və böyük dəyişikliklərlə əmələ gəldiyini irəli sürdülər.
Əslində,  bu  nəzəriyyə  1930-cu  illərdə  avropalı  paleontoloq  Otto 
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
136
Şindevulf  tərəfindən  irəli  sürülmüş  “Gözlənilən  bədheybət”  (Hopeful 
monster) nəzəriyyəsinin şəkli dəyişdirilmiş formasıydı. Şindevulf canlıların 
neodarvinizmin  irəli  sürdüyü  kimi,  zaman  ərzində  kiçik  mutasiyalar 
nəticəsində  deyil,  ani  və  böyük  mutasiyalarla  təkamül  keçirdiklərini  irəli 
sürmüşdü.  Şindevulf  nəzəriyyəsinə  nümunə  verərkən  tarixdəki  ilk  quşun 
“qross  mutasiya”  ilə,  yəni  genetik  quruluşunda  təsadüfən  meydana  gələn 
böyük dəyişikliklə sürünən yumurtasından çıxdığını iddia etmişdi.
174
 Həmin 
nəzəriyyəyə əsasən, bəzi quruda yaşayan canlılar keçirdikləri ani və böyük 
dəyişikliklə  birdən-birə  nəhəng  balinalara  çevrilə  bilərlər.  Şindevulfun  bu 
fantastik nəzəriyyəsi 1940-cı ildə də Berkeley Universitetindən genetik Riçard 
Qoldşmidt  tərəfindən  mənimsənildi  və  müdafiə  edildi. Amma  nəzəriyyə  o 
qədər əsassız idi ki, qısa zamanda tərk edildi.
Quld  və  Eldrici  bu  nəzəriyyəyə  yenidən  qayıtmağa  məcbur  edən  amil 
isə əvvəlcədən bildirdiyimiz kimi, fosil qeydlərinin heç bir “ara keçid forma” 
olmadığını göstərməsi idi. Bu qeydlərdəki “stasis” və “ani surətdə üzə çıxma” 
faktı o qədər konkret idi ki, bu iki tərif vəziyyəti açıqlamaq üçün “gözlənilən 
bədheybətlərə”  yenidən  əl  atmaq  məcburiyyətində  qaldılar.  Quldun 
“Gözlənilən bədheybətlərin qayıdışı” (Return of the hopeful monsters) adlı 
məşhur məqaləsi bu labüd geri dönüşün ifadəsi idi.
175
Əlbəttə,  Quld  və  Eldric  Şindevulfun  fantastik  nəzəriyyəsini  eynilə 
Schindevolf tərəfindən ortaya atılan “Gözlənilən bədheybət” nəzəriyyəsinə görə,
tarixdəki ilk quş böyük mutasiyə ilə bir sürünənin yumurtasından çıxmışdır. Quld 
və  Eldriç  isə  təkamülün  fosilk  qeydləri  çətinliyini  bu  boş  nəzəriyyəni  müdafiə 
edərək həll etməyə çalışdı.
downloaded from KitabYurdu.org


Sıçrayışlı Təkamül Nəzəriyyəsinin Əsassızlığı
137
təkrarlamadılar.  Nəzəriyyəyə  “elmi”  don  geydirmək  üçün  sözügedən  “ani 
təkamül sıçrayışlarına” bir cür mexanizm uydurmağa çalışdılar. (Nəzəriyyə 
üçün seçdikləri “fasiləli tarazlıq” kimi qəribə termin elmi don geydirmək cəhdi 
idi).  Quld  və  Eldricin  nəzəriyyəsi  sonrakı  illərdə  digər  bəzi  paleontoloqlar 
stərəfindən də mənimsənildi və hərtərəfli işlənildi. Halbuki sıçrayışlı təkamül 
nəzəriyyəsi ən az neodarvinist nəzəriyyə qədər böyük ziddiyyət və əsassızlıqla 
dolu idi.
Sıçrayışın “mexanizmi”
Sıçrayışlı təkamül nəzəriyyəsi canlı populyasiyalarının çox uzun müddət 
boyu dəyişmədiyini, bir növ “tarazlıq” (equilibrium) vəziyyətində qaldıqlarını 
qəbul edir. Bu iddiaya əsasən, təkamül xarakterli dəyişikliklər çox qısa zaman 
intervallarında  və  çox  dar  populyasiyalar  daxilində  baş  verir.  (Tarazlıqda 
fasilə, yəni “punctuation” baş verir). Populyasiya çox dar olduğu üçün böyük 
mutasiyalar çox qısa müddət ərzində təbii seçmə yolu ilə seçilir və beləliklə, 
yeni növ əmələ gəlir.
Bu nəzəriyyəyə əsasən, məsələn, bir sürünən növü milyon illər boyu heç 
bir  dəyişikliyə  uğramadan  yaşayır.  Ancaq  bu  sürünən  növünün  içindən  bir 
şəkildə ayrılan az saydakı bir qrup sürünən səbəbi açıqlana bilməyən bir sıra 
mutasiyaya məruz qalır. Bu mutasiyaların üstünlük gətirənləri bu kiçik qrup 
daxilində sürətlə seçilir. Qrup sürətlə təkamül keçirir və qısa müddətdə başqa 
bir sürünən növünə, hətta bəlkə məməlilərə çevrilir. Bütün bu proses çox sürətli 
olduğu və kiçik populyasiyada baş verdiyi üçün. çox az fosil izi qalır, bəlkə də 
heç qalmır.
Diqqət edilsə, əslində, bu nəzəriyyə “fosil izi buraxmayacaq qədər sürətli 
bir  təkamül  prosesi  necə  təsəvvür  edilə  bilər?”  sualına  cavab  vermək  üçün 
ortaya atılmışdır. Bu cavabı uydurarkən  iki əsas fərziyyə qəbul edilir: 
1.“Makromutasiyaların”,  yəni  canlıların  genetik  məlumatında  böyük 
dəyişikliklər əmələ gətirən böyük mutasiyaların canlılara üstün xüsusiyyətlər 
qazandırdıqları və yeni genetik məlumat əlavə etdikləri fərziyyəsi.
2.Sayca  az  olan  heyvan  populyasiyalarının  genetik  cəhətdən  daha  üstün 
xüsusiyyətlərə malik olduqları fərziyyəsi.
Lakin hər iki fərziyyə də elmi kəşflərlə açıq şəkildə ziddiyyət təşkil edir.
Makromutasiyalar xətası
Sıçrayışlı təkamül nəzəriyyəsi, bir az əvvəl də bildirdiyimiz kimi, yeni növ 
əmələ gəlməsinə səbəb olan mutasiyaların çox böyük ölçülərdə baş verdiyini və 
ya bəzi fərdlərin üst-üstə çox mutasiyaya məruz qaldığını fərz edir. Lakin bu 
fərziyyə genetika elminin bütün müşahidə faktlarına ziddir.
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə