3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə51/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   47   48   49   50   51   52   53   54   ...   109

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
158
Neandertallar: anatomik quruluşları və mədəniyyəti
Neandertallar  (Homo neanderthalensis)  bundan  100  min  il  əvvəl  Avropada 
birdən-birə  üzə  çıxmış  və  təxminən  35  min  il  əvvəl  sürətlə  və  səssiz  şəkildə 
yox olmuş və ya digər irqlərlə qarışaraq assimilyasiyaya uğramış insanlardır. 
Müasir  insandan  yeganə  fərqi  skeletlərinin  daha  güclü  və  kəllə  sümüyünün 
ortasının daha hündür olmasıdır.
Neandertallar insan irqidir və bu gün bu həqiqət hər kəs tərəfindən qəbul 
edilir.  Bəzi  təkamülçü  paleoantropoloqlar  bu  insanları  uzun  zaman  “ibtidai 
növ” qəbul edirdi, lakin kəşflər Neandertal insanının bu gün küçədə gəzən hər 
hansı “cüssəli” insandan fərqli olmadığını göstərir. Bu mövzuda Nyu Mexiko 
Universitetindən məşhur paleoantropoloq Erik Trinkaus belə yazır:
“Neandertal fosilləri və müasir insan sümükləri arasında aparılan müqayisələr 
göstərir ki, neandertalların anatomiyasında və ya hərəkət, alətlərdən istifadə, 
zəka səviyyəsi və ya nitq qabiliyyəti kimi xüsusiyyətlərində günümüzdəki 
insanlardan zəif sayılan heç bir şey yoxdur.
203
Bu  səbəbdən,  hal-hazırda  bir  çox  tədqiqatçı  Neandertal  insanını 
dövrümüzdəki  insanın  yarımnövü  təyin  edərək  Homo sapiens neandertalensis 
adlandırır.
Digər  tərəfdən,  fosil  tapıntıları  Neandertalların  mütərəqqi  mədəniyyətə 
malik olduğunu da göstərir. Bunun ən maraqlı nümunələrindən biri Neandertal 
HOMO ERECTUSUN DƏNİZÇİLİK MƏDƏNİYYƏTİ 
Antik dənizçilər: İlk insanlar zənn etdiyimizdən daha ağıllı idi”  “New Scientist”
jurnalında dərc olunan 14 mart 1998-ci il tarixli bu məqaləyə görə təkamülçülərin 
Homo erectus adını verdikləri insanlar günümüzdən 700 min il əvvəl dənizçiliklə 
məşğul idi. Gəmi düzəldə biləcək məlumat, texnologiya və mədəniyyətə sahib olan
insanların primitiv adlandırılması əlbəttdəki mümkün deyil. 
downloaded from KitabYurdu.org


İNSANIN MƏNŞƏYİ
159
insanları tərəfindən düzəldilmiş fosilləşmiş fleytadır. Ayının bud sümüyündən 
düzəldilmiş  bu  fleyta  arxeoloq  İvan  Turk  tərəfindən  1995-ci  ilin  iyulunda 
Yuqoslaviyanın şimalında bir mağaradan tapılmışdır. Daha sonra isə musiqiçi 
Bob Fink fleytanı təhlil etmişdir. Fink karbon testinə əsasən, 43.000-67.000 yaşı 
olduğu  deyilən  bu  alətin  4  notdan  ibarət  olduğunu  və  fleytada  yarım  tonlar 
və  tam  tonların  olduğunu  təsbit  etmişdir.  Bu  kəşf  neandertalların  müasir 
musiqi  mədəniyyətinin  əsası  olan  yeddi  notdan  istifadə  etdiklərini  göstərir. 
Fleytanı tədqiq edən Fink “qədim fleytanın üzərindəki ikinci və üçüncü dəliklər 
arasındakı  məsafənin  üçüncü  və  dördüncü  dəliklər  arasındakı  məsafənin  iki 
misli” olduğunu da ifadə edir. Bu isə göstərir ki, birinci məsafə tam notu, ona 
qonşu olan məsafə isə yarımnotu təmsil edir. “Bu üç not inkaredilməz şəkildə 
diatonik ölçmədəki kimi səs çıxarır”, - deyən Fink Neandertalların musiqi zövqü 
və biliyi olan insanlar olduğunu ifadə edir.
204
Digər bəzi fosil kəşfləri də Neandertalların ölüləri basdırdıqlarını, xəstələrə 
baxdıqlarını,  boyunbağı  və  digər  bəzək  əşyalarından  istifadə  etdiklərini 
göstərir.
205
 Digər tərəfdən, qazıntılar əsnasında Neandertal insanları tərəfindən istifadə 
edildiyi  müəyyən  olunan  25  min  illik  tikiş  iynəsi  də  tapılmışdır.  Sümükdən 
düzəldilmiş bu iynə düzdür və sapın keçirilməsi üçün açılmış dəliyə malikdir.
206
 
Əlbəttə, tikiş iynəsinə ehtiyacı olan, geyim mədəniyyətinə malik olan insanlar 
“ibtidai” sayıla bilməz.
HƏQİQƏTƏ 
QARŞI TƏBLİĞAR
Fosil tapıntılarının Neandetal insanın 
bizə görə heç də “primitiv”
olmayan bir insan irqi olduğunu gös-
tərməsinə baxmayaraq,  Neandertal-
lar haqqında uydurulmuş təkamülçü 
fikirlər dəyişmir. Neandertal insanları
hələ də bəzi təkamülçü muzeylərdə 
şəkildə olduğu kimi “meymun adam”
olaraq təsvir edilir. Bu darvinizmin el-
mi tapıntılara deyil ön yarqi və təblğa-
ta əsaslandığının göstəricisidir.
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
160
NEANDERTAL
 İNSAN İRQİDİR 
Şəkildəki, İsraildə tapılmış Homo sapiens 
neanderthaleesis növünə 
aid kəllə sümüyüdür. Fosil sahibinin 
1.80 m. boyunda olduğu təxmin edi-
lir. Beyin həcmi isə bu günə qədər 
rast gəlinilən beyinlərin ən böyüyü-
dür. 1.740 sm
3
. Altda isə, Nean-
dertal irqinə aid fosil skelet və skeletin sahibi 
tərəfindən istifadə edildiyi hesab edilən bir 
daş alət görünür. Əldə olunan bu və buna 
bənzər tapıntılar Neandertalların zaman 
içində itmiş xüsusi bir insan irqi olduqlarını 
göstərir. 
downloaded from KitabYurdu.org


İNSANIN MƏNŞƏYİ
161
NEANDERTALLARIN
 TİKİŞ İYNƏSİ
Neandertal insanının günümüzdən on 
minlərlə il əvvəl geyim mədəniyyətinə 
sahib olduğunu göstərən maraqlı bir fosil: 
26 min illik iynə.(D. Johanson, B. Edqar, 
From Lucy to Lahguage, s. 99 )
e
NEANDERTAL
 İNSAN İRQİDİR 
Neandertal insanına aid sümükdən düzəldilmiş 
fleyta. Bu fleyta üzərində aparılan hesablamalar 
dəliklərin düzgün notlarda səs verəcək şəkildə 
açıldığını, yəni son dərəcə ustalıqla hazırlandığını 
göstərir. Şəkildə Bob Fink adli tədqiqatçının 
fleyta ilə əlaqədar hesabları görünür. Bu kimi 
tapıntılar təkamülçü təbliğatın əksinə Neandertal 
insanlarının primitiv mağara adamı deyil, mədəni 
bir insan irqi olduğunu göstərir. ( The AAAS 
Science News Service tərəfindən,  Neanderthals 
Lived Harmoniously, 3 Aprel 1997 )
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə