22
salınmıĢdır. Əsl Ģəhər və əhalinin evləri cənubdakı təpənin ətəyində yerləĢir,
hökmdarların evləri və hökumət binaları Ģimaldakı təpənin yaxınlığındakı yüksək
yerlərdə tikilmiĢdir. Osmanlılar buranı iĢğal edəndən sonra, Ģəhərin [yerləĢdiyi]
cənub təpədə və hökumət binaları olan Ģimal təpədə ayrı-ayrı divarlar çəkdikləri
kimi, həmin iki divarı birləĢdirərək ümumi divar tikmiĢlər”
39
. ġah Abbas Ģəhərin
cənub hissəsinin divarlarını sökdürüb, yalnız hökumət mərkəzi olan hissənin
divarını mühafizə etmiĢdir. 1635-ci ildə ġamaxıda olmuĢ alman elçisi Oliari də
ġamaxını təsvir etmiĢ, camelərindən və hamamlarından belə söhbət açmıĢdır
40
.
NadirĢah 1735-ci ilin martında ġamaxını tutduqdan sonra ġirvanın hökumət
mərkəzini [Ģəhərin] 30 km cənubi-qərbində əvvəllər mövcud olan Ağsu qəsəbəsinə
keçirib ġamaxının əhalisini də oraya köçürür
41
. 1767-ci ildə hökumət mərkəzi az
vaxt müddətinə Ağsudan ġamaxıya qaytarılsa da, həmin ildə yenidən Ağsuya
gətirilmiĢ və 1795-ci ilədək burada qalmıĢdır. Sonra Mustafa xan rus istilasına kimi
irəlidə göstərəcəyimiz Fit qalasını mərkəz etdi. Evliya Çələbi Ģəhər haqqında çox
mühüm məlumat verirsə də, təəssüf ki, bu səyyah, adət etdiyi kimi, Ģəhərlərdəki
hadisələrin Ģərhini özünün xəyali təsəvvürlərinə qarıĢdırmıĢdır
42
. Bununla bərabər,
bu gün bu Ģəhəri öz yerində tədqiq etmək fürsətinə malik olanlar Çələbinin verdiyi
məlumatı baĢdan axıra kimi nəzərdən keçirərlərsə (-45-) çox yaxĢı olardı.
Ġstanbulda olan azərbaycanlıların verdiyi məlumata görə, ġamaxı Ģəhəri 1918-ci
ildə Lalayev adlı erməni komitəçisinin firqəsi tərəfindən yandırılmıĢ, əhalisi
qətliam edilmiĢdir və ġirvanın bu mühüm Ģəhəri indi xaraba halda qalmıĢdır.
ġamaxı və Ağsudakı arxeoloji abidələrin bugünkü vəziyyəti onları 1925-ci
ilin may ayında görmüĢ Sısoyev və Aleksandroviç-Nasifi tərəfindən təsvir edilərək
1926-1927-ci illərdə nəĢr edilmiĢdir
43
.
BƏRZƏNÇ. ġamaxı ilə Bərdə arasında göstərilən Bərzənç keçidinin
ġamaxıdan 14, Bərdədən 18 fərsəx məsafədə olduğuna görə, indiki Cavaddan bir
az yuxarıda, müasir “Xocalı”, “Carlı” kəndlərinin qarĢısında olması zənn edilir.
Hüdud əl-aləmin müəllifi (Bərzənc-P.V.) Ģəklində yazdığı bu Ģəhəri kiçik, lakin
abad və zəngin bir Ģəhər kimi təsvir etmiĢdir (vər. 33
a
). Yaqut Həməvinin ġamaxı
(P.V.) məqaləsində Ġstəxridən əxz etdiyi yuxarıda söylədiyim məlumata görə,
Bərzənç Kür çayının sağ sahilində göstərilirsə də, Hüdud əl-aləmə görə sol, ġirvan
sahilindədir. Doğrusu da, budur. Bəlazuri (211) və Ġbn əl-Fəqihdə (293) Bərdic
(P.V.) adı ilə göstərilən keçidin də bu Bərzənç olduğunu söyləmək olar. [Bu
39
Aləm arayi-Abbasi, s. 514.
40
Oleari, ruscası (1870, Moskva), s. 553.
41
Mirzə Mehdi xan, CahangüĢa-ye Nadiri, s. 147.
42
E.Çələbi, II, 294-297. Oleariyə görə, ġamaxıda altı came [məscidi], üç hamam, bir bazar, iki
karvansara vardı. Ondan 20 il sonra (1655) buraya gəlib 7 gün qaldığını bildirən Çələbiyə görə, burada
7.000-ə qədər ev, 70-ə qədər came, yeddi mədrəsə, yeddi hamam, 40-a qədər karvansara varmıĢ. Ġki
səyyahın came və hamamlar barədə yazdıqları bir-birinə uyğun gəlmir.
43
Из.O.O.И.Aз., №4 (1928), c. 108-125; И.Aз.ap.K., II, c. 25-32.
23
əsərlərdə] Bərdiçin Araz ilə Kürün birləĢdiyi yerə yaxın olması göstərilir. Ərəblər
oradan çayı keçərək Qəbələni fəth etmiĢlər.
BƏRDƏ Ģəhərinə gəlincə, bu çox qədim bir Ģəhərdir (E.Ġ. 1, 683). ġəhərin
adı qədim yunan mənbələrində Partav kimi yazılmıĢdır. Qədim Alban, ərəb
[mənbələrində] Arran adlanan vilayətin mərkəzi olmuĢdur. Ərəblər dövründə bu
vilayət təqribən son inqilabdan əvvəlki rus idarəçiliyinin [inzibati] bölgüsündəki
Gəncə (Yelizavetpol] vilayətinə uyğun gəlirdi. Arranlıların ermənilərlə bir növ
qardaĢ olduqları anlaĢılır (6). Bunlar hələ miladın onuncu əsrində, Məqdisiyə görə
(
S
. 378) bütün Arranda, Ġstəxriyə görə (s. 192) Bərdə nahiyəsində Arran dilində
danıĢırdılar. Ġslam dövründə Arranın mərkəzi bura idi. Bəzən [Bərdə] bütün
Azərbaycan, Arran və Ermənistanın heyətləri cəmindən təĢəkkül tapmıĢ ümumi
valiliyin mərkəzi olmuĢdur. Bu münasibətlədir ki, ilk ərəb [müəlliflərində]
(məsələn, Hüdud əl-aləm və əl-Birunidə) ġirvan Ģəhərləri də “Ərminiyyə”
vilayətindən sayılmıĢlar. Bərdə əvvəlcə kiçik bir qəsəbə olmuĢ və onu ərəblər
böyütmüĢlər. Onuncu əsrdə Azərbaycanda və Cənubi Qafqazda bundan baĢqa
böyük Ģəhər yox idi. Bütün Ġran və Xorasanda yalnız Rey və Ġsfahan bundan boyük
[Ģəhərlər] hesab olunurdu. ġəhər ipəkçiliyi ilə tanınırdı. Məqdisi bu Ģəhəri həmin
məmləkətin Bağdadı kimi vəsf edir. Ərəb coğrafi əsərlərində Qafqazın
cənubundakı bütün vilayətlərə gedən yolların mərkəzi kimi Bərdə Ģəhəri göstərilir.
“Hüdud əl-aləm” [əsərində] Bərdə haqqında yazılır: “Böyük və zəngin Ģəhər
olub hökumət mərkəzidir. Bu ölkənin hökmdarları burada otururlar. Ətrafı (-46-)
səfalı, əkin və meyvələri boldur; burada çoxlu sahibsiz tut ağacları vardır və
həddən ziyadə çoxdurlar. Buradan ipək, yaxĢı qatırlar, runas adlanan boyaq otu
(7), Ģahbalıt və kəhrəba ixrac olunur”. ġəhər haqqında daha müfəssəl məlumat
verən [müəlliflər] Ġstəxri və Yaqutdur. Ġstəxri yazır (s. 182-184): Bərdə çox böyük
Ģəhərdir. Eni və uzunluğu hər biri bir fərsəxdən artıqdır. Gözəl və abaddır, əkinləri
və meyvələri çoxdur. Ġraq ilə Xorasanda, Rey və Ġsfahandan sonra Bərdə qədər
böyük, abad və mövqeyinə görə Bərdə və ətrafı kimi bir Ģəhər yoxdur
44
. ġəhərdən
bir fərsəxə yaxın məsafədə Enderab |adlı] yer vardır ki, Kürre, Ləsub (Yaqutda.
Ləsut-P.V.) və Yəqtan arasında yerləĢir. Ərazisi birgünlük yol qədərdir. Bütünlüklə
bostan və bağlardan ibarət Ģəbəkə halındadır, hər yeri meyvəlikdir. Orada gözəl
fındıq olur. Səmərqənd fındığından da yaxĢıdır. ġahbalıdı vardır. ġam
Ģahbalıdından əladır. Burada ruqal (Yaqutda dərqal-P.V.) adlanan bir meyvə də
vardır ki, murat iydəsi (ğəbira-P.V.) boydadır. Bunun içindəki çəyirdəyi meyvə
dəyən vaxt dadlı, yetiĢmədikdə acı olur. ġahbalıdı isə qara qozun yarısı qədərdir.
Dadı fındıq və xurma [dadı] kimidir. Bərdənin Ləsub ərazisindən ixrac olunan
əncir digər ölkələrin əncirindən üstündür. Ġpək də çoxdur, əsasən Fars və Xuzistana
ixrac olunur və ipəkqurdu sahibsiz tut ağacları ilə bəslənilir. Bərdədən üç fərsəx
məsafədə Kür çayı axır. Buradan duzlanıb dünyanın hər tərəfinə göndərilən
44
Ġstəxridə əslində “Bərdə kimiyaxĢı yer və təsərrüfat sahələri olan [Ģəhər] yoxdur-P.V.) Yaqutda
“Bərdənin mövqeyindən” (P.V.) [yazılıb].