A bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix19.07.2018
ölçüsü0,68 Mb.
#56522
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

33 

 

edilir.  Bibi-Heybət  məzarını  Dal  Mehmet  Asəfi  PaĢa  da  təsvir  edir  və  onun 



kitabında bu türbənin və onun fikrincə Ġmam Zeyn əl-Abidinin qızı Əzizəyə səfəvi 

ordusu komandanı Salman xanın, Bakının tutulmasını bihudə xahiĢ edib bir qoyun 

qurban gətirdiyini [əks etdirən] boyalı gözəl rəsm [əsəri] də vardır (Yıldız nüsxəsi, 

vər.l28


b

). Asəfinin məlumatından Bibi-Heybətin sünni və Ģiələr üçün eyni dərəcədə 

müqəddəs  olduğu  anlaĢılır.  Məscidin  divarındakı  kitabə  isə  onun  monqol  dövrü 

abidəsi olub Nardarandakı minarəni tikən Mahmud ibn Səd tərəfindən 700-cü ildə 

(1301)  tikildiyini  göstərir

73

.  Ümumiyyətlə,  Bakı  və  ətrafının  monqollar  dövründə 



abadlaĢdığı  dövrümüzə  qədər  gəlib  çatmıĢ  arxeoloji  abidələrdən  məlum  olur. 

ġərqĢünas  Berezin  Bibi-Heybət  camesində  ĢirvanĢah  Fərruxzadın  kitabəsini 

görmüĢsə də, indi [bu kitabə] yoxa çıxmıĢdır. 

BAKI  -  ƏRƏġ:  Bakıdan  Gəncəyə  gedən  dəmiryolu  xətti  üzərində  diqqəti 

cəlb edən məntəqələrdən biri Nəvai stansiyasının 15 km Ģimali-qərbindəki Pirsaat 

çayının  sol  sahilində  yerləĢən  “Xahəgah”  adlı  yerdir  ki,  burada  çox  diqqətəlayiq 

qala  ilə  əhatə  olunmuĢ  came,  minarə,  xanəgah  və  türbələr  vardır.  Qalanın  Ģərq 

divarındakı  tağda  ĢirvanĢahlardan  Fəriddin  [ibn-?]  Əbu  ül-Müzəffər  ibn  GerĢasb 

ibn Fəffuxzad ibn Mənuçehrin 641-ci ilin rəcəb ayına (1324-cü ilin sonlarına) aid 

kitabəsi vardır. Qalanın ortasında gözəl bir minarə mövcuddur; 654-cü ildə (1256) 

tikilmiĢdir. Buradakı məzarlardan biri ġeyx Pir Hüseyn adında bir Ģeyxə aid edilən 

türbədir. Əvvəllər Pir Hüseynin türbəsi üzərində 684-cü il (1285) tarixini göstərən 

kitabə var idi. Ġndi yoxdur. [Onu] 1918-ci ildə ermənilər  dağıtmıĢlar. Bartolomey 

və  Dorn burada  yuxarıdakılardan baĢqa  ġeyx Camaləddin  adında  birinin 1049-cu 

(=1639) ilə aid məzar kitabəsindən, ĢirvanĢahlardan Məlik Keykavus ibn GüĢtasbın 

693 (1294), Xəlilullah ibn ġeyx Ġbrahimin 823 (1420) tarixli kitabələrindən söhbət 

açırlar.  1858-ci  ildə  fransız  ĢərqĢünası  Bartolomey,  1861-ci  ildə  alman  [alimi] 

Dorn tərəfindən ziyarət olunan

74

 və son vaxtlarda (1923-cü ildə) Sısoyev tərəfindən 



tədqiq edilən

75

 bu qala ġirvanın çox mühüm, çox gözəl və möhtəĢəm abidələrindən 



biri  sayılır.  Bu  gün  tamamilə  boĢ  qalan  bu  qalanın  və  ətrafının  ĢirvanĢahlar 

dövründə  çox  abad  olduğu  müəyyənləĢir.  Sısoyevin  tədqiqatına  görə,  xanəgah 

ġamaxıdan Salyana Pirsaat çayını keçərək gedən mühüm ticarət yolu üzərində (-9-) 

ĢirvanĢahların  mühüm  bir  qalası,  istehkamı  idi.  [Bura]  XIII-XV  əsrlərdə 

ĢirvanĢahların  yaĢayıĢ  yerlərindən  biri,  eyni  zamanda  dini  mərkəz  olmuĢdur. 

Amma  nə  Bartolomey,  nə  də  Dorn  və  Sısoyev  bu  qalanın  tarixdə  məzkur 

qalalardan  hansına  uyğun  gəldiyini  demirlər.  Səfəvi  tarixlərindən  bu  tərəflərdə 

Qəle-i Biqurd,  yaxud Bifərd  [qalası olduğu]  göstərilir.  ġah Təhmasibin dövründə 

ĢirvanĢahlıq  iddiasında  olan  Sultan  Məhəmməd  adlı  bir  dərviĢ  1535/6-cı  ildə 

ġamaxıdan Salyana gedərkən ġirvan bəyləri həmin Biqurd qalasından çıxaraq ona 

                                                           

73

Buradakı abidələri azərbaycanlılardan Sadiqi Ģərh etmiĢdir. Изв. A3. Apx. K.,1, 29-33  



74

 Dorn Bericht wber cine Wissenchaftiliche Reise in den Kaukasus; Bulletin de L  'Akademie russe, t. 

IV (186), s.361 -2, 278-80, 386, 388. 

75

Изв.



 

Аз. Apx. K., 1, 50-68. 




34 

 

hücum  etmiĢlər



76

.  Kiçik  [yaĢlı]  ĢirvanĢah  ġahruxu  (da)  Təhmasibin  əsgərləri 

burada mühasirəyə almıĢdılar. Amma burada Biqərd dərəsinin olduğu da göstərilir. 

Halbuki indiki xanəgah dağ dərəsində deyil açıq yerdədir. Digər tərəfdən bu qala 

1554-cü  ildə  ġabran  məntəqəsindən  gələrək  ġabran  və  ġamaxı  arasında  səfəvi 

əmirlərindən  Abdulla  xanı  məğlub  edən  ĢirvanĢahlı  Kazım  Mirzənin  səfəri  ilə 

[əlaqədar] da xatırlanır. Mirzə Təngə adlı keçiddə (Dərəyi Təng-P.V., ġücaətnamə, 

88

b



  və  Təng  boğazı-P.V.)  Abdulla  xanı  məğlub  etdikdən  sonra,  Abdulla  xan 

ġamaxıya  gəldi.  Abbasqulu  xan  bunun  yerini  təyin  etməyir  və  Bayqurt  [kimi] 

yazır

77

.  Yuxarıda  Nadir  Ģahın  dövründə  ġirvan  paytaxtı  kimi  qəbul  olunması  ilə 



əlaqədar adı göstərilən Ağsunun yanında PolĢa tatarlarından Cəmil Aleksandroviç 

Nasifi tərəfindən aparılan tədqiqat əsnasında [onun] hələ XIV əsrdə monqollar və 

Teymur  zamanında  böyük  əhəmiyyətə  malik  olduğu  anlaĢılır.  Cəmil  Nasifi 

Ağsunun 1,5 km Ģimalında olan ġeyx Məzid türbəsinin, əvvəlcə zənn edildiyi kimi, 

XVII əsrə aid abidə olmayıb daha qədim olduğunu göstərir. Rəvayətə  görə, ġeyx 

Məzid  bir  təbib-alim  imiĢ.  Türbənin  qapısında  binanı  tikən  Ģamaxılı  ġeyx 

ġəmsəddinin  kitabəsində  verilən  yeddi  yüz  doqsan  (P.V.)  qeydindən  abidənin 

1388/89-cu ilə aid olduğu bilinir. Həmin Ģəxs Ağsudan 3 km Ģimali-Ģərqdə alim və 

müctehid  “ġeyx  Dursun  ibn  Əhməd  bəy  əl-Gilani”nin,  üzərindəki  kitabəsindən 

806-cı  ilin  zilqədə  ayında  (may,  1404)  tikildiyi  bilinən,  türbəsini  [də]  ziyarət 

etmiĢdir

78

.  Yəni  hər  iki  abidə  Teymurun  və  ĢirvanĢah  ġeyx  Ġbrahimin  dövrünə 



aiddir.  1647-ci  ildə  Ağsuda  olan  Evliya  Çələbi  buranın  min  evli,  cameli, 

karvansara və hamamlı, bağlı-bağçalı abad qəsəbə olduğunu yazır 

79

. Evliya, eyni 



zamanda  həmin  Ağsu  çayı  yanında  Fərruxzar  adlanan  kiçik  bir  Ģəhər  barədə 

məlumat verir

80



Səfəvilər  dövründə  ġamaxı  ətrafında  Gülüstan  [adlı]  qalanın  olduğu 



göstərilir (-10-). Ġskəndər MünĢi onu “ġirvanın ən qüvvətli qalası” kimi tərif edir

81



Abbasqulu xan onun haqqında “Bu gün qalığı ġamaxı yaxınlığında Qız qalası kimi 

tanınır”


82

 yazır. Bu qala ġamaxıdan yuxarıda, görünür eyni çayın yanında mövcud 

idi  və  Cabalanı  dağı  həmin  Gülüstanın  yanında  olmuĢdur.  Ərəbcə  Dərbənd 

tarixində  də  bu  ərazidə  bir  neçə  Ģəhərin  [olduğu]  göstərilir  (13).  Bu  əsərin 

məlumatına  görə,  ĢirvanĢah  Yəzid  ibn  Əhməd  1025-ci  ildə  gəzinti  və  ov  etmək 

məqsədilə  Qəbələ  tərəfdəki  Kərzul  (P.V.)  adlı  bir  qalada  olduğu  vaxt,  Yəzidiyyə 

(ġamaxı)  [Ģəhərini]  oğlu  ƏnuĢirəvana  tapĢırmıĢdı.  O  [isə]  atasının  [burada]  

olmamasından  istifadə  edərək  üsyan  qaldırdı.  Atası  qayıdıb  gəldikdən  sonra 

ƏnuĢirəvan  Kastan  qalasına  (P.V.)  qaçdı  (s.  42).  Məncə  bu  Gülüstan  olmalıdır. 

                                                           

76

Aləm ara, s. 59-60. 



77

Gülüstan-i Ġrəm, 79, 82; Aləm ara, s 56. 

78

Изв.


 

Аз. Apx. K., II (1926), s. 26-28  

79

Evliya Çələbi, II, 294. 



80

Eyniçap, II, 293.  

81

Aləm ara, 25, 60.  



82

Gülüstan-i Ġrəm, 76  




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə