HƏYATIN GERÇƏK MƏNŞƏYİ
154
həcminə
görə deyil, beyindaxili mütəşəkkilliyə uyğun olaraq dəyişir.
198
Homo erectusu bütün dünyaya tanıdan fosillər Asiyada tapılmış Sinantrop
(Pekin adamı) və Yava adamı fosilləri idi. Ancaq bir müddət sonra hər iki
fosilin saxta olduğu məlum oldu. Sinantrop gipsdən düzəldilmiş və əsli itmiş
modellərdən ibarət idi, Yava adamı isə bir kəllə sümüyü parçası ilə ondan
metrlərlə uzaqda tapılmış çanaq sümüyündən ibarət idi və bunların eyni canlıya
aid olduğuna dair heç bir göstərici yox idi. Bu səbəbdən, Afrikada tapılan
Homo
erectus fosilləri getdikcə daha çox əhəmiyyət qazandı. (Bu məqamda
Homo
erectus adlandırılan fosillərdən bir qisiminin bəzi təkamülçülər tərəfindən
Homo ergaster adlı ikinci sinfə daxil edildiyini də qeyd etmək lazımdır. Bu
barədə aralarında anlaşılmazlıq var. Biz isə sözügedən fosillərin hamısını
Homo
erectus sinfi daxilində araşdıracağıq).
Homo erectus kəllə sümüklərində olan qaş
çıxıntıları, geriyə doğru meyilli alın quru-
luşu kimi xüsusiyyətlər hal-hazırda yaşa-
yan bəzi irqlərdə də mövcuddur. Şəkildəki
Malayziya yerlisində olduğu kimi
downloaded from KitabYurdu.org
İNSANIN MƏNŞƏYİ
155
10 min illik Homo erectuslar
10 Oktyabr 1967-ci
ildə Avstraliya
Viktoriadakı Kou Svamp gölü
yaxınında tapılan bu iki kəllə
sümüyünə Kou Svamp I və Kou
Svamp V adları verildi.
Qalıqları tapan Alan Thorne və
Filip Macumber, bunları adi homo
sapiens kəlləsi kimi şərh etdilər.
Halbuki bu kəllə sümükləri demək
olar tamamilə homo erectus xüsu-
siyyətlərini daşıyırdı. Homo sapi-
ens olaraq adlandırılmasının yega-
nə səbəbi isə, yaşının 10 min il olaraq
hesablandığı idi. Təkamülçülər, bu
günkü insandan 500 min əvvəl ya-
şamış primitiv növ olaraq təyin et-
dikləri Homo erectusların, bundan
10 min il əvvəl yaşayan bir insan ir-
qi olduğu həqiqətini qəbul etmək
istəmirdilər.
downloaded from KitabYurdu.org
HƏYATIN GERÇƏK MƏNŞƏYİ
156
Afrikada tapılan
Homo erectus nümunələrinin ən məşhuru Keniyadakı
Turkana gölü yaxınlığında tapılan “Turkana uşağı” fosilidir. Bu fosilin 12 yaşında
bir uşağa aid olduğu və böyüdükdə təxminən 1.83 sm boyu olacağı müəyyən
olundu. Fosilin özünəməxsus dik skelet quruluşu dövrümüzdəki insandan
fərqlənmir. Amerikalı paleoantropoloq Alan Uolker: “bu skelet ilə bugünkü
insan skeletini bir-birindən fərqləndirmək çox çətindir”, - deyir. Uolker kəllə
sümüyünü gördükdə güldüyünü, çünki kəllə sümüyünün Neandertal kəlləsinə
həddən artıq bənzədiyini yazır.
199
HOMO ERECTUS və ABORİGEN
Şəkildəki Turkana uşağı skeleti, bu
günə qədər tapılmış ən qüsursuz Homo
erectus nümunəsidir. Maraqlı olan 1.6
milyon illik bu qalığın skeleti ilə gü-
nümüzdəki insan arasında heç bir nə-
zərə çarpan fərqin olmamasıdır. Xüsu-
silə yuxarıdakı Aborigen qalığı, Turka-
na uşağına cox bənzəyir. Bu vəziyyət
Homo erectusun hər hansı bir “primitiv”
xüsusiyyəti olmayan xüsusi bir insan
irqi olduğunu bir daha sübut edir.
downloaded from KitabYurdu.org