3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə42/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   38   39   40   41   42   43   44   45   ...   109

Gerçək Təbiət Tarixi -II-
127
balıqlardan belə daha mükəmməl şəkildə yaşadıqları mühitə uyğundurlar. 
Dəniz məməlilərinin xəyali təkamülünün mutasiya və təbii seçmə vasitəsilə 
açıqlana bilmədiyi olduqca açıqdır. “GEO” jurnalında dərc olunan bir məqalə 
dəniz məməlilərindən mavi balinanın mənşəyindən bəhs edərkən darvinizmin 
bu mövzudakı çarəsizliyini belə ifadə edir:
Mavi balinalar kimi dənizdə yaşayan digər məməli heyvanların da bədən 
quruluşları  və  orqanları  balıqlarınkına  bənzəyir.  Onların  skeletləri  də 
balıqlarınkı  ilə  oxşardır.  Balinalarda  ayaq  adlandırdığımız  arxa  üzvlər 
tərs  inkişaf  edib  yarımçıq  qalmışdır.  Ancaq  bu  heyvanların  formalarını 
dəyişdirdikləri  haqqında  əldə  ən  kiçik  məlumat  belə  yoxdur.  Dənizə 
qayıdışın  darvinizmin  iddia  etdiyi  kimi,  uzunmüddətli  yavaş  keçidlə 
deyil,  ani  sıçrayışlar  şəklində  olduğunu  qəbul  etməliyik.  Paleontoloqlar 
dövrümüzdə balinanın hansı məməli heyvan növündən törədiyi haqqında 
kifayət qədər məlumata malik deyil.
170
Quruda yaşayan kiçik məməli heyvanın təkamül prosesi nəticəsində necə 
olub 30 metr və 60 ton ağırlığında bir balinaya çevrildiyini düşünmək həqiqətən 
də çox çətindir. Darvinistlərin bu məsələdə edə biləcəkləri yeganə şey “National 
geographic” jurnalında dərc edilən aşağıdakı hekayədə olduğu kimi, təxəyyül 
güclərindən istifadə edərək ssenari uydurmaqdır:
Balinaların əmələ gəlməsi bundan 60 milyon il əvvəl dördayaqlı və tüklü 
məməlilərin  qida  axtarmaq  üçün  dənizə  girmələriylə  başladı.  Zaman 
keçdikcə  yavaş-yavaş  dəyişikliklər  əmələ  gəldi.  Arxa  ayaqlar  itdi,  qabaq 
ayaqlar üzgəclərə çevrildi, tüklər yoxa çıxaraq qalın, yumşaq, hamar balina 
dərisinə  çevrildi,  burun  dəlikləri  başın  təpəsinə  doğru  yerini  dəyişdi, 
quyruq genişlənərək balinanın fırçayabənzər quyruğuna çevrildi və bədən 
suyun içində getdikcə böyüyərək nəhəngləşdi.
171
Yuxarıda bəhs olunan mərhələli təkamül ssenariləri, bu ssenarini yazanlar 
Dəniz məməliləri sanki 
yerləşdirildikləri xəyali
rəsmlərin hər birinə üs-
yan edir. Gəldiyimiz nə-
ticə taricdə ortaya çıxan 
canlı  qruplarının  bir-
birlərindən müstəqil və 
anidən ortaya çıxmaları-
dır. Bu da bütün canlıla-
rın  yaradılmış  olduğu 
gerçəyinin elmi sübutu-
dur.
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
128
da daxil olmaqla heç kimi qane etmir. Biz yenə də bu uydurmanı hərtərəfli təhlil 
edək və nə cür həqiqətdənkənar olduğunu mərhələ şəklində nəzərdən keçirək.
 Dəniz məməlilərinin özünəməxsus quruluşu
Təkamülçülərin dəniz məməliləri ilə bağlı təkamül ssenarilərinin nə qədər 
qeyri-mümkün olduğunu göstərən digər bəzi dəlillər də bu canlıların olduqca 
özünəməxsus  quruluşa  malik  olmalarıdır.  Tənəffüs  üçün  ağciyərlərindən 
istifadə edən bir məməlinin dəniz mühitində keçirməli olduğu adaptasiyaları 
nəzərə aldıqda belə bir keçid haqqında “qeyri-mümkün” sözü belə qənaətbəxş 
deyil.  Belə  bir  keçiddə  təkamül  prosesi  daxilində  ara  mərhələlərdən  hər 
hansı birinin əksikliyi canlını həyatdan məhrum edəcək və təkamül prosesini 
dayandıracaqdır. 
Dəniz  məməlilərinə  su  mühitinə  keçərkən  lazım  olan  adaptasiyalar 
(uyğunlaşmalar) belə sıralana bilər:
1-  Suyun  qorunması.  Dəniz  məməliləri  su  mühitində  yaşamalarına 
baxmayaraq,  su  ehtiyaclarını  balıqlar  kimi,  yəni  duzlu  sudan  faydalanaraq 
təmin  edə  bilməzlər.  Yaşamaq  üçün  şirin  suya  ehtiyacları  var.  Dəniz 
məməlilərinin  su  mənbələri  çox  yaxşı  məlum  olmasa  da,  su  ehtiyaclarınn 
böyük hissəsini tərkibində okeandakı duz nisbətinin üçdə biri qədər su olan 
canlıları yeyərək təmin etdikləri düşünülür. Bu qədər qıt su mənbələrinə malik 
olan dəniz məməliləri üçün suyun mütləq qorunması və suya qənaət edilməsi 
olduqca vacibdir. Elə bu səbəbdən, dəniz məməliləri dəvələrdəki kimi suyun 
qorunması mexanizminə malikdirlər. Eynilə dəvələr kimi dəniz məməliləri də 
tərləmirlər. Böyrəklər sidiyi insanlardan daha yaxşı şəkildə toplayaraq onlara 
su  qazandırır.  Beləliklə,  su  itkisi  ən  az  səviyyədə  olur.  Suya  qənaət  ən  kiçik 
detallarda belə özünü göstərir. Məsələn, ana balina balasını pendir qatılığında 
olan südlə bəsləyir. Bu süd insan südündən 10 dəfə yağlıdır. Südün bu qədər 
yağlı olmasının bəzi kimyəvi səbəbləri var. Yağ bala tərəfindən qəbul edildikdən 
sonra orqanizmdəki parçalanma prosesi nəticəsində su meydana gəlir. Beləliklə, 
ana az su itkisiylə balasının su ehtiyacını təmin edir.
2- Görmə və xəbərləşmə. Delfinlərin və balinaların gözləri fərqli yönlərdə 
görməyə imkan verən formadadır. Suyun altında və üzərində eyni dərəcədə 
mükəmməl şəkildə görə bilirlər. (Halbuki insan da daxil olmaqla bir çox canlı 
işığın qırılmasındakı fərqlərə görə öz təbii mühiti xaricində yaxşı görə bilmir). 
Bir delfin suyun 6 metrə qədər üzərinə tullana bilir və havada onun üçün tutulan 
qidanı həssaslıqla ala bilir.
Dəniz məməlilərinin gözü ilə quruda yaşayan canlıların gözü həddindən 
artıq  fərqli  xüsusiyyətlərə  malikdir.  Quruda  gözü  gözləyən  təhlükələr  fiziki 
zərbələr  və  tozdur.  Bu  səbəbdən  quruda  yaşayan  heyvanların  göz  qapaqları 
downloaded from KitabYurdu.org


Gerçək Təbiət Tarixi -II-
129
var.  Su  mühitində  isə  ən  böyük  təhlükələr  duzluluq  nisbəti,  dərinliklərə 
dalarkən meydana gələn təzyiq və dəniz axınlarının əmələ gətirdiyi zərərlərdir. 
Axınlarla birbaşa təmas olmaması üçün gözlər başın yan tərəfindədir. Bundan 
əlavə, dərinlərə daldıqda gözü təzyiqə qarşı qoruyan sərt təbəqə də var. 9 metr 
dərinlikdən  sonra  dənizin  dibi  qaranlıq  olduğu  üçün  su  məməlilərinin  gözü 
qaranlıq  mühitə  uyğunlaşan  bir  çox  xüsusiyyətlərə  malikdir.  Göz  bülluru 
mükəmməl  dairə  formasındadır.  İşığa  həssas  olan  çöpcüklər  rənglərə  və 
detallara qarşı həssas olan kolbacıqlardan daha çoxdur. Habelə gözlərdə xüsusi 
fosforlu  təbəqə  var.  Bu  səbəbdən,  dəniz  məməlilərinin  qaranlıq  mühitlərdə 
görmə qabiliyyəti güclüdür.
Amma dəniz məməlilərin ilkin duyğuları görmə deyil. Quru məməlilərinin 
əksinə, onlarda eşitmə daha vacibdir. Görmə 
üçün işıq lazımdır, amma eşitmə üçün belə bir 
ehtiyac yoxdur. Bir çox balina və delfin dəniz 
dibindəki  qaranlıq  ərazilərdə  bir  növ  təbii 
“sonar”  sayəsində  qida  tapır.  Xüsusilə  dişli 
balinalar  səs  dalğaları  vasitəsilə  “görürlər”. 
Səs dalğaları eynilə görmə prosesində olduğu 
kimi  fokuslanır  və  bir  nöqtəyə  göndərilir. 
Geri  qayıdan  dalğalar  heyvanın  beynində 
təhlil  edilir  və  şərh  olunur.  Bu  yolla  heyvan 
qarşısındakı  cismin  formasını,  ölçüsünü, 
sürətini  və  mövqeyini  açıq  şəkildə  müəyyən 
edir. Bu canlılardakı radar sistemi inanılmaz 
dərəcədə  həssasdır.  Məsələn,  bir  delfin  suya 
tullanan bir şəxsin “daxilini” də hiss edə bilir. 
Səs  dalğaları  istiqaməti  müəyyən  etməklə 
bərabər  xəbərləşmə  üçün  də  istifadə  edilir. 
Bir-birindən  yüz  kilometrlərlə  aralıqdakı  iki 
balina səs vasitəsilə xəbərləşirlər.
 
Bu  heyvanların xəbərləşmək və istiqaməti müəyyən etmək üçün səsi necə 
çıxardıqları  hələ  də  məlum  deyil.  Ancaq  delfinin  bədənindəki  maraqlı  bir 
təfərrüat diqqət çəkir: heyvanın kəllə sümüyünün quruluşu beynini dağıdacaq 
qədər güclü və fasiləsiz səs bombardmanından qorunmaq üçün izolyasiyalıdır.
İndi  bütün  bunların  üzərində  düşünək.  Dəniz  məməlilərinin  malik 
olduğu bütün bu heyranedici xüsusiyyətlər təkamül nəzəriyyəsinin iki yeganə 
mexanizmi, yəni mutasiya və təbii seçmə vasitəsilə əmələ gələ bilərmi? Hansı 
mutasiya  bir  delfinin  bədəninə  radar  sistemini  yerləşdirə  bilər  və  sonra  da 
heyvanın  beynini  radardan  qorumaq  üçün  kəllə  sümüyünü  izolyasiya  edər? 
Dəniz məməliləri özlərinə məxsus 
xüsusiyyətlərə sahibdirlər. Bu canlı-
lar yaşadıqları mühitə ən uyğun şə-
kildə yaradılmışlar.
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə