3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a


Sıçrayışlı Təkamül Nəzəriyyəsinin Əsassızlığı



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə46/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   42   43   44   45   46   47   48   49   ...   109

Sıçrayışlı Təkamül Nəzəriyyəsinin Əsassızlığı
141
C.Quld,  Nayls  Eldric,  Stiven  M.Stenli  kimi  paleontoloqların  rəhbərlik  etdiyi 
bu  qrup  fosil  qeydlərinin  darvinist  nəzəriyyəni  təkzib  etdiyini  açıq  şəkildə 
görür. Ancaq nəyin bahasına olsa da, bir yolla təkamülə inanmaq üçün özlərini 
şərtləndirmişdirlər.  Elə  buna  görə,  fosil  qeydlərini  qismən  də  olsa  açıqlaya 
bilmək üçün yeganə həll yolu kimi sıçrayışlı təkamül modelinə əl atırlar.
Digər  tərəfdən  genetiklər,  zooloqlar  və  ya  anatomistlər  təbiətdə  bu  cür 
“sıçrayışlar”  əmələ  gətirən  bir  mexanizm  olmadığını  görür  və  bu  səbəbdən 
də  israrla  darvinist  mərhələli  təkamül  modelini  müdafiə  edirlər.  Oksford 
Universitetindən  zooloq  Riçard 
Dokinz sıçrayışlı təkamül modelini 
müdafiə edənləri bərk tənqid edir 
və onları “təkamül nəzəriyyəsinin 
inandırıcılığını 
aradan 
qaldırmaqda” təqsirləndirir.
İki  tərəf  arasındakı  bu  karlar 
dialoqunun  üzə  çıxardığı  əsl 
nəticə  isə  təkamül  nəzəriyyəsinin 
düşdüyü  elmi  böhrandır.  Ortada 
heç  bir  təcrübə,  müşahidə  və  ya 
paleontoloji  tapıntı  ilə  uyğun 
gəlməyən 
xəyali 
“təkamül” 
əfsanəsi  var.  Hər  təkamülçü 
nəzəriyyəçi 
bu 
əfsanəyə 
mütəxəssis olduğu sahəyə əsasən 
dəlil  tapmağa  çalışır,  ancaq  bu, 
digər  elm  sahəsinin  kəşflərinə 
zidd olur. Bu qarışıqlıq bəzən “elm 
bu  cür  akademik  mübahisələrlə 
inkişaf  edir”  kimi  səthi  şərhlərlə 
üstündən keçməyə çalışırlar. Lakin problem ondadır ki, bu mübahisələr doğru 
elmi nəzəriyyəni təkmilləşdirmək üçün yeridilən fikirlər deyil, səhv nəzəriyyəni 
inadla müdafiə etmək üçün uydurulan doqmatik fərziyyələrdən ibarətdir.
Sıçrayışlı  təkamül  nəzəriyyəçilərinin  elmə  istəmədən  də  olsa  verdikləri 
töhfə isə fosil qeydlərinin əslində heç cür təkamül ilə uyğun gəlmədiyini açıq 
şəkildə üzə çıxarmalarıdır.
Təkamül nəzəriyyəsinin dünyadakı ən qabaqcıl tənqidçilərindən biri olan 
Filip Conson sıçrayışlı təkamülün ən əsas nəzəriyyəçisi olan Stefen Cey Quldu 
“darvinizmin Qorbaçovu” adlandırır.
181
Qorbaçov  Sovet  İttifaqının  kommunist  dövlət  sistemində  çatışmazlıqlar 
Riçar Dokinz  gənc nəsillərə darvinizmin 
təbliğatını aparmaqla  məşğuldur
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
142
olduğunu  düşünərək  sistemdə  “islahatlar”  etməyə  çalışmışdır.  Lakin 
çatışmazlıq hesab etdiyi problemlər əslində sistemin öz təbiətindən irəli gəldiyi 
üçün  kommunizmi  öz  əllərilə  məhv  etmişlər.  Darvinizmi  və  digər  təkamül 
modellərini də eyni son gözləyir.
                       
downloaded from KitabYurdu.org


143
 
 
İ
nsanın mənşəyi
D
arvin 1871-ci ildə nəşr olunan “İnsanın əmələ gəlməsi” (Descent of man) 
adlı  kitabında  insan  və  meymunların  ortaq  əcdaddan  törədiyini  irəli 
sürdü. O vaxtdan bəri Darvinin davamçıları bu iddianı dəstəkləməyə 
çalışmışlar.  Lakin  aparılan  bütün  tədqiqatlara  baxmayaraq,  başda  fosillər 
(daşlaşmış canlı qalıqları) olmaqla “insanın təkamülü” iddiası heç bir konkret 
elmi kəşf ilə dəstəklənməmişdir.
Cəmiyyətdəki  insanlar  demək  olar  ki,  bu  həqiqətdən  xəbərsizdir  və 
təkamül nəzəriyyəsinin bir çox elmi faktlarla sübut olunmuş həqiqət olduğunu 
zənn edir. Səbəb isə bu mövzunun mediada daim müxtəlif yollarla gündəmdə 
tutulması  və  sübut  olunmuş  həqiqət  kimi  təqdim  edilməsidir.  Əslində  isə 
“insanın  təkamülü”  ssenarisinin  elmi  əsası  olmadığını  təkamülçülər  də  bilir. 
Harvard Universitetinin paleoantropoloqlarından Deyvid Pilbim belə deyir:
“Başqa  elm  sahəsi  ilə  məşğul  olan  hansı  ağıllı  elm  adamını  gətirsəniz  və  ona 
əlimizdəki məhdud dəlilləri göstərsəniz: “bu mövzunu unudun; davam etmək üçün 
kifayət qədər dəlil yoxdur”, - deyəcək”.
182
Paleoantropologiya haqqında  əhəmiyyətli bir kitabın müəllifi olan Uilyam 
Fiks isə belə deyir:
“İnsanın mənşəyi haqqında şübhələnməyinizə heç bir lüzum olmadığını deyən bir 
çox elm adamı hələ də var, ancaq yeganə çatışmamazlıqları heç bir sübutlarının 
olmamasıdır...”.
183
İnsanın təkamülü iddiasının həqiqətən də heç bir elmi əsası yoxdur. “Dəlil” 
kimi  önə  sürülənlər  isə  ancaq  bəzi  fosillərin  (daşlaşmış  canlı  qalıqlarının) 
birmənalı və əsassız şərh olunmasından ibarətdir.
“Sübutu  olmayan”  bu  təkamül  iddiasına  əsasən,  insanın  nəsil  ağacı 
avstralopitek (australopithecus- lat. “australis”- cənub, yun. “pithecus”- meymun ) 
adlı bir meymun növü ilə başlayır. İddiaya görə, avstralopitek zaman ərzində 
ayağa qalxmış, beyni böyümüş və müxtəlif mərhələlərdən keçərək müasir insana 
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
144
(Homo sapiens) çevrilmişdir. Ancaq tapılan fosillər bu ssenarini dəstəkləmir. 
Hər cür ara keçid növ iddiasına baxmayaraq, insan və meymunlara aid fosillər 
arasında keçilməz sərhəd var. Hətta bir-birinin əcdadı kimi göstərilən növlərin 
əslində eyni dövrdə yaşamış müasir növlər olduği məlum olmuşdur. 
“İnsan təkamülü” tezisi nəyə əsaslanır?
Təkamülçülər əllərində olan çoxlu 
fosillər  üzərində  fərziyyələr  qurmuş 
və insanın təkamülü tezisini əsasını bu 
fərziyyələrilə  əsaslandırmışlar.  Tarix 
boyu  6000-dən  çox  meymun  növü 
yaşamışdır.  Bunların  böyük  qisminin 
nəsli  kəsilmişdir.  Bu  gün  yer  üzündə 
cəmi  120-yə  yaxın  meymun  növü 
yaşayır.  Məhz  bu  6000-dən  çox  nəsli 
kəsilmiş  meymun  növünün  fosilləri 
təkamülçülər  üçün  “dəlil”  mənbəyi 
təşkil edir. 
Digər  tərəfdən,  müxtəlif  insan 
irqləri  arasında  da  böyük  fərqlər  var. 
Qədim dövrdəki insan irqləri arasında 
fərqlər daha böyükdür. Zaman ərzində 
insan  irqləri  müəyyən  qədər  bir-
biri  ilə  qarışmış  və  assimilyasiyaya 
uğramışdır.  Buna  baxmayaraq,  bu 
gün  dünyada  yaşayan  skandinavlar, 
zəncilər,  piqmeylər,  eskimoslar  və  ya 
Avstraliya aborigenləri arasında böyük fərqlər mövcuddur.
Təkamülçü  paleoantropoloqlar  tərəfindən  “insanabənzər”  (hominid) 
adlandırılan fosillərin əslində  müxtəlif meymun növlərinə və ya itmiş insan 
irqlərinə aid olmadığını göstərən heç bir sübut yoxdur. Başqa cür desək, insan 
ilə meymunlar arasında heç bir “ara keçid növ” nümunəsi yoxdur.
Bu ümumi izahlardan sonra “insanın təkamülü” ssenarisinin elmi kəşflərlə 
necə ziddiyyət təşkil etdiyini birlikdə təhlil edək.
İnsanın xəyali nəsil ağacı
Darvinist nəzəriyyə bu gün yaşayan insanın meymunabənzər varlıqlardan 
törədiyini iddia edir. 5-6 milyon il əvvəl başlandığı güman edilən bu prosesdə 
bugünkü insan ilə “əcdadları” arasında bəzi “ara keçid növ”lərin yaşadığı iddia 
edilir. Tamamilə xəyal olan bu ssenaridə dörd əsas “kateqoriya” sadalanır:
İnsanın təkamülü iddiasının 
əslində elmi sübutu yoxdur. Sübut 
olaraq göstərilənlər bəzi fosillərin 
qərəzli şərh edilməsindən ibarətdir
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə