A bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix19.07.2018
ölçüsü0,68 Mb.
#56522
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

24 

 

surmahi  balığı  tutulur.  Həmin  çaydan,  həm  də  zeraqn  (Yaqutda  dəvaqn-P.V.)  və 



ğəĢube  (Yaqutda  əĢəb-P.V.)  adlı  iki  növ  balıq  tutulur  ki,  bunlar  ətrafdakı  bütün 

balıqlardan üstün sayılırlar. Bərdənin “Kürdlər qapısı” adlanan bir qapısı vardır ki, 

burada  Kurkı  kimi  tanınan  həftəlik  bazar  mövcuddur.  Eni  və  uzunu  bir  fərsəx 

qədərdir.  Bazar  günləri  buraya  hər  tərəfdən,  hətta  Ġraqdan  [da]  adamlar  gəlir.  Bu 

bazar Külsərə (Yaqutda

 

Kürsərə-P.V.) bazarından da böyükdür. Həmin bazar çox 

tanındığından  burada  bazar  günlərinə  əksər  [vaxtlarda]  “Kurki  günü”  deyirlər; 

cüməertəsi, kurki, bazarertəsi, sali (çərĢənbə axĢamı) deyildiyi kimi. Bunların ölkə 

xəzinəsi  (beyt  əl-mal  -P.V.),  ġamda  olduğu  kimi,  came  məscidində  [saxlanılır]. 

Çünkü  ġam  əhalisinin  beytülmalları  məscidlərdə  olur.  Bərdə  beytülmalının 

[saxlanıldığı  yerin]  səthi  qurğuĢunlu  olub,  qapısı  dəmirdən  düzəldilmiĢ  və  özü  9 

sütun üzərində tikilmiĢdir. Hökumət binası da Ģəhərin içində came məscidinin yan 

tərəfindədir.  Bazarlar  isə  rabadda  yerləĢirlər”.  Bu-rada  |bitən]  ruqal,  Ģübhəsiz, 

azərbaycan  dilində  zoğal  adlanan  bitkidir,  meyvəsinin  çəyirdəyindən  Türkiyədə 

təsbeh düzəldilən kizil ağacıdır. Zəraqn və ğaĢubə adlı balıqların Bərdə və Gəncə 

ətrafında  məlum  olub-olmadığını  öyrənə  bilmədim.  Buradakı  “Külsərə”  Maraa 

yanında  bazarı  ilə  (-47-)  məĢhur  bir  yer  olmuĢdur  (bax:  EĠ,  III,  281).  Bərdənin 

yanında  En-derab,  Kurre  (Kerve),  Lasub,  Yəqtan  və  yaxud  onlara  bənzər  yerlər 

varmıdır?  Bunu  yerli  alimlər  təyin  edərlər.  Bərdənin  yanındakı  Tərtər  çayı 

ərəblərdə  Sərsur  (P.V.)  Ģəklində  verilir.  Bəlazuri  (203;  Yaqut  Bərdə-P.V. 

məqaləsində) bu çayın Bərdədən bir fərsəxdən az aralıdan axdığını söyləyir. 

Yaqubinin coğrafiyasında (s. 271) Ərdəbildən Beyləqan istiqaməti ilə gələn 

yolun  axırı  kimi  Mara'a  çayından  söhbət  açılır  və  [onun  barəsində]  və  o  Yuxarı 

Azərbaycanın  Ģəhəridir  (P.V.)  deyərək  tərif  edilir.  Əgər  burada  Mara'a  (P.V.) 

kəlməsi  Bərdə'ə  (P.V.)  sözündən  çevrilmədirsə,  Yaqutun  da  Bərdə  (P.V.  - 

məqaləsində),  Hilal  ibn  Mühsindən  götürülərək,  Bərdə  Azərbaycanın  paytaxtıdır 

(qəsəbəsidir) deməsi və orada, Ġbn əl-Fəqihə, əsasən Bərdənin “Arranın paytaxtı və 

Azərbaycanın  son  sərhəd  Ģəhəri”  [olduğunu]  bildirməsi,  onun  Azərbaycana  daxil 

olduğunu təsbit etmiĢ olur. Yaqut, Ġstəxrinin Bərdə haqqında verdiyi məlumatı Ģərh 

etdikdən  sonra,  “beləliklə,  Ģəhərin  əvvəlki  vəziyyəti  belə  imiĢ,  amma  indi 

Azərbaycanda ikən bərdəlilərdən öyrəndiyimə görə, Ģəhər tamamilə xarab olmağa 

üz  tutmuĢdur.  Əhalisi  az  və  yoxsul,  binaları  xarab  haldadır”  yazır.  Sonra  o,  bu 

Ģəhərə mənsub alimlərin siyahısını verir ki, kiçik, yarımçıq bir səhifədən ibarətdir. 

Bərdə miladi 943-cü ildə Xəzər dənizi və Kür çayı ilə qayıqlarda gələrək Arran və 

Azərbaycanda  quldurluqla  məĢğul olan ruslar tərəfindən dağıdılmıĢ  və  monqollar 

dövrünə  qədər  bu  vəziyyətdə  qalmıĢdır.  Monqollar  dövründə  Ģəhər,  əvvəlki  kimi 

olmasa  da,  yenidən  əhəmiyyət  kəsb  edir.  Həmdullah  Qəzvini  [oranın] 

“meyvələrinin  çoxluğunu,  xüsusilə  fındıq  və  Ģahbalıdın  məĢhurluğunu,  suyunu 

Tərtərdən  aldığını,  [özünün]  tanıdığını”  deməklə  kifayətlənir  və  buraya  tabe  olan 



25 

 

gözəl suyu və otu bol, ovlaqları geniĢ Heyrək yaylasından, Bərdə əhalisinin yazda 



oraya gedib yaylaqda qalmaq, qıĢı Ģəhərə enmək adətlərindən bəhs edir

45



ġəhərin  monqollar  zamanı  siyasi  cəhətdən  əhəmiyyəti  olması  ilə  bərabər 

təmir olunduğu bu gün ən yaxĢı halda mühafizə olunan abidənin monqol  dövrünə 

aid  olmasından  [da]  anlaĢılır.  Burada  indiki  qəsəbənin  bazarından  yarım  km 

cənubi-qərbdə  monqollar  dövründə,  1322-ci  ildə  (h.  722)  tikilmiĢ  olduğu 

üzərindəki kitabədən məlum olan bir qüllə mövcuddur. Kitabəni Xanıkov oxumuĢ 

və  Dorn  (Kaspi,  67-68)  da  bu  barədə  yazmıĢdır.  Bərdə  xarabalarının  bugünkü 

vəziyyətini,  qüllə  ilə  bərabər  bir  də  “Axsadam-Baba”  adlanan  bir  türbə  qalığını 

Azərbaycanda  yaĢayan  rus  arxeoloqu  Sısoyev  tədqiq  etmiĢ  və  tədqiqatının 

nəticələrini, Ģəkillərlə bərabər, 1926-cı ildə nəĢr etdirmiĢdir

46

 (-48-). 



 

 

 



 

 

                                                           

45

Həmdullah Qəzvini, mt. 91-92  



46

Изв. Аз. Ар. К., II, 49-63  




26 

 

AZƏRBAYCANIN TARĠXĠ COĞRAFĠYASI 

 

Prof. Əhməd Zəki Vəlidi 

II 

 

Bakı - ƏrəĢ - ġəki – Zaqatala 



 

KeçmiĢ müəlliflərin [əsərlərində] “Bakı-ġəki-Tiflis” kimi bir marĢrut nəzərə 

çarpmır. Ümumiyyətlə,  indiki Bakıdan ġamaxı,  ġəki-Sığnaq istiqamətində  Tiflisə 

gedən  bir  ticarət  yolu  orta  əsrlərdə  olmamıĢdır.  Yalnız  rusların  dövründə  Yevlax 

dəmiryolu stansiyasından Nuxaya, QutqaĢendən Nuxaya (8), Nuxadan Zaqatalaya 

və  Gürcüstanın  Telavi Ģəhərinə  Ģose  yolu çəkilmiĢdir. Ġndi isə  Bakının  yanındakı 

Hacı-Hüseyn (9) stansiyasından ġamaxıya, qarĢı tərəfdən isə Nuxa istiqamətindən 

Tiflisə  dəmiryolu  çəkilməkdədir.  Bakı  ilə  Gəncə  arasındakı  məntəqələr, 

zənnimizcə, ilk dəfə ancaq Evliya Çələbidə müĢahidə olunur

47



BAKI  -  (E.  Des.  Ġ.  1,  635).  Bu  Ģəhərin  adına  keçmiĢ  yunan  və  latın 

mənbələrində  (-1-)  təsadüf  olunmur.  [Onun  adı]  ilk  dəfə  ərəb  [mənbələrində] 

çəkilir.  Hətta  ilk  islam  fəthlərinin  Ģərhlərində  də  (məsələn,  Bəlazuri,  s.  210) 

ġirvanın  neft  ocaqlarından  danıĢılsa  da,  Bakının  adı  çəkilmir.  Ġbn  Xordadbeh, 

Qudama,  Ġbn  əl-Fəqih  kimi  ilk  müəlliflərin  [əsərlərində]  də  Bakı  xatırlanmır. 

Yalnız  X  əsr  müəllifləri  bu  Ģəhər  haqqında  onun  nefti  ilə  əlaqədar  məlumat 

verirlər. ġəhərin adı Ġstəxri və Məqdisidə “Bakuh”, Əl-Birunidə “Baku” Ġstəxrinin 

Gotadakı  (Gottingedəki  -  P.V.)  farsca  nüsxəsində  və  Məsudidə  “Bakeh”,  Yaqut 

Həməvidə “Bakuye” kimi verilmiĢdir. Məsudi (Müruc,  II, 25-26; Kitab əl-tənbih, 

60-62) Bakının nefti kimi ağ neftin dünyanın heç bir yerində olmadığını söyləyir; 

yanan  neft  quyularının  alovunun  gecələr  uzaq  məsafələrdən  göründüyündən  və 

Bakının qarĢısında dənizin içində üç mərhələ məsafədə olan bir adadakı vulkandan 

bəhs  edir.  DiməĢqdə  də  Cəzirət  əl  Burkan,  yəni  Vulkan  qalası  adlı  bir  adanın 

                                                           

47

Təshih  və  əlavələr.  Keçən  nüsxədə  s.  39-da  üç  sətir  buraxılmıĢdır.  17-ci  səhifədəki  cümlə  belə 



oxunmalıdır:  “Bu  çayın  adı  Yəqubidə  (Tarix,  II,  375)  də  təsadüf  olunur.  Ġndi  də  Rubasdır  (Dorn, 

Kaspi,178).  Ptolomeyusdakı  “Gerrhus”un  Samur  (qarĢ:  Məsudi,  Kitab  əl-tənbih,  64:  Kərək  ruz-P.V.), 

“Gaesius”un da Qudiyal olduğunu zənn edirəm. 

S.  37.  Quba  nahiyəsinin  əvvəlki  adının  Abaxaz  oxunuĢu  qəti  deyildir,  Əlyazmalarda  (  Laycan,  əl-

Laycan, Ləxan, əl-Lahan - P.V.) Ģəkillərdə təsadüf olunur (Ġstəxri, 192; Məqdisi, 374, 381-haĢiyələrdə). 

S.  42,  aĢağıdan  11-ci  sətrə  əlavə:  Müsyo  Minorski  də  (E.des  Ġsl.,  1166)  ġabranın  xarabasının  Gilgin 

(Qulhan,  Abbasquluxan,  s.80,  193  və  Ġskəndər  MünĢi,  Aləm  aray-i  Abbasi,  s.  60  Qəlhan  (P.V.)  çayı 

yanındakı  xarabalardan  ibarət  olduğunu  söyləmiĢlər.  Oleari  Ġrandan  qayıdarkən  (s.  962)  ġabranı 

təqribən  indiki  Ağasibəy  və  Ərəb  Əli  Məmmədin  arasına  düĢən  Kiricht  yerindən  2  mil,  yəni  15  km 

Ģimalda, Niyazabaddan altı mil, yəni 45 km məsafədə olduğunu göstərmiĢ, yol gedərkən (s.517) dəniz 

sahili ilə getdiyindən ġabranı sağ tərəfində qoymuĢdur. Almaniyanın təbiət alimi Gmelin 1770-ci ildə 

tamamilə xarab edilmiĢ bir Ģəhərin ancaq qüssə gətirən qalığını görmüĢdür (Reise durch Russland, ilh. 

III, 36).  



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə