3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə39/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   35   36   37   38   39   40   41   42   ...   109

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
120
qədər bir çox fərqli məməli və hətta sürünən qrupunun balinaların əcdadı 
kimi irəli sürülməsindən bəllidir.
162
Ambulocetus natans: 
pəncələrinə pərdə taxılan saxta balina
Xəyali balina təkamülü sxemində pakicetusdan sonra gələn ikinci fosil ambulocetus 
natansdır. İlk dəfə 1994-cü ildə “Elm” (Science) jurnalında dərc olunan bir məqalə 
ilə xəbər verilən bu fosil də təkamülçülərin zorla balinalaşdırılmaq” istədikləri 
quruda yaşayan canlıdır.
Ambulocetus natans  termini  latınca  ambulate  (yerimək),  cetus  (balina)  və 
natans (üzmək) sözlərinin birləşməsindən əmələ gəlmişdir və “yeriyən və üzən 
balina”  mənasını  verir.  Canlının  yeridiyi  aşkardır,  çünki  bütün  digər  quru 
məməliləri kimi, onun da dörd ayağı, hətta bu ayaqlara bağlı geniş pəncələri və 
arxa pəncələrinin ucunda dırnaqları vardır. Ancaq canlının bir tərəfdən də suda 
üzdüyü, daha doğrusu həm quruda, həm də suda (amfibiya şəklində) yaşadığı 
iddiasının təkamülçülərin ön mühakimələrindən başqa heç bir əsası yoxdur. 
Bu mövzuda elmlə təxəyyül gücü arasındakı sərhədi görmək üçün təkamül 
nəzəriyyəsinin  ən  qabaqcıl  müdafiəçilərindən  biri  olan  və  2001-ci  il,  noyabr 
sayını  “Balinaların  təkamülü”  təbliğatına  həsr  edən  “National  geographic”in 
ambulocetus uydurmasına bir nəzər salaq. Jurnalda dərc edilən ambulocetus rəsmi 
belədir: 
Rəsmə  diqqətlə  baxsanız,  quruda  yaşayan  canlı  olan  ambulocetus
“balinalaşdırmaq” üçün qurulmuş kiçik hiyləni asanlıqla görə bilərsiniz:

Heyvanın  arxa  ayaqları  yeriməyə  yarayan  ayaqlar  olaraq  deyil, 
üzməyə yarayan üzgəclər kimi təsvir edilmişdir. Əslində isə canlının ayaq 
sümüklərini tədqiq edən Karol bu canlının “quruda yaxşı yerimə bacarığına 
malik olduğunu” bildirir.
163

Heyvanın ön ayaqlarına “fırça” görüntüsü vermək üçün üzməyə 
yarayan üzgəclər kimi təsvir edilmişdir. Əslində isə əldə olan ambulocetus 
fosillərindən belə bir nəticəyə gəlmək mümkün deyil. Fosil qeydlərində bu 
downloaded from KitabYurdu.org


Gerçək Təbiət Tarixi -II-
121
cür yumşaq toxumalar heç vaxt görünmürlər. Ona görə canlının skeletindən 
başqa  xüsusiyyətləri  üzərində  aparılan  bərpa  işləri  şübhəlidir.  Bu  da 
təkamülçülərin əlinə geniş təbliğat materialı verir.
Ambulocetusun  yuxarıdakı  göstərilən  rəsmindəki  kimi  təkamülçülər 
tərəfindən  edilən  düzəlişlərlə  istənilən  canlını  başqa  canlıya  bənzətmək  
mümkündür.  İstəsəniz,  meymun  skeletini  də  ayaqlarını  arxaya  doğru  çəkib 
“üzgəc” kimi göstərmək və barmaqları arasında pərdələr çəkməklə “balinaların 
əcdadı olan primat” kimi təqdim edə bilərsiniz.
Ambulocetus  fosili  üzərində  edilən  bu  rəsm  hiylələrinin  əsassızlığı  elə 
“National geographic”in eyni sayında dərc edilən aşağıdakı rəsmdən də məlum 
olur:
“National  geographic”  canlının  skeletinin  rəsmini  yayımlayarkən  istər-
istəməz  bərpa  edilmiş  rəsmdəki  “balinalaşdırıcı”  düzəlişlərdən  əl  çəkmək 
məcburiyyətində 
qalmışdır. Canlının ayaq sümükləri, skeletin açıq şəkildə göstərdiyi 
kimi, onun quruda daşıya biləcək quruluşdadır. Ayaqlarında isə xəyali “pərdələrdən” 
əsər-əlamət yoxdur.
Yeriyən balina nağılının əsassızlığı
Əslində nə pakicetusun,  nə də ambulocetusun balinalarla qohumluq əlaqələri 
olduğuna  dair  heç  bir  dəlil  yoxdur.  Bunlar  sadəcə  nəzəriyyələrinə  əsasən, 
dəniz  məməliləri  üçün  quruda  yaşayan  bir  əcdad  tapmaq  məcburiyyətində 
olan təkamülçülərin bəzi məhdud bənzərliklərə əsaslanaraq müəyyən etdikləri 
“əcdad namizədləridir”. Bu canlıların özləriylə çox yaxın geoloji dövrdə fosil 
qeydlərində üzə çıxan dəniz məməliləri ilə əlaqələrinin olduğunu göstərən heç 
bir dəlil yoxdur.
Ambulocetus  fosilinin  həqiqi  görüntüsü: Ayaqlar  üzgəc  deyil, 
həqiqi ayaqdır və barmaqların arasında “National Geographic”-
əvvəlcədən əlavə etdiyi xəyali pərdə yoxdur.
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
122
Təkamül  sxemində  pakicetus  və  ambulocetusun  ardınca  sözügedən  dəniz 
məməlilərinə keçilir və procetusrodhocetus kimi archaeocetea (nəsli kəsilmiş balina) 
növləri düzülür. Sözügedən canlılar həqiqətən də suda yaşayan nəsli kəsilmiş 
məməlilərdir. (Bir az sonra bu mövzuya da toxunacağıq). Ancaq pakicetus və 
ambulocetus ilə bu dəniz məməliləri arasında çox böyük anatomik fərqlər var. 
Canlıların fosilləri təhlil edildikdə onları bir-biriləri ilə əlaqələndirən “ara keçid 
formalar”  olmadığı açıq şəkildə görünür:

Quruda  yaşayan  dördayaqlı  məməli  olan  ambulocetusda  onurğa 
çanaq  (pelvis)  sümüyündə  bitir  və  bu  sümüyə  bağlanan  güclü  ayaq 
sümükləri uzanır. Bu tipik quru məməlisinin anatomiyasıdır. Balinalarda 
isə onurğa quyruğa qədər davam edir və onlarda çanaq sümüyü yoxdur. 
Belə ki,  ambulocetusdan 10 milyon il  sonra yaşadığı hesab edilən basilosaurus 
eynilə bu anatomiyaya malikdir. Yəni tipik balinadır. Tipik quru canlısı olan 
ambulocetus ilə tipik balina olan basilosaurus arasında isə heç bir “ara keçid 
forma” yoxdur.

Basilosaurusun və kaşalot onurğalarının alt hissəsində onurğadan 
ayrı  kiçik  sümüklər  yerləşir.  Təkamülçülər  bunların  “rudiment  ayaqlar” 
olduğunu iddia edirlər. Lakin sözügedən sümüklər basilosaurusda “cütləşmə 
vəziyyətini almağa kömək edir”, kaşalotda isə “çoxalma orqanlarına dəstək 
olur”.
164
 Onsuz da çox mühüm funksiyanı yerinə yetirən skelet hissələrini 
başqa  bir  funksiyanın  “rudiment  orqanı”  kimi  tərif  etmək  təkamülçü  ön 
mühakimədən başqa bir şey deyil. 
Nəticədə  dəniz  məməlilərinin  quru  məməliləri  ilə  aralarında  “ara  keçid 
forma” olmadan, özünəməxsus quruluşları ilə ortaya çıxdıqları həqiqəti dəyişmir. 
Ortada heç bir təkamül zənciri yoxdur. Robert Karol bu həqiqəti istəmədən və 
təkamülçü dillə də olsa, belə qəbul edir: “Birbaşa balinalara uzanan mesonixid 
zənciri qurmaq mümkün deyil”.
165
 Balinaları öyrənən məşhur mütəxəssis olan 
rus elm adamı Q.A.Mkedlidze də təkamülçü olmasına baxmayaraq, pakicetus, 
ambulocetus natans və onlara bənzər dördayaqlı “balina əcdadı namizədləri”nin 
bu şəkildə tərif edilməsi ilə razı deyil və onları tamamilə ayrı bir qrup kimi tərif 
edir.
166
Qulaq və burunun təkamülü hekayələri
Quruda  yaşayan  məməlilər  ilə  dəniz  məməliləri  arasında  irəli  sürülən 
təkamül ssenarisi bu canlı qrupları arasındakı fərqli qulaq və burun quruluşlarını 
açıqlamalıdır. Əvvəlcə, qulaq quruluşunu nəzərdən keçirək. Quru məməliləri 
insanlar  kimi  xarici  aləmdəki  səsləri  qulaq  seyvanları  ilə  toplayır,  orta 
qulaqdakı sümüklərlə gücləndirir və daxili qulaqda siqnallara çevirirlər. Dəniz 
məməlilərinin  isə  qulaqları  yoxdur.  Səsləri  alt  çənələrindəki  xüsusi  titrəyən 
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə