BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Humanitar elmlər seriyası
2014
95 İLLİK ŞƏRƏFLİ YOL
A.M.MƏHƏRRƏMOV
Bakı Dövlət Universiteti
Əziz həmkarlarım!
Ümummilli lider Heydər Əliyevin «Azərbaycan xalqının milli sərvəti»
adlandırdığı, mənəvi böyüklüyümüzün simvolu, elm, təhsil və mədəniyyəti-
mizin əzəmətli məbədi, şərqin ilk dünyəvi ali məktəblərindən biri, Azərbaycan
Xalq Cümhuriyyətinin yadigarı, XX əsrdə çətin və əzablı, eyni zamanda böyük
inkişaf yolu keçmiş Bakı Dövlət Universitetinin 95 yaşı tamam olur. 95 illik
fəaliyyəti dövründə ilk ali təhsil ocağı kimi Bakı Dövlət Universiteti ölkə
həyatının bütün sahələrinə nüfuz edərək elm və təhsilin inkişafı sahəsində
mədəni keçmişimizin öyrənilməsində, habelə milli özünüdərkin formalaşma-
sında əvəzsiz xidmətlər göstərmişdir. Bakı Dövlət Universitetinin xalq qarşı-
sındakı böyük xidmətlərini səciyyələndirən bir amili də qeyd etmək olar ki, bu
5
illər ərzində onun 6 yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. Fərəh-
ləndirici haldır ki, 10 illik yubiley istisna olmaqla, bu altı yubileydən dördü –
50, 60, 75 və 80 illik yubileylər ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəh-
bərliyi ilə keçirilmişdir. Bu, ümummilli liderimizin böyüklüyü, fenomenliyi,
təhsilə və elmə olan münasibəti, məzunu olduğu Bakı Dövlət Universitetinə
qəlbən bağlılığı idi. Bakı Dövlət Universitetinə dövlət qayğısını fasiləsiz olaraq
həyata keçirən ümummilli liderin layiqli davamçısı, möhtərəm prezidentimiz
cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçi-
rilməsi haqqında imzaladığı 24 aprel 2009-cu il tarixli sərəncam, 2008-ci ilin
15 sentyabrında Bakı Dövlət Universitetinin yeni korpusunun açılış məra-
simində və 2 noyabr 2009-cu ildə Universitetin 90 illik yubiley tədbirində
söylədiyi xoş sözlər, heç şübhəsiz, bizi elmdə və təhsildə daha yüksək uğurlar
qazanmağa, yaradıcılıq axtarışlarını inamla davam etdirməyə istiqamətləndirir.
Bakı Dövlət Universiteti fəaliyyət göstərdiyi dövr ərzində yüz əlli minə
yaxın mütəxəssis, o cümlədən, dünyanın bir çox dövlətləri – Orta Asiya və
Qazaxıstan, Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, Latın Amerikası, Afrika
ölkələri üçün yüzlərlə yüksəkixtisaslı kadr hazırlamışdır.
Hər bir ölkənin iqtisadi, mədəni və intellektual səviyyəsinin barometri
hesab edilən milli universitet missiyasını Respublikamızda şərəflə həyata ke-
çirən Bakı Dövlət Universitetində 17 fakültə, 125 kafedra, 2 elmi-tədqiqat ins-
titutu, 4 elmi-
tədqiqat mərkəzi, 24 elmi-tədqiqat laboratoriyası, 3 milyona ya-
xın fonda malik fundamental kitabxana fəaliyyət göstərir.
Dəyərli həmkarlarım!
Ulu öndərimiz Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu
sayəsində elmdə, təhsildə qazandığımız uğurlar göz qabağındadır. Bu uğurlar
bütövlükdə nəinki müstəqil Azərbaycanda, habelə ondan xeyli uzaqlarda da
görünür. Region
ölkələri və ümumiyyətlə, MDB məkanında lider dövlətlərdən
birinə çevrilən Azərbaycanın ilk ali məktəbi Bakı Dövlət Universiteti də eynilə
öz kadrları ilə MDB məkanında və ondan kənarlarda aparıcı ali məktəblərdən
birinə çevrilmişdir. Bu, dövlətin böyük qayğısı və bizim hamımızın gərgin
əməyinin nəticəsidir.
On beş il bundan öncə Bakı Dövlət Universitetinin 80 illiyi münasibətilə
ümummilli liderimiz Heydər Əliyevin «…Bakı Dövlət Universiteti indiyə
qədər olduğu kimi, Azərbaycan ali təhsilinin önündə gedir. O, Azərbay-
canda olan bütün universitetlərin, institutların və digər ali təhsil ocaqla-
rının hamısına örnəkdir, gözəl təcrübə əldə edibdir» sözləri bizim qarşı-
mızda böyük öhdəliklər qoymuşdur. Bu illər ərzində biz Universitetdə elm və
təhsilin daha da yüksək zirvələrə çatması üçün əlimizdən gələni əsirgəməmişik;
bu illər elmin, tədrisin, sosial rifahın tərəqqisi illəri olmuşdur, BDU-da elmi-
tədqiqat institutları və laboratoriyalarının elmi istiqamətlərinin aktuallığı müəy-
yənləşdirilmiş, maddi-texniki baza xeyli gücləndirilmiş, aparılan tədqiqatların
nəticələrinin tətbiqi həyata keçirilmiş, elmin ən aktual problemləri üzrə yeni
kafedralar, elmi-
tədqiqat institutu, mərkəz və laboratoriyalar açılmış, istedadlı
6
gənc kadrlar elmi işlərə cəlb edilmişdir. Bakı Dövlət Universitetinin 15 sent-
yabr 2008-
ci ildə yeni korpusunun açılış mərasimində Azərbaycan Prezidenti
İlham Əliyev demişdir: «Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təh-
sil ocağıdır. Burada çox güclü professor-müəllim heyəti vardır və bütün
d
övrlərdə universitet Azərbaycanda peşəkar kadrların hazırlanması işində
çox böyük işlər görmüşdür. Bu gün isə universitet inkişafının yeni mər-
hələsini yaşayır. Həm təhsilin keyfiyyəti artır, həm də universitetin maddi-
texniki bazası möhkəmlənir. Bir sözlə, bizim – Azərbaycanın yerləşdiyi bu
bölgədə Bakı Dövlət Universitetinin xüsusi çəkisi vardır». 2 noyabr 2009-cu
ildə Universitetin 90 illik yubiley tədbirində Azərbaycan Prezidenti İlham
Əliyev demişdir: “Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, Azərbay-
canda təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm
rol oynamışdır. Bu rol bu gün də davam edir. Çox sevindirici haldır ki,
Bakı Dövlət Universiteti bütün bu illər ərzində Azərbaycanda təhsil sa-
həsində öz aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu gün bu rol
daha da güclənir. Bu bir daha onu göstərir ki, universitetin çox zəngin
ənənələri, çox böyük potensialı, professor-müəllim heyətinin təcrübəsi, tə-
ləbələrin oxuması və təhsilə verdikləri önəm vardır. Bakı Dövlət Univer-
sitetinin məzunları öz fəaliyyətləri ilə ölkəmizin çiçəklənməsinə dəyərli
töhfələrini vermişlər.” Bir sözlə, universitetdə tədris, elm və sosial sahədə
böyük islahatlar həyata keçirilmişdir.
Əziz həmkarlarım!
Ötən illər ərzində Bakı Dövlət Universitetində dünya elminə nüfuz edən,
özlərinin elmi məktəblərini yaratmış onlarla dəyərli alim çalışmışdır. Böyük
şərəf hissi duyuruq ki, elmin yüksək zirvələrini fəth etmiş kimyaçı Yusif
Məmmədəliyev, Murtuza Nağıyev, Əli Quliyev, Soltan Mehdiyev, riyaziyyatçı
Za
hid Xəlilov, Azad Mirzəcanzadə, Məcid Rəsulov, Əşrəf Hüseynov, İbrahim
İbrahimov, Fərəməz Maqsudov, fizik Həsən Abdullayev, bioloq Abdulla Qa-
rayev, Səttar Əsədov, Hüseyn Həsənov, Yusif Əbdürrəhmanov, Dəmir Hacı-
yev, geoloq Mirəli Qaşqay, Musa Əliyev, Şəfayət Mehdiyev, Ədhəm Şıxəli-
bəyli, Faiq Bağırzadə, Xudu Məmmədov, coğrafiyaçı Həsən Əliyev, Qasım
Gül, Hadı Əliyev, Ənvər Şıxlinski, filoloq Məmməd Arif Dadaşzadə, Məmməd
Ağa Şirəliyev, Həmid Araslı, Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Cəfər
Cəfərov, Məmməd Cəfər Cəfərov, Cəfər Xəndan Hacıyev, Feyzulla Qasımza-
də, Məmməd Hüseyn Təhmasib, Kamal Talıbzadə, jurnalist Nəsir İmanquliyev,
İsrafil Nəzərov, Rəşid Mahmudov, tarixçi İsmayıl Hüseynov, Əlisöhbət Sum-
batzadə, Ziya Bünyadov, Püstə xanım Əzizbəyova, İqrar Əliyev, Tofiq Köçərli,
Zülfəli İbrahimov, Əlövsət Quliyev, Mahmud İsmayılov, Qaraş Mədətov,
hüquqşünas Vahid Qəhrəmanov, Məmməd Xələfov, şərqşünas Bəkir Çoban-
zadə, Ələsgər Məmmədov, Rəhim Sultanov, Məmməd Mübariz Əlizadə, Aida
İmanquliyeva, Rüstəm Əliyev, filosof Heydər Hüseynov, Mehbalı Qasımov,
Firudin Köçərli, iqtisadçı Həsən Dadaşov və adı çəkilməyən bir sıra görkəmli
şəxsiyyətlər təkcə universitetin deyil, bütün xalqımızın fəxridirlər.
7
Respublikamız üçün milli, həmçinin dünyanın digər dövlətləri üçün kadr-
ların hazırlanmasında əvəzsiz xidmətləri olan, böyük müəllim və alimlər –
ömür
lərinin əsas hissəsini Universitet divarları arasında keçirmiş kimyaçı Mur-
tuza Əhmədli, Cəbrayıl Hüseynov, Cümşüd Zülfüqarlı, İsrafil Səttarzadə, Əli-
hüse
yn Quliyev, Şamil Əhmədov, riyaziyyatçı Məmmədbəy Əfəndiyev,
Maqsud Cavadov, Qoşqar Əhmədov, Yusif Əmənzadə, Arif Babayev, Yəhya
Məmmədov, fizik Bəhram Mirzəyev, Lətif İmanov, Kəriş Köçərli, Qüdrət
Axun
dov, Yuhənnas Seyidov, Abdulla Muxtarov, Bəhram Əsgərov, bioloq
Mirəli Axundov, Abdulla Ələkbərov, Abdulla Tağızadə, Vahid Hacıyev, Tofiq
Məmmədov, geoloq Səttar Süleymanov, Əziz Əskərov, Qədir Sultanov, Sübhi
Bəktaşi, Vasif Əliyev, Ələşrəf Məmmədov, coğrafiyaçı Əbdürrəhim Hacızadə,
Əsgər Əyyubov, Muxtar Abduyev, Rizvan Piriyev, Şahvələd Xəlilov, Müseyib
Müseyibov, filoloq Muxtar Hüseynzadə, Əli Sultanlı, Mikayıl Rəfili, Abbas
Zamanov, Hadı Mirzəzadə, Əlövsət Abdullayev, Fərhad Zeynalov, Firudin
Hüseynov, tarixçi Ədhəm Şahmalıyev, Mehdi İrəvanski, Ruhulla Orucov,
Məlik Orucov, Səfiyar Musayev, Əliyar Süleymanlı, Tofiq Vəliyev, hüquq-
şünas Qasım Cəfərov, İsa Məmmədov, Tofiq Qafarov, Мялик Оруъов, Cəfər
Mövsümov, şərqşünas Cahangir Qəhrəmanov, Həsən Mahmudov, Zakir Məm-
mədov, Böyükağa Hüseynov, Malik Mahmudov, jurnalist Həsən Şahgəldiyev,
Rza Quliyev, Nurəddin Babayev, Famil Mehdi, Tofiq Rüstəmov, filosof Aslan
Aslanov, Həsən Şirəliyev, Məmmədəli Zeynalov, iqtisadçı Teymur Vəliyev və
onlarla başqaları bu əziz yubiley günlərində böyük ehtiramla bir daha xatır-
la
nır.
Bu gün də elmimizin sükanı etibarlı əllərdədir. Universitet tələbələrinin
təlim-tərbiyəsi ilə 1500-ə yaxın professor-müəllim məşğul olur ki, onlardan
təxminən 200 nəfəri dövlətin ali orden və medalları ilə təltif edilmiş, 21-i
AMEA-
nın həqiqi və ya müxbir üzvü, 41-i Əməkdar elm xadimi, 5-i Dövlət
mükafatı laureatı, 12-i Milli Məclisin deputatıdır; 300-ə yaxını elmlər doktoru,
professor, 900-
dən artıq elmlər namizədi, dosentdir ki, öz vəzifələrini şərəf və
ləyaqətlə yerinə yetirirlər.
Şanlı ənənələri davam etdirmək, Azərbaycan elminin dünya elminə inteq-
rasiyasını sürətləndirmək üçün hər cür maddi və intellektual imkanlarımız
vardır. «Bakı Universitetinin Xəbərləri» jurnalının dörd seriyasında (fizika-
riyaziyyat, təbiət, humanitar, sosial-siyasi) işıq üzü görən və elmin ən müxtəlif
sahələrini əhatə edən aktual məqalələr dediklərimin əyani sübutudur.
Əziz həmkarlarım!
Bu il biz doğma Universitetimizin 95 illik yubileyini qeyd etməklə həm də
100 illik yubileyə start veririk. Bu gün 20 minədək tələbəsi olan Bakı Dövlət
Universitetində bakalavriat səviyyəsində 60 ixtisas üzrə 18.000, magistratura
səviyyəsində 200 ixtisaslaşma üzrə 1500, doktorantura səviyyəsində 70 ixtisas
üzrə 700 nəfərdən çox kadr hazırlanır. Burada 1500 nəfərə yaxın professor-
müəllim heyəti çalışır ki, onların arasında dünya birliyinin yaxşı tanıdığı gör-
kəmli alimlər vardır. Məhz bu elmi potensialın sayəsində BDU alimləri tərə-
8
findən dünyanın reytinqli jurnallarında sanballı məqalələr çap olunur, beynəl-
xalq simpoziumlarda məruzələr edilir. Bakı Dövlət Universiteti dünyanın 60
ölkəsinin 300-dən çox universiteti ilə əməkdaşlıq haqqında müqavilə imza-
lamışdır. Beynəlxalq və regional səviyyədə əməkdaşlıq universitetin inkişa-
fına, beynəlxalq reytinqinə çox böyük təsir göstərir. Artıq dörcüncü ildir ki,
BDU
“QS World University Rankings” reytinqinə görə dünyanın 150 min uni-
versiteti arasında 700 top universitetinin, həmçinin Beynəlxalq Akademik Pers-
pektivlər İnstitutu (URAP) tərəfindən dünyanın 2000 ən yaxşı universitetinin
siyahısına daxil edilib. Təsadüfi deyil ki, Bakı Dövlət Universiteti kimya (na-
nomateriallar və nanotexnologiyalar) sahəsindəki nailiyyətlərinə görə “Elm və
Texnologiya sahəsində 2012-ci ilin İSESCO mükafatı”na layiq görülüb. Bu
mükafat hər 2 ildən bir biologiya, kimya, geologiya, riyaziyyat və fizika
sahəsində 56 iştirakçı ölkələrdən olan yalnız bir alimə verilir.
Bakı Dövlət Universitetinin əməkdaşları, gənc tədqiqatçıları, doktorant və
dissertantları hər il dəyəri 5 milyon ABŞ dolları həcmində olan 90-a qədər
Beynəlxalq və regional səviyyəli qrant layihələrinin yerinə yetirilməsində iş-
tirak edirlər. Son illər universitet əməkdaşları tərəfindən, xüsusilə regional uni-
versitet və elmi təşkilatların iştirakı ilə müştərək layihələrin həyata keçiril-
məsinə xüsusi diqqət yetirilir.
Bakı Dövlət Universiteti 1991-ci ildən Avroasiya, 1996-cı ildən Xəzər-
yanı Ölkələr, 1997-ci ildən Qara Dəniz Ölkələri, 2003-cü ildən Avropa, 2010-
cu ildən Qafqaz Universitetləri Assosiasiyalarının üzvüdür.
Ölkədə məqsədyönlü siyasətin aparılması, gənclərin elmə marağının il-
dən-ilə artması, beynəlxalq birlikdə elm və təhsil uğurları ilə daha əhəmiyyətli
nü
fuz sahibi olmağın həqiqətə çevrilməsi nəticəsində Bakı Dövlət Universite-
tinin daha böyük nailiyyətlərə imza atacağına inanıram.
Siz
in hər birinizə uğurlar arzulayıram, 95 illik yubileyiniz mübarək!
9
Dostları ilə paylaş: |