3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə41/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   37   38   39   40   41   42   43   44   ...   109

Gerçək Təbiət Tarixi -II-
125
səbəb olan mutasiyalara uğramalı, bu mutasiyalar canlıya başqa heç bir zərər 
verməməli, mutasiyaya uğrayan fərdlər digərlərinə görə üstün olub seçilməli, 
sonrakı  nəsildə  (necə  bir  təsadüfdürsə)  yenə  eyni  genin  eyni  yerində  eyni 
mutasiya olmalı, bu nəsillər boyu heç dəyişmədən davam etməli, bütün bunlar 
təsadüfən qüsursuz şəkildə baş verməlidir.
Əgər “National geographic” yazıçıları buna inanırlarsa: “Biz sülələ olaraq 
uçmağı  çox  sevirik,  oğlum  da  baxın,    təsadüfi  mutasiya  keçirdi  və  qoltuq 
altlarında  quş  tükünə  bənzər  bir  neçə  forma  əmələ  gəldi.  Nəvəm  də  eyni 
mutasiyaları  keçirəcək  və  tükləri  bir  az  da  artacaq,  bu  nəsillər  boyu  davam 
edəcək və nəticədə sülaləmiz qanadlanıb uçacaq”, - deyən bir insana da inana 
bilərlər. Çünki hər iki hekayənin cəfəngiyyat səviyyəsi eynidir.
Bu vəziyyət əvvəldə bildirdiyimiz həqiqəti, yəni təkamülçülərin canlıların 
tələbatlarının sanki təbiətdəki sehirli bir güc tərəfindən təmin edildiyinə dair 
batil  inancını  üzə  çıxarır.  Əslində  maraqlıdır  ki,  animizmdəki  (təbiətdəki 
canlı və cansız bütün varlıqların şüuru və ruhu olduğu inancı) “təbiətə şüur 
aid etmə” inancı XXI əsrdə “elm” adı ilə qarşımıza çıxır. Halbuki darvinizmin 
məşhur tənqidçilərindən biri olan Fransanın məşhur bioloqu Pol Pier Qrassenin 
bildirdiyi kimi, “xəyal qurmağı qadağan edən bir qanun yoxdur, amma elm 
bu işin içinə daxil edilməməlidir”.
167
İnsanlara təlqin edilmək istənilən başqa bir ssenari də sözügedən canlıların 
bədən səthi ilə bağlıdır. Quruda yaşayan canlılar kimi qəbul edilən pakicetus və 
ambulocetusun digər məməlilər kimi tüklü bədənə malik olduğu hər kəsin ortaq 
fikridir.  Belə  ki,  bərpa  işlərində  hər  iki  canlı  sıx  tüklərlə  təsvir  olunmuşdur. 
Ancaq daha sonrakı canlılara (yəni həqiqi dəniz məməlilərinə) keçdikdə birdən 
tüklər yox olur. Bunun təkamül baxımından açıqlaması yuxarıda danışdığımıza 
bənzər lamarkçı hekayələrdən fərqli deyil.
Həqiqət  isə  sözügedən  canlıların  hər  birinin  yaşadıqları  mühitə  görə  ən 
uyğun şəkildə yaradılmalarıdır. Bu qüsursuz canlıları mutasiyalarla və ya daha 
bəsit lamarkçı hekayələrlə açıqlamağa çalışmaq ağıldankənardır. Canlılardakı 
hər xüsusiyyət kimi, sözügedən canlıların mükəmməl sistemləri də bu canlıları 
Allahın yaratdığını sübut edir.
Dəniz məməlilərinin təkamülü ssenarisinin müəmması
Buraya qədər dəniz məməlilərinin quru canlılarından təkamüllə törədiyi 
haqqında təkamülçü ssenarinin əsassızlığını təhlil etdik. Elmi kəşflər 
təkamülçülərin bu ssenarinin başlanğıcına yerləşdirdiyi iki quruda 
yaşayan məməli (pakicetus və ambulocetus) ilə dəniz məməliləri arasında 
heç bir əlaqənin olmadığını göstərir. Bəs ssenarinin ardı?
Bu məsələdə də təkamül nəzəriyyəsi yenə çıxılmaz vəziyyətdədir. Nəzəriyyə 
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
126
elmi təsnifatda archaeocetea (arxaik, yəni qədim balinalar) kimi məlum olan nəsli 
kəsilmiş özünəməxsus dəniz məməliləri ilə yaşayan balina və delfinlər arasında 
qohumluq əlaqəsi qurmağa çalışırlar. Lakin əslində mövzu üzrə mütəxəssislər 
fərqli düşünürlər. Təkamülçü paleontoloq Barbara C.Stahl belə yazır:
Bu, archaeoceteaların qıvraq formada olan bədənləri və özünəməxsus mişar 
dişləri  onların  dövrümüzdəki  balinaların  əcdadı  olmadığını  açıq  şəkildə 
ortaya qoyur.
168
Dəniz  məməlilərinin  mənşəyi  ilə  bağlı  təkamülçü  ssenari  molekulyar 
biologiyanın kəşfləri baxımından da çıxılmaz vəziyyətdədir. Klassik təkamülçü 
ssenari balinaların iki böyük qrupunun, yəni dişli balinaların (odonotoceti) bığlı 
balinalarla  (mysticeti)  bir  ortaq  əcdaddan  təkamüllə  törədiyini  güman  edir. 
Amma  Brüssel  Universitetindən  Mişel  Milinkoviç  yeni  bir  nəzəriyyə  ilə  bu 
fikirə qarşı çıxmış, anatomik bənzərliyə əsasən qurulan fərziyyənin molekulyar 
kəşflər tərəfindən təkzib edildiyini belə vurğulamışdır:
Cetaceanların  (balinaların)  böyük  qrupları  arasındakı  təkamül  əlaqələri 
morfoloji və molekulyar analizlərin çox fərqli nəticələrə aparması səbəbindən 
daha  da  problemlidir.  Morfoloji  və  davranış  xarakterli  kəşflərə  baxılaraq 
edilən  ənənəvi  şərhlər  ekolokasiyaya  malik  dişli  balinaların  (təqribən 
67  növ)  və  filter  sistemiylə  qidalanan  bığlı  balinaların  (10  növ)  iki  fərqli 
monofilotik (öz daxilində tək mənşədən gələn) qrup olduğunu fərz edir... 
Digər tərəfdən, DNT üzərində aparılan filogenetik (təkamül qohumluğu) 
təhlilləri... və amin turşusu müqayisələri... uzun zamandan bəri qəbul edilən 
bu təsnifatla ziddiyyət təşkil edir. Dişli balinaların bir qrupu, yəni kaşalotlar 
morfoloji  cəhətdən  özlərindən  tamamilə  fərqlənən  bığlı  balinalara  digər 
odontocetlərdən (dişli balinalardan) daha yaxın görünür.
169
Qısaca desək, dəniz məməliləri xəyali təkamül sxemlərinin hər birinə üsyan 
edirlər.
Dəniz  məməlilərinin  mənşəyi  məsələsindəki  təkamülçü  təbliğat  bir  daha 
üzə çıxdığı kimi, əslində ortada həqiqi dəlillərə əsaslanan bir təkamül prosesi 
deyil, təkamül nəzəriyyəsinə görə sxemə yerləşdirilməyə çalışılan, amma heç 
cür bu sxemə uyğun gəlməyən dəlillər var.
Sübutların ön mühakiməsiz təhlil edilməsiylə ortaya çıxan nəticə budur ki, 
tarixdəki fərqli canlı qrupları bir-birlərindən asılı olmadan, ani surətdə ortaya 
çıxmışdırlar. Bu da bütün canlıların yaradıldığının elmi dəlilidir.
Məməlilər təkamül pillələrinin ən yuxarı hissəsində yerləşən canlılar kimi 
qəbul edilirlər. Vəziyyət belə olduğu hlada, əvvəla, bu canlıların nə üçün dəniz 
mühitinə keçdiyini açıqlamaq çox çətindir? Növbəti sual isə belədir: necə olub 
ki, bu canlılar dəniz mühitinə balıqlardan belə daha yaxşı uyğunlaşıblar? Çünki 
yırtıcı balinalar, delfinlər kimi məməli və ağciyərli canlılar suda tənəffüs edən 
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə