A bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix19.07.2018
ölçüsü0,68 Mb.
#56522
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

31 

 

minarəsi  vardır.  [Burada]  üzərində  camenin  845-ci  (1441-42)  ildə  ġah  Xəlilullah 



tərəfindən  tikildiyini  göstərən  kitabə  mövcuddur.  Son  vaxtlarda  came  təmir 

olunmuĢ  və  içərisində  ibadət  qılınmaqdadır.  Bunun  Ģimali-Ģərqində  eyni  həyətin 

içərisində  ĢirvanĢah Xəlilullah tərəfindən, valideyni üçün tikdirdiyi bəzəkli qapısı 

üzərindəki  kitabədən  anlaĢılan,  türbə  vardır.  Həyətin  cənubi-qərbində  böyük  bir 

sahrinç (? - P.V.) vardır. Bunun yanında üzərində 777 (1376)-cı il yazılmıĢ və “Çin 

məscidi”  adlanan bir came, bir də  hamam  xarabalığı  mövcuddur. ġohər qalasının 

cənubi-Ģərq  tərəfində  Qız  qalası  adlanan  otuz  m.  hündürlüyündə  gözəl  bir  qüllə 

mövcuddur. Əvvəllər  bu qüllə  dənizin tam daxilində  ikən, indi aralarında  məsafə 

və  binalar  vardır.  Bunun  üzərindəki  Qübbe-i  Məsud  bin  Davud  (  P.V.)  kitabəsi 

qüllənin səlcuqilər (-6-) dövrünə aid olduğunu göstərir

65

. Xanıkova görə, bu Davud 



1136-cı  ildə  Təbrizdə  vəfat  etmiĢ  Məhəmməd  Səlcuqinin  oğludur

66

.  Bu  qüllədən 



300 addım cənubi-qərbdə  Cümə  məscidi  vardır. Son illərdə  Bakı dövlətlilərindən 

DadaĢoğlu  bu  cameni  təmir  edib  [üzərindəki]  yazıları  pozmuĢdur.  Minarədəki 

kitabəyə  görə,  məscid  Elxanilər  tərəfindən  tikilmiĢdir.  Bu  gün  onun  minarəsində 

700-ci  (1300)  tarixli  elxani  Ulcaytu  Məhəmmədin,  709-cu  rəcəb  tarixli  (1310) 

elxani Əmir ġərəf Məhəmmədin (bunun tərəfindən tikildiyinə dair), 841-ci (1437-

38)  və  860-cı  (1456)  tarixləri  ilə  ġah  Xəlilullahın  (təmirə  dair)  və  səfəvilərdən 

birinci Süleymanın kitabələri vardır. Qala daxilində, həmçinin Gilək məscidi (708 

h. = 1309), Xızır məscidi və Sınıq qala camesi (onun kitabəsindən 471=1077/78-ci 

ildə  Səyadəddin  ibn  Məhəmməd  tərəfindən  tikildiyi  görünür  və  bu  Bakının  ən 

qədim camesidir), ġeyx Ġbrahim  məscidi (818=1415), Ləzgi  məscidi (565=1169), 

Mirzə Əhməd məscidi  (746=1345), Molla  Əhməd  məscidi (700=1300), Mektər 

məscidi (1065=1645) də mövcuddur. 

Bakının 19 km Ģimali-Ģərqində indi neft mədənləri və dəmiryolu stansiyası 

olan  Suraxanı  kəndi  vardır.  Burada  stansiyanın  200  addım  cənubi-qərbində  XIX 

əsrdə  Bakıya  gələn  hindli  tacirlərin  tikdirdikləri  bir  atəĢgədə  mövcuddur.  Onıın 

üzərində Ramaditi adlı bir hindlinin hind təqvimi ilə 1866, miladi təqvimi ilə 1810-

cu ildə qoydurduğu sanskritcə bir kitabə vardır. Bu binanın hücrələrindən birində 

1158-ci  hicri  tarixli  (1745  m.)  kitabə  də  mövcuddur.  Buranı  1746-cı  ildə  ingilis 

səyyahı Hanvey ziyarət etmiĢdir. Onun tikildiyi tarix də XVIII əsrə aid olmalıdır. 

1683-cü ildə səyyah Kaempfer [buraya] gəldiyi zaman belə bir bina yox idi. Yalnız 

bir  divarı  mövcud  idi.  Səyyah  bunun  yanında  iki  hindlini  görmüĢdü.  XIX  əsrin 

əvvəllərində buraya bir heçə  hindli rahib də gəlib yerləĢmiĢdilər. 1860-cı illərdən 

sonra yoxa çıxdılar. Hindlilərin buraya gəlmələri ġirvan və ġamaxının Hindistanla, 

                                                           

65

Zeynaloğlu  Azərbaycan  tarixinə  aid  əsərində  (s.  81)  ĢərqĢünas  Berezinin  (Путешествие  по  II, 



приложение, 65) səhvinə əsasən Qız qülləsini elxani Ulcaytu dövrünə aid abidə olduğunu göstərmiĢdir. 

Halbuki, buradakı Məsud ibn Davud kitabəsi hələ keçən əsrin ortalarında Xanıkov tərəfindən oxunaraq 

nəĢr edilmiĢdir. Qüllə və onun kitabəsi son zamanlar Paxomov tərəfindən [də] tədqiq edilmiĢdir ( Изв 

Аз Арх. K., 1, 33-38). 

66

Труды  В


OCT

.

 



O

.,



 

II, 173-176. 




32 

 

xüsusilə  XV-XVI  əsrlərdə,  inkiĢaf  edən  ticarət  əlaqələrinin  nəticəsi  idi



67

Suraxanıdakı daimi atəĢ qədimdən  mövcud idi.  Ġslam  coğrafiyaĢünas  [alimlərinin 



əsərlərində]  xatırlandığını  göstərmiĢdik.  Amma  bu  yer  o  zaman  heç  bir 

müqəddəsliyə  malik  deyildi  (-7-).  Bunu  ġizdəki  qədim  sasani  Ġran  atəĢgədəsi  ilə 

eyniləĢdirmək sadə bir səhvdən ibarətdir. ġiz Ģəhəri cənubi-qərbi Azərbaycanda bu 

gün  Təxt-i  Süleyman  adlanan  yerdə  Ģəhər  olmuĢdur

68

.    Suraxanının  Ģimalında, 



Sabunçi  stansiyasından  3  km  Ģimali-qərbdə  Ramanı  adlandırılan  bir  qala  vardır. 

[Qala]  bütün  AbĢeron  yarımadasında  üstün  mövqe  tutmuĢ,  [lakin]    hal-hazırda 

xarab  vəziyyətdədir.  Onun  kitabələri  mövcud  olmuĢdur,  [amma]    axır  vaxtlarda 

itirilmiĢ  və  ya  oğurlanmıĢdır. [Qalanın]    XIV-XV  əsrlərə, monqollar dövrünə  aid 

olması anlaĢılır. Suraxanının  17 km Ģimali-Ģərqində, dar dəmir  yolunun (dekovil) 

dənizə  qovuĢan  yerində  Mərdəkan  kəndində,  üzərindəki  kitabəsindən  ĢirvanĢah 

Fərruxzad  ibn  Mənuçehrin  h.  600-cü  ildə  (1203)  tikdirdiyi  görünən  bir  qüllə  və 

digər  tarixsiz  böyük  bir  qüllə  [də]  vardır

69

.

 



Bakıdan  30  km,  Sabunçudan  22  km 

Ģimali-qərbdə  Nardaran  kəndində  də  qüllələr  mövcud  olmuĢ  və  birisinin  üstündə 

Xura (?) Bərəkənin (?) anasının (12) Ģərəfinə 700-cü h. ilində (1300) tikildiyi qeyd 

edilmiĢdir.  Digər  [qüllənin]  üzərində  Məhəmməd  ibn  Sədin  tikdirdiyi,  baĢqa 

birində isə 765-ci (1363-4) ildə tikildiyi yazılmıĢdır. [Burada], həmçinin, üzərində 

usta GüĢtasf ibn Musa tərəfindən 790-cı ildə (1388) bina edildiyi qeyd olunan bir 

hamam,  yaxud,  xanagah,  II  ġah  Abbasın  adına  1071-ci  ildə  (1661-2)  tikilən 

karvansara,  yenə  onun  adına    1073-cü  ildə  (1662-3)  bina  edilən  məscid,  yenə  I 

Süleyman Səfəvinin adına 1098-ci ildə (1686-7) tikilmiĢ  məscid vardır. Bu kəndi 

Azərbaycan  tarixçilərindən  Əzimbəyov  təsvir  etmiĢdir

70

.  AbĢeron  adasının  adı 



səyyah  Valeeyə  görə,  AfĢaran,  [yəni]  dənizin  gurultulu  fıĢıltısından  alınmıĢ  bir 

kəlmə  imiĢ

71

.  [Bu  ad]  qədim  mənbələrdə  təsadüf  olunmur.  Kazım  bəy  bu  adı 



ƏfĢəran  (P.V.) kimi verir. ƏbĢəran  (P.V.) Ģəklində  də  təsadüf olunur. Həmdullah 

Qəzvini  “Bakının  qarĢısında  Allah-Əkbər  adası  vardır.  Ġndi  abadlaĢdırılmıĢdır, 

Xəzər dənizinin limanı olmuĢdur” yazaraq bir adadan bəhs edir

72

. Dorn bu adanın 



hal-hazırda  Pirallahı,  ruslarda  Svyatoy  kimi  adlanan  ada  olduğunu  zənn  edir 

(Kaspi, 159). Bakının 5 km cənubi-qərbindəki Bibi-Heybət, yaxud ġixlar kəndində 

qədim  məscid  və  minarə  vardır.  Məscid  bu  yaxınlarda  təmir  edilərək  öz  Ģəklini 

dəyiĢmiĢdir.  Məscidin  yanındakı  türbə,  xalq  rəvayətinə  görə,  guya  Ġmam  Rzanın 

qızlarından olan Ukeyma Xanıma, digər biri (-8-) isə onun xidmətçisi Heybətə aid 

                                                           

67

Suraxanı haqqında bax: Изв. Aз. Apx. K., I (1926), c. 128. 



68

Marquart, EranĢahr, s.108. 

69

Melanges asiatiques,  III, 119; Paxomov (Kpaкий кypc истории Aзepбайджана, Baку, 1923, c. 34-



40)  bu  qüllənin  ĢirvanĢahların  Bakı  və  AbĢeron  yanmadasını  yağıdan  müdafiə  etmək  məqsədilə 

tikdirdikləri istehkamlar sisteminə aid bir abidə olduğunu söyləyir.  

70

Изв.


 

Аз. Apx. K. (1925), c. 39-49.  

71

Wale, Altes und neues Vorder und Mittelasiens, s. 483; Dorn, 



Kaspi 66, 104.   

72

H.Qəzvini, mətn. c. 239. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə