24
surmahi balığı tutulur. Həmin çaydan, həm də zeraqn (Yaqutda dəvaqn-P.V.) və
ğəĢube (Yaqutda əĢəb-P.V.) adlı iki növ balıq tutulur ki, bunlar ətrafdakı bütün
balıqlardan üstün sayılırlar. Bərdənin “Kürdlər qapısı” adlanan bir qapısı vardır ki,
burada Kurkı kimi tanınan həftəlik bazar mövcuddur. Eni və uzunu bir fərsəx
qədərdir. Bazar günləri buraya hər tərəfdən, hətta Ġraqdan [da] adamlar gəlir. Bu
bazar Külsərə (Yaqutda
Kürsərə-P.V.) bazarından da böyükdür. Həmin bazar çox
tanındığından burada bazar günlərinə əksər [vaxtlarda] “Kurki günü” deyirlər;
cüməertəsi, kurki, bazarertəsi, sali (çərĢənbə axĢamı) deyildiyi kimi. Bunların ölkə
xəzinəsi (beyt əl-mal -P.V.), ġamda olduğu kimi, came məscidində [saxlanılır].
Çünkü ġam əhalisinin beytülmalları məscidlərdə olur. Bərdə beytülmalının
[saxlanıldığı yerin] səthi qurğuĢunlu olub, qapısı dəmirdən düzəldilmiĢ və özü 9
sütun üzərində tikilmiĢdir. Hökumət binası da Ģəhərin içində came məscidinin yan
tərəfindədir. Bazarlar isə rabadda yerləĢirlər”. Bu-rada |bitən] ruqal, Ģübhəsiz,
azərbaycan dilində zoğal adlanan bitkidir, meyvəsinin çəyirdəyindən Türkiyədə
təsbeh düzəldilən kizil ağacıdır. Zəraqn və ğaĢubə adlı balıqların Bərdə və Gəncə
ətrafında məlum olub-olmadığını öyrənə bilmədim. Buradakı “Külsərə” Maraa
yanında bazarı ilə (-47-) məĢhur bir yer olmuĢdur (bax: EĠ, III, 281). Bərdənin
yanında En-derab, Kurre (Kerve), Lasub, Yəqtan və yaxud onlara bənzər yerlər
varmıdır? Bunu yerli alimlər təyin edərlər. Bərdənin yanındakı Tərtər çayı
ərəblərdə Sərsur (P.V.) Ģəklində verilir. Bəlazuri (203; Yaqut Bərdə-P.V.
məqaləsində) bu çayın Bərdədən bir fərsəxdən az aralıdan axdığını söyləyir.
Yaqubinin coğrafiyasında (s. 271) Ərdəbildən Beyləqan istiqaməti ilə gələn
yolun axırı kimi Mara'a çayından söhbət açılır və [onun barəsində] və o Yuxarı
Azərbaycanın Ģəhəridir (P.V.) deyərək tərif edilir. Əgər burada Mara'a (P.V.)
kəlməsi Bərdə'ə (P.V.) sözündən çevrilmədirsə, Yaqutun da Bərdə (P.V. -
məqaləsində), Hilal ibn Mühsindən götürülərək, Bərdə Azərbaycanın paytaxtıdır
(qəsəbəsidir) deməsi və orada, Ġbn əl-Fəqihə, əsasən Bərdənin “Arranın paytaxtı və
Azərbaycanın son sərhəd Ģəhəri” [olduğunu] bildirməsi, onun Azərbaycana daxil
olduğunu təsbit etmiĢ olur. Yaqut, Ġstəxrinin Bərdə haqqında verdiyi məlumatı Ģərh
etdikdən sonra, “beləliklə, Ģəhərin əvvəlki vəziyyəti belə imiĢ, amma indi
Azərbaycanda ikən bərdəlilərdən öyrəndiyimə görə, Ģəhər tamamilə xarab olmağa
üz tutmuĢdur. Əhalisi az və yoxsul, binaları xarab haldadır” yazır. Sonra o, bu
Ģəhərə mənsub alimlərin siyahısını verir ki, kiçik, yarımçıq bir səhifədən ibarətdir.
Bərdə miladi 943-cü ildə Xəzər dənizi və Kür çayı ilə qayıqlarda gələrək Arran və
Azərbaycanda quldurluqla məĢğul olan ruslar tərəfindən dağıdılmıĢ və monqollar
dövrünə qədər bu vəziyyətdə qalmıĢdır. Monqollar dövründə Ģəhər, əvvəlki kimi
olmasa da, yenidən əhəmiyyət kəsb edir. Həmdullah Qəzvini [oranın]
“meyvələrinin çoxluğunu, xüsusilə fındıq və Ģahbalıdın məĢhurluğunu, suyunu
Tərtərdən aldığını, [özünün] tanıdığını” deməklə kifayətlənir və buraya tabe olan
25
gözəl suyu və otu bol, ovlaqları geniĢ Heyrək yaylasından, Bərdə əhalisinin yazda
oraya gedib yaylaqda qalmaq, qıĢı Ģəhərə enmək adətlərindən bəhs edir
45
.
ġəhərin monqollar zamanı siyasi cəhətdən əhəmiyyəti olması ilə bərabər
təmir olunduğu bu gün ən yaxĢı halda mühafizə olunan abidənin monqol dövrünə
aid olmasından [da] anlaĢılır. Burada indiki qəsəbənin bazarından yarım km
cənubi-qərbdə monqollar dövründə, 1322-ci ildə (h. 722) tikilmiĢ olduğu
üzərindəki kitabədən məlum olan bir qüllə mövcuddur. Kitabəni Xanıkov oxumuĢ
və Dorn (Kaspi, 67-68) da bu barədə yazmıĢdır. Bərdə xarabalarının bugünkü
vəziyyətini, qüllə ilə bərabər bir də “Axsadam-Baba” adlanan bir türbə qalığını
Azərbaycanda yaĢayan rus arxeoloqu Sısoyev tədqiq etmiĢ və tədqiqatının
nəticələrini, Ģəkillərlə bərabər, 1926-cı ildə nəĢr etdirmiĢdir
46
(-48-).
45
Həmdullah Qəzvini, mt. 91-92
46
Изв. Аз. Ар. К., II, 49-63
26
AZƏRBAYCANIN TARĠXĠ COĞRAFĠYASI
Prof. Əhməd Zəki Vəlidi
II
Bakı - ƏrəĢ - ġəki – Zaqatala
KeçmiĢ müəlliflərin [əsərlərində] “Bakı-ġəki-Tiflis” kimi bir marĢrut nəzərə
çarpmır. Ümumiyyətlə, indiki Bakıdan ġamaxı, ġəki-Sığnaq istiqamətində Tiflisə
gedən bir ticarət yolu orta əsrlərdə olmamıĢdır. Yalnız rusların dövründə Yevlax
dəmiryolu stansiyasından Nuxaya, QutqaĢendən Nuxaya (8), Nuxadan Zaqatalaya
və Gürcüstanın Telavi Ģəhərinə Ģose yolu çəkilmiĢdir. Ġndi isə Bakının yanındakı
Hacı-Hüseyn (9) stansiyasından ġamaxıya, qarĢı tərəfdən isə Nuxa istiqamətindən
Tiflisə dəmiryolu çəkilməkdədir. Bakı ilə Gəncə arasındakı məntəqələr,
zənnimizcə, ilk dəfə ancaq Evliya Çələbidə müĢahidə olunur
47
.
BAKI - (E. Des. Ġ. 1, 635). Bu Ģəhərin adına keçmiĢ yunan və latın
mənbələrində (-1-) təsadüf olunmur. [Onun adı] ilk dəfə ərəb [mənbələrində]
çəkilir. Hətta ilk islam fəthlərinin Ģərhlərində də (məsələn, Bəlazuri, s. 210)
ġirvanın neft ocaqlarından danıĢılsa da, Bakının adı çəkilmir. Ġbn Xordadbeh,
Qudama, Ġbn əl-Fəqih kimi ilk müəlliflərin [əsərlərində] də Bakı xatırlanmır.
Yalnız X əsr müəllifləri bu Ģəhər haqqında onun nefti ilə əlaqədar məlumat
verirlər. ġəhərin adı Ġstəxri və Məqdisidə “Bakuh”, Əl-Birunidə “Baku” Ġstəxrinin
Gotadakı (Gottingedəki - P.V.) farsca nüsxəsində və Məsudidə “Bakeh”, Yaqut
Həməvidə “Bakuye” kimi verilmiĢdir. Məsudi (Müruc, II, 25-26; Kitab əl-tənbih,
60-62) Bakının nefti kimi ağ neftin dünyanın heç bir yerində olmadığını söyləyir;
yanan neft quyularının alovunun gecələr uzaq məsafələrdən göründüyündən və
Bakının qarĢısında dənizin içində üç mərhələ məsafədə olan bir adadakı vulkandan
bəhs edir. DiməĢqdə də Cəzirət əl Burkan, yəni Vulkan qalası adlı bir adanın
47
Təshih və əlavələr. Keçən nüsxədə s. 39-da üç sətir buraxılmıĢdır. 17-ci səhifədəki cümlə belə
oxunmalıdır: “Bu çayın adı Yəqubidə (Tarix, II, 375) də təsadüf olunur. Ġndi də Rubasdır (Dorn,
Kaspi,178). Ptolomeyusdakı “Gerrhus”un Samur (qarĢ: Məsudi, Kitab əl-tənbih, 64: Kərək ruz-P.V.),
“Gaesius”un da Qudiyal olduğunu zənn edirəm.
S. 37. Quba nahiyəsinin əvvəlki adının Abaxaz oxunuĢu qəti deyildir, Əlyazmalarda ( Laycan, əl-
Laycan, Ləxan, əl-Lahan - P.V.) Ģəkillərdə təsadüf olunur (Ġstəxri, 192; Məqdisi, 374, 381-haĢiyələrdə).
S. 42, aĢağıdan 11-ci sətrə əlavə: Müsyo Minorski də (E.des Ġsl., 1166) ġabranın xarabasının Gilgin
(Qulhan, Abbasquluxan, s.80, 193 və Ġskəndər MünĢi, Aləm aray-i Abbasi, s. 60 Qəlhan (P.V.) çayı
yanındakı xarabalardan ibarət olduğunu söyləmiĢlər. Oleari Ġrandan qayıdarkən (s. 962) ġabranı
təqribən indiki Ağasibəy və Ərəb Əli Məmmədin arasına düĢən Kiricht yerindən 2 mil, yəni 15 km
Ģimalda, Niyazabaddan altı mil, yəni 45 km məsafədə olduğunu göstərmiĢ, yol gedərkən (s.517) dəniz
sahili ilə getdiyindən ġabranı sağ tərəfində qoymuĢdur. Almaniyanın təbiət alimi Gmelin 1770-ci ildə
tamamilə xarab edilmiĢ bir Ģəhərin ancaq qüssə gətirən qalığını görmüĢdür (Reise durch Russland, ilh.
III, 36).