7
İstehlakçı seçimi nəzəriyyəsi aşağıdakı sualları cavablandırır: İstehlakçı seçimi nəzəriyyəsi aşağıdakı sualları cavablandırır: - Bütün tələb əyriləri aşağı meyllidirmi?
- Əmək haqqları əmək təklifinə necə təsir göstərir?
- Faiz dərəcələri ev təsərrüfatı yığımına necə təsir göstərir?
BÜDCƏ MƏHDUDİYYƏTİ: İSTEHLAKÇI NƏ SATIN ALA BİLƏR? Büdcə məhdudiyyəti istehlakçının satın ala biləcəyi istehlak “səbəti” üzərindəki məhdudiyyəti göstərir. - İnsanlar arzu etdiklərindən daha az istehlak edirlər. Çünkü onların xərcləmələri gəlirləri ilə məhdudlaşır.
BÜDCƏ MƏHDUDİYYƏTİ: İSTEHLAKÇI NƏ SATIN ALA BİLƏR? Budcə məhdudiyyəti müəyyən gəlir və qiymət səviyyəsində istehlakçının satın ala biləcəyi müxtəlif əmtəə kombinasiyalarını göstərir.
İstehlakçının Büdcə Məhdudiyyəti
BÜDCƏ MƏHDUDİYYƏTİ: İSTEHLAKÇI NƏ SATIN ALA BİLƏR? İstehlakçının Büdcə Məhdudiyyəti - Büdcə məhdudiyyəti xətti üzərindəki hər hansı bir nöqtə istehlakçı kombinasiyasını və ya iki məhsul arasındakı seçim nisbətini göstərir.
- Məsələn, əgər istehlakçı pizza almırsa, o 500 litr Pepsi ala bilər (B nöqtəsi). Əgər o Pepsi almırsa, 100 pizza ala bilər (A nöqtəsi).
Qrafik 1: İstehlakçının Büdcə Məhdudiyyəti
BÜDCƏ MƏHDUDİYYƏTİ: İSTEHLAKÇI NƏ SATIN ALA BİLƏR? İstehlakçının Büdcə Məhdudyyəti - Alternativ olaraq, istehlakçı 50 pizza və 250 litr Pepsi ala bilər.
Qrafik 1: İstehlakçının Büdcə Məhdudiyyəti
BÜDCƏ MƏHDUDİYYƏTİ: İSTEHLAKÇI NƏ SATIN ALA BİLƏR? Büdcə məhdudyyəti xəttinin meyli iki məhsulun nisbi qiymətinə bərabərdir. Burada nisbi qiymət dedikdə, bir məhsulun qiymətinin digəri ilə müqayisədə əldə olunan qiymətidir. Bu, istehlakçının bir məhsulu digəri ilə dəyişdirə biləcəyi nisbətdir.
SEÇİM: İSTEHLAKÇI NƏ İSTƏYİR? İstehlak səbətləri arasında istehlakçının seçimi laqeydlik əyriləri ilə təsvir edilə bilər.
Laqeydlik əyrisi istehlakçıya eyni məmnunluq dərəcəsi verən istehlak səbətlərini göstərən əyridir.
Qrafik 2: İstehlakçının Seçimləri
Seçimlərin laqeydlik əyriləri ilə təsvir edilməsi İstehlakçının Seçimləri - İstehlakçı A, B və C nöqtələrindəki kombinasiyalar üzrə ya laqeyiddir, ya da eyni dərəcədə məmnundur. Çünkü bütün nöqtələr eyni əyri üzərindədir.
Əvəzetmənin marjinal nisbəti - Laqeydlik əyrisi üzərində hər hansı bir nöqtədəki mayililik əvəzetmənin marjinal nisbətini göstərir.
- Bu, istehlakçının bir məhsulu digəri ilə mübadilə etməyə hazır olduğu nisbətdir.
- Bu, istehlakçının digər məhsulun hər vahidi üçün ödəməyə hazır olduğu bir məhsulun miqdarıdır.
Qrafik 2: İstehlakçının Seçimləri
Daha aşağı olanları ilə müqayisədə daha yüksək laqeydlik əyrilərinə üstünlük verilir. Laqeydlik əyriləri aşağıya doğru meyllidir. Laqeydlik əyriləri kəsişmir. Laqeydlik əyriləri içəriyə doğru əyilir.
Laqeydlik əyrilərinin dörd xüsusiyyəti Xüsusiyyət 1: Daha aşağı olanları ilə müqayisədə daha yüksək laqeydlik əyrilərinə üstünlük verilir. - İstehlakçı adətən bir şeyin daha çoxuna üstünlük verir.
- Yüksək laqeydlik əyriləri daha aşağı laqeydlik əyriləri ilə müqayisədə daha çox məhsul həcmini ifadə edir.
Qrafik 2: İstehlakçının Seçimləri
Laqeydlik əyrilərinin dörd xüsusiyyəti Xüsusiyyət 2: Laqeydlik əyriləri aşağıya doğru meyllidir. - Eyni dərəcədə məmnun olmaqdan ötürü istehlakçı o zaman bir məhsuldan keçər ki, digərindən daha çox əldə etsin.
- Əgər bir məhsulun miqdarı azalırsa, digəri artmalıdır.
- Buna görə də əksər laqeydlik əyriləri aşağı doğru meyllidir.
Qrafik 2: İstehlakçının Seçimləri
Laqeydlik əyrilərinin dörd xüsusiyyəti Xüsusiyyət 3: Laqeydlik əyriləri kəsişmir. - A və B nöqtələri eyni istehlakçı məmnunluğu yaratmalıdır.
- B və C nöqtələri eyni istehlakçı məmnunluğu yaratmalıdır.
- Bu o deməkdir ki, A və C də eyni istehlakçı məmnunluğu doğurmalıdır.
- Ancaq C nöqtəsi, A nöqtəsi ilə müqayisədə hər iki məhsuldan daha çox miqdarı əks etdirir.
Qrafik 3: Laqeydlik əyrilərinin kəsişməsinin qeyri-mümkünlüyü
Laqeydlik əyrilərinin dörd xüsusiyyəti Xüsusiyyət 4: Laqeydlik əyriləri içəriyə doğru əyilir. - İnsanlar o məhsulların əldən çıxarılmasını çox istəyirlər ki, həmin məhsullardan onlarda çox olur, o məhsulların əldən çıxarılmasını az istəyirlər ki, onlardan daha az miqdara sahibdirlər.
- İstehlakçının marjinal əvəzetmə nisbətindəki bu fərqliliklər onun laqeydlik əyrisinin içəriyə doğru əyilməsinə səbəb olur.
Qrafik 4: Əyilmiş laqeydlik əyrisi
Mükəmməl əvəzedicilər Mükəmməl tamamlayıcılar
Laqeydlik əyrilərinin iki ideal nümunəsi Mükəmməl əvəzedicilər - Düzxətt laqeydlik əyriləri olan iki məhsul mükəmməl əvəzedicilərdir.
- Bu zaman marjinal əvəzetmə nisbəti sabit ədəd olur.
Qrafik 5: Mükəmməl əvəzedicilər və mükəmməl tamamlayıcılar
Laqeydlik əyrilərinin iki ideal nümunəsi Mükəmməl tamamlayıcılar - Düz bucaq formalı laqeydlik əyrilərinə malik iki məhsul mükəmməl tamamlayıcılardır.
Qrafik 5: Mükəmməl əvəzedicilər və mükəmməl tamamlayıcılar
OPTİMALLAŞDIRMA: İSTEHLAKÇI NƏ SEÇİR? İstehlakçılar ən yüksək laqeydlik əyrisi üzrə məhsul kombinasiyasını əldə etmək istəyirlər. Ona görə ki, istehlakçı öz büdcə məhdudiyyəti üzərində və ya onun altında dayanmalıdır.
İstehlakçının optimal seçimləri Laqeydlik əyrisi və büdcə məhdudiyyətinin birləşməsi istehlakçının optimal seçimini göstərir. İstehlakçı elə optimal noqtədə dayanır ki, orada ən yüksək laqeydlik əyrisi və büdcə məhdudiyyəti bir-birinə toxunurlar.
İstehlakçının optimal seçimləri İstehlakçı iki əmtəənin istehlakını seçir və beləliklə marjinal əvəzetmə nisbəti nisbi qiymətə bərabər olur
İstehlakçının optimal seçimləri İstehlakçının optimal seçimi o deməkdir ki, istehlakçının iki məhsula verdiyi qiymət onların bazar qiymətinə bərabərdir.
Gəlirdə dəyişmələr istehlakçı seçiminə necə təsir göstərir? Gəlirdə artım büdcə məhdudiyyətini çolə doğru sürüşdürür. - İstehlakçıya daha yüksek laqeydlik əyrisi üzərində daha yaxşı məhsul kombinasiyası seçməyə imkan verir.
Qrafik 7: Gəlirdə artım
Gəlirdə dəyişmələr istehlakçı seçiminə necə təsir göstərir? Keyfiyyətsiz mallara qarşı normal mallar - Əgər istehlakçının gəliri artanda bir məhsuldan daha çox alırsa, o məhsula normal məhsul deyilir.
- Əgər istehlakçının gəliri artıqda bir məhsuldan daha az alırsa, o məhsula keyfiyyətsi məhsul deyilir.
Qrafik 8: Keyfiyyətsiz məhsul
Qiymətdə dəyişmələr istehlakçı seçiminə necə təsir göstərir? Hər hansı məhsulun qiymətində enmə büdcə məhdudiyyətini çöl tərəfə doğru istiqamətləndirir və onun meylini dəyişdirir.
Qrafik 9: Qiymətdə dəyişmə
Qiymət dəyişməsi istehlak üzərində iki effektə malikdir: - Gəlir effekti
- Əvəzetmə effekti
Gəlir və əvəzetmə effektləri Gəlir effekti - Qiymət dəyişməsi istehlakçını daha yüksək və ya daha aşağı laqeydlik əyrisinə doğru yönəltdiyi zaman istehlakdakı dəyişməyə gəlir effekti deyilir.
Əvəzetmə effekti - Qiymət dəyişməsi istehlakçını laqeydlik əyrisi boyunca fərqli marjinal əvəzetmə nisbəti olan nöqtəyə doğru yönəltdiyi zaman istehlakdakı dəyişməyə əvəzetmə effekti deyilir.
Gəlir və əvəzetmə effektləri Qiymətdə dəyişmə: Əvəzetmə effekti - Qiymət dəyişməsi ilk öncə istehlakçının laqeydlik əyrisi üzərində bir nöqtədən digərinə doğru hərəkət etməsinə səbəb olur.
- Qrafikdə A nöqtəsindən B nöqtəsinə yerdəyişmə.
Qiymətdə dəyişmə: Gəlir effekti - Eyni əyri üzərində bir nöqtədən digərinə hərəkətdən sonra istehlakçı başqa bir laqeydlik əyrisinə doğru hərəkət edəcəkdir.
- Qrafikdə B nöqtəsindən C nöqtəsinə yerdəyişmə.
Cədvəl 1: Pepsi qiymətləri endiyi zaman gəlir və əvəzetmə effektləri
Tələb əyrisindən törəmə İstehlakçının tələb əyrisi onun büdcə məhdudiyyəti və laqeydlik əyrilərindən doğan optimal qərarlarının məzmunu kimi görünə bilər.
Qrafik 11: Tələb əyrisindən törəmə
ÜÇ TƏTBİQİ MƏSƏLƏ Bütün tələb əyriləri aşağı doğru meyllidirmi? - Tələb əyriləri bəzən yuxarı doğru meylli ola bilirlər.
- Bu o zaman baş verir ki, istehlakçı qiyməti yüksələn məhsuldan daha çox alsın.
- Giffen məhsulları
- Ekonomistlər tələb qanununa tabe olmayan məhsulları “Giffen məhsulu” termini ilə ifadə edirlər.
- Giffen məhsulları o məhsullardır ki, onların qiyməti qalxdıqda tələb həcmi də yüksəlir.
- Gəlir effekti əvəzetmə effekti üzərində hakimdir.
- Onlar yuxarı meylli tələb əyrilərinə malik olurlar.
Qrafik 12: Giffen Məhsulu
ÜÇ TƏTBİQİ MƏSƏLƏ Əmək haqqları əmək təklifinə necə təsir göstərir? - Əgər işçi üçün əvəzetmə effekti gəlir effektindən böyükdürsə, o daha çox çalışacaqdır.
- Əgər gəlir effekti əvəzetmə effektindən daha böyükdürsə, o daha az işləyəcəkdir.
Qrafik 13: İşləmək-İşləməmək Qərarı
Qrafik 14: Əmək haqqı artımı
Qrafik 14: Əmək haqqı artımı
ÜÇ TƏTBİQİ MƏSƏLƏ Faiz dərəcələri ev təsərrüfatı yığımına necə təsir göstərir? - Əgər daha yüksək faiz dərəcəsinin əvəzetmə effekti gəlir effektindən böyükdürsə, ev təsərrüfatları daha çox yığım edəcəkdir.
- Əgər daha yüksək faiz dərəcəsinin gəlir effekti əvəzetmə effektindən böyükdürsə, onda ev təsərrüfatları daha az yığım edəcəkdir.
Qrafik 15: İstehlak-Yığım Qərarı
Qrafik 16: Faiz dərəcəsində artım
ÜÇ TƏTBİQİ MƏSƏLƏ Beləliklə faiz dərəcəsində artım yığımı ya təşviq edir, ya da həvəsdən salır.
Xülasə İstehlakçının büdcə məhdudiyyəti, verilmiş gəlir və qiymət səviyyəsində onun satın ala biləcəyi müxtəlif əmtəələr üzrə mümkün kombinasiyaları göstərir. Büdcə məhdudiyyətinin meyli məhsulların nisbi qiymətinə bərabərdir. İstehlakçının laqeydlik əyriləri onun seçimlərini göstərir.
Xülasə Daha yüksək laqeydlik əyriləri üzərindəki nöqtələr daha aşağı laqeydlik əyriləri üzərindəki nöqtələrdən üstün hesab edilir. İstənilən nöqtədə laqeydlik əyrisinin meyli istehlakçının əvəzetmənin marjinal nisbətidir. İstehlakçı ən yüksək laqeydlik əyrisi ilə büdcə məhdudiyyətinin bir-birinə toxunduğu nöqtəni seçməklə optimal qərar verir.
Xülasə Nə vaxt məhsulun qiyməti enir, istehlakçı seçimləri üzərində təsir gəlir effekti və əvəzetmə effekti arasında bölünə bilər. Gəlir efefkti daha aşağı qiymətin istehlakı əlverişli hala gətirməsindən doğan istehlakdakı dəyişmədir. Gəlir effekti daha aşağı laqeydlik əyrisindən daha yüksək laqeydlik əyrisinə doğru hərəkətlə ifadə olunur.
Xülasə Əvəzetmə effekti nisbətən daha ucuz əmtəənin daha çox istehlakını təşviq edən qiymət dəyiməsindən doğan istehlak dəyişməsidir. Əvəzetmə effekti laqeydlik əyrisi boyunca fərqli maililikdəki nöqtəyə doğru hərəkətlə ifadə olunur.
Xülasə İstehlakçı seçimi nəzəriyyəsi aşağıdakıları izah edə bilir: - Nə üçün tələb əyriləri potensial olaraq yuxarı doğru maili olabilirlər?
- Əmək haqqları əmək təklifinə necə təsir göstərir?
- Faiz dərəcələri ev təsərrüfatı yığımına necə təsir göstərir?
TÖVSİYƏ OLUNAN ƏDƏBİYYATLAR Nick Wilkinson, “Managerial Economics: A Problem-Solving Approach”, Cambridge University Press, 2005 Gregory Mankiw, “Principles of Microeconomics”, Cengage Learning, 2011 Luke M. Froeb, Brian McCann, “Managerial Economics: A Problem-Solving Approach”, Thomson South-Western, 2008 Michael R. Baye, “Managerial Economics and Business Strategy”, McGraw-Hill/Irwin, 2010 İbrahim Özer Ertuna, “Yönetim Ekonomisi”, Okan Üniversitesi Yayınları, 2009 Qreqory Mənkyu, “Ekonomiksin Əsasları”, Bakı, ADİU, 2010
Dostları ilə paylaş: |