A bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix19.07.2018
ölçüsü0,68 Mb.
#56522
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

27 

 

olduğu  göstərilir



48

.  Belə  bir  adanın  o  vaxtlar  mövcud  olub  indi  batmıĢ  olduğunu 

demək  mümkündür

49

.  Ġstəxri  “C”  nüsxəsində  (s.  190)  Bakıda  yaĢıl  və  ağ  neftin 



olduğunu, bununla (Bakı ilə - P.V.) Muğan Ģəhəri arasında sərmahı (Ģəmayı - P.V.) 

balıqları tutulan yerlərin mövcudluğunu bildirir. Məqdisi isə (s. 376): “Bakuh dəniz 

sahilində  olub  bu  bölgənin  limanlarından  biridir”  deməklə  kifayətlənmiĢdir.  Əl-

Biruni  (Əl-qanun  əl-Məsudi,  mənim  nəĢr  etdirdiyim  hissə,  s.20)  “Bakı  ağ  neft 

mədəninin  ocağıdır”  deyib  [onun]  enini  və  uzununu  göstərir.    Hüdud  əl-aləmin 

müəllifi  Kür və Araz çaylarının birləĢərək Xəzər dənizinə (Bəhri Xəzərə) Muğan 

və Bakı arasında qovuĢduğundan xəbər verir (vər.11). Bakının özü haqqında [isə] 

deyir:  “Bu,  dəniz  sahilində  kiçik  Ģəhərdir.  Dağlara  yaxındır.  Deyləmilərin 

ölkəsində  iĢlədilən  bütün  neft  buradan  əldə  olunur”  (33).  Qara  və  ağ  neftdən, 

Bakının  olduğu  yerdən  və  qarĢısındakı  adadakı  dağda  atəĢ  yandığından  Məğrib 

səyyahı Əbu Həmid əl-Əndəlusi də  xəbər verir. Səyyah bunu dünyanın  möcüzəsi 

kimi təsvir edir

50

. Yaqut Həməvi (Bakuye - P.V. - məqaləsində) yazır: “Bakuyedə 



böyük  neft  quyusu  mövcuddur  ki,  hər  gün  bir  dirhəm*  gəliri  olur.  Bunun  digər 

tərəfində baĢqa bir quyudan [isə] civəyə bənzər neft gecə və gündüz ara vermədən 

axır.  Bundan  da  əvvəlki  qədər  gəlir  əldə  olunur.  Tacirlərdən  inanılmıĢ  bir  adam 

orada  daima  yanan  bir  yer  [barədə]  danıĢdı.  Əlbəttə,  [kimsə  burada]  od 

yandırmıĢdır; torpağı mədən yeri olduğundan yanmaqdadır. O (-2-) zaman Bakının 

islam  mədəni  həyatında  əhəmiyyəti  heç  olmamıĢdır,  çünkü  Yaqut  buraya  mənsub 

olan  heç  bir  alimdən  danıĢmır.  Bakı  nefti  daha  əvvəllər  islam  dünyasında 

ġirvanĢahların,  bəzən  [isə]  Dərbənd  haĢimilərinin  gəlir  mənbəyi  olmuĢdur.  Ġlk 

Abbasi  xəlifəsi  Mənsurun  zamanında  (754-775)  Ərminiyyə  valisi  olan  Yəzid  ibn 

Usayd  əl-Sulami  (10)  ġirvanın  neft  məskənlərinə  və  duz  mədənlərinə  [vergi 

yığanlarını  göndərib]  vəziyyəti  öyrəndiyi  və  oraya  ayrı  baĢçı  təyin  etdiyi  qeyd 

edilmiĢdir

51

.  Ərəbcə  Dərbənd  tarixində  (s.  38)  944/5-ci  ildə  ĢirvanĢah  Yəzid  ibn 



Məhəmməd ibn Yəzid ibn Xalidin Dərbənd haĢimiləri ilə sülh aktını [bağlamağa] 

məcbur  olması  səbəbindən  onlara  o  vaxtda  özlərinə  aid  olan  ġabran  [Ģəhəri]  ilə 

bərabər  neft  və  duz  mədənlərinin  əmlakını  da  qaytarmağa  məcbur  olduğu 

bildirilir

52

.  Yalnız  bu  varidatı  və  limanı  sayəsində  Ģəhər  bəzən  ġirvanĢahlara 



mərkəz  olmuĢdur.  ġəhərin  hələ  1066-cı  ildə  səlcuq  əmiri  Qara  Teginin  gəldiyi 

vaxtda  qüvvətli  qala  olduğu  Dərbənd  tarixində  (s.  46)  qeyd  olunsa  da, 

ümumiyyətlə, strateji baxımdan çox da əhəmiyyətli olmamıĢdır. Ġlxani Qazan xan 

                                                           

48

Mehran nəĢri, mətn, s. 147: Alovlu havada [uzaqdan] görünən vulkan adası, ancaq yüksək dağlarda 



görünən ən hündür bir yerdir və o qurudan 200 fərsəx aralıqda görünür – P.V. 

49

Karaulov, VII, 72. 



50

G.Ferrand  nəĢri,  Journ.  Asiat.,  1925,  II,115.  Əbu  Həmidin  bu  məlumatını  Həmdullah  Qəzvini  də 

vermiĢdir (Nüzhət əl- Qülub, mətn, 286). 

51

Bəlazuri, 260.  



52

Yəzid  ġirvan  ərazisinin  neft  və  duz  olan  torpağına  göndərildi,  o,  onlara  üstün  gəldi,  ona  səlahiyyət 

verildi,  o,  [isə]  onlardan  aldığı  ġabranı,  onun  kəndlərini,  neft  və  duz  rüsumlarının  hamısını  onlara 

qaytardı -P.V.   




28 

 

Cuci ulusu xanlarının təcavüzlərinə qarĢı tədbir aradığı zaman Bakıda olmuĢsa da, 



düĢərgəsini və bütün ordusunu Kür çayının cənubuna keçirmiĢdi

53

. Amma Ģəhərin 



ticarət  əhəmiyyəti  monqollar  dövründə  artmıĢdır.  V.V.Bartold  (E.Ġ.,  1,  635) 

Bakının monqollar dövründə xristian peskoposluq mərkəzi olmasına dair bir qeyd 

verir.  Amma  bu  Həmdullah  Qəzvinidəki  Maku  Ģəhərinə  aid  məlumatın,  əvvəəcə 

Berezin  tərəfindən  də,  bəzi  nüsxələrə  görə,  Makuyeni  (P.V)  Bakuye  (P.V.) 

oxuması  nəticəsində  meydana  gəlmiĢ  bir  səhvdir.  Həmdullah  Bakını  ġirvan 

məqaləsində  və  kitabın  sonundakı  “Əcaib-i  aləm”  hissəsində  ayrıca  Ģərh  edir  və 

deyir:  “Bakının  havası  istiyə  mailli  olub  məhsulları  əksər  bitkilərdən  ibarətdir 

(mətn, s. 90); buranın neft mədənləri Ġran (yəni Ġlxanilər) ölkəsində ən böyük neft 

mədənləridir. Orada bir yer vardır ki, quyu qazılarsa, neft fıĢqırar” (mətn, s.207), 

XV əsrdə Bakıda ərsəyə  gələn ƏbdürrəĢid Saleh ibn Nuri əl-Bakuvi adlı bir alim 

1403-cü  ildə    “Təlxis  əl-asar  fi  əcaib  əl-əqtar”  adlı    bir  əsər  yazmıĢdır.  [Əsərin] 

nüsxəsi  Paris  milli  kitabxanasında  anc.  fond  2246  nömrə  ilə  saxlanılır.  [Alim]  öz 

vətəni  haqqında  az  məlumat  vermiĢdir

54

.  O  cümlədən,  həmin  dövrdə  qara  neftin 



gündə iki yüz qatır yükü* [qədər] istehsal olunduğunu bildirmiĢdir. 

Hal-hazırda Ģəhər və qala içərisindəki abidələrin çoxu ĢirvanĢahlar dövrünə 

(-3-)  aiddir.  XV  əsrdə  bunlar  (ġirvanĢahlar  -P.V.)  Bakını  mərkəz  kimi  qəbul 

etdilər.  Onlardan  Xəlilullah  (1417-1462)  və  Fərrux  Yasar  (1472-1501)  daha 

məĢhurdurlar,  1501-ci  ildə  Ģəhəri  Ġsmayıl  Səfəvi  tutdu.  [ġəhər]  1583-cü  ildə 

Özdəmir  oğlu  Osman  PaĢanın  əlinə  keçdi,  1605-ci  ilə  qədər  Türkiyənin  əlində 

qaldı  və  həmin  ildə  ġah  Abbas  Səfəvinin  əlinə  keçdi.  1732-ci  ildə  Bakını  ruslar 

bombardman etdilər. Sonra Ģəhər Nadir Ģahın əlinə keçdi. Onun ölümündən sonra 

burada  ayrıca  xanlıq  meydana  gəldi.  Bütün  dəyiĢikliklərə  baxmayaraq,  Bakı, 

xüsusilə  XV-XVI  əsrlərdə,  inkiĢaf  etmiĢdir.  Özdəmir  Osman  PaĢanın  idarəçiliyi 

vaxtında  Ģəhərin  ġirvanın  iqtisadi  və  mədəni  həyatında  böyük  rol  oynadığı  Dal 

Mehmet  Asafi  PaĢanın  əsərindən  (ġücaətnamə)  görünməkdədir.  Onun  yazdığına 

görə, [Bakının] ağ neft quyuları osmanlı hesabı ilə on yük aqca,  yəni 10.000.000 

quruĢ*  =  2.105.000  firəng  altunu

55

,  duz  mədənlərindən  də  illik  üç  min  anbar  (?- 



P.V.), Ģil balıq ovçuluğundan gündəlik 10.000 aqca (=5000 altun quruĢ) gəlir əldə 

olunurdu. Ticarət gəmiləri, xüsusilə Gilandan, mütəmadi olaraq gəlib-gedir və neft 

əvəzinə  qumaĢ  mübadilə  edirlər  və  hər  maldan  1/25  tamqa  [vergisi]  alınırdı

56



                                                           

53

Came ət-təvarix. Topqapı nüsxəsi, vər. 282-3.    



54

Bu əsərdən çıxarılan məlumat Dorn tərəfindən Melanges Asiatigues, VI, 710-711-ci [səhifələrdə] nəĢr 

olunmuĢdur.  

55

“Yük”  100.000-ə  bərabərdir.  Üçüncü  Murad  zamanında  “Aqca”  1580-cı  illərdəki  ümumhərbdən 



əvvəlki  türk  parası  ilə  20  para  qiymətində  idi  (Ġsmayıl  Qalib  təqvimi  sikkələri,  Usmaniyyə,  s.  506); 

Müharibədən əvvəl bir frank 4,85 quruĢ olmuĢdur; o hesabdan on yük aqca 2.105.263 franka bərabərdir.  

56

ġücaətnamə, Yıldız nüsxəsi, vər. 120:                         



Neçə min yük neft olur hasilləri   (gəlirləri).                        

Ağ neftin mədəni var orda həm                                            

Var daha yanında bir duz mədəni                                                                                                           



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə