A bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə17/29
tarix19.07.2018
ölçüsü0,68 Mb.
#56522
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

35 

 

1067-ci  ildə  həmin  ĢirvanĢah  Yəzid  ibn  Əhmədin  qızı  ġamkuyəh  bint  Yəzid  [də] 



Helestan  qalasında  (P.V.)  vəfat  etmiĢ  və  cəsədini  ġabranda  atasının  məĢhədində 

(basdırıldığı  yerdə)  dəfn  etmiĢlər  (s.48).  Məncə  bu  da  həmin  Gülüstan  olmalıdır. 

Qala Gülüstan adı ilə 1122-ci ildən zikr olunur

83

. ġamaxı vilayətində belə bir Qız 



qalası  beĢ  verstlik  xəritədə  ġamaxının  35  kilometrliyində,  Mərəzədən  10  km 

Ģərqdə,  indiki  Bakı-ġamaxı  dəmiryolu  xəttinin  5  km  Ģimalında  bir  təpə  kimi 

göstərilir. 

Amma  Rəhimzadə  Ġbrahim  ÇavuĢ  Özdəmirin  vaxtında  ġirvan  və 

Azərbaycan hadisələrinə aid yazdığı əsərində “Gülüstan qalasının arxasında səfəvi 

əmiri  Abdulla  xanın  sarayı”  deməklə,  ġamaxının  lap  yanındakı  yoldan  və  yaxud 

indiki iki təpənin birisindən söhbət açır

84

. Samuel Gmelin 1770-ci ilin avqustun 20-



də ġamaxıdan Ağsuya gedərkən Ģəhərin bir neçə kilometrliyində  “Qəle-Gülüstan” 

xarabalığına  gəlmiĢ,  dağılmıĢ  daĢ  evləri  görmüĢdür.  [Müəllif]  sonra  deyir  ki,  bu 

xarabalıqların  arxasında  baĢqa  səyyahların  da  xatırladıqları  “Kuzkəllə”  [adlı  yer] 

vardır  və  bir  təpənin  üzərində  yerləĢir.  Bu  bir  sarayın  (schloss)  qalığıdır.  Evin 

otaqları  və  ocaqları  indi  də  görünür.  Səyyah  sonra  buradan  Ağsuya  gəlmiĢdir 

(Reise durch Russland, III s. 71)

85

. Katib Çələbi (s. 345) Gülüstan haqqında “Sərt 



və  mətin,  uca,  xüsusi  gözəlliyə  malikdir”  deməklə  kifayətlənmiĢdir.  Həmin  Ģəxs 

ġamaxıdan  bir  mərhələ  (sic  !)  cənubda  Kür  çayı  sahilində  NovĢəhr  qəsəbəsindən 

[də] söhbət açır (s. 395, 399). Dərbənd tarixində Yəzidiyyəyə  yaxın Qəlabad adlı 

bir  qala  da  xatırlanır  (s.  47)  ki,  ĢirvanĢah  IV  Salar  ibn  Yəzidin  qardaĢı  Məmlan 

1067-ci ildə burada sığınmıĢ və [sonra] öldürülmüĢdür. Cəsədi oradan Yəzidiyyəyə 

(ġamaxıya)  aparılmıĢdır  (s.  47).  Bunun  hansı  yer  olduğu  məncə  məlum  deyildir. 

Məsudi  dəniz  sahilindəki  Muğandan  baĢqa  guya  indiki  ġamaxı  sancağının 

cənubunda  ayrıca  bir  Muğaniyyə  olduğunu  göstərir

86

.  Hər  halda  belə  bir  qəsəbə 



Kür çayının sol sahilində  mövcud olmuĢdur. Necə ki, indi də Nəvahinin qərbində 

Muğan  [adlı]  stansiya  vardır.  Ġstəxrinin  Gotha  (C)  nüsxəsində  Araz  sahillərində 

Vərsan  ilə  çayın  (-11-)  Kürə  töküldüyü  yer  arasında  Muğan  göstərilir

87

.  Kür 



çayının  Araz  ilə  birləĢdiyi  yerdə  olan  Cavad  körpüsündən  səfəvi

88

  və  osmanlı



89

 

mənbələri və  Oleari



90

        xəbər  verirlər.  Ərəblər  dövründə  burada  [olan]  və  keçən 

dərsdə haqqında danıĢılan Bərzəncdən, daha doğrusu, “Bərdhiç”dən baĢqa [bir də] 

                                                           

83

Brosset, Histori de la Georqie, 1, 368. 



84

Rəhimzadə,  “Zəfəname-yi  həzrət-i  Sultan  Murad”,  Darülfünun,  Halis  Əfəndi,  No  5732,  vər.  35: 

“QızılbaĢlar...  Gülüstanın  baĢında  olan  qalanın  yanından  Abdulla  xan  Ģəkərməkanın  bina  etdiyi 

bünövrəsiz Sarayın önündən qəflətən Ģəhərə (ġamaxıya) soxuldular....”. 

85

Bu  abzas  müəllifin  III  məruzəsinin  sonunda  verilmiĢ  düzəliĢə uyğun  əsas  mətnə  əlavə  olunmuĢdur  -



P.V.  

86

Müruc,II,69.  



87

Ġstəxri, s. 189. 

88

Aləmara,s.513.  



89

Katib Çələbi (orijinalda səhifə göstərilmir - P. V.). 

90

(Ġqtibas göstərilmir - P.V.)  




36 

 

Dərinqin  adı  çəkilir.  Bərzənç  haqqında  Yaqut  Kür  məqaləsində  “Bərdədən  keçib 



Bədhiçə gəlinir” dediyi kimi, Bərzənc məqaləsində  “Azərbaycanın hüdudunda bir 

Ģəhər  olub  Kür  çayı  ilə  əhatə  olunur”  yazır.  Görünür  [Ģəhər]  iki  çayın  arasında 

olmuĢ və bu səbəbdən də həm Kür, həm də Araza aid edilmiĢdir. Bundan baĢqa Ġbn 

Rusta  da  (s.  89)  Bərdhiçi  Araz  çayı  yanında,  onun  Kürə  qovuĢduğu  yerdə, 

Varsandan aĢağıda göstərir. Məsudi (Müruc, II, 75, 76)  “Bərdhiç”i Bərvac (P.V.) 

kimi yazır və bunu Kür üzərində Bərdəyə aid bir qəsəbə kimi tanıdır, Arazın Kürə 

qovuĢduğu yerdə də “Sanariyyə adı ilə tanınan bir kənd”in olduğundan xəbər verir. 

Karaulov (VIII, 77) bunu haqlı olaraq, bugünkü “Səngər”lə eyniləĢdirir. Hər halda, 

“Bərdhiç”  və  “Sanariyyə”nin  biri  Kür,  digəri  Araz  sahillərində  olsalar  da,  çox 

yaxın  olmuĢlar.  Dərtiq  (P.V.)  yaxud,  Dərniq  (P.V.)  adı  ancaq  Ġstəxrinin  Gotha 

nüsxəsində mövcuddur

91

 . 



Bu yer ġirvanın sərhəd məntəqəsi və eyni zamanda Araz çayının Varsan və 

sonra  Muğan  ərazilərini  keçərək  Kürə  qovuĢduğu  yerdə  ġirvan  kəndi  kimi 

göstərilir. Dərniq kəndi hər halda, Kür çayının sol sahilində Bərdhicin qarĢısında, 

indiki  Cavad  və    “Türkənd”  kimi,  qarĢı-qarĢıya  mövcud    olmuĢlar.  Həmdullah 

Qəzvini  (mətn,  218)  Kür  çayının  Araz  və  Qarasu  çayı  ilə  birləĢdiyi  yeri  Bazar 

Ənbarci  adlandırır.  Ənbarci  elxani  Ģahzadələrindən  biridir

92

.  [Bəs]  Qarasu  hansı 



Qarasudur? Türyan çay Qarasuyudurmu? Yoxsa, Arazın sol qolu olan Qarasudur? 

Katib  Çələbiyə  görə  (s.396),  Yurt  Bazar  Ənbarci  Cavad  deməkdir.  1604-cü  ildə 

səfəvi ordusu Cusr-i Cavaddan (Cavad körpüsündən - P.V.) Kür çayını keçdikdən 

sonra  Qarasu  və  Yasamal  dağ  keçidini aĢaraq ġamaxıya  yaxınlaĢmıĢlar

93

.  Qarasu 



və  Ağsu  adları  RəĢidəddində  də  vardır.  Ağsu,  eyni  zamanda  monqolca  “Çağan 

Muran” kimi də adlanmıĢdır

94

.  Girdiman-çay  hər zaman bu adı daĢımıĢdır. Bu ad 



Hüdud  əl-aləmdə  də  vardır.  RəĢidəddində  Girdimanın  sahilindəki  səhra  DəĢt-i 

Girdiman kimi adlanır. Abaqa xan 1265-ci ildə Cuci ulusu xanları ilə döyüĢlərində 

(-12-)  Dəlan  Navur  (göldən  Girdiman  çölünə  qədər  [ərazidə]  düĢərgə  salmıĢdı

95



Dəlan  Navur  indiki  Hacıqabul  gölü  ola  bilər.  Həmin  gölün  yanında  Qara  Küdəri 

adlı bir yer də göstərilir

96



De  Goeje  Londra,  Ġndian  Office  №  1026  farsca  coğrafiyasında  Araz  çayı 



haqqında  “Ərminiyyədən  baĢlayaraq  Muğan  hüduduna  gəlir  və  Mahmudabadın 

yanında  Kür  çayına  qovuĢur”  yazıldığını  xəbər  verir

97

.  Bu  Mahmudabad  Qızıl-



                                                           

91

Ġstəxri,  s.187,  189, haĢiyələri:  Araz  çayı  Varsan qapısına çatana kimi  axır,  sonra  təmiz  bir  yer  olan 



ġirvanın Dərinq (Dərniq, Dərtiq) rustaqına yaxınlaĢana qədər axaraq Muğanda qurtarır və Kür çayı ilə 

qovuĢur (P.V.). Yenə bax: B.G.A. IV, 402, 404.  

92

Onun nəsəb Ģəcərəsi barədə bax: Türk hüquq və iqtisad tarixi Məcmuəsi, I, s. 34.  



93

Aləm ara, s. 513. 

94

Came ət-təvarix, Topqapı nüsxəsi, vər. 242



 

95



RəĢidəddin, vər. 242

b

.  



96

Yenə də orada, vər. 283

a

.  


97

B. G.  A.,  IV, 403: Ərminiyyədən baĢ alır və Muğan hüdudunda Mahmudabadın yanında Kür çayına 

tökülür və dənizə axır (P.V.). 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə