A bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix19.07.2018
ölçüsü0,68 Mb.
#56522
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

20 

 

yaxud daĢ qala  barədə  söz  açır



30

.

 



Həmin Bərməkin bu gün  Qızıl Burun və  Giləzi 

dəmiryolu  dayanacaqları  arasında,  Xıdırzindənin  yanında  BeĢ  Barmaq  adı  ilə 

tanınan  qayadan  ibarət  olduğunu  demək  mümkündür.  Həmin  qayanı  Oleari  də 

görmüĢ və onun Barmach, yəni türkcə barmaq adlandığını bildirmiĢdir

31

. Qayanın 



Ģəkli  səyyah  Gmelin  və  Berezinin  [əsərlərində]  də  vardır.  Onun  yanındakı 

Xıdırzində  Xızr  peyğəmbərə  aid  edilir  və  əhali  arasında  müqəddəs  bir 

ziyarətgahdır.  Oleari  onun  üzərində  bir  yəhudi  kitabəsi  də  görmüĢ  və  Ģəklini  öz 

kitabında  dərc  etdirmiĢdir. Xıdırzindəni Evliya  Çələbi də  ziyarət  etmiĢ  və  vaxtilə 

Özdəmir  Osman  PaĢanın  buradakı  ziyarətgaha  inam  gətirib  oranı  təmir  etdiyini 

bildirmiĢdir

32

.  Berezinə  görə,  buradakı  karvansara  1781-1782-ci  ildə  təmir 



olunmuĢdur. Ġbn Xordadbeh və baĢqa ərəb müəllifləri və Quran təfsirçiləri Musa və 

Xızr peyğəmbərlərin bir dəniz ilə qaya arasında görüĢdüklərinə aid irəlidə məlumat 

verəcəyimiz  yəhudi  əfsanəsinin  [Ģərhində]  dolayısı  ilə  “Sirvan  daĢ”ından  bəhs 

edilir.  Xəzər  yəhudilərinin  bu  daĢın  Bərmək  qayası  olduğunu  göstərmələri 

mümkündür.  BeĢ  Barmaq  və  Xıdırzindəyə  aid  rəvayətlərlə  Paxomov  [da] 

maraqlanmıĢ  və  bu  yaxınlarda  oranı  ziyarət  edib  təsvirini  vermiĢdir

33



Ümumiyyətlə,  ġirvan  və  ətrafı  yəhudi  Xəzər  türkləri  ilə  əlaqədar  ənənələrlə  çox 



zəngindir.  Zəkəriyyə  Qəzvini  ġabran  barədə  “Kiçik  bir  Ģəhərdir»  dedikdən  sonra, 

Turan  qəhrəmanı  Əfrasiyabın  iranlı  Pijeni  həbs  edərək  [saldığı]  quyunun  burada 

olduğu haqda rəvayət danıĢır

34

. ġabran xarabaları kimi göstərilən yerlərdə belə iki 



böyük quyunun [olduğu] barədə bu gün azərbaycanlı A.Futuni də xəbər verir

35



Oleari və Evliya Çələbi müasir Mərəzədəki (Evliyada ġeyx Mərəza - P.V.) 

məzarlar  haqqında  məlumat  verirlər.  Məzar  sahibinin  adı  Olearidə  Tiribaba, 

Evliyada

 

(Diri dədə - P.V.) yazılmıĢdır (-43-). 



ġAMAXI-ya  gəlincə  bu  Ģəhərin  adına  ərəb  fütuhatına  aid  rəvayətlərdə 

təsadüf olunur. ġəhər qədimdən mövcud olmuĢsa, baĢqa bir adı vardı. Bu Ģəhərin 

adı Bəlazuridə (s. 210) Səid ibn Səlim əl-Bəhilinin əmirliyi dövründə, ġammax ibn 

ġücaya  mənsub  olmaqla,  “ġammaxiyyə”  olduğu  göstərilir

36

.  Səid  ibn  Səlim  isə 



miladi  797-798-ci  illərdə  Ərminiyyə  valisi  olduğundan

37

,  ġammax  da  bu  illərdə 



ġirvan  hakimi  olmuĢ  və  ġamaxı  Ģəhəri  də  həmin  illərdə  bina  edilmiĢ  hesab 

olunmalıdır.  ġəhər  bütün  ərəb  coğrafi  əsərlərində  “ġammaxiyyə”  adı  ilə 

                                                           

30

Müruc,  II,  74:  (  Kəsranın)  ġirvan  kimi  tanınmıĢ  ölkədə  tikdiyi  daĢ  sədd və  divara  gəlincə,  bura  əl-



Bərməki adı ilə tanınan palçıq və daĢ istehkam -sədd, qaladır. Biz onların adını çəkməyi lazım bilmədik. 

- P.V.).  

31

Oliari, s. 518.  



32

  Evliya Çələbi, II, 299.  

33

Из. Аз. ар. К., II (1926), с.10-19  



34

Cosmographit, Wüstenfeld nəĢri, II, 403.  

35

Из. О.О.И.Аз., № 4, с.190.  



36

V.V.Bartold da ĠE-də [nəĢr etdirdiyi] “ġirvan” məqaləsində Bəlazuriyə istinad etmiĢdir. 

37

Bax:  Təbəri,  III,  645, 647;  qarĢ.  J.Marquard,  Osteuqopaische  und  Ostasiatische  Streifzüge.  Leipzig, 



1903. s. 455,haĢiyə. 

  



21 

 

göstərildiyindən  onu  “ġammaxa  mənsub  Ģəhər”  kimi  anlamaq  doğru  olardı. 



Məqdisi (s. 376) bu Ģəhər  haqqında  “ġammaxiyyə  dağ ətəyində  yerləĢir. Binaları 

daĢdan  və  kərpicdən  tikilmiĢdir.  Axar  suyu,  bağ-bağçası  və  xoĢhavalı  yerləri 

vardır”  məlumatını  verir.  Əsərini  983-cü  ildə  yazmıĢ  “Hüdud  əl-aləm”  müəllifi 

(vər.  33

b

)  ġamaxı  barədə  müstəqil  Ģəhər  kimi  danıĢır.  O,  yalnız  ġirvan 



hökmdarlarının hərbi düĢərgəsinin buradan bir fərsəx məsafədə olduğunu dolayısı 

ilə bir dəfə dilə gətirir. Yaqut [ġamaxı məqaləsində] deyir: “Abad Ģəhərdir. ġirvan 

ölkəsinin  paytaxtıdır,  [dağın]  Arran  tərəfindədir,  amma  Bab  əl-əbvab  yerlərindən 

sayılır. Dərbənd sahibinin qardaĢı ĢirvanĢahdır”. Ġstəxrinin sözlərindən bu Ģəhərin o 

zamanlar təzə bina olduğunu söyləmək olar. Çünkü o (Ġstəxri) “Bərdədən Bərzəncə 

18  fərsəx,  sonra  Kür  çayını  keçərək  ġamaxıya  gələrkən  14  fərsəxdir,  burada 

minbər  (yəni  came  məscidi)  yoxdur.  Buradan  3  günlük  [məsafədə]  ġabrana 

qovuĢulur,  kiçik  Ģəhərdir,  amma  minbəri  (came  məscidi)  vardır”  deyir.  Ġstəxrinin 

Yaqut tərəfindən istifadə olunan nüsxəsində ġamaxı və ġabranda came məscidləri 

barədə verilən məlumat bu kitabın çap nüsxəsində (s.187, 192) yoxdur. 

ġamaxının keçmiĢ tarixini aydınlaĢdıran məlumat Tarix-i Bab əl-əbvabdan 

qalan hissələrdə mövcuddur. Bu əsərdə ġamaxı adına heç təsadüf olunmur. ġəhər 

hər  yerdə  Qələt əl-Yəzidiyyə  kimi adlandırılır. Yaqut Həməvi (Yəzidiyyə  -  P.V.) 

məqaləsində “[Bura] ġirvan vilayətinin mərkəzi hökumətinin adıdır ki, ġamaxı adı 

ilə də tanınır”  məlumatını  verir. Tarix-i Bab əl-əbvaba görə, bu Ģəhər 918/919-cu 

ildə  (307  h.  ilində)  ĢirvanĢah  Əbu  Tahir  Yəzid  ibn  Əhməd  ibn  Məhəmməd  ibn 

Yəzid ibn Xalid ibn Yəzid ibn Məzyəd əĢ-ġeybani (5) tərəfindən bina edilmiĢdir (s. 

37). Həmin ildən baĢlayaraq Yəzidiyyə ġirvan ölkəsinin, ġabranla bərabər, bəzən 

ondan  daha  mühüm  olan  paytaxtına  çevrilir.  1044/45-ci  ildə  oğuz  türklərinin 

ġirvana  hücumlarından  qorxan  ĢirvanĢah  Qubad  ibn  Yəzid  Yəzidiyyəni  yonma 

daĢdan hörülmüĢ qala divarı ilə əhatə etdi və qapılarını da dəmirdən hazırlatdı (s. 

47);  1066-cı  ildə  onun  qardaĢı  oğlu  Fəriburz  Yəzidiyyənin  əhalisinə  acıqlanıb 

xəzərləri  çağıraraq  (-44-)  qırğın  törətdi  (s.  46).  Bir  il  sonra,  1067-ci  ildə  Alp 

Arslanın  sərkərdələrindən  Qara-Tegin  Yəzidiyyəni  mühasirəyə  alıb  buranı  tuta 

bilmədiyindən,  Bakıya  getdi,  mühasirəyə  aldı,  oradan  ġabrana,  sonra  Məsqətə 

keçdi (s. 46). Deməli, ġamaxı Ģəhəri 797/8-ci illərdə ġammaxiyə adı ilə, 918-ci ildə 

Yəzidiyyə adı ilə iki dəfə bina  edilmiĢ,  yonma  daĢdan olan  hasarları  isə  1044-cü 

ildə  çəkilmiĢdir. Ehtimal etmək olar ki,  əvvəllər ġammax  adı ilə bir kənd olmuĢ, 

sonra  Yəzidiyyə  adı  ilə  Ģəhər  Ģəklini  almıĢ,  lakin  yenidən  əvvəlki  adını  özünə 

qaytarmıĢdır.  Monqollar  dövründə  Ģəhər  daima  ġamaxı  adı  ilə  xatırlanır. 

Həmdullah Qəzvini xəbər verir: “ġamaxı ġirvanın qəsəbəsidir, havası istiyə meyilli 

olub    baĢqa  yerlərə  nisbətən  yaxĢıdır”

38

.  Teymurilər,  ağqoyunlu  və  səfəvilər 



tarixinə [dair əsərlərdə] Ģəhər hər zaman xatırlanır. ġah Abbas Səfəvinin tarixində 

Ģəhərin  Ģərhi  vardır.  Bu  məlumata  görə,  “ġəhər  iki  yüksək  təpənin  ətrafında 

                                                           

38

H.Qəzvini, s. 92.  




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə