3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə37/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   33   34   35   36   37   38   39   40   ...   109

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
114
cür iddiaları ortaya atan şəxslərin təxminlərinin ancaq fərziyyə olduğunu 
düşünürəm.
154
Bəs  “atın  təkamülü”  ssenarisi  nədir?  Bu  ssenari  Hindistan,  Cənubi 
Amerika, Şimali Amerika və Avropada fərqli zamanlarda yaşamış, fərqli canlı 
növlərinə  aid  fosillərin  təkamülçülərin  təxəyyül  gücü  sayəsində  kiçikdən 
böyüyə doğru düzülməsiylə əmələ gətirilən sxemlərlə ortaya atılmışdır. Ayrı-
ayrı  tədqiqatçıların  irəli  sürdükləri  20-dən  çox  müxtəlif  atın  təkamülü  sxemi 
var. Hamısı da bir-birindən fərqlənən bu nəsil ağacları haqqında təkamülçülər 
arasında da fikir ayrılığı var. Bu ardıcıllıqlardakı yeganə ortaq cəhət 55 milyon 
il  əvvəl  Eosen  dövründə  yaşamış  eohippus  (hyracotherium)  adlı  itəbənzər  bir 
canlının atın ilk əcdadı olduğuna inanılmasıdır. Əslində isə atın milyon illər 
əvvəl nəsli kəsilmiş əcdadı kimi təqdim edilən eohippus hələ də Afrikada yaşayan 
və atla heç bir əlaqəsi və bənzərliyi olmayan hyrax adlı heyvanın demək olar ki, 
eynisidir.
155
Atın  təkamülü  iddiasının  əsassızlığı  hər  keçən  gün  ortaya  çıxan  yeni 
fosil tapıntılarıyla daha açıq şəkildə başa düşülür. Eohippus ilə eyni təbəqədə 
dövrümüzdə yaşayan at cinslərinin də (equus nevadensis və equus occidentalis
fosillərinin  tapıldığı  müəyyən  edilmişdir.
156
  Bu,  dövrümüzdəki  at  ilə  onun 
“əcdadının” eyni zamanda yaşadığını göstərir ki, bu da atın təkamülü adlanan 
prosesin heç vaxt baş vermədiyinin sübutudur.
Təkamülçü  yazıçı  Qordon  R.Teylor  darvinizmin  açıqlaya  bilmədiyi 
mövzulara  toxunduğu  “Böyük  təkamül  müəmması”  (The  great  evolution 
mystery)  adlı  kitabında  atın  təkamülü  ardıcıllığı  əfsanəsinin  əsl  mahiyyətini 
İngiltərə Təbiət Tarixi Muzeyində olan “Atın təkamülü “ sərgisi. Bu və buna oxşar
“Atın təkamülü” sxemləri müxtəlif dövrlərdə, fərqli coğrafiyalarda yaşamış müstəqil 
canlı növlərinə məxsus qalıqların son dərəcə birtərəfli yanaşma ilə, sadəcə xüsusi məqsədlə 
müəyyən olunmuş ardıcıllıqla sıralanmaqla düzəldilir. Həqiqətdə “Atın təkamülü”nə aid heç 
bir aydın elmi sübut yoxdur.
downloaded from KitabYurdu.org


Gerçək Təbiət Tarixi -II-
115
belə izah edir:
Darvinizmin bəlkə də ən ciddi zəif cəhəti paleontoloqların böyük təkamül 
xarakterli dəyişikliklər göstərən qohumluq əlaqələrini və canlıların təkamül 
ardıcıllıqlarını  üzə  çıxara  bilməmələridir…  Atın  təkamül  ardıcıllığı, 
əsasən, bu mövzuda həllini tapmış yeganə nümunə kimi göstərilir. Ancaq 
həqiqət bundan ibarətdir ki, eohippusdan equusa qədər uzanan ardıcıllıq çox 
əsassızdır.  Bu  ardıcıllığın  getdikcə  böyüyən  bədən  ölçüsünü  göstərdiyi 
iddia edilir, amma əslində ardıcıllığın sonrakı mərhələlərindəki canlıların 
bəziləri (ardıcıllığın ən başında yerləşən) eohippusdan daha böyük deyil, daha 
kiçikdirlər. Müxtəlif qaynaqlardan olan növlərin birləşdirilərək inandırıcı 
ardıcıllıqda ard-arda düzülməsi mümkündür, amma tarixdə həqiqətən bu 
ardıcıllığı dəstəkləyən heç bir sübut yoxdur.
157
Bütün  bu  həqiqətlər  təkamül  nəzəriyyəsinin  ən  tutarlı  dəlillərindən  biri 
kimi  təqdim  edilən  atın  təkamülü  sxemlərinin  heç  bir  əsası  olmayan  xəyali 
ardıcıllıqlar  olduğunu  ortaya  qoyur.  Digər  növlər  kimi,  atlar  da  təkamül 
əcdadına malik olmadan yaradılmışdırlar.
Yarasaların mənşəyi
Məməlilər sinfinə daxil olan ən maraqlı canlılardan biri, şübhəsiz, yeganə 
uçan məməli cinsi yarasalardır.
Yarasaların maraqlı xüsusiyyətlərindən  ən əsası bu canlılardakı kompleks 
“sonar”  sistemidir.  Bu  sonar  sistemi  sayəsində  yarasalar  zülmət  qaranlıqda 
heç bir şey görmədən həddindən artıq qıvraq və qüsursuz manevrlər edərək 
uçurlar. Qaranlıq bir otağın döşəməsindəki kiçik bir tırtılı da görüb ovlayırlar.
Bu sonar heyvanın daima yüksək tezlikli səslər yayması bu səslərin əks-
sədalarını  təhlil  etməsi  və  ətrafını  hərtərəfli  analiz  etməsiylə  işləyir.  Həm  də 
canlı bu işi qeyri-adi sürətlə havada uçduğu saniyələr boyu fasiləsiz və qüsursuz 
şəkildə yerinə yetirir.
Yarasaların sonar sistemi üzərində aparılan tədqiqatlar daha da təəccüblü 
nəticələr  üzə  çıxarmışdır.  Heyvanın  hiss  etdiyi  tezlik  intervalı  çox  dardır, 
yəni  ancaq  müəyyən  tezlikdəki  səsləri  hiss  edə  bilir.  Ancaq  elə  burada  çox 
mühüm  problem  ortaya  çıxır.  Doppler  təsiri  adlanan  fiziki  qanuna  əsasən, 
hərəkət halındakı bir cisimlə toqquşan səsin tezliyi dəyişir. Buna görə, yarasa 
özündən  uzaqlaşan  bir  milçəyə  doğru  səs  dalğalarını  yaydıqda  qayıdan  səs 
dalğaları yarasanın eşidə bilməyəcəyi intervala keçəcəkdir. Bu səbəbdən, yarasa 
hərəkətli cisimləri hiss etməkdə böyük çətinlik çəkməlidir. Amma belə olmur. 
Yarasa hər cür cismi qüsursuz şəkildə hiss etməkdə davam edir. Çünki yarasa 
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
116
Doppler təsirini bilirmiş kimi hərəkətli cisimlərə doğru yolladığı səs dalğalarını 
dəyişdirir. Məsələn, özündən uzaqlaşan mişçəyə ən yüksək tezlikli səs dalğasını 
yollayır ki, səs geri qayıtdıqda hiss etməyəcəyi qədər aşağı tezlikdə olmasın.
Bəs bu tənzimləmə necə baş verir?
Yarasanın  beynində  sonar  sisteminə  nəzarət  edən  iki  fərqli  tipdə  neyron 
(sinir hüceyrəsi) yerləşir, bunlardan biri geri qayıdan ultrasəsi hiss edir, digəri 
müəyyən əzələlərə əmr göndərib yarasanın səsini əmələ gətirir. Bu iki neyron 
beyində bir-birilə əlaqədar şəkildə fəaliyyət göstərir, belə ki, əks-sədanın tezliyi 
dəyişdikdə birinci neyron bunu hiss edir və ikinci neyrona təzyiq göstərərək 
və ya xəbər göndərərək səsin tezliyinin əks-sədanın tezliyinə uyğunlaşmasını 
təmin edir. Nəticədə yarasanın səsi mühitin vəziyyətinə 
görə  tezliyini  dəyişdirir  və  ən  faydalı  şəkildə  istifadə 
edilir.
Bütün  bu  sistemin  təkamül  nəzəriyyəsinin 
“təsadüfi  mutasiyalarla  mərhələli  təkamül” 
açıqlamasına vurduğu zərbəni görməmək mümkün 
deyil. Yarasadakı sonar sistemi olduqca kompleks 
quruluşdur  və  əsla  təsadüfi  mutasiyalarla 
açıqlana  bilməz.  Sistem  bütün  hissələri  ilə 
birlikdə  qüsursuz  şəkildə  mövcud  olduqda 
funksional olur. Yarasa həm yüksək tezliklərdə 
səs yayan quruluşa, həm bu səsləri hiss edib təhlil 
edən  orqanlara,  həm  də  hərəkət  dəyişikliklərinə 
görə  səs  tezliyini  tənzimləyən  sistemə  malik 
olmalıdır  ki,  sonar  işə  yarasın.  Əlbəttə,  bütün 
bunlar  təsadüflərlə  açıqlana  bilməz  və  yarasanın 
qüsursuz şəkildə yaradıldığını göstərir.
Belə ki, fosil qeydləri də yarasanın yer üzündə 
ani  surətdə  və  bu  günkü  kompleks  quruluşu  ilə  ortaya  çıxdığını  göstərir. 
Təkamülçü  paleontoloqlar  Con  E.Hil  və  Ceyms  D.Smit  “Yarasalar:  Təbiət 
tarixi” (Bats: A natural history) adlı kitablarında bu həqiqəti “etiraf” edərək belə 
açıqlayırlar:
Yarasaların fosilləri erkən Eosen dövrünə qədər gedib çıxır… və beş ayrı 
qitədə  birdən-birə  üzə  çıxır.  Bütün  yarasa  fosilləri,  hətta  ən  qədimləri 
belə  olduqca  təkmilləşmiş  yarasalardır  və  ona  görə  quruda  yaşayan 
əcdadlarından nə cür ara keçidlə törədikləri məsələsi qaranlıq qalır.
158
Təkamülçü paleontoloq L.R.Qodfrey isə eyni mövzuda belə yazır:
Erkən  Tertir  dövrünə  aid  xeyli  sayda  yaxşı  qorunmuş  yarasa  fosili  var, 
məsələn,    icaronycteris  kimi. Amma  icaronycteris  bizə  yarasalarda  uçuşun 
Yarasaların sahib olduğu 
sonar sistemi bu günə qədər 
düzəldilmiş bütün texnoloji 
sonarlardan daha həssas və 
səmərəlidir.
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə