3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə29/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   25   26   27   28   29   30   31   32   ...   109

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
90
“dinozavr-quş əlaqəsinin sübutu” kimi təqdim edilir.
Məsələn,  bəzi  təkamülçü  KİV-lərdə  dinozavrların  bud  sümüklərindəki 
fərqlərin  quşların  dinozavrlardan  təkamül  yolu  ilə  əmələ  gəlməsi  tezisinə 
sübut  olduğu  hesab  edilir.  Sözügedən  bud  sümüyü  fərqi  saurischian 
(sürünənəbənzər  kələzçanaqlılar)  və  ornithischian  (quşçanaqlılar)  qruplarına 
aid olan dinozavrlardadır. Elə bu “quşçanaqlı dinozavrlar” anlayışının bəzən 
“dinozavr-quş təkamülü” iddiasına dəlil olduğunu düşünürlər.
Lakin  sözügedən  çanaq  fərqi  quşların  əcdadlarının  dinozavrlar  olması 
iddiasına heç bir dəlil təşkil etmir. Çünki ornithischian (quşçanaqlı) qruplarına aid 
dinozavrlar digər anatomik xüsusiyyətləri baxımından əsla quşlara bənzəmir. 
Məsələn,  qısa  ayaqlara,  nəhəng  gövdəyə,  zirehə  bənzər  iri  pulcuqlu  dəriyə 
malik  olan  (hətta  müharibə  tanklarına  bənzədilən)  ankylosaurus  ornithischian 
qrupuna aid quşabənzər quşçanaqlı dinozavrdır. Bunun əvəzində bəzi anatomik 
xüsusiyyətləri ilə quşlara bənzədilən uzun ayaqlı, qısa ön ayaqlara malik incə 
quruluşlu struthiomimus isə saurischian (kələzçanaqlılar) qrupuna daxildir.
111
Bir sözlə, çanaq quruluşu heç cür dinozavrlarla quşlar arasında təkamül 
xarakterli  əlaqə  olması  iddiasına  dəlil  deyil.  “Quşçanaqlı  dinozavrlar”  tərifi 
sadəcə  bənzərlikdən  irəli  gələn  tərifdir  və  iki  canlı  qrupu  arasındakı  digər 
böyük  anatomik  fərqlər  bu  bənzərliyi  təkamülçü  nöqteyi-nəzərdən  belə  şərh 
etməyi qeyri-mümkün edir.
Quşun ağciyərinin özünəməxsus quruluşu
Sürünən-quş  təkamülü  ssenarisini  qeyri-mümkün  edən  başqa  bir  səbəb 
quşun ağciyərinin təkamüllə açıqlanmayan özünəməxsus quruluşudur. 
Quruda yaşayan canlıların ağciyərləri “iki-istiqamətli” quruluşa malikdir: 
nəfəs aldıqda hava ağciyərdəki şaxələnmiş kanallar boyu irəliləyir və kiçik hava 
kisəciklərinə daxil olur. Oksigen-karbondioksid mübadiləsi burada baş verir. 
Ancaq daha sonra çirklənmiş bu hava tamamilə əks istiqamətdə hərəkət edir və 
gəldiyi yolla ağciyərdən çıxır, əsas bronx yolu ilə xaric edilir.
Quşlarda isə hava ağciyər kanalı boyu “tək-tərəfli” hərəkət edir. Ağciyərlərin 
giriş  və  çıxış  kanalları  bir-birlərindən  fərqlidir  və  bu  kanallar  boyu  uzanan 
xüsusi hava kisəcikləri sayəsində hava daima ağciyərin içində tək istiqamətdə 
axır.  Bu  sayədə  quş  havadakı  oksigeni  fasiləsiz  qəbul  edir.  Beləliklə,  quşun 
yüksək enerji tələbatı təmin edilir. “Avien ağciyər” adlanan bu xüsusi tənəffüs 
sistemi Maykl Denton tərəfindən “Böhran içində olan nəzəriyyə” (A theory in 
crisis) adlı kitabında belə izah edilir:
Quşlarda  əsas  bronx  ağciyər  toxumasını  təşkil  edən  borulara  ayrılır. 
“Parabronx”  adlandırılan  bu  borular  sonda  yenidən  birləşərək  havanın 
ağciyərlər boyu tək istiqamətdə davamlı axınını təmin edən sistemi meydana 
downloaded from KitabYurdu.org


Gerçək Təbiət Tarixi -II-
91
Sürünən ağciyəri
                Quş ağciyəri
Quşların ağciyərləri quruda yaşayan canlıların tamamilə əksinə fəaliyyət 
göstərir. Quruda yaşayan canlılar havanı eyni borudan alıb verirlər. Quşlarda isə 
hava ağciyərdə birtərəfli dövr edir. Bu, ağciyərlərin ətrafında olan xüsusi hava 
kisəcikləri tərəfindən təmin edilir.Təfsilatı  növbəti səhifədə verilən bu sistem 
sayəsində quşlar bizim kimi fasilələrlə deyil, davamlı olaraq nəfəs alırlar. Uçuş 
zamanı  xeyli miqdarda oksigenə ehtiyacı olan  quşlar üçün bu cür quruluş 
xüsusi olaraq yaradılmışdır. Bu quruluşun sürünənların ağciyərindən təkamül 
keçirərək  meydana çıxması imkansızdır, çünki  iki müxtəlif ağciyər quruluşu 
arasındakı “aralıq”  bir quruluşla  nəfəs almaq olmaz.
bronxlar
havanın giriş-çıxışı
alveol
parabronxlar
hava girişi
hava çıxışı
gətirirlər... Quşlardakı ağciyərlərin quruluşu və ümumi tənəffüs sisteminin 
fəaliyyəti tamamilə özünəməxsusdur. Quşlardakı bu “avien” sistemi başqa 
heç bir onurğalının ağciyərində yoxdur. Bu sistem bütün quş növlərində 
eynidir.
112
Mühüm  olan  budur  ki,  ikitərəfli  hava  axınına  malik  olan  sürünənlərin 
ağciyərlərinin təktərəfli hava axınına malik olan quş ağciyərinə təkamül yolu 
ilə  çevrilməsi  qeyri-mümkündür.  Çünki  bu  iki  ağciyər  formasının  arasında 
qalan  “keçid”  modeli  mümkün  deyil.  Bir  canlı  yaşamaq  üçün  daima  nəfəs 
almaq  məcburiyyətindədir  və  ağciyər  formasını  başdan-ayağa  dəyişdirən 
dizayn dəyişikliyi mütləq ölümlə nəticələnir. Təkamülə əsasən, bu dəyişikliyin 
milyon  illər  boyu  mərhələli  şəkildə  baş  verməsinə  gəlincə,  ağciyəri  fəaliyyət 
göstərməyən bir canlı bir neçə dəqiqədən artıq 
yaşaya bilməz.
Maykl Denton quş ağciyərinin mənşəyini təkamülçü nöqteyi-nəzərdən izah 
etməyin qeyri-mümkün olduğunu belə bildirir:
Bu cür tamamilə fərqli tənəffüs sisteminin yavaş-yavaş kiçik dəyişikliklərlə 
standart  onurğalı  dizaynından  təkamül  yolu  ilə  əmələ  gəlməsi  iddiası 
düşünülmədən irəli sürülmüş tezisdir. Tənəffüs fəaliyyətinin bu təkamül 
prosesi  boyu  heç  dayanmadan  qorunması  canlının  həyatına  davam 
etməsi  üçün  labüddür.  Hər  hansı  səhv  funksiya  ölümlə  nəticələnir.  Quş 
ağciyəri  içində  şaxələnmiş  parabronxlarla  və  həmçinin  bu  parabronxlara 
hava almağı təmin edən hava kisəsi sistemi ilə birlikdə inkişaf edib ən ali 
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə